XIV
Bəli, xeyirxah bir qəhrəman, nəcib bir insan ölmüşdür. Bu insanlar nəinki Şükranı sevirdi, onun Ulduzunu – atını da sevirdilər. Ən böyük müsibətə düçar olan Ulduz da heç bir insandan az olmayaraq qəhrəman süvarisini sevirdi. İndi də söz səhvinə – xətasına, keçilməz – bağışlanmaz günahına görə özünə yer tapa bilmirdi, tapmırdı.
Qaralıb qara geydiyinə, qara rəng aldığına görə başqaları onu tanımasa da, o özünü tanıyırdı. Şükransız keçən dəqiqələrinin necə də ölümdən də əzablı olduğunu o özü əcəbcə bilirdi. Kim Ulduzu hər necə-dilbilməz, ağlı işləməz bir heyvan saysa da, Ulduz özünə görə dil də bilirdi, özünə görə ağlı da kəsirdi. İndi o, Şükransız özünü dolandıra bilmir, saxlaya bilmirdi. İnsan kimi, bəlkə insandan da artıq kədərlənirdi. Yemirdi, içmirdi, kənar-kəsmə gəzirdi, gözlərindən qanlı yaş tökməyində davam edirdi. Şükranın taleyi elə oldu, Sevgilinin də taleyi belə. Bəs Ulduzun taleyi necə? Onunla onun taleyi ilə, Şükransız keçən dəqiqələri ilə maraqlanan, bu atın halına yanan var idimi? Xeyr, yox idi! Ulduz at idi, özü də necə bir at! Qatil at! Onun nə taleyi! Ələ keçincə onu öldürmək, uğursuz Ulduzu dərinlərdə basdırmaq, üstəlik, bu Ulduzu ağqoyunlulara tərəf ötürən, başına sovuşduran adamlara divan tutmaq gərəkdi. Bu qədər! Daha başqa qədəri yox idi.
İndi diqqət Şükranın acı taleyindən də artıq onu dəfn etmək üzərinə gəlirdi. Yolçunu bunca gözlətmək yox, yola salmaq gərək idi.
Qəribə görünsə də, elə bir məqam gəlmişdi ki, hamı, hər kəs darıxırdı. Uzaq da, yaxın da dəfn mərasimi üçün tələsirdi. Hətta, özündə olmayan ana heç nə bilməsə də, onun ağlı indi heç nə kəsməsə də, oğlunun dəfni üçün içəridən darıxmaya bilmirdi, istər-istəməz oğlanın yola salınmasını istəyirdi. Öz Şükranını öz canından min qat artıq istəyən Göyalı özü də oğlunun dəfni üçün darıxmağa başlayırdı. Demək, heç nəyə, heç bir kəsə baxmadan qəti qərar, qəti icra olmalıydı. Sanki adamların titrəyən ürəklərində bir sümükləşmə gedirdi. Şükranı son yoluna salmaq gərək idi. Getməli qonağın getməyi! Nə amansız qanun, nə zülmkar hökm! Bu amansız qanun, bu zülmkar hökm dönmədən icra olunmalıdır! Şükran kəfənə tutulmuşdumu? Xeyr, heç kəs onu kəfənə tutmamışdı. Ağqoyunluların qədim alətinə görə qəhrəmanlar öz libaslarında qalırdılar. Onlar öləndən, döyüşlərdə həlak olandan sonra soyundurulmurdular. Bu qəhrəmanlar başqaları sayaqda lütlənib çılpaqlaşdırılmırdılar. Öz geyimində qalan qəhrəmanın silahları da öz yanına qoyulurdu. Bəs Şükranın silahı? Şükranın silahı ox, kaman, bir də gümüş qınlı xəncər idi. O, ox atmamışdı, hətta heç ceyrana, cüyürə də qıymamışdı. Şükranın oxu tərpənməmişdi, öz yerində idi. Ancaq Şükranın gümüş qınlı xəncəri at ötüşlərində çıxarılırdı, günəşə doğru qaldırılınca par-par parıldayırdı. İndi bəs necə olsun?! Şükran öz geyim-kecimində qoyulan tabuta bu əsləhələrdən hansı qoyulsun? Xəncərlə ox-kamanmı? Ya ancaq xəncər?
