Süsəni
Ey nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,Sədəgin yayı qaşın sədəqəsi qurban Süsəni,Bir baxışla yaraşur kim, ala qüz can Süsəni,Belə getsə, tez olur dillərə dastan, Süsəni.
Hərəkatü rəvişin qıldı səhi sərvini pəst,Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,Laləni dağda salıb ruyin, edib badəpərəst,Ey könül, qaş-göz aradə nə gəzərsən belə məst,Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni.
Ey mələk, əbr yüzün gündümü, ya bədritamam?Kim ki, ruyindən olur məst, ona badə həram,Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam,Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xüram,Bilələr ki, nədir küfr ilə iman, Süsəni.
Bu qəddü qamətinə ətləsü xara yaraşur,Qaşların guşəsinə qətlimə eyma yaraşur,Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur,Səni hər kim ki, sevər, başına sevda yaraşur,Ola səgəştəvü divanəvü heyran, Süsəni.
Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər,Sərv rəftara gəlür, qılsa qədin bağə güzər,Qönçə gər ağzın ilə qarşu dura, boynu əyər,Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,Desələr Vazehə böhtandı müsəlman, Süsəni!
Kitabxana.az · https://kitabxana.az/works/vazeh-suseni
Müəllifin digər əsərləri
Xoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
Nə qədər kim, fələyin sabitü səyyarəsi varNə qədər kim, fələyin sabitü səyyarəsi var,Ol qədər sinədə qəmzən oxunun yarəsi var.
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
Qəzəl: Hər zəman kan qəd-o balaهر زمان کان قد و بالا ز نظر میگذردوه چها بر دل و بر دیدهٔ تر میگذرد
Başqa şairlərin şeirləri · Eşq
Sənə üz versə kədər, məclisə cananı çağır,Ləbləri qönçəni, ol gözləri ceyranı çağır.
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.