Balaca mütəfərriqələr 25
– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?
– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.
– Buyur, ağa Dərviş, cavab verməyə hazıram.
– Müsəlman qardaş küçədə sənə rast gələndə, bir balaca çəkinirmi və ya döşləyib keçir gedir?
– Bəzi ovqat o mərtəbədə döşləyir ki, az qalır ki, kəllə-mayallaq uçasan.
– Çox yaxşı, rast gəlib salam verəndə necə?
– Qaş-qabaqlı, gözləri ilə işarə edir, başla da bir balaca hərəkət.
– Çox gözəl, danışanda necə?
– Danışmır, bağırır.
– Zənnin var imiş, kərbəlayı. Mərhəba. Genə bir neçə sual.
– Buyur, buyur, qəribə söhbət başlamısan?
– Müsəlman qardaşlarının bir-birinə məhəbbəti varmı?
– Əstəğfürullah. Varsa da mindən birində.
– Şəriri-biqərəzlər necə?
– Nə qədər kefindi.
– Səxavət necə?
– Ağa Dərviş, oralara əl aparma. Bu nəsihəti mən sənə min kərə eləmişəm.
– Çox mübarək! Bu dursun kənara. Yetimə, qəribə mürüvvət, mehribançılıq necə?
– Xudahafiz, ağa Dərviş, çox dərin gedirsən, atam. Mən bir yazıq kasıb babayam, Allah xatirinə məni bəlaya salarsan. Onsuz da görürsən od-alov içində dolanırıq.
– “Əlhəqqü mürrün vəli kanə dürrün”. Yaranan bir gün təşrif aparacaq, ölümdən qorxma, kərbəlayı!
– Qorxmazdım, ağa Dərviş, hərgah uşaqlar olmasaydı. İndi ixtiyarım yoxdur və sübut həmin ərz etdiyim cavablardır...
– Kərbəlayı, and olsun atam heydəri-kərrarə, hali-hazırımızı fikir etdikcə az qalır ki, bağrım çatlasın. Çox vaxt deyirəm, xudaya, pərvərdigara, nə üçün mənim dərimi öküz dərisindən qalın yaratmamısan ki, mən də küftəbozbaş yeyib dünya aləmi vecimə almayaydım? Nə etməli! Məsələn, keçən gecə xəyalıma gəldi nahəmvar qoz kötüyü... Necə gözəl, əntiqə şeylər əmələ gəlir o kötükdən... Biz müsəlman bənzərik kötüyə... Elm gərək, tərbiyə gərək ki, biz bədbəxtlər də insan sifətinə düşək. Heyhat! Kifayətdir, kərbəlayı, xudahafiz!
“Həyat” qəzeti, 24 aprel 1906, №89
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-balaca-muteferriqeler-25
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Qəziyyə, 4 pərdədə)*Əfradi-əhli-məclis
Əvvəlinci məclisƏhvalat vaqe olur Hacı Osmanın kənd evində, otaq sadə cahazlanmış, altı kürsü və bir miz, Hacı Osman başında yekə papaq, kürsü üstündə əyləşib...*Gülpəri qolları çirməkli daxil olur.*
İkinci məclisƏfradi-əhli-məclisHüseynəli xan – altmış yaşında, saqqalı xınalı*
Üçüncü məclisƏhli-məclisMikayıl – cavan həkim*