Balaca mütəfərriqələr 5
– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə olub yenə, səsin tamam karvansaranı alıb başına, gözlərin gülüb, üzündən şadlıq tökülür? Mən ki səni həmişə dərd-qəmə aludə görmüşəm... İndiki halətinə səbəb nə, ağam?
– Əfəndim, mən bu gün bir neçə xəbərlər eşitmişəm, ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edim. Allah təbarək və taala müxbirə ömri tulanı əta eləsin, hər bir xətadan və bəladan hifz eləsin, inşallah!
– Ola bilərmi, ağa Dərviş, o xəbərlərdən məni də hali edəsiniz?
– Nə buyurursunuz, əfəndim, mən nəinki sizi və qeyriləri, hətta “Həyat”ın cəmi oxuyanlarını, gərək, müjdə alıb xəbərdar edəm.
– Qurban sənə, Dərviş, buyur görüm, necə işdir?
– Əvvəla, əzizim, xəbər budur ki, Bakıda olan cəmi qəyyumlar məscidə yığılıb, Qurana and içiblər ki, bundan sonra yetimlərə xəyanət etməyib, onları quru yurdda qoymasınlar. Pəh, pəh, pəh! Nə gözəl əhdi-peyman, xudaya! Ya rəsulallah! Qəyyumlar sənin sevgili yetimlərinə rəhm edib, ruhi-mübarəkini şad etməyə iqdam ediblər. Allah şad edəni şad etsin, inşallah!
– Pəh, pəh, pəh! Fəda olum sənə. Dərviş, ikinci xəbər nə?
– İkinci xəbər, qardaşım, budur ki, dövləti-İran binagüzarlıq edibdir bir danəndə adam təyin olunsun, Bakıda olan ədliyyə məhkəmələrində mədənlərdə, zavodlarda qolu-qılçası sınıb şikəst olan fəhlələr tərəfindən həmişəlik vəkil olsun, ta ki yəhudi İzmail Dağayevin və ona bənzər vəkillərin əllərindən onları xilas etsin. İranın sahibsiz, yetim şikəstləri, gözünüz aydın olsun!..
– Pəh, pəh, pəh! Nə gözəl qeydi-mühafizətdir!
– Üçüncü xəbər də, qardaşım, budur ki, keçən həftə ağsaqqallar bir böyük məclis qurublar və and üzrə qətnamə yazıblar ki, bundan sonra oğul evləndirib, qız ərə verəndə o biməna evyıxan tələbləri bir-birindən mütalibə etməsinlər və bu işləri sadə və peyğəmbəri etsinlər. Xudaya, sən özün bu qaydaya tərəqqi ver!
– Bu xəbər məni açdı. Ağa Dərviş, dəxi bunun üstü yoxdur. Mən bu dəqiqə gedib bu xəbərlər barəsində dürüst əhval cəm edəcəyəm. Allah səni şad eləsin. Ağa Dərviş, xudahafiz!
– Get, balam, Allah sənə yar olsun. Ancaq, qardaş, hərgah xudanəkərdə, bu xəbərlər yalan olsa, səni and verirəm cavan canına, gəlib mənə demə və məni dərd-qəmə salma. Mən də gedim mənzilə, əllərimi Allahın dərgahına ucaldıb cəhalətimizdən nicat tələb edim və yalvarım ki, zikr olunan xəbərlər yalan isə də, doğru olsun.
“Həyat” qəzeti, 1 iyul 1905, №19
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-balaca-muteferriqeler-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaqe olur Qulunun otağında. Bir dənə miz və bir neçə səndəli.*Qulu** (tək, səndəli üstə əyləşmiş, bikef). Görəsən, dünyada mənim kimi də eşşək adam olarmı?! İndi bu nə gündür mən çəkirəm? Bu nə ömürdür mən keçirdirəm, gecə-gündüz, vaxt-bivaxt, sərbaz kimi bu evlərin keşiyini çəkirəm... Genə dərd yarı olardı, hərgah gedəndə heç olmasa bir soruşaydı ki, Qulu, səndə pul varmı, ya yoxdurmu? Ancaq elə buyurmağı bilir: filan otağın kağızını dəyiş, filankəs gələcək, ona yüz manat ver, gələn qonaqları yaxşı yola sal. Elə buyurur, guya Vartansifət atası gedəndə mənə min manat pul verib gedib... Canım yığılıb boğazıma, az qalıb baş götürəm qaçam.
Pul düşkünü Hacı Fərəc(Məzhəkə, 4 məclisdə)*Əfradi-əhli-məclis
Əvvəlinci məclisƏhvalat vaqe olur Ağa Heydərin salonunda. Avropa qaydasında bəzənmiş Zinyət xanım, Güldəstə əyləşiblər, Kərbəlayı Rəcəb ayaq üstə.*Kərbəlayı Rəcəb**. Çünki mən həmişə kantorda olurdum, bu evə az gəlib gedirdim, ona görə Zinyət xanım, siz məni yaxşı tanımırsınız, amma, bax, bu Güldəstə məni yaxşı tanıyır. Mən yalan bilmərəm, oğurluq bilmərəm, həllə-huşluq bilmərəm, odur ki, mərhum Ağa Heydər məndən suvay heç kimə etibar etməzdi... Banklara pulu mən aparardım, mən gətirərdim... Əlimdən hər bir şey gələr, xanım, amma dələduzluq gəlməz. Bax, Allah verə bu ev dolu qızıl olsun, gözümün quyruğu ilə də baxmaram.
İkinci məclisƏhvalat vaqe olur həmin otaqda. Hacı Fərəc əyləşib səndəl üstə, yanında dəsmal, içi dolu xüşkəbər.*Hacı Fərəc** (Yusifi qucaqlamış). Əziz balam, sevgili balam! Gör əmi sənin üçün nələr gətirib eyy... Cibini aç görüm (Ciblərini xüşkəbərlə doldurur.) Oğlum, əmin sənə qurban, rus arvadı madam sənə yaxşı baxırmı?
Başqa şairlərin şeirləri
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Xosrov və Şirin, fəsil 41Bir gözəl gecəydi, ilk bahar idi.Səadət gəlmişdi, bəxtə yar idi.
Gözəl qızSallana-sallana gedən gözəl qız,Ay qız, bu güzarın bulağadırmı?
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.