Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad,Səbrim əksildi günü-gündən, qəmim oldu ziyad,Bivəfa gördüm, kimə dünyada etdim etimad,Çərxi-dun sübhü məsa oldu mənimlə kəcinad,Əlaman, çərxi-sitəmkarın əlindən dad, dad.

Rəhmsiz səyyadi-çərxə seydvəş oldum şikar,Dami-fəqrə payibənd etdi məni ol kəcmədar,Mərdümi-iqbalimi çərx eylədi dərdə düçar,Söndürüb iqbalımın şəmin edibdir tirətar.Yetdi daim çərxi-bədxudən mənə zülmü fəsad.

Dövr zülm etdi mənə peyvəstə, çərci-bihicab,Atəşi fərq içrə yandırdı məni, qıldı kabab.Etmədi ahü fəqanimdən fələk şiçictinab,Qalmayıb bir mu qədər ol zülmü qəmdən məndə tabAglar oldu halıma, əhvalım hər kəs qıldı yad.

Dərdü qəmdir bəstəri-eşq içrə hər gün həmdəmim,Bir müalic tapmadım, ta eyləsin nəfi-qəmim,Buteyi-dərdü qəm içrə yandı, məhv oldu tənim,Böyləmi keçsin, rəvadırmı; həbibim, aləmim?Bəs deyilmi, çərxi-dun eylər mənə bunca inad?

Gəldi könlüm təngə, Vahid, qüsseyi-dövrandən,Yoxdu bir kimsə xəbər tutsun məni-nalandən,Bədtər oldu xaneyi-dünya mənə zindandən,Səbrü aramım kəsildi naləvü əfqandən,Qüsseyi-dərdü bəladən olmadım bir ləhzə şad.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale