Məhtaban 12
Məhtaban barhəmlini yerə qoydu. Xarici mamaça körpəni öz qayda-qanunu ilə tutdu. Məmalik xanın əsil arzusunun yerinə yetdiyini, oğlan uşağı doğulduğunu görüncə xarici xanım yerdən göyəcən sevindi. O, əndərundan gətirdiyi cavan xadiməyə ağ xalat geydirdi, onun köməyi ilə körpəni çimizdirib yuyundurdu, yançaqlarını şapalaqlayıb, bir qədər səsləndirib cığıldatdı. Sonra cavan ananı huşa gətirib:
– Xanım, oğlunuz olubdur, – deyə onu təbrik etdi. – Gözünüz aydın, xanın diləyi yerinə yetibdir! Olan-qalan rəngi də süddüyan sarısı ikimi saralan Məhtaban hər necə ağrı çəksə də, analıq hissi ilə gülümsədi, razıməndlik əlaməti olaraq, təbibinin müqabilində uzun, qara kirpiklərini endirdi. Mamaça fürsəti fövtə vermədən özünü nizama salıb bir neçə addım o tərəfdə, öz otağında intizarda dayanan xanın qapısını döymədən içəri girdi:
– Xan, müjdəmizə nə verir?
– Həkim nə buyursa?
– Bütün xanlığı!
– Mümkündür, xanım!
– Zarafatsız xan, oğul varisi-vəliəhd müidəsinə nəqd nə əta edirsiniz?
– Firəng bankında yatan məbləğin on faizini!
– Bəlkə on beş ola, böyük xan?
Xan əlini sağ gözünün üstünə gətirib:
– Bə çeşm, – dedi. – Olsun on beş!
Mamaça isti-isti masa üstündəki qələmə işarə etdi. Xan dediyində durdu. O cibindəki açarı çıxarıb xaricdən gətirdiyi polad sandığı açdı, dilim kitabçanı çıxarıb əskinası andıran etibarnaməni yazıb doldurdu, imza edib şəxsi möhürünü də buraya basdı, dilim vərəqəni kötüyündən qoparıb xarici xanıma təqdim etdi. Xarici xanım vərəqəni nəzərdən keçirincə gözləri od alıb alışdı, sevincindən vücudu qızışdı, o dünyanı vecinə almadan xanın o üzündən, bu üzündən öpdü, ənnik-kirşanlı üzünü xanın ağ yumşaq saqqalına sürtə-sürtə nazlanıb kəkilli fərə kimi yastılandı:
– Böyük xana başımla söz verirəm ki, onun varisini öz nəzarətim altında böyüdüb, cavan vəliəhdini cah-calalla özünə çatdırım! Ancaq bir şərtlə.
– Nə şərtlə, xanım!
– Şərtin ağırlığını mən öhdəmə götürəcəyəm!
– Bəs yüngülünü kimin öhdəsinə buraxacaqsınız?
– Yüngülünü sizin, Məmalikin!
– Ağır-yüngülü nədən ibarətdir, bilmək olmazmı?
– Ağırı budur ki, mənim Parisdə bir mədəni Rəfiqəm var, – deyə xarici xanım dayəliyi mütləq həmin rəfiqəsinə şərt qoydu.
– Məhtaban xanım çox çətin ki, körpəsini gözündən iraq qoya, – deyə Məmalik xan başını aşağı saldı. – Çox çətin ki, Məhəmməd qızı xarici dayəyə razı oldu!
– Axı nə üçün razı olmasın? – Xarici xanım heyrətlə yırğalandı. – İndi Məhtaban Məhəmməd qızı xanım olubdur!.. Onun üçün öz uşağını belə böyütmək əlverişlidir? Qoy cavan xanım bərli-bəzəkli geyinsin. Şərq üslubunda tovuz quşu sayağı sallansın, bizim səxavətli xana uzun ömür bəxş edən səadət gətirsin, onu cavanlaşdırıb daha qocalmağa qoymasın!..
– Sizin rəfiqəniz gəlsə, şərti necə olacaqdır?
– Mənim rəfiqəm çox nəcib xanım, mədəni mürəbbiyədir, – deyə xarici xanım rəfiqəsini vəsf etdi. – Sizin firəng bankında olan məbləğin faizini istəməkdən o yana getməyəcəkdir!
– Oralı-buralı, eləmi, xanım?
– Yəni böyük xan buradakı xərc-məxarici buyurmaq istəyir?
– Əsla! Biz elə də xəsis deyilik. Şərtimiz baş tutsa, sizin rəfiqəniz nəinki oğlumuzun dayə və mürəbbiyəsi, həm də ən əziz qonağımız olacaqdır!
– Onda şərtiniz nədir, böyük xan?
– O sizin fərmayişinizdən asılıdır.
– Fərmayişim belə olar ki, sövdamız baş tutsa, mən sizin xeyrinizə hərəkət edərəm!.. Sizə izafi cəfa olmasın deyə Paris bankındakı məbləğin faizinin yarısını ona verərik!.. Bir qismini də təvəllüd tapan xanın mütərəqqi oyuncağına!..
Məmalik xanın oğlu xəbərindən huşunu itirmək dərəcəsinə gəldiyini görən xarici xanım, rəfiqəsini bir də tərifləyib göyə qaldırdı, onun firəng dilindən başqa üç Avropa dilini – alman, ingilis, ispan dilini bildiyini də əlavə etdi:
– Bəli, mənim rəfiqəm xanzadəyə elə dil açandan bu dilləri də təlim edər! Bütün İran xanları bizim növcavan ən çox dilbilən olar! Beləliklə, şübhəsiz, gələcəkdə taleyini mədəni Avropa ilə bağlayan İranın baş vəziri olar!..
– Mən istəyirəm ki, bizim növcavan Ərdaha mülkünün varisi olsun! – Məmalik xan, ifrata varan xarici xanıma öz əsas məramını bildirdi. – Mənim ümdə məqsədim budur!
– Xeyr, Ərdaha mülkü bizim tərbiyəmizlə böyüyən növcavan xan üçün azlıq edər, – deyə xarici xanım əl-qolunu açdı. – Mənim rəfiqəm ona Firəngistan cahangirliyindən təlim verəcəkdir! O, görəcəkdir ki, öz yerində rahat, firavan yaşamaq üçün qıraqları qarmalamaq, ucqarları çəngələmək zəruridir!..
– Bu, xam xəyaldır, xanım! İran indi öz başını güclə girləyir, təzədən İrana nə cahangirlik?
– Biz xam xəyalı həqiqətə çevirərik. Biz onu mütləq cahangiranə hakim kimi, Napoleon hərbi yürüşləri üzərində tərbiyə edərik! Məmalik malikanəsində möhkəm-müstəhkəm dayanmaq üçün onun öz yanyörəsini qorxuya salması zəruridir! Yoxsa, darısqal dairədə növcavan xanı sıxıb suyunu çıxararlar!
Xarici xanım yarızarafat, yarıciddi danışıb güldü. Məmalik xan bir qədər sükut edəndən sonra xarici dayə barəsində başlayan söhbəti maraqlı olsa da vaxtından qabaq saydı. Xarici xanım Məmalik xanın fikri ilə çətin razılaşdı. O, dedi ki, firəng dayəsini Məmalik mülkünə gətirib çıxarmaq azı-azı üç ay çəkər.
– Bəs üç aya qədər bizim, körpəyə kim göz olar?
– Məmalik xan öz varisini Həlaku sicillisinə mənsub qız nəvələrindən xeyli yuxarı mərtəbələrə qaldırıb, dədə-baba düşmənlərinə yanıq vermək üçün hər nəyə desən razı olduğunu gizlədə bilmədi. Məmalik istəmədi ki, Avropaya açılan qapı örtülsün, ordan Məmalik malikanəsinə saçıla biləcək işıq qapansın. Fikirləşdi ki, bəlkə də xarici xanımın şərtinə əməl etsin, onun firəng rəfiqəsini şöhrət üçün gətirsin, necə deyərlər, bəri başdan bir verib, o başdan iki qazansın. Onun oğlu Məmalik mülkünün varisi olmaqla, dədə-baba düşmənləri həlakuları xeyli ötsün, məmaliklər sicillisini qaldırıb bütün xanlardan neçə baş uca etsin!
Onda görəsən başqa xanların paxıllığı tutmazdımı? Onlar oturub-durub, hər yanda sulu qəlyan xoruldada-xoruldada deməzdilərmi ki, növcavan Məmalikin zatı qırıqdır? Deməzdilərmi ki bir tərəfi cılda rəiyyətdir? Bəlkə Məmalik mülkünün xanı üçün anasının rəiyyət qızı olması o qədər də irad tutulmasın? Lakin xarici xanım deyən vəzirlik mənsəbində, baş vəzirlikdə zat-nəcabət nəzərə alınmayacaqdımı?.. Məclisi-İran belə şəxsə səs verib, qol qoyub, əl qovzayıb onun dövlət başında durmasına razı olacaqdımı? Hələ Şahənşah Qacarın özü “zatı qırığın” baş vəzir olmasına imza atacaqdımı?..
