Səndən, gözəlim, könlüm o gündən nigarandır
Səndən, gözəlim, könlüm o gündən nigarandır,Bir kimsə də sormur, bu nə fəryadü fəğandır.
Rüsvayi-cahan olmasa, eşq əhli tanınmaz,Aşiqlərə rüsvağılı, bil, namü nişandır.
Yar olmasa, gülşəndə baharın nə səfası?Bülbüllərə, gül olmasa, hər yerdə xəzandır.
Mən sevdiyimi görsən əgər, sən də sevərsən,Aləm onu hər yerdə deyir: – Sevməli candır!
İstərsən əgər dilbərin əl çəkməyə səndən,And iç ona şirin dil ilə, tez inanandır.
Öz sevgilinin şəmi-rüxün aləmə göstər,Pərvanələrin eşq oduna qəlbini yandır.
Vahid, düşün öz qədrini, namərdə əyilmə,Göz dik elə bir qüdrətə ki, ruzi-rəsandır.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-senden-gozelim-konlum-o-gunden-nigarandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ürəkdən eyləmişəm mən bu əhdi tarım ilə,Günüm keçəydi həmişə o nazlı yarım ilə.
Keçsəydi xoş günüm əgər ol gülüzar iləKeçsəydi xoş günüm əgər ol gülüzar ilə,Əğyarə minnət etməz idim ahü zar ilə.
Görsəm, ey gül, ölərəm bir də səni xariləGörsəm, ey gül, ölərəm bir də səni xarilə,Əvvəl öldür məni, get sonra gəz əğyar ilə.
Sevimlisən, gözəlim, gəzmə bivəfalar iləSevimlisən, gözəlim, gəzmə bivəfalar ilə,Məhəbbət ilə dolan yarü-aşinalər ilə.
Başqa şairlərin şeirləri · Eşq
Düşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
GörüşBiz ki unutmuşduq ilk məhəbbəti,Ah, bu qəfil görüş kaş olmayaydı.
Sevgilim, sevgimMən könüldən elimin aşiqiyəm,Min könüldən dilimin aşiqiyəm,