Aygün
I
Aygün hələ soyunmamış toy paltarını,
Hələ şaddır, bəxtiyardır dünyalar qədər;
Salamlayıb gözəl ömrün xoş baharını
Günəş ilə bir oyanır evdə hər səhər.
Əmirxanı oyatmayır, dincəlsin deyə,
Bəzən onun nəfəsinə qulaq da asır.
Şadlığından sığışmayıb yer ilə göyə,
Öz eşqini övlad kimi bağrına basır.
Qartal gözlü Əmirxanın baxışlarında
Bir kişilik, bir də vüqar oxuyur gəlin.
Onun geniş sinəsində, sıx qaşlarında
Deyirlər ki, gözü varmış neçə gözəlin.
Bir də ağır oturmağı, ağır durmağı,
Polad kimi cingildəyər nüfuzlu səsi,
Səxavəti, dostlar ilə məclis qurmağı,
Gözlərindən aşıb-daşan həyat həvəsi.
Hətta onun hər tərsliyi, hər inadı da,
Öz sözündən, dediyindən dönməməyi də,
Min insandan seçilməyən sadə adı da
Xoş görünür, şirin gəlir Aygünə hələ.
Bəzən ayna qabağında dayanıb gəlin
Öz hüsnünə dönə-dönə baxır vüqarla.
O duyduqca mənasını ilk məhəbbətin,
Xəyalında məclis qurur saf arzularla.
Arabir də pianonun ağ dillərini
Danışdırır, min zövq alır onun səsindən.
Göyərçin tək uçan görüb öz əllərini
Vəcdə gəlir ürəyinin titrəməsindən.
Əmirxan da, Əmirxan da çox sevir onu,
Bir-birinə hey can deyib, can eşidirlər.
Bayramlara, şənliklərə qoşa gedirlər.
(İlki kimi şirin keçə hər eşqin sonu).
Atasını görməmişdi körpə Əmirxan,
Anasısa bir ağ saçlı müəlliməydi.
Nə oğlunun "hə" sözünə "yox" dedi bir an,
Nə də onun bircə dəfə qəlbinə dəydi.
"Varım-yoxum bir oğuldur", - deyərək ana,
Əmirxanı danlamadı bircə kərə də.
Həddən artıq səxavətlər göstərib ona
Yerli-yersiz izin verdi məclislərə də.
Hələ onun on beş yaşı tamam olmamış
Öz yaşından böyüklərlə durub-oturdu.
Çiyinləri böyüməmiş, ətə dolmamış
Anasilə sözə gəlib, üzə də durdu.
Gah kaverkot, gah da şevyot paltar geyindi,
Sol qoluna hələ qızıl saat da taxdı.
Arabir də pul üstündə evdə deyindi,
Öz gündəlik dərslərinə ötərgi baxdı.
Ancaq onun yaranmadan bir zehni vardı –
Alıcı bir tərlan kimi tutardı sözü.
Məncə, bütün fənlərdən o, beş alardı,
Yazıqlar ki, öz qədrini bilmədi özü.
Bir də yalan danışmazdı: taqsırlarından
Heç vaxt boyun qaçırmazdı mərdi-mərdana;
Bununçun da Əmirxanı sevib hər zaman,
"Atasına oxşamışdır", - deyərdi ana.
Vaxt yetişdi, anası da rəhmətə getdi,
Bu həsrətin ağrısını duydu Əmirxan.
O bir müddət ayrılmayıb el qaydasından,
Tez-tez ana məzarını ziyarət etdi.
Ağ mərmərdən yondurduğu məzar daşında
Öz əlilə anasının əksini çəkdi.
Ot bitməyən, su çıxmayan bir dağ başında
Hələ qəbrin ətrafına ağac da əkdi.
Bir il sonra institutu dördlə bitirdi,
Dostlar ilə öpüşdü də öz şadlığından.
(Soyumamış subaylığın azadlığından)
Elə o yaz Aygünü də gəlin gətirdi.
Gözü qaldi ziyafətlər təntənəsində...
Yorulmadı məclislərin qeylü-qalından.
O, Aygünü, öz evin sevdisə, yenə
Subaylıği çıxarmadı öz xəyalından.
Darıxdısa... tək qoymadı evdə yarını,
Ona yalan deməyə də dili gəlmədi.
Gizli tutdu hərcayilik xəyallarını,
Ancaq ürək sinəsində heç dincəlmədi...
II
Elə o yay institutu bitirənləri
Nazir özü danışığa dəvət elədi.
Ata kimi danışdırıb hər bir nəfəri,
"Səadət də, gələcək də sizindir" dedi.
Sonra açıb Azərbaycan xəritəsini,
Göy dağları, boz çölləri göstərdi bir-bir;
Araz ilə Kür çayının birləşməsini
Nişan verib: - Baxın, - dedi, necə qəşəngdir!
Barmağını xəritədə o gəzdirərək,
Gəlib Muğan səhrasının üstdə dayandı.
Sinəsində təəssüflə döyündü ürək,
Gözlərində ulduz-ulduz arzular yandı
"Baxın, - dedi, - yaxşı baxın qədim Muğana!
Min ildir ki, bu yerlərin qəlbi kövrəkdır...
"Həyat" deyir, su istəyir o yana-yana*
Hələ kəndlər, şəhərlər də burda seyrəkdır.
Hələ tamam qurumamış yağış gölləri*
Üzərində bulud-bulud uçur milçəklər
Gün altında quruduqca vətən çölləri
Öz vaxtından tez saralır güllər, çiçəklər.
Göy zəmilər, göy bağlar da hələ təkdir,
Çox tərəfdə nə kölgəlik, nə sərinlik var.
Cənubdan da əsən külək isti küləkdır
Yarpaq töküb çılpaq qalır boysuz ağaclar
Gedin, dostlar! Təbiətdən intiqam alın,
Bağ yaradın, bağça salın şoran yerində.
Zolaq-zolaq, yaşıl-yaşıl meşələr salın,
İnsan ömrü uzun olsun aran yerində.
Gedin, dostlar! Uğur olsun yollarınıza-
Yalnız insan əlləridir şöhrəti yerin.
İş üstündə qüvvə gəlsin qollarınıza.
Qəhrəmanlar dünyasilə səs-səsə verin...
Dinlədikcə bu sözləri gənc aqronomlar.
Alqışladı bu niyyəti hamı bir səslə.
Bir əməllə, bir arzuyla alışıb onlar,
Bir məqsədin yollarına düşdü həvəslə
Təəssüf ki, bu səfərə çox sevinmədi
Şad olmadı ürəyində yoldaş
Əmirxan Söhbət vaxtı danışmadı, heç də dinmədı.
Etiraz da eləmədi utandığından...
III
- Aygün, daha yığış, yetişdi zaman...
Yoldaşlarım kimi mən də Muğana
Aqronom gedirəm, - deyib Əmirxan,
Nazirin əmrini göstərdi ona.