Əvvəllər Məmalikin başına heç belə dolaşıq fikirlər gəlməmişdi. O, ancaq öz dədə-baba mülkünün dərdini çəkmişdi. İndi birdən huşu başından oynayan, istəyinin ziddinə iştahası itilənən qoca xan ağır vəziyyətdə olan öz xanımının qapısını açıb onun əhvalını soruşmadan, Avropadan açılacaq qapının dərdini çəkirdi.
Axır bu mamaça haradan belə tamlı-dadlı bir zadı qocanın damağına damızdırdı ki, indicə-indicə rahatlanan qocanın başı bunca gicəllənsin?
Məmalik xan ağ bığını, ağ saqqalını tumarladı.
– Deyəsən Məmalik xan daxili gərginlik keçirir? – deyə xarici xanım gözlərindən güldü.
– Düz buyurursunuz, xanım, – deyə qoca xan öz tərəddüdünü gizlədə bilmədi. – Düzü ayazıyan beynim dumanlanmağa başlayır!
– Nə üçün?
– Bu firəng dayəsi barədə.
– O barədə heç də həyəcanlanmayın. Vaxt olar yaxşı-yaxşı fikirləşərsiniz!
– Bəs o dayə gəlincə necə olsun? – Xarici xanım ustalıqla geri çəkilincə, Məmalik xan nəyinsə əlindən çıxa biləcəyindən qorxub irəliləyir, həlakuların acığına öz varisi üçün çox qazanmaq istəyirdi. – Bəlkə biz Məhtaban xanımla bir yaxşıca məsləhətləşib, xanzadənin tərbiyəsini elə lap ibtidaidən, bəri başdan firəng dayəsinin əlinə verək?! Onacan, yəni bizim oğlanın üç aylığınacan özünüz bizdə qonaq qalasınız?
– Bu, mənim üçün çox çətin olar, xan!
– Nə üçün, xanım? Biz sizin qulluğunuzda dura bilmərikmi?
– Çox-çox çətin olar, – deyə Məmalikin nəbzini tutan, onun iştahasını duyan mamaça naz satdı, – başqa tanış-biliş xanların dəvətlərini yerə salıb, xəcalətdə qala bilmərəm!
– Əgər hamı xanların əvəzində, firəng bankına verdiyim çeki təzələyib on beş faiz əvəzinə, iyirmi beş yazsam, necə?
– Onda ayrıca söhbət edərik, – deyə xarici xanım ustalıqla əl atıb qoca xanın biləyindən tutdu:
– Gedək, gedək, xanımınıza gözaydınlığı verin!..
Xarici xanımla qoca xan Məhtabanın yanına girdilər. Məhtaban tabuta qoyulan ölü kimi sapsarı idi. Xanun ay işığında gördüyü gözəllikdən, onun köpüklü göldə çimən çağından heç nə qalmamışdı. Sanki Məhtaban nəyi vardısa hamısını əsirgəmədən yanında, ağ örtüklü beşikdə yatan körpəsinə vermişdi. İçəri girincə xan da, mamaça da səssiz durdu. Nə etmək lazım gəldiyini düşünən mamaça yuxulu körpəni beşiyindən qaldırıb, yan otağa keçdi, körpənin üzünü açıb xana təqdim etdi.
Əzəlki halına qayıdan xan körpəni qucağına aldı, gözlərini yuxarı dolandırdı, xarici xanımın Avropa mədəniyyəti müqabilində öz müsəlmançılığını büruzə vermədən ürəyində:
– “Xudaya, səd həzar şükür! – dedi. – Daha mənim, dədə-baba düşmənim həlakuların qarşısında parlayan qılıncım vardır! Mənim elə bir qılıncım var ki, gələcəkdə bütün həlakuları kəsə biləcəkdir! Həlakular üçün dörd oğul doğan Ərmağanın özünü də!”.
Sanki şadlığından coşan ata ilə uzaqda olan qızı deyil, barışmaz düşmənlər üz-üzə, göz-gözə durdular. Məmalik xan körpəsini bağrına basmaq, ürəyini yarıb içinə qoymaq istəsə də ehmallı tərpəndi, özünü yığışdırıb öz təmkinini pozmaq istəmədi. Dünyanı yorub yortan xarici xanım, dəruni həyəcan keçirən qocaya dəymədi, onu öz körpəsi ilə qoyub zahının yanına döndü, Məhtabanı hüznlə boş beşiyə baxan gördü:
– Xan körpənizi götürdü, siz yatmışdınız!