Dedilər ki, bəs Şükranın üzü qara yaylıqla örtülməsin, çünki ağ papağı sinəsinə qoyulan Şükran sanki yuxuya getmişdi. Bu barədə söhbət gedincə, mübahisə başlayınca lal-dinməz oda yanan, qızaran gözlərini hürüt-hürüt döyən Göyalı ayağa qalxdı:
– Camaat! – dedi. – Ox-kamanı qoymayın, mənə gərəkdir. Şükranın oxu ilə Şükranı qətlə çatdıran qatili öldürəcəyəm!
Hamı ağlaşdı... Ata qəzəbinin nə olduğunu, nə üçün olduğunu bilən ağqoyunlulara da qəzəbli xitab dalğa-dalğa yayılmağa başlayınca, uzaqlarda duran qonaqlar da ağlaşdılar. Heç kəs Şükranın atası Göyalını qınamadı. Ona belə deyil, elə deyil demədi. Qanlı yox idi, gözə görünmürdü. Bəlkə qohum-qardaşdan kimsə qatil atın tərkini qılmışdı?! Yox, belə deyildi, hələ ki, belə olmamışdı! Ani sükutdan sonra səs qayıtdı:
– Yaxşı, yaxşı, onu qoymarıq, sən öz əlinlə oğlunun intiqamını alarsan!
Göyalının qəzəbnak səsi titrədi:
– Həm də, camaat, mən Ziyarət dağına da dırmanacağam!
– Oraya nə üçün, Göyalı?
– Oxu oradan yuxarıya tuşlayacağam!
– Asi düşmə, Göyalı!
– Mən asi düşürəm, el! – deyə intiqam alovuyla yanıb kösövə dönən Göyalı üzüyuxarı dartınmağa, əyilən qəddini düzəltməyə çalışdı. – Mən Şükranı verən ulu Tanrıya iyirmi il şükür edib borcdan çıxmışam. İndi Şükranı alan Tanrıya deyəcəyəm: mən asiyəm, məni cəhənnəmə göndər, mən səni tanımıram!
– Ürəyin yanır, Göyalı!
– Ürəyim hər necə yandı-yanmadı, Ziyarət dağının kəlləsinə qalxmaqdan da qabaq o qatil Ulduzu, bax, Şükranın bu oxuyla oxlayacağam!
– Ulduzu oxla, Göyalı! – deyə kişini Allah səbrinə səslədilər. – Ancaq ulu Tanrıya qarşı asi düşmə! Qoy Şükranın yeri yumşaq olsun, cənnət olsun!
– Şükranın yeri yumşaq olacaq, cənnətdə olacaqdır, – deyə Bəyalı oğlu yanıqlı səsini titrəyə-titrəyə qaldırdı. – Bax, bu qara geyən bizim göyənlimiz Elşad qızı Sevgilidir. Bizdən heç kəs indiyə qədər bilməyibdir bu bədbəxt balalarımızın arasında nə vardır! İndi ellikcə bildik ki, bizim bədbəxt... – Göyalı udqundu. O, bircə gecənin içində ağ liflər düşən qızın saçlarını tumarladı: – Bax, oğul toyu, ay el, belə olarmış! İndi görün məni asiliyə gətirən Allah necə də ədalətsizdir!
Kişini sakitləşdirməyə çalışsalar da o, sakitləşə bilmirdi, tüstüsü təpəsindən çıxırdı, açılışmışkən dayana bilmirdi:
– Hamıdan da əvvəl günah məndədir! – deyirdi. – Bax, bu dili tutulan Göyəm qızı Qaratel, bizim üzümüzə hürüt-hürüt baxan bu Göyəm qızı məni çox ayıltdı. Mən ayılmadım. Mən dolaşığa düşüb qəzadan qaça bilmədim. Öz vaxtında Şükranı qətlə çatdıran o kəmfürsət atı oğlumdan uzaqlaşdıra bilmədim, çünki Allah özü qəsdən mənim basaratımı bağladı.
