Dəyər
Yazgülə dastan yazıram,Küllü bu cahana dəyər.Qaş qara, gözlər ala,Sibi-zənəxdana dəyər.Tökülüb şahmar zülfü,Dal gərdəndə yana dəyər.Ağ üzündə qoşa xalı,Ləli-bədəxşana dəyər.
Bir ox dəyib sinəm üstə,Bağlamasa qanım gedər.Səf düşdüm, səbb eylədim,Hər yana gümanım gedər.Sərindən bir muy əyilsə,Elə bil ki, canım gedər.Əsməsin badi-sərsər,Tellərinə şana dəyər.
Yanında yoldaşları var,Qoyun isnat verim barı.Birisinin adı Əsmər,Birisinin adı Zərri.Qoy könlünə yer gəlməsin,Ata bilsin Sənətkarı,Müxtəsəri mən nə deyim,Yusifi-Kənana dəyər.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-deyer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bəndəni əfv eyləyə millət gərək,Məbədə-meyxanə dedim, bilmədim,
Bu işəQadir Allah, səndən budu diləyim,Pənahdarım, imdad eylə bu işə!
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir