Balaca mütəfərriqələr 26
– Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam?
– Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin...
– Hay, hay! Gərək guruldasın, nərə çəkilsin. El bərk yatıbdır, ağa Dərviş, oyanmaz. Fikrə, xəyalata gedib, özünə nahaq zəhmət vermə, atam?
– Xəyal deyil, qardaşım! Qulaq as. Timsal: bir gün dəryadan bir pəncə peyda oldu... Padşaha xəbər çatdı. Pəncəni nişaneyi-müsibət hesab etdilər. Nə qədər top-tüfəng atdılar, pəncə dayandı, bir əlac tapılmadı... Nagah şəxs pəncənin müqabilində durub, əlini qalxızıb iki barmağını pəncəyə göstərdi, pəncə o dəqiqə yox oldu. Əhval yetişdi padşaha... Gəlsin o şəxs! Gəldi mənim kimi bir dərviş! Bu nə sirri-hikmətdir, ağa Dərviş? Ərz elədi: Qibleyi-aləm, o pəncə demək istəyirdi ki, beş nəfər adam birləşsə, dağı dağ üstündən atar. Mən cavab verdim ki, iki nəfər adam da kifayətdir. Pəncə yox oldu. Dərvişə xələt verib yola saldılar.
– Çox yaxşı, ağa Dərviş, mənası nə ola?
– Mənası aşkardır. Camaatımızın arasında ittifaq ola, hümmət ola, cəhalətdən beş ildə biz xilas olarıq. Tifillərimiz küçələrdə bisərü pa qalmazlar, özgələrə də möhtac olmarıq. Necə gözəl cavanlarımız əmələ gələr, xudaya!
– Mən də aşkar görürəm ki, genə pul əhvalatı başlayacaqsan. Xudahafiz, xudahafiz, ağa dərviş...
– Bəli, bəli, kərbəlayı. Səxavət insaniyyət yoldaşdır. İnsaniyyətin mizanı səxavətdir, bəxşayişdir. Vardan-yoxdan keçmək, millət yolunda hər bir ibadətdən uçaraqdır. Nəcabətə sübut səxavətdir. Köməkdən savayı bir qeyri-nemət dünyada yoxdur. Vallahı, billahı, kərbəlayı, imtahan et.
– Hər nə var dövlətdə var, cənab Dərviş! Nə ağla, nə kamala baxan yox, duntəb zəmanəsidir.
– Yüzdən birin verənə nə təfavüt edər, kərbəlayı?
– Heç kəs bir zift də verməz, çünki...
– Necə verməz?
– Verməz deyirəm. Onu yəqin bil.
– Kərbəlayı, xudahafiz!
– Xoş gəldin! Get, get, qardaşım get... Vay fələk!
“Həyat” qəzeti, 31 may 1906, №117
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-balaca-muteferriqeler-26
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cavahir xanım** (tək, taxt üstə oturmuş, bikef). Pərvərdigara! Sən özün bizə rəhm elə, yamanca yerdə axşamladıq, qəribə, olmayan xataya düşdük... Yazıq anam baş götürüb evdən qaçıb, bilmir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun Hacı Salmanın, fəqir kişini yamanca işə saldı... Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz, mən gərək özümü diri-diri quyuya salam... Fəqir atam. Yazıq atam. Günü qara anam. Bədbəxt, köməksiz anam. (Ağlayır.)Əşrəf bəy** (daxil olub). Cavahir, nə olub, ay qız, deyəsən ağlayırsan?
İkinci məclisVaqe olur həmin otaqda. Hacı Qəmbər, Əşrəf bəy əyləşiblər.*Əşrəf bəy**. Mən çox təəccüb eləyirəm sizə ki, mənim sözümə inanmırsınız. Mənə nə düşüb ki, sizə yalan deyim. Vallah, billah, necə ki, sizə ərz eləyirəm, elə iş o qaydadadır. Ala bax, bu iki tel: Hacı Salman yazır ki, bu gün üçün sizə qırx beş min manat pul gətirsin. Əvvəlinci telin də məzmunu belədir ki, baramanı straxovoy eləyiblər doxsan min manata, yarısı Hacı Salmanın, yarısı sizin. Burada bir şəkk-şübhə yoxdur.
Üçüncü məclisVaqe olur həmin otaqda. Əşrəf bəy daxil olur.*Əşrəf bəy**. Gəldik çatdıq Mərəndə... İndi bir qoçaq oğlan istərəm burda mətləbi açıb iş düzəldə... Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır... İndi mən neyləyim?.. Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da elə ata-anasına məlum eləyir, cavab çıxır: bəli, ya xeyr. Vəssalam!.. Bizim işimiz çətindir. Mənim əlacım elə ona qalıbdır ki, özüm mərd-mərdana deyim; hərçənd utanıram, həya eləyirəm... Hərçi badə bad... Ay Allah qonağı istəyən! Ay uşaq, evdə kim var?
Dördüncü məclisVaqe olur həmin otaqda.*Hacı Qəmbər** (tək). Paho, ay!.. Axır ki, Cavahiri yola saldım getdi. İndi görüm mən nə qayırıram... Doğru deyiblər bir cahıllıqda, bir də qocalıqda baş gərm olar. Göz qızışıb, gecə yuxusuz, gündüz əlamanda... Belə ruzgarı uzun çəkməz olmaz... Dünyavü-aləm olub peşəm. Hər bir saat, hər bir dəqiqə, vaxtbivaxt Yetər durub gözümün qabağında... İş düzələr, bir neçə müddət istirahət elərik... Dünya beş gündür, beşi də qara. Süleymana qalmayan dünya kimə qalacaq? (Cəbi daxil olur.) Hə, Cəbi, necə oldu?