– Haraya götürdü körpəni? – Vəziyyətinin ağırlığına baxmadan Məhtaban əllərini döşəyə dayayıb çarpayısında oturdu. – Haraya apardı körpəni, xan?
– Xanım, sizin belə tərpənməyiniz, durmağınız əsla yaramaz, – deyə mamaça gülümsəyə-gülümsəyə Məhtabanın çiyinlərindən yapışıb onu öz yumşaq rəxt-xabında uzatdı. – Siz əsla nigaran olmayın, oğlunuz atasının qucağındadır!
– Atası bir əl boyda körpə ilə necə rəftar edə bilər?
– Düzü, xan bilmir övladını yerə qoysun, ya qanadlandırıb göyə qaldırsın! Düzü, qoca az qala başını itiribdir!
– Xan sevinirmi, xanım?
– Bəli, xanın sevinci intəhasızdır!
– Düzü, mən də belə istəyirəm. Qoy iztirab çəkən qoca ömründə bir kərə sevinsin!
– Bəs siz özünüz necə, xanım? Siz niyə sevinmirsiniz?
– Mən xəstəyəm, xanım!..
– Axı nə üçün?..
Mamaça sözünü qurtarmamış, qoca xan qucağında gözlərini açan körpəyə baxa-baxa içəri girdi. Onu Məhtabanın böyrünə uzatdı, titrəyən dodaqları ilə xanımının saralan yanaqlarından öpdü. Xaricdən dayə dəvət edib-etməmək məsələsini sonraya qoydu. Qoca xana qayıdan cavan atalıq hissi onu daha qəmdən çıxıb ayılmağa, bir insan kimi mərhəmətli olmağa çağırırdı. Düzü, bu halında bilmək olmurdu ki, o qoca Məmalikdir, ya Pəhləvan Məhəmmədin cavan kürəkəni...
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehtaban-12
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.
XIIIAxı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”
XIVBəli, xeyirxah bir qəhrəman, nəcib bir insan ölmüşdür. Bu insanlar nəinki Şükranı sevirdi, onun Ulduzunu – atını da sevirdilər. Ən böyük müsibətə düçar olan Ulduz da heç bir insandan az olmayaraq qəhrəman süvarisini sevirdi. İndi də söz səhvinə – xətasına, keçilməz – bağışlanmaz günahına görə özünə yer tapa bilmirdi, tapmırdı.Qaralıb qara geydiyinə, qara rəng aldığına görə başqaları onu tanımasa da, o özünü tanıyırdı. Şükransız keçən dəqiqələrinin necə də ölümdən də əzablı olduğunu o özü əcəbcə bilirdi. Kim Ulduzu hər necə-dilbilməz, ağlı işləməz bir heyvan saysa da, Ulduz özünə görə dil də bilirdi, özünə görə ağlı da kəsirdi. İndi o, Şükransız özünü dolandıra bilmir, saxlaya bilmirdi. İnsan kimi, bəlkə insandan da artıq kədərlənirdi. Yemirdi, içmirdi, kənar-kəsmə gəzirdi, gözlərindən qanlı yaş tökməyində davam edirdi. Şükranın taleyi elə oldu, Sevgilinin də taleyi belə. Bəs Ulduzun taleyi necə? Onunla onun taleyi ilə, Şükransız keçən dəqiqələri ilə maraqlanan, bu atın halına yanan var idimi? Xeyr, yox idi! Ulduz at idi, özü də necə bir at! Qatil at! Onun nə taleyi! Ələ keçincə onu öldürmək, uğursuz Ulduzu dərinlərdə basdırmaq, üstəlik, bu Ulduzu ağqoyunlulara tərəf ötürən, başına sovuşduran adamlara divan tutmaq gərəkdi. Bu qədər! Daha başqa qədəri yox idi.
