Ucuzlaşmış kitablar...
Bu dükan təklənib günahkar kimi,Çıxıb dükanların sıx cərgəsindənYel vurur, cilidsiz kitablar kimiQapısı laxlayır çərçivəsindən.
Burda satıcı da qaşqabaqlıdır,Burda alıcılar seyrək görünür.Yazıq kitabların dili bağlıdır,Onları dindirən tək-tək görünür.
Burda kitab var ki, bir küncə düşüb,Dərdinə xəlvəti o yanar bəlkə?Bir kitab görürəm yaman büzüşüb,Yazanın yerinə utanır bəlkə.
Məst olub bir tərif qonaqlığında,Kef çəkir müəllif, dərd çəkən odur.Alınmaz kitablar öz sağlığındaNaşı sənətkarın nekroloqudur.
Kitablar dərdini kimə söyləsin?Dükandan-dükana gəlib çaşıblar.Ən yüksək qonorar həzm edən şəxsinBurda kitabları ucuzlaşıbdır....
Əsnəyir satıcı – yorğun bir qarı,Qapının səsinə diksinir hərdən.Silib, sığallayır o, kitabları,Cilidlər od alır soyuq əllərdən.
“Aha aparırlar, gedirik deyən,Bizi axtaran var, bizi alan var”.Onları tərpətmir heç kəs yerindənAldanır, büzüşüb yazıq kitablar.
Büzüşüb üstündə famili, Adı,Yazanın olsa da boyu tir kimi.Bir evdə özünə məskən tapmadıKitablar pasportsuz mühacir kimi.
Qarı məni görcək gəlir yaxına,Yəqin düşünür ki, nəsə alıram“Ay oğul, zarafat gəlir baxana,Kitablar köhnəlir, mən qocalıram.
Bir qutu kibrit də düşsə qiymətdənBöyüklü-kiçikli hamı sevinər.Kitab ucuzlaşsa düşər hörmətdən,Eh, onu satmaq da, hünərdir-hünər.
Ay oğul, dövlətin, xalqın pullarıHarda qazanılır, gör itir harda.İnan ki, Allahın siçovullarıKiflənmiş kitabı yemir anbarda.
Bəlkə oxucudur buna müqəssir?Nə deyim, özüm də çaşıb qalmışam.Hər kitab daş olub çiynimdə gəzir,Varaqlar soluxub, mən saralmışam.
O cildi bahalar, özü ucuzlar,,Satılmır, məni də boğur bu qəhər.Burda işləmədi cavanca qızlar,Məni göndərdilər zorla, birtəhər.
Burda kitab var ki, sığallasan da,İçindən çürüyür o, yavaş-yavaş.Deyirəm bəzisi kitab yazandaMənim də halımı düşünəydi kaş...”
Elə bil başıma fırlanır aləm,Günahkar bilmirəm buna özgəni.Kitablar içində səs eşidirəm,Gələcək kitabım çağırır məni.
Varaqlar çırpınır: Yaxın gəl, dinlə.Ürəksiz, ilhamsız az qaralt bizi.Gördün isinmirik hərarətinlə,Heç kimə göstərmə, oda at bizi.
Yandır öz əlinlə, nə qədər vaxtdır,Gözdən uzaq olaq, əllərdən iraq.Yoxsa ki, özgəsi yandıracaqdır,Sənə də üstəlik tənə vuracaq.
Taleyin nə olar düşsə o günə?Kitaba hər ucuz söz niyə qonsun?Sənin ki, çökməyib torpaq üstünə,Bizim üstümüzə toz niyə qonsun?
Dükandan çıxıram səssiz, ahəstə,Fikrimdə öz qayğım, öz acılarım...Deyirəm: ay mənim oxucularım,Gəlməyin, gəlməyin qəbrimin üstə.
Bir gün ucuzlaşsa şeir kitabım,Gəlin qəmli-qəmli siz bu dükana:Gəlin, o kitabı axtarın, tapın,Mənim qəbrim bilib yas tutun ona.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-ucuzlasmis-kitablar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Qəzəl: Ləbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraLəbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraQədinlə boylaşa bilməz nə sərvi-naz nə rəna
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?