– Şükürlü ol, kişi, səbirli ol, Göyalı!
– Şükürlü, səbirli olacağam, ay elə! – deyə Göyalı tabutda uzanan Şükranın şəvə saçlarını tumarlaya-tumarlaya yanan dodaqları ilə oğlunun soyuq-soyuq alnından öpdü, öpdü. Birdən qəddi əyilən ata elə hönkür-hönkür ağladı ki, bütün ürəklər zoğ-zoğ zoqquldadı.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-kesilmeyen-kisnerti-xiv
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sübhün gözü açılmadan kəndlərə çıxan, yenə də rəncbər-rəiyyətlə rəhmdilliklə rəftar edən, əlillərə ehsan paylayan Məmalik xan da ürəyinin Məhtabanın ürəyi kimi birdən eyni an içində sancdığını hiss edincə, atının belinə qalxıb üstünün süvariləri ilə dinməz-söyləməz geri döndü, göydəki gün əyilər-əyilməz, özünü bərigahına yetirdi. Xan atından düşüb birbaş Məhtabanın otağına qalxdı, onun ölü düşdüyünü görüb, heyrət etdi:– Sənə nə bəla üz veribdir, qız?
Məhtaban 24Lakin bu səs-səmir heç də içəridə qalmadı. Savalana qalxan qiyamçılardan Ərdahanın həm təzə, həm də köhnə əşrəf və mübaşirlərinə xəbər yetişdi ki, bəs əgərləri siz Pəhləvan Məhəmmədin qızı Məhtabanın başından bircə tük əskik etsəniz, öz keçəpapaq, uzunbirçək başınızı cidada bilin!.. Baş əşrəfin tapşırığına görə bu xəbəri Ərmağandan gizlədilər, tülkü kimi qorxduqlarını yeni hökmdara bildirmədilər...– İndi nə olsun, ağalar? – deyə Ərmağan başına toplaşan əşrəfəyanın fikrini bilmək istədi. Onlar qoca xanla, onun xanımı Məhtabanla necə rəftar etməyi Ərmağanın öz öhdəsinə buraxıb, onun heç bir sərəncamına zidd çıxmayacaqlarını bir ağızdan izhar etdilər.
Məhtaban 25Ərmağanın bunca amansızlığı atasını təpəsindən dırnağına sarsıtdı, o avazımış halında sərilə qaldı... Ərmağan isə atasına hücum edib, onu bişərəflikdə müttəhim edir, qoca vaxtında oyanan eşqini təhqir edirdi. Qocanın əsəbləri yay kirişi kimi dartılır, fikri-xəyalı dəyişib dolanırdı: “Bu nə haldır? – deyə gözləri süzülən qoca dərin burulğana düşən sayağında boğulurdu. – Bu nə faciəli röyadır, Allah?”.Məmalik, gözləri ilə görsə belə, çox çətin inanırdı ki, qız da atasına qarşı belə amansız olar, bir həramı kimi onun girəvəsini kəsə bilər. Qoca çox çətin inanırdı ki, ana ayrı olsa da, öz ata bir qardaşını, məsum, günahsız uşağı, bütün bu çarpışmalardan bixəbər körpəni ata bir bacısı məkr, hiylə yolları ilə oynada-oynada, güldürə-güldürə, öpə-öpə qətlə çatdıra bilər!..
Məhtaban 26Məhtaban Məhəmməd qızı hər necə düşmən mühasirəsinə düşüb, öldürülən körpəsinin kedərinə batsa da, ona söykənən qocaya dayaq durdu. O, ümidi üzülən, amansız övladının əlində dəstigir olub, həlakulara əsir düşən xanı atmaq istəmədi.– Mən ayaq üstə sənə söykəli keçinirəm, qız, – Məmalik şikayətləndi. – Sən mənim cənazəmi haraya sürüyə bilərsən?
Başqa şairlərin şeirləri
Qartallar qıy vurmur, dönüb zamana,Fələk yaxşı fürsət verdi yamana.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
Xalq mahnısıSonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.