Aygün imzalanmış əmrə baxaraq,
Özü də bilmədən xəyala getdi.
Bir anlıq sifəti ağardı dümağ,
Elə bil ruh uçub canı tərk etdi...
"Ayrdıq günləri gəldi" - deyərək,
Baxdı Əmirxana, baxdı həsrətlə.
Onun sinəsində çırpınan ürək
Yanırdı müqəddəs bir məhəbbətlə. - Keçib... fikirləşmə, yığışın, gedək!
Hər halda Muğan da faydasız olmaz.
Xoşumuza gəlsə yaşarıq bir az,
Biz də çalışarıq başqaları tək.
Nə fikirləşirsən, nə düşünürsən? –
Aygün, ehtiyatla gülümsəyərək - Yaxşı, institutu qurtarmayım mən?
- Onsuz da tapılar bir parça çörək...
Darıxma, dünyada nə qədər sağam
Arxanda dağ kimi dayanacağam.
Kasadlıq sözünü bilməyəcəksən... - Bəs mənim taleyim, sənətim?.. Bəs sən
Olmazmı Muğana yalnız gedəsən? - Olmaz!
Bir ay deyil evlənəli biz,
Aygün fikrə getdi.
Ayrılıq... həsrət...
Əmirxan... çöl yeri, vəhşi təbiət...
Bəlkə xəstələndi o çöldə birdən,
Bir içim su verən olmasınmı bəs?
Bəlkə mən özüm də darıxdım hərdən.
Əmirxan düz deyir, tək gedə bilməz...
Bəs məktəb? Oxumaq? Gözəl arzular?..
Tayımdan, tuşumdan gerimi qalım?
Meylimi mətbəxə, evəmi salım?
Sinəmə sığmayan gözəl duyğular?...
Ağardı Aygünün sifəti dümağ,
Dondu ağ sinəsi dağda qar kimi.
Qələm qaşlarını sıx-sıx çataraq,
Düşündü bir ağır dərdi var kimi.
Ancaq danışmadı, dinmədi yenə,
Qəmli baxışları su kimi axdı.
"Bəlkə öz fikrindən Əmirxan dönə?"
Aygün bu niyyətlə ərinə baxdı...
Ancaq o gözlərdən, o baxışlardan
Axan şeriyyəti duymadı əri.
Aygün bulud kimi tutuldu bir an,
Azacıq islandı sıx kirpikləri...
Əmirxan özü də hiss etdi bunu,
O da fikrə getdi, düşündü bir az;
Görüncə Aygünün tutulduğunu:
Sevgilim, sevənlər pərişan olmaz!..
Deyərək bir eyham vurdu gəlinə...
Aygün tez ayrıldı düşüncələrdən.
Onun saçlarını oxşayıb hərdən,
Əmirxan eşqdən söz açdı yenə: - Bu nə eşqdir ki, sən qalasan tək,
Mənim də qəlbimi intizar üzə.
Neçin oturmayaq hər gün üz-üzə,
Beş günlük dünyada dövran sürməyək?
De, niyə tək gedim sənsiz Muğana?
Nə var ki... Məktəb var... Nə bilim nə var...
Sən bu gün qadınsan, sabahsa ana.
Sən kimi düşünsə bütün qadınlar,
Gündə min ev uçar, min ev yıxılar.
Evsiz, ailəsiz məhəbbətmi var?
Nə fikirləşirsən? - Sənin fəlsəfən Səmimi olsa da,
bir az köhnədir. - De görək, sözünün mənası nədir?
- Tutaq ki, sən deyən tək yaşadım mən,
Tutaq ki, izlədim səni kölgə tək.
Daima dörd divar içində qaldım,
Nə sənət öyrəndim, nə də elm aldım.
Bəs tay-tuş üstümə gülüşməyəcək? - Gülən güləcəkdir... Cəhənnəmə ki...
- Məncə... başqa şeydir ürəyindəki...
Açıq deməyirsən! -
Bu vaxt Əmirxan otura bilməyib ayağa durdu,
Tutuldu Aygünün bu sualından,
Bir az gəzinərək yenə oturdu.
O bir də oynadı durduğu yerdən
Aygünün üstünə açıldı birdən: - Ömrümdə üzümə bir söz gəlməmiş,
Mənim "hə" sözümə "yox" deməmişlər.
Ərköyün yaşardım anam ölməmiş,
Ölərdi mən ona öl desəm əgər...
Çünki o doğrudan sevirdi məni,
Budur, fədakarlıq, əsıl bır insan!
İndıdən boş qoyub sən oz çənəni,
Mənə yerli-yersiz söz qaytarırsan.
Aygün danışmadı... Alındı, ancaq,
Bir qızartı gəldi yanaqlarına...
O təzə toyludur, həm də utancaq,
Ağır söz gəlməyir dodaqlarına.
Bir də o çox sevir, sevir ərini,
Odur ki, hər zaman söz qaytarmayır.
Əmirxan uzadır dediklərini,
Mətləbi bir yolluq o qurtarmayır: - Məni doğrudan da sevirsənsə sən,
Öz eşqin uğrunda, qəlbin uğrunda
Nə oddan, nə sudan çəkinməlisən,
Qanuna zidd olan nə var ki, bunda?
Ər harda, arvad da orda olmalı,
Sən özün bunları bir yaxşı düşün –
Nə mənsəb qalacaq, nə dünya malı,
Kişinin şöhrəti namusdur, Aygün!
Aygün ehtiramla gülümsəyərək: - Əmirxan, sən mənə inanmayırsan?
Bu dediyin nədir, utanmayırsan?
Məncə, öz eşqinə sadiq bir ürək
İllər həsrətilə oda yansa da,
Bir qığılcım kimi alışıb sönməz...
Yalqizlıq qəm ilə alovlansa da,
Eşqindən soyuyub, sözündən dönməz...
Nə olub, bir günlük yoldur ki, Muğan,
Ayda bir dəfə də gələ bilməzsən? -
Aygünün üzündən öpüb Əmirxan: - Yox, - dedi, - başqa bir təbiətəm mən...
- Necə təbiətsən?
- Onda qulaq as:
Ömrümdə mən yalan deməmişəm heç.
Yalan danışanda vicdan da olmaz,
Dost-düşmən yanında xar olar tez-gec...
Səndən nə gizlədim, qısqancam yaman.
Sən məni sevsən də dünyalar qədər,
Yanımda görməsəm səni bircə an,
Gözümün yuxusu çəkilib gedər...
Demirəm böyükdür bu təbiətim,
Bəlkə də, bəlkə də bu bir azardır.
Qəlbinə dəyməsin sözüm, söhbətim,
Səndə məhəbbət də, namus da vardır.
Sənin vəfana da inanıram mən,
Ancaq, nə olsun ki, böyükdür şəhər...
Özün də həddindən artıq gözəlsən...
Didib parçalayar məni şübhələr... -
Aygün eşitdikcə bu etirafı
Ürəyi kövrəldi, yumşaldı bir az.
Qadın mərhəməti, qadın insafı
Qadın inadından heç də az olmaz...
Sonra öz ağlında ölçüb biçdi ki,
Əmirxan doğrudan tək gedə bilməz.
Bir də xəyalından gəlib keçdi ki,
O da Əmirxansız şad olub gülməz. - Yaxşı, gedək, - deyə dilləndı gəlin,
Döndü Əmirxanın ürəyi dağa.
Qərarı bir oldu sevgililərin,
Sonra öpüşdülər dodaq-dodağa.
Aygün demədisə bir dərdi açıq,
Susdusa qırılmış bir rübab kimi,
O, elmi, məktəbi qoydu yarımçıq
Tamam yazılmamış bir kitab kimi...
IV
Tarixlər şahidi Muğan düzündə,
Araz kənarında, suyun gözündə
Təzəcə bir sovxoz şəhəri vardır;
Burda üzə gülür təmiz küçələr,
Günəşli gündüzlər, aylı gecələr;
Kölgəli çinarlar qatar-qatardır.
Ortada salınmış böyük bir bağ da
Muğanda birinci Lenin bağıdir.
Baxıb seyr etdiyim o al bayraq da
Leninin müqəddəs al bayrağıdır.
Dalıb düşünürəm bayaqdan bəri
Lenin heykəlinin qarşısında mən.
Elə bil seyr edir Lenin çölləri,
Dünyalar, dünyalar keçir qəlbindən.
O baxır Muğana, goz işlədikcə
Yel esir, tərpənir gömgöy zəmilər.
Muğanda neçə min əl işlədikcə
Hər gün tez açılır vaxtından səhər...
Hər saat dolanır bir dəqiqə tək,
Səssiz gecələrin ömrü gödəlir...
Hər axşam insanlar işdən dönərək
Lenin heykəlini salama gəlir.
Ey dost, Muğandakı bu xoş baharı
Yaradan insanın mərd əlləridir.
Gecələr alışan yer ulduzları
Atamız Leninin əməlləridir.
Yaxşı bax, nə qədər parlaqdır onlar!
Demə ki, sadəcə bir yaraşıqdır.
Düşün, gör nə böyük bir mənası var –
Bu dünya dnrduqca Lenin işıqdır.
Hər evdə, hər insan qəlbində yanan
Leninin eşqidir, ölməz adıdır.
Əsrlər keçsə də, Lenin hər zaman
Bəşərin ən böyük istedadıdır.
V
Sovxoz direktoru oyandı səhər,
Başında fikirlor çıxdı eyvana.
Ayağı altında bu kiçik şəhər,
Baxdı səhra boyu, baxdı hər yana.
Düşündü, düşündü bizim qəhrəman,
Qurduğu şəhərə baxdı vüqarla;
Elə bil nur yağdı baxışlarından,
Sabahı düşündü, o, iftixarla...
Hər ev qabağında kiçik bir bağ da
Yazın oğlan vaxtı gül açdı rəng-rəng
Dünən qamış bitən qara torpaqda
Bu gün şəfəq kimi sayrışdı çiçək.
Hopduqca səhranın gövdəsinə su
Tərlədi qaxsımış birbədən kimi...
Yerdə çiçək açdı yerin arzusu,
Sevindin, oxucum, sən də mən kimi.
Gürzələr, şahmarlar Araz boyunca
Paslı qılınc kimi çəkildi qına.
Yaşıt məxmər kimi döşəndi yonca
Vətən qızlarının ayaq altına.
Muğanda qarağat, yovşan yerinə
Çinarlar boy atdı cərgələnərək;
Ağaclar bənzədi bir-birinə
Bir ana südünün övladları tək.
Sabahı seyr etdi öz nəzərilə,
Bir anda fikrindən yüz illər keçdi;
Bu kiçik şəhərin küçələnkı
Nəsillər dalınca nəsillər keçdi...
Mən bu qəhrəmanı neçə il qabaq
Cəbhədə görmüşdüm bir axşam üstü;
Uçurdu göylərdə parçalanaraq,
Topların ağzından yayılan tüstü.
Şimaldan bir soyuq külək əsirdə,
Ayaz xəncər kimi yeri kəsirdi.
Hücuma keçmişdi o gün ordumuz
Ölən düşmənlərin meyiti üstdən.
Qulaq tutulurdu cəbhədə səsdən.
Ancaq, sevinirdi ana yurdumuz –
Ordumuz hər yandan atəş açırdı,
Alman saldatları geri qaçırdı.
Göy darısqal idi, üfüqlər qara,
Kainat cırırdı dar paltarını...
Bu məşhur topçu da öz toplarını
Atıb yol açırdı piyadalara.
Onun səngəriydi xırdaca bir dağ,
Ayağı altında bərk idi torpaq...
İndi nə top atır, nə düşmən vurur,
Hələlik susmuşdur topların səsi.
Divardan asılı yadigar durur
O topçu zabitin cib xəritəsi...
Bəzən cizgilərə nəzər yetirir,
Keçdiyi yolları yada gətirir.
-
Bayaq söylədiyim kiçik şəhərdə
İndi bu qəhrəman bir sovxoz qurur.
Çox zaman yatmayır o gecələr də,
Hər bağa, zəmiyə keşikçi durur.
Üzündə bir çapıq yeri də vardır –
Döyüş günlərindən bir yadigardır.
Xeyirxah, sadə bir təbiəti var,
Nə artıq pul sevir, nə də təmtəraq.
Gileysiz danışır ondan insanlar
Hər vaxt yaxşılıqla xatırlayaraq.
Həyatdır... Onun da dolanacağı,
Vaxt olur aşağı düşür, neyləmək?
Bəzən bahar vaxtı, ya da şam çağı
Yediyi sadəcə pendirlə çörək
Tənbəllər yığışıb nağıl deyərək
Söhbətlə keçirdi gecə-gündüzü.
Yağışın dalınca bərk gəldi qar da,
Odundan kasadlıq çəkdi ocaqlar.
Neçə min ildir ki, bu səhralarda
Nə qalın meşələr, nə zolaqlar var.
Yalnız Araz üstə bir az meşə var,
Orda da ağaclar hələ seyrəkdir.
Çoxu söyüdlərdir, bir də ulğunlar;
Palıd da, çinar da orda tək-təkdir.
O il öz ömrünü çox uzatdı qış,
Ağardıb dişini güldü insana.
Hər səhər obaşdan don açılmamış
Maşınlar zor ilə çıxdı Muğana.
Ağ kəfən geyindi düzlər, yamaclar,
Nə bir ot göründü, nə də bir yarpaq;
Ac qalıb qırıldı körpə turaclar,
Nə qədər nemetlər itirdi torpaq...
Dondu gölməçələr, qamışlıqlar da,
Köçəri quşlar da uçub dağıldı.
Araz boyundakı şor qışlaqlarda
Doyunca nə qoyun, nə mal sağıldı.
Çayların üstündən buz körpü saldı,
Seyrəldi get-gedə gediş-gəliş də.
Könül intizarda, göz yolda qaldı,
Uçdu dodaqlardan, uçdu gülüş də...
Ürəklərdə qorxu, gözlərdə heyrət,
İnsanlar qaşını çatdı hiddətlə.
Yumub gözlərini o kor təbiət
Döydü yeri, göyü, döydü şiddətlə
Şirin bir nemət tək ona dad verir,
Şair bu insana Nemət ad verir...
Pul oldu-olmadı daima şaddır,
Evdə oturmayır o, qaşqabaqla.
Bütün ailəsi qəmdən azaddır,
Yaşayır hər zaman bu qanacaqla.
Qəlbində daima gülər bir bahar,
Dərdi də bir gülər üzlə qarşılar.
[Kimin ki, əməli safdır ürəkdə,
Ehtiyac içinə düşsə də, hərdən,
Yediyi quruca pendir-çörək də
Söz açarmüqəddəs düşüncələrdən...
Baxıb başqasına həsəd də çəkməz,
Öz vicdan evindən bir daş da sökməz...
O, işıqda gəzər, yaşar vüqarla,
Qaranlıq yollardan əyilib keçməz...
Dözər aclığa da bir iftixarla,
Bir fincan suyu da gizlində içməz...
Hər yerdə, hər zaman şax baxar üzə,
İnsanlıq şərəfi öyrədər bizə!..]
VI
O il qış bərk gəldi Muğan çölünə,
Sel kimi töküldü göydən yağışlar.
Pul-pul səpələnmiş yağış gölünə
Gəldi qoşun-qoşun köçəri quşlar.
Palçıq dizə çıxdı, sərt əsdi külək,
Soyuqdan bozardı qızların üzü.
Tənbəllər yığışıb nağıl deyərək
Söhbətlə keçirdi gecə-gündüzü.
Yağışın dalınca bərk gəldi qar da,
Odundan kasadlıq çəkdi ocaqlar.
Neçə min ildir ki, bu səhralarda
Nə qalın meşələr, nə zolaqlar var.
Yalnız Araz üstə bir az meşə var,
Orda da ağaclar hələ seyrəkdir.
Çoxu söyüdlərdir, bir də ulğunlar;
Palıd da, çinar da orda tək-təkdir.
O il öz ömrünü çox uzatdı qış,
Ağardıb dişini güldü insana.
Hər səhər obaşdan don açılmamış
Maşınlar zor ilə çıxdı Muğana.
Ağ kəfən geyindi düzlər, yamaclar,
Nə bir ot göründü, nə də bir yarpaq;
Ac qalıb qırıldı körpə turaclar,
Nə qədər nemetlər itirdi torpaq...
Dondu gölməçələr, qamışlıqlar da,
Köçəri quşlar da uçub dağıldı.
Araz boyundakı şor qışlaqlarda
Doyunca nə qoyun, nə mal sağıldı.
Çayların üstündən buz körpü saldı,
Seyrəldi get-gedə gediş-gəliş də.
Könül intizarda, göz yolda qaldı,
Uçdu dodaqlardan, uçdu gülüş də...
Ürəklərdə qorxu, gözlərdə heyrət,
İnsanlar qaşını çatdı hiddətlə.
Yumub gözlərini o kor təbiət
Döydü yeri, göyü, döydü şiddətlə.
O qədər atını çapdı ruzgar ki.
Qurdlar da ulaşdı çöldə səs-səsə.
Muğanda nə bir dağ, nə meşə var ki,
Əsən küləklərin önünü kəsə...
Qum təpəsi kimi yeridikcə qar
Buludlar kişnədi, göylər ağladı.
Bəzən qar altında qaldı ağaclar,
Qurumuş budaqlar sırsır bağladı.
- Budur, yaxşı baxm! – deyərək Nemət.
Boranı göstərdi qəhrəmanlara. –
Baxın, divan tutur bizə təbiət,
Acımaq bilməyir o, insanlara!
Bu gün əkdiyimiz bu qatar-qatar
Ağaclar bir zaman orman olacaq.
Qopsa da tufanlar, sərt fırtınalar
Nə ot saralacaq, nə gül solacaq.
Araz donmayacaq, buğ gəmiləri
Üzəcək su üstdə sonalar kimi.
Şaxta vurmayacaq göy zəmiləri,
Qış gəlib keçəcək bir bahar kimi.
Gəlin, sinəmizlə qoruyaq gərək
Körpə zolaqları qardan, küləkdən.
Maşınlar yeridi hücum çəkərək,
Əllər də yapışdi beldən, kürəkdən.
Dəli qış getdikcə tufan qopardı,
Yeməyi, yatmağı Nemət unutdu.
Kimini iş üstə zorla apardı,
Kimini yalvarıb xoş dilə tutdu.
Qırov səpələndi çölə, yamaca,
Göylərdə buz kimi dondu ulduzlar.
Gecələr yatmayib, hər bir ağaca
İsti paltar tikdi gəlinlər, qızlar.
Çöldə yapıncılı adamlar kimi
Göründü ağaclar ay işığında.
Onlar düşündü də fikri var kimi
Ayrı gecələrin yaraşığında...
Buğlana-buğlana nəhəng maşınlar
Qar təpələrinə hücum çəkdi, bax!..
Basılmış ordu tək çəkildi ruzgar,
İnsana qovuşdu yenə də torpaq...
Keçdi o fırtına, keçdi o şiddət,
Hər ürək şad oldu öz əməlilə.
Neçə qəhrəmanın əksini
Nemət Şərəf lövhəsindən asdı əlilə.
VIII
Nə qədər ki, hava Muğanda xoşdur,
Hələ solmamışdır gül də, çiçək də,
Hər yaşıl zəmi də, göy biçənək də,
Bir vaxt Əmirxanın qəlbi də coşdu.
Quba bağlarından şitillər alıb,
Alma da, armud da, ərik də əkdi.
Bir zaman, onların qeydinə qalıb,
Bağlara hər səhər o, baş da çəkdi.
Torpağın nəbzinə, suyun səsinə
O qulaq asdıqca ilham alardı.
Saldığı bağların səliqəsinə
Aygün də heyrətlə valeh olardı.
Onda bir danışıq gücü də vardı,
Buz kimi saxlardı ancaq qəlbini.
Hər zaman hər yerdə müsahibini
Soyuq bir məntiqlə inandırardı.
Bir müddət Aygünlə o, səhər-səhər
Zövq aldı çöllərin mənzərəsindən:
Ömrü gödək olan bu xatirələr
Tez uçdu, tez getdi hafizəsindən.
Elə ki, əsnədi çovğunla külək,
Çöldə tar bağlayıb, qar çıxdı dizə,
Şaxta ata mindi qılınc çəkərək,
Təbiət insanla durdu üz-üzə.
Əmirxan bağladı pəncərələri,
Yalnız istisini Aygündən aldı.
Bir yeni həsrətlə andı şəhəri,
Tez-tez fikrə gedib xəyala daidı.
Keçdi gözlərindən keflər, məclislər,
Böyük teatrlar, böyük kinolar.
Dil açdı qəlbində acıqlı hisslər... - Eh, - dedi, — bilmirəm bu çöldə nə var?!
Elə vaxt oldu ki, tamam bir həftə
Ayaq da basmadı evdən eşiyə.
Yediyi çörəyi yedikcə müftə,
Bəhanə gətirdi "xəstəyəm" deyə.
Arabir vicdanın qadir səsindan
Diksinib oyandi... Çıxdı iş üstə.
Onun bu ötərgi zümzüməsindən
Yarana bilmədi böyük bir nəğmə...
Elə ki, dörd divar canını sıxdi,
Qış günəşi kimi göründü tək-tək,
Kürən bir yabının üstə minərək
O da sahələri gəzməyə çıxdı.
Düşündü: "Mən hara, bu çöllər hara'?"
Lovğalıq qurd kimi gəzdi başında;
Odur ki, verdiyi tapşırıqlara
Atüstü qol çəkdi yəhər qaşında...
Bir para xudpəsənd insanlar kimi
O da çoxlarını heç bəyənmədi;
Əmirxan hərcayi dumanlar kimi
Göydə dayanmadı, yerə enmədi...
VII
Gəl, ey nazlı bahar, gecikmə, tez gəl!
Gəl ki, qışın ömrü çox uzanmasın.
Mən sənin dostunam hamıdan əvvəl,
Gəl ki, həsrətinlə ürək yanmasın.
Qış çox ağır keçdi Muğanda bu il,
Qorxudan saraldı tarlalar xeyli.
Bahar, dostluğumuz ötərgi deyil,
Şirindir yaşamaq, yaratmaq meyli.
Gəl, yenə görüşüb əl-ələ verək,
Bizdən nəfəs alsın bağça da, bağ da.
Gəl ki, şeir yazaq, çörək yetirək,
Şad olsun anamız qara torpaq da.
-
Öz kəhər atının üstündə bahar
Bir qəhrəman kimi gəlmiş Muğana;
İnsana gəl deyir yenə səhralar,
Günəş salam verir hər qəhrəmana.
Baxıb üzə gülür gömgöy zəmilər,
Gül gülü çağırır, çiçək çiçəyi.
Narın yağışlar da hər axşam-səhər
Gah bağı isladır, gah biçənəyi.
Ömründən pay verir gecə gündüzə,
Günlər uzandıqca uzanır iş də.
Maşınlar, insanlar dağılır düzə,
Çoxalır səhrada gediş-gəliş də.
Od-alov nəfəsli, çarxlı nəhənglər
Yüz çuxur doldurur, təpə düzləyir.
Belləri bərk vuran qollar, biləklər
Sulara yol açır, arx təmizləyir.
Hələ qoşun-qoşun cərgələnərək
Dayanmış yamyaşıl ağaclara, bax.
Mənim dastanımın sətirləri tək,
Nə qədər baxsan da qurtarmayacaq...
IX
Aygün də zövq alıb bu xoş bahardan,
Səhərlər yuxudan quş kimi durdu.
Keçdi dəniz kimi göy tarlalardan,
Bəzən gün altında kətmən də vurdu.
Muğan qızlarına qoşulub o da
Başına bir güllü yaylıq bağladı.
Bu hal bir ötərgi həvəs olsa da,
Qəlbində arzular coşub çağladı.
O hərdən dayanıb durduqca təkcə,
Üzündən-gözündən nur tökülərdi.
Kətmən əllərində, fikrə getdikcə
Qızlar xısın-xısın baxıb gülərdi.
Ancaq ayrılmayıb düşüncələrdən,
Dinlərdi çöllərin həyat səsini.
Qəlbində bir nəğmə yaradıb hərdən,
Səssiz oxuyardı öz nəğməsini.
Sonrasa qarışıb yenə qızlara,
Hər gün oxudardı öz əsərini.
Küləklər yayardı geniş düzlərə,
Muğan qızlarının şərqilərini.
Mən bu sətirləri yazdığım zaman
Aybəniz yanımda xəyala vardı.
Mənalar süzüldü baxışlarından,
Hələ gözləri də bir az yaşardı.
Sinəmdə dil açıb danışdı ilham:
Ömrümdə ən əziz bir gün olaydı –
Mənim Aybənizim, mənim qız balam
Hünərdə, namusda Aygün olaydı.
X
O il Əmirxanın sahələrində
Bağlar öz vaxtında çiçək açmadı.
O niyə mıxlanıb qaldı yerində,
Gözünün yuxusu niyə qaçmadı?
Bir çox ağacları don vurdu o il,
Salamat çıxmadı qışdan bahara
Ağac da dünyada duyğusuz deyil,
O da nemət verir çalışanlara.
Kim ki, iş üstündə ürək əridir
Gülşənə döndərir bomboz çölləri.
Burda ağıllı bir sözün yeridir.
Daşda çiçək açar insan hünəri.
Gül-çiçək açmayan öz qüdrətinə
Əmirxan yandısa, çox da yanmadı.
Ancaq başqasının iş şöhrətinə
Düzünü söyləsək, paxıllanmadı.
XI
Qürbət kimi görünsə də Aygünə Muğan,
El içində yaşayardı el adətilə...
Şövqə gəlib insanların xoş rəftarından
Uşaq kimi sevinərdi səadətilə.
Yel əsəndə, qar yağanda, şaxta düşəndə
İstisini Əmirxandan alardı gəlin.
Bəzən onlar cüt danışıb, cüt gülüşəndə
Yaşamağa haqqı vardı o gülüşlərin...
Ancaq Aygün tamam-kamal bitirmədiyi
Öz musiqi məktəbini hərdən anardı.
Özü kimi boya-başa yetirmədiyi
Sənətini düşündükcə qəlbi yanardı.
Əmirxanın qısqanc olan təbiətini
Bildiyindən söz açmadı Aygün bu haqda.
Öz eşqinə qurban verdi öz sənətini,
Bu xüsusda biz haqq verib, haqq almasaq da...
Daş-qaşa da, ziynətə də uydu bir zaman,
- Əmirxanın səxavətli əli var, - dedi;
Dönə-dönə qulağına onun Əmirxan: - Üzük qaşla, arvad ərlə tanınar, - dedi...
Oğul fikri, qız arzusu, qoşa qarımaq
Xəyalından çıxmayırdı o xoşbəxtlərın.
Yaxşısa da hər muraddan doyub yanmaq,
Bəzən ömrü gödək olur gözəl vaxtların.
XII
Keçdi günlər... Fikirlidir bu gün Əmirxan,
Bir kül kimi bozarmışdır onun üzü də.
Elə bil ki, bulud yağır qaş-qabağından,
Boğazında kilidlənmiş ürək sözü də...
O özünün taqsırını duyur dərindən,
Ancaq açıb-ağartmayır Aygünə bunu.
İncimişdir o, Nemətin sərt sözlərindən,
Biz bilirik Əmirxanın tərs olduğunu.
Öz sirrini yoldaşına açıb deməyi
Öz kişilik vüqarına sığışdırmayır;
Bir tənhalıq keçirdikcə onun ürəyi
Hey döyünür, sinəsində sakit durmayır.
Hələ onun gözlərinin önündə Nemət
Hakim kimi çıxardığı hökm ilə durur.
Hələ iclas, hələ tənqid, o rəsmi töhmət...
Əmirxanın qəlbi hələ şiddətlə vurur...
"Necə... Onun mənliyinə dəymək olarmı?
Təhsili var, diplomu var, kişi "alimdir";
Hər şeyi də şişirtməyin mənası varmı?
İş üstündə səhvi, suçu olmayan kimdir?..
Ali məktəb qapısından keçməyənlər də
Əmirxana dərs öyrədir... Sən işə bir bax!
Hələ qışlaq yerlərindən köçməyənlər də,
Aqranomla üzə durub söz qaytaracaq!.."
Lovğa-lovğa düşündükcə bunları bir-bir
Gövdəsinə bumbuz olmuş bir tər də gəlir.
Öz kinindən ürəyini qurd kimi didir,
Nə bir yerdə qərar tutur, nə də dincəlir.
(Nə zaman ki, el içində öz səhvimizi
Boynumuza götürməyə biz qısqanırıq:
Xudpəsəndlik kölgə kimi izləyir bizi,
Ən xırdaca nöqsanı da bəzən danırıq.
Nə zaman ki, gözümüzdə tiri görməyib,
Başqasının gözlərində qılı seçirik.
Bizi tənqid edənlərə salam verməyib,
Yanlarından saymazyana gəlib keçirik.
Sinəmizdə yetim kimi ürək tək qalır,
Xəyalımız səssiz keçir səhralar kimi;
Elə bil ki, içimizdə güllər saralır.
Gün altında əriyirik dağda qar kimi.
Nə zaman ki, suçumuzn mərd-mərdanə
Boynumuza götürürük, hamı şad olur.
Çox sevinir Vətən adlı müqəddəs ana,
Fənalığın nəticəsindən qəlb azad olur.
Salamlayır bizi yenə el alqışları,
Tənhalıqdan ayrılaraq ürək də gülür.
Nələr deyir, dinməsə də dost baxışları,
Elə bil ki, üstümüzdən dağ götürülür...
Elə bil ki, qamışlıqda azıb yol gəzən
Yorğun ovçu göy çəmənli bir düzə gəlir.
Elə bil ki, bu dünyaya baxıb yenidən
İnsan ilə, günəş ilə üz-üzə gəlir.
Ürəyində çağladıqca yenə saf sular
O sevinir, o fəxr edir insanam deyə.
Onu qartal qanadına alıb arzular
El içində, yer üstündə qaldırır göyə...) Əmirxansa yuxarıdan baxdı hər kəsə,
İş üstündə Fərhad kimi külüng çalmadı;
Qəhrəmanlar dünyasilə verib səs-səsə,
Başqasının hünərindən ilham almadı.
Alışmadı, zəhmətin şeriyyətinə,
Nə yoruldu, nə də şirin bir yuxu yatdı.
Bir də özü inanmadı öz qüdrətinə,
Başladığı hər bir işi yarımçıq atdı.
İş üstündə çətinliyə düşdüyü zaman
Nə kitabdan, nə insandan kömək istədi.
Özü lovğa, biliyi az, hövsələsi dar,
- Mən heç kəsin ayağına getmərəm, - dedi.
(Xudpəsəndlik çoxlarını yıxır, ey insani
Bu dərd ilə tez qocalır bəzən ürəklər.
Dağ olsan da sən dağlara arxalanmasan,
Parça-parça sovuracaq səni küləklər!) - Bu sənətdən bir kar aşmaz, - dedi Aygünə, -
Gedək, gedək, tez qayıdaq bircə şəhərə.
Yenə Bakı tez çıxardar bizi ağ günə,
Mədəniyyət gəlməmişdir hələ kəndlərə.
Aygünün də ürəyindən oldu bu xəbər,
Kənd yerinə gec alışır şəhər qızları.
Ərlə arvad qərar verib, "gedək" dedilər;
Bir az sonra başa gəldi bu arzuları. Əmirxanı qayəsizlik yerdən qopardı,
Aqronomluq sənətinə getmədi daha.
Öz ömrünü qurban verib nəfsə, iştaha,
Öz qəlbini zülmətlərə çəkib apardı.
O dedi ki: - Mən nə dahi, nə qəhrəmanam,
Qoy bəşərin dərdlərini onlar düşünsün.
Məni adi bir insancıq doğmuşdur anam
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.
O dedi ki: - Bu dünyaya yoxdur etibar,
Beşcə günün qonağıyıq bu aləmdə biz.
Həyatın da, ölümün də öz növbəsi var,
Torpaq altda çürüyəcək sümüklərimiz...
Neçə yerdə neçə növbə "xidmət" elədi,
Məqsədə yox, qazanclara getdi apaçıq.
- Eh, bu nədir, hər bir işin alayarımçıq -
Deyib bəzən Aygün ona töhmət elədi.
Pul azan hörümçək tək torlar toxuyub,
Soxulmuşdur bir çoxunun təbiətinə.
Əmirxan da nəfsə uyub, iştaha uyub,
Qayıtmadı, qayıtmadı öz sənətinə.
Sözün düzü, Əmirxanı mən çox izlədim,
Bir iş üstə dayanmadı, bircə ilsə də.
Zənn etmə ki, o surəti örtüb gizlədim,
Surət nədir, hünər deyil, iş deyilsə də?
Bəlkə bir gün göstərəcək öz simasını
İllər boyu can qoyduğu bir iş üstündə.
Mən də görüb yazacağam o xoşbəxt gündə
Onun əsl varlığını, düz mənasını.
O özü də, heç özü də bilməyir hələ,
Bilməyir ki, təbiəti yazdır, ya qışdır.
Mən get-gedə görünürəm, o gələ-gələ,
Bilirəm ki, bu axtarış düz axtarışdır...
XIII
Radionu qurdu Aygün bir səhər çağı
Qulaq asdı konsert verən yoldaşlarına.
Gah qaraldı ağ sifəti bulud sayağı,
Gah sevindi tələbəlik sirdaşlarına
Danışdıqca pianonun sədəf dilləri,
De, Aygünün qəlbi nədən şiddətlə vurdu?
Şəfiqənin şam barmaqlı nazik əlləri
Şəkil kimi gözlərinin önündə durdu. - Mən hər zaman "beş" alardım ixtisasımdan,
Şəfiqəsə "dörd" alardı, indi ona bax;
Vurğulara məna verir qız zaman-zaman...
Tay-tuşundan geri qalan bir mənəm, ancaq.
