Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.

Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:

– Yaxşı olacaqsan, xanım! – dedi.

Məhtaban gözlərini fərşə dikib qəhərləndi.

– Nə üçün ağlayırsınız, xanım?

– Heç, elə-belə...

– Ağlamaq yaramaz. İndi əsəbiləşmək sizin səhhətinizə ziyandır, xanım!

– Halım xeyli fənadır, həkim!

– Əsla yox! – deyə mamaça cavan xanımın qumral saçlarını tumarladı, doğumdan əvvəl onu toxtatmaq, bacardıqca ruhi sarsıntılarından xilas etmək istədi: – Gərək Şərq xanımları da bizim avropalı xanımlar kimi cəsur olsunlar... Gərək yəqin biləsiniz ki, yer üzündə heç bir əcinnə-filan yoxdur!.. Bunları yaradan sizin Şərqin xurafatıdır. Ürəyinizdə nə sirr varsa, hamısını mənə açın... Mən həkiməm, mənə hər sözü söyləyə bilərsiniz...

Məhtaban göz yaşlarını yaylığının ucu ilə silincə xarici xanım qırağı zərli dəsmallarından birisini çantasından çıxarıb ona uzatdı:

– Siz gözəl gözlərinizi təmiz dəsmalla silin, xanım! Özü də qəmi, kədəri özünüzdən uzaqlaşdırın! Əgər yanılmıramsa, təcrübəm gücünə güvənib deyə bilərəm ki, siz xana varis doğacaqsınız... Gör, sizi nə böyük xoşbəxtlik gözləyir!.. O, qoca atasının dizləri üstündə oturub onun qar kimi ağ saqqalını sığallayacaq, ona yenidən uzun, sağlam ömür bəxş edəcəkdir! Bəlkə xan oğlunun toyunu edib, hələ nəvələrinin də toyunda oynayacaqdır!.. Bəli, bəli! – deyə xarici xanım sözünə davam etdi:

– Şərqlilər çox fikirli olmadıqlarına görə uzun ömür sürürlər. Yüzdən yuxarı! Siz cavansınız, heç nəyə darılmayın. Şərq belədir. Şərqli kişi cavan xanımı yamanca xoşlayır!.. Mən neçə xan evində olmuşam. Xanın yetmiş yaşı, sonuncu xanımının on beş yaşı... Olur xanım, belə də olur. Şərq, müsəlman belədir! – Xarici xanım dönüb Məhtabana yumşaq kürsü göstərdi. Özü də ev sahibəsi kimi başqa bir kürsü çəkib əyləşdi.

– Sizin təvəllüdnamənizə əsasən neçə yaşınız var, gözəl xanım?

– Atamın mis camın qırağında yazdırdığına görə gərək iyirmi beş yaşım olsun?

– Atanız sizin təvəllüdünüzü camın qırağında yazdırmışdır? Təəccüb, çox təəccüb! Məgər xanın axundu olmayıb ki, İran adətinə görə isminizi, təvəllüdünüzü Quranın kənarında yazdıra?

– Xeyr, mənim atamın axundu olmayıb!

– Bəs sizin atanız nə cürə xandır ki, onun axundu olmayıb?

– Mən rəiyyət qızıyam.

– Rəiyyət?! Nə olar, indi bizim Avropada izdivac zamanı kimin hansı zümrəyə mənsub olduğuna etina edən yoxdur... Görünür, Məmalik xan Avropa səyahətində olanda bizim demokratik qaydalardan aşılanıbdır... Fərqi nədir? Siz Şərq nağıllarında rəvayət edildiyi kimi gözəl, Şərqin həqiqətən füsunkar gözəllərindənsiniz. Bax, qaşlar necə qara, gözlər necə ala, kirpiklər ox kimi uzun, bəniz ağ, saçlar da qumral!.. Boy-buxunda da heç bir avropalı qızından aşağı deyilsiniz. Sarayda hər şeyə öyrənərsiniz, necə deyərlər, gör-götürdür. Xan malikanəsində təlim alarsınız. Zabitəli xanımlardan biri olarsınız. Ömrü boyu bənövşə kimi boynubükük olmaq – daha böyük xan xanımına yaraşmaz!

Xarici xanım Məmalik xanın xanımına əməlli-başlı Avropa mühazirəsi oxudu, bu təvəllüddən heç bir fənalıq, qəmginlik gözlənmədiyini elan etdi. Özü də xanı oğul müidəsi ilə muştuluqlayıb, ondan azıazı bir kənd qoparacağını bildirdi. Nəhayət, xarici xanım Məhtabanı güldürüb, az da olsa, onun qaşqabağını açdı:

– Nə qədər ki, mən buradayam, nə özünüzdən, nə də balanızdan qorxunuz olmasın, xanım!..

Məhtaban şirindil qonağa hörmət etmək istədi. İstədi ki, üst eyvana çıxıb, on ay əvvəl sübhçağı xanın intizarda dayandığı sütunlu tağbənddən aşpazı səsləsin, tez xörək-çörək bişirilməsini, qonaq üçün ləzzətli təamlar hazırlanmasını tapşırsın. Ancaq çəkindi. Düzü, heç kəs Məhtabana belə hüquq verməmişdi. Bu müddət ərzində Məhtaban Məmalikdən başqa heç bir kəslə kəlmə kəsməmişdi. Məhtaban pirani gülçüdən savayı heç kimin üzünü də görməmişdi. O, sanki qəfəsdə idi. Düzdür, Məmalik xanın kaşanəsi çox bərli-bəzəkli, Məhtabanın geydiyi paltarlar olduqca zərli-zibalı, daddığı təamlar ləzzətli, hamısı da xan xanımına yaraşan idi, ancaq bütün bu dəbdəbənin içində Məhtabanın müstəqilliyi yox idi, ixtiyaratı məhdud idi. Hər şey xanın fərmanından, sərəncamından asılı idi. Məhtaban öz evlərində istədiyi xörəyi – əriştəni, umacı anasına bişirtdirib, çox ləzzətlə yediyi halda, burada onların birini də dilinə gətirməmişdi. Məhtabana elə gəlmişdir ki:

– Qız nə əriştə, nə umac? Onlar çoban-çoluq istılığıdır, – deyə Məmalik xan arvadının bu arzusunu eşidincə, əlini əlinə vurub güləcəkdir. Deməli, Məhtabanın öz istədiyini deməyə, yaxud bir kəsə göstəriş verməyə cürəti, ərki çatmırdı. Mamaçadan sonra bir az cürətlənən Məhtaban xanın yanına döndü, tutula-qızara soruşdu:

– Xarici xanım üçün nə hazırladaq, xan?

– Necə nə hazırladaq, qız?

– Xörəkdən, təamdan ərz etmək istəyirəm...

– Nə lazımsa, mən özüm mətbəxə tapşırmışam, sən nigaran qalma!

– Yaxşı, belə olsun, xan!.. Bəs xarici xanım hansı otaqda yatacaq?

– Onu da özüm tapşırmışam, qız! Mənim qonağım, sənin mamaçan kallayı otaqda məskən salacaq!

– Deyəsən, xan, mən o otağı heç görməmişəm?!

– Bəli, o vaxt göstərə bilmədim, indi sən də görərsən.

Məhtaban çəkinə-çəkinə soruşdu:

– Xarici xanım sizə varis bəxş edəndən sonra burada neçə gün qalmalı olacaq?

– Belə şeylərin zəhmətinə qatlaşıb, özünü üzmə, – deyə Məmalik xan Məhtabanı öpüb oxşadı. – Sənin Məmalik kimi nökərin olandan sonra heç nəyin qəmini çəkmə, qız! Tək sən balana pərvəriş verən dayənin üstündə göz ol!..

– Mən özüm balamıza pərvəriş vermək niyyətindəyəm, xan.. Siz gərək bu ixtiyaratı mənim əlimdən almayasınız...

– Deməli, siz övladımızı başqasına arxayın olmaq istəmirsiniz?

– Xan, mən qıjıltılı çayda Ərdaha obasının palaz-paltarını yuyan bir qızdım. Yolumdan azmaq istəmirəm, istəyirəm ki, övladımızı özüm bəsləyəm!

– Sən hər vaxt uşağı Ərmağandan gözlərsən, qız! – deyə Məmalik xan açıq qapını örtdü. – Sən hər zaman, hər hansı yaşında övladımızı ondan gözlə!.. Uşağın ögey bacısından, – atasının bivarisliyinə sevinən, Ərdaha xanlığının bütün əmval-əmlakına yiyə durmaq istəyən o pörtdəmişdən körpəmizi gözlə!

– Yəni Ərmağan xanım, bura mübarəkbadlığa gələcəkdir, xan?

– Gecmi, tezmi gələcək!.. Qovsan da, o həlaku casus bu qapıdan əl çəkməyəcək!

– Adam da öz doğma atasının yurdçuluna qəsd edərmi?

– Bu boyda Ərdaha torpağının üstündə edər!.. Düşmən həlakulardan dörd oğul doğan xanım, övladının ikisinin xeyrinə nəyə desən gedər!..

– Unutmayın ki, Ərmağanın oğlanları sizin nəvələrinizdir, xan!

– Həlakular bizim dədə-baba düşmənlərimizdir!

– Təkrar edirəm xan, onda bəs siz öz yeganə qızınızı niyə dədə-baba düşməninizin evinə verirdiniz?

– Onlar axund-üləmanı yığıb Quran qəsəmi ilə ağlımı oğurladılar, qız!

– Belə fitnəkarlıq kimin fitvası ilə olubdur?

– Çalbığ Həlakunun hiyləsi ilə! Məqsədi də bizim dədə-baba torpağımızı biryolluq həlakular qəbiləsinə qarışdırmaq, Həlaku xanlığını böyütmək, məmaliklər sərdabəsini yerlə-yeksan etməkdir!

– Daha bu necə Quran qəsəmi, necə qohumluq oldu, xan?

– Mən özüm də bu babətdən yamanca düyünə düşmüşəm, Məhtaban!

– Məni də paltar-palaz yumaqdan əbəs yerə döndərib belə açılmaz düyünə saldınız, xan!

– Dünya dava üstündə bərqərardır, qız! İnnən belə sən tamam ayıq, gözüaçıq ol!

– Yeqin ki, Ərmağan xanım mənim barəmdə da çox naguvara nağıl uydurubdur?..

– Bəli uydurubdur!..

– Onda xanlar arasında düşmənçiliklə qohumluq yamanca bir-birinə qarışıbdır.

– Bəli, bütün İran xanlıqlarında vəziyyət belədir, Məhtaban!

– Siz məni açılmaz müşkülə, çıxılmaz girdaba saldınız, xan! Məhtaban, xarici xanım söyləyən sayağı bənövşə kimi boynunu bükdü, bir az əvvəl az-çox sevinc içində gülən gözlərindən solğunlaşan yanaqlarına hüznlü göz yaşları süzüldü. Xarici xanım özü də qəhərlənməyə başlayanda o biri otağa keçdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 dəq
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 dəq
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 dəq
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 dəq

Başqa şairlərin şeirləri