XVŞükranın dəfnində Göyən düzənində insan dəryası təlatümə gəldi. İndiyə qədər görünməyən insan dalğası Göyən düzənində dalğalandı. Axı eşidən də Göyənə gəlmişdi, necə deyər, eşitməyən də, bilən də gəlmişdi, bilməyən də, yaxın da gəlmişdi, uzaq da. Ağqoyunlulardan başqa qaraqoyunlular da gəlmişdi, həkərəlilər də, bərgüşadlılar da, əlyanlılar da, müsəlmanlar da, zarıslılar da, ovşarlar da, mərzli-mərcanlılar da Arazın bu tayı qarabağlılar da, o tayı qaradağlılar da axın-axın Göyənə gəlmişdilər. Bilməyənlər bilənlərə, eşitməyənlər eşidənlərə qoşulub gəlmişdilər. Hər yanda, hər yerdə insan axını başlayınca, bu axından qalmaq qeyri-mümkün olmuşdu. Göyən düzəni öz ömründə görmədiyi min-min adamla dolmuşdu. Hamı bu müsibətə, faciəyə, bu ağır dərdə şərik olmağa gəlmişdi. Şükranın dəfni Göyəndə görünməyən insan toplanışına səbəb olmuşdu. Elə bir toplanış ki, nə ucu görünürdü, nə də intəhası. Adət üzrə arvadlar ayrıca toplanmışdılar, kişilər də ayrı. Ağçuxalı igidlər qara çuxalar geymişdilər. Onlar Ulduz atlarının belinə qara-qara örtüklər örtmüşdülər. Onlar piyadalanmışdılar. Atlarını yedəklərinə almışdılar. Məğrur başlarını döşlərinə sallamışdılar. İnsan axınının ardınca gəlməyə başlamışdılar. Bəs Şükranın Ulduzu? Qatil sayılan Ulduz harada qalmışdı? Bəlkə Ulduz öldürülmək qorxusundan yana qaçıb Göyənin dərin dərəsində gizlənmişdi? Xeyr, Ulduz nə qorxmuşdu, nə qaçmışdı, nə də bir yanda gizlənmişdi. İndi Ulduz heç kimdən, heç nədən qorxmurdu. Ulduz çox yamanca kədərlənmişdi. O, Şükranın ən yaxın dostlarından da artıq kədərlənmişdi. Onlardan da artıq göz yaşı tökməyə başlamışdı. Ancaq Ulduz bütün bu axının ardınca başını sallaya-sallaya, yenə də gözlərindən qanlı yaşlar tökə-tökə gəlməyə başlamışdı. Heç kəs də bilmirdi niyə bu qara at bu dəfn mərasiminə qoşulmuşdu? Görən də deyirdi: nə çoxdur Göyən düzən-dərələrində özbaşına buraxılan, əldən düşəndən sonra çölə ötürülən boş-bekara at! Bu atları nə cavanlardan, nə də oğru-əyridən qorğanan vardır. Belə atlar işdən düşüb, kardan çıxınca səllimi buraxılırdılar. Bu atlardan da ölən ölür, itən itir, batan batırdı. Əgər tək-tükü də qışın çovğunundan sağ çıxırdısa, baharın bolluğuna çatırdısa, istəyən kasıb-kusubun gərəyinə gələ bilirdi. Bəs Şükranın Ulduzu necə? Ulduz özbaşına buraxılsa belə, onun üzünə baxan olacaqdımı? Ulduzun necə bir Ulduz olduğunu bilincə, ona dəyib-dolaşan olmasa belə, bir kəsin gərəyinə gələcəkdimi? Görünür nə belə bir ata ürəyi yanan, nə də bir gərəyə gəldiyini güman edən tapıla biləcəkdi! Axı kim uğursuz ata, hətta özbaşına buraxılsa belə, sahib olardı? Kim Şükranı qətlə çatdıran atı tanıyıb-bilincə öz qapısına qoyardı? Heç kim, heç kəs! Əgər belə atı tanıyan-bilən olsaydı, onda mütləq daşa basardı, əlinə düşən odundan, yarmaçadan, qara tikan gör-kötüyündən görünüb atın başına çırpardı! Üstəlik də obanın itlərinə tutduruq verib bu həndəvərdən uzaqlaşdırardı. Əgər bu qara atın həmin qatil at olduğunu bilən olsaydı, çox yəqin ki, qəzəblənərdi, bu dəfn mərasimindən əvvəlmi, sonramı birbaşa bu uğursuz atın üstünə dönərdi, bəlkə də elin əli ilə bu at daşqalaq olardı. Göyən düzəni də ən böyük daşqalaq altında qalardı.– Bu nədi, balam? – deyə üstündən əsrlər ötsə belə soruşan tapılardı. – Bu nə boyda daşqalağıdır!
Başqa şairlərin şeirləri
اهل دل را میدهد پیغام جنات نعیم
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
GözləriAla gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,