Gülzarın da fleytası yayılır cana,
Rəfiqənin sinəsində şura gəlir tar;
İnsan əli yüz dil verir neyə, kamana
Danışansa ürəklərdir, bir də arzular.
Hələ Elyar... hələ onun bariton səsi
Gurladıqca meydan açır, zəfərlər deyə.
Trambonla valtornanın güclü nəfəsi
Ordu kimi hücum çəkir mübarizəyə.
Ərğənun da ağır-ağır arabir diıür,
Dünya görmüş, zaman görmüş qocalar kimi.
Torpaq olmuş babalar da sanki sevinir,
Onların da bu sənətdə haqqı var kimi.
Aygün dönüb Əmirxana deyinir bu dəm: - Eşidirsən? Tay-tuşlarım verib səs-səsə,
Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə;
Mənsə baxıb ürəyimdə həsəd çəkirəm. - Fikrin nədir?
- Oxumaqdır!
- Harda oxumaq?
- Necə harda? Sən ki, bunu yaxşı bilirsən!
Bəstəkarlıq işinədir həvəsim, ancaq.
De, gülməli nə vardır ki, niyə gülürsən? - Gülürəm ki, çox qəribə iştahın vardır,
Yer üzündə hansı qadın, de, bəstəkardır? - Bəstəkar da, filosof da olur qadınlar,
Kişilərdən heç də geri deyildir onlar. - Qadın gərək öz evinin səliqəsilə,
öz ərinin, övladının xoş nəfəsilə
Ömür sürüb xoşbəxt ola, nə ki, səhnədən
Rast oxuya, min adamın üzünə gülə,
Ər də baxıb arvadına, əti tökülə...
Yox, sən deyən kişilərdən olammaram mən -
Aygün dönüb körpəsinin üzünə baxdı.
O dinməzdi, danışmazdı hirslənən vaxtı... Ancaq Aygün qılınc kimi girmədi qına,
Fürsət tapıb məktəbə də getdi bir səhər.
Ürək açdı öz səmimi yoldaşlarına,
Çox sevindi müəillmlər, müəllimələr.
Dedilər ki, sənin gözəl istedadın var,
Gec deyildir, qayıt yenə, məktəbinə gəl,
Paslanmasın qəlbindəki gözəl duyğular,
Sənin kimi qızları biz gəzirik el-el.
XIV
Pianomu səsə gəldi? Şirmayı dillər
Danışdıqca elə bil ki, dalğalar axdı.
Yelpazə tək qanad çalan göyərçin əllər
Səadətdən söhbət açdı bir axşam vaxtı.
Öz qəlbinin rübabını dindirən gəlin
Bəzən yumub gözlərini xəyala getdi.
O qərq oldu dünyasına düşüncələrin,
Al şəfəqli bir aləmi tərənnüm etdi.
Qonum-qonşu səs eşidib çıxdi eyvana,
Hörmət ilə qulaq asdı o saf sənətə.
Öz ömrünün dastanını açdıqca ana
Neçə ürək salam verdi o şeriyyətə...
Bəzən asta bir ney kimi süzülüb axdı,
Dilə gəldi nəvazişlə, mehri-ülfətlə.
Arabir də şimşək olub göylərdə çaxdı,
Buludları parçalayıb keçdi sürətlə.
İki saat, bəlkə də çox, qalxmadı gəlin,
Pianodan ayrılmadı onun əlləri.
Məhəbbətin, səadətin saf əməlləri.
Gözlərindən aşıb-daşdı o xoş xilqətin...
Əmirxan da qulaq asdı Aygünə bir az,
Yazıqlar ki, o sənəti duymadı bir an.
Xəyalında bir restoran, bir rəqs, bir də caz...
O, fışqırıq çala-çala çıxdı qapıdan.
(Yüngül başlı, boş ürəkli insanlar da var,
Biganədir ana yurdun öz sənətinə.
Fokstrot rəqslərindən zövq alır onlar,
Uyuşmayır öz yurdunun təbiətinə.)
Əmirxanın getməyini duymadı gəlin,
Ayrılmadı öz qəlbindən, öz dünyasından.
Çal, gözəlim! Yorulmasın çalan əllərin,
Nəğmələr de məhəbbətin saf mənasından!
XV
Qış gecəsi uzun olur... Yenə də səhər
Gecikmişdir gözlənilən bir qonaq kimi.
Görünməmiş bir sükuta qərq olmuş şəhər
Dörd tərəfdən qıfıllanmış bir otaq kimi.
Hamı yatır öx evində, öz yatağında;
Qış yuxusu ölüm kimi çox ağır keçirə...
(Ağırlaşır ömrün, günün axır çağında
Son arzular, son xəyallar, son düşüncələr...)
Hamı yatır. Xeyr, xeyr! Bu deyil gerçək,
Bəzən olur şirin yuxu yatmayanlar da...
Odur, odur! Bir pəncərə arxasında tək
Dayanmış bir gəlin qəlbi çırpınır, darda...
Gəlin yalqız, otaq səssiz, hava darısqal,
O, başını söykəməyir yastığa bir an;
Bəzən gəlir gözlərinə yüz qara xəyal...
Dalğa-dalğa qəm tökülür baxışlarından.
(Kim bilməyir bu aləmdə nədir intizar?
Ürək üzər, can əridər nigarançılıq.
Bir ürəkdə qıfıllanıb qalsa arzular
Şamlar kimi şölə çəkib yanar apaçıq.)
Aygün açır pəncərəni, baxır küçəyə,
Quldur kimi qılınc çəkib soxulur külək;
Sərt ruzgarın dəhşətindən vəhmələnərək,
Pəncərəni tez-tələsik bağlayır yenə.
Ancaq yenə gözü, qəlbi yollarda qalır,
Oz-özünə deyindikcə kövrəlir səsi.
Xəzan vurmuş yarpaq kimi rəngi saralır,
Aman, deyir, nə uzunmuş bu qış gecəsi!
(İnsan oğlu səadətlə ömür sürəndə
Bir an kiıni gəlib keçər onun hər günü.
Ya intizar, ya ayrılıq, ya dərd görəndə
Bir il sanar bir anın da gödək ömrünü...)
Əmirxansa məclisdədir... Qızmış beyinlər
Etibardan, səadətdən söz açır bu dəm.
Soruşmayın orda nə var, heyifdir əsər,
Mən o çirkin səlməciyi təsvir etmirəm...
Aygün yenə intizarla çıxır eyvana,
Ağlına da gətirməyir o mənzərəni.
Öz müqəddəs ürəyilə yaşayan ana
Gah qapını açır yenə, gah pəncərəni...
Hüdudu var hər ağrının, hər işgəncənin;
Külək yatır, qar dayanır, açılır səhər.
Səhər ilə bir açılır sirri gecənin,
Qapı-qapı yer axtarır təzə xəbərlər...
Zəng çalınır. Gəlin qalxır qapını açır,
Zümzüməylə girir evə “əhli-kef” əri,
Ayaqları bir-birinə deyib dolaşır,
Qan sığılıb, qızarmışdır iri gözləri...
Bət-bənizi meyit kimi ağarmış onun,
Nəfəsindən getməmişdir şərab qoxusu.
O məclislər aşiqinin, keflər oğlunun
Nə vaxtında yeməyi var, nə də yuxusu.
Çarpayıya ağzı üstə o döşənərək,
Xorna çəkir bütün günü axşama qədər.
Gəlininsə sinəsində çırpınır ürək,
Gözlərində yuva salır yenə də qəmlər.125
Aygün alıb çağasını bağrına basır,
Analara təsəllidir dar gündə övlad;
Uşaqcığın nəfəsinə o qulaq asır,
Bu mənaya səcdə qılır bütün kainat...
Uşaq açır gözlərini gülümsəyərək,
Sifətində nur saçılır ana qəlbinə.
Aygün bir an dərdlərini unudur, gerçək,
O xoşbəxtdır, qəm-qüssədən azaddır yenə.
Yazıqlar ki, çox sürməyir bu bəxtiyarlıq,
Rəngi dönüb bulud kimi birdən qaralır.
Xəzan kimi yarpaq tökür gözündə varlıq,
Bu vaxt onun sifəti də solub saralır:
- Etibarsız!.. Mən yanıram səhərə qədər,
Osa içib nəşələnir evindən uzaq.
Mənim cavan ürəyimi əridir qəmlər,
O kef çəkir, məndən ayrı məclis quraraq.
Bu qayğılar, bu fikirlər üzür gəlini,
Elə bil ki, ürək uçub canı tərk edir.
Çağasının başı altda qoyub əlini,
O, fikirlər dünyasında yuxuya gedir.
Ancaq onun bu ötərgi yuxusu belə
Bir quşcuğun yuxusu tək sayıq keçir, bax!
O, yatmamış bircə saat fikirlərilə
Yorğanını üstdən atır, birdən qalxaraq.
Gözlərinə işıq gəlir onun bir anlıq,
Dağlar kimi baş qaldırır qəlbində vüqar...
Sönüb gedir gözündəki alaqaranlıq,
Ürəyində dilə gəlir susmuş duyğular: - Xeyr! Xeyr! Məhəbbətlə oynamaq olmaz!
Halal deyil Əmirxana mənim ismətim.
Deyirdim ki, məhəbbətin mənası solmaz,
Ah, budurmu ilk taleyim, əzəl qismətim?
Vədə verir, and da içir, sonra unudur,
İllər keçir... Məclislərdir onu azdıran.
Mənim cavan ürəyimsə qızıl qan üdur,
Nə yazan var bu dərdimi, nə də yazdıran.
Bəsdir! Baxa bilməyirəm artıq üzünə,
Oz evinə isnişməsə bir insan kimi,
Elə bu gün, o yuxudan ayılan kimi
Bütün ürək sözlərimi deyib özünə,
Baş götürüb getməliyəm! - Aygünün bu an
Ürəyində dilə gəlir xeyirxah bir səs:
"Sən haqlı da olsan əgər, azacıq dayan,
Aqil olan son sözünü qabaqca deməz...
Sən anasan, anaların səbri çox olar,
Birdən-birə köpüklənib yalnız sel daşar.
Bil ki, səbrin övladıdır hər böyük qərar,
Ədalətli qanunların hökmü çox yaşar.
Yaxşı düşün neyləyirsən... Yüz ölçüb bir biç!
Sorğu-sual eyləməmiş məhkəmə qurma!
Uşağının xatirinə günahından keç,
Öz əlinlə öz evini yıxıb uçurma!..
Bir də... O da bir insandır, bəlkə düzəldi,
Bəlkə yenə doğruluğun yoluna galdı".
Düşündükcə o el qızı bunları bir-bir,
İlk baharın laləsi tək rəngi açılır.
Xəyalına xoşbaxt keçən günlər gətirir,
Can evinə günəş doğur, şəfəq saçılır...
XVI
Axşam oldu, yuxusunu aldı Əmirxan,
Elə bil ki, bu dünyaya gəldi yenidən.
O, gərnəşib öz yerindən qalxdığı zaman
Zora düşdü yeyib içmiş, ağır bir bədən.
Aygün deyir: "Gör nə qədər dəyişmiş, aman!..
Şimşad kimi bir gənc idi, o, üç il qabaq.
Ayırsaydım onu bircə qayğısızlıqdan,
Yoxsa yazıq bu gedişlə səfil olacaq..."
(Gözəl qadın! Nə xeyirxah bir ürəyin var,
Bu hissini duyacaqmı ürəkdən ərin?
Gözündəmi qalacaqdır bu xoş arzular,
Daşlaramı dəyəcəkdir yoxsa sözlərin?) - Nə var yenə? Qaş-qabağın yerlə sürünür!
Yetimlərin başdan aşıb, ya ölənin var? - Xeyr, sənin gözlərinə elə görünür,
Çırtıq vurub oynamaz ki, "xoşbəxt" olanlar... - Kinayəylə danışırsan! Kimdən əskiksən?
De, çörəyin yetişməyir, yoxsa paltarın?
Beş kişinin qazancını qazanıram mən,
Bir üzü də nankorluqdur siz qadınların!
Bir ildırım kimi vurur Aygünü bu söz,
Qəzəbindən yanaqları od tutub yanır.
Ürəyinin yaraları açılır köz-köz,
Ancaq cavab qaytarmayıb yenə dayanır. - Bilirsənmi nə var, aşna? Açıq danışaq!
Mən kişiyəm gəzəcəyəm istədiyim tək.
İndən belə bu qaşqabaq tökməyi burax,
Qoy dolanaq, baş girləyək, yaxamdan əl çək! -
Gəlin artıq tablamayır... Açılır birdən,
(Qayaları dəlib keçər yığışan bir su...
Qılıncdan da kəskin olur bir ipək bəzən,
Təbiətin qəhrəmanlıq sifətidir bu.) - Əvvəl, mənə aşna demə! Bir anayam mən!
Bizim evə yaraşmayır bu küçə sözü;
Bir de çalış, gəl əl gotür bu vərdişindən,
Öz evini yıxar yalnız insanın özü... - Hansı vərdiş? Nə olub ki? Oğruyam, nəyəm?
Ya da məndən böyüklərə yaltaqlanıram? - Məni məcbur eləmə ki, hər şeyi deyəm
Mən özümə... bu uşağa... sənə yanıram... - Nahaq yerə!
- Necə nahaq? Necə yanmayım?
Axı düşün, sən atasan, öz qədrini bil.
Söylə, necə mən od tutub alovlanmayım,
Mənim ərim öz evinin sahibi deyil.
Yaxşı, kimdir bizim evin sahibi, balam? - Sahib mənəm, bir çağadır, bir də dörd divar...
Rəvamıdır gecə-gündüz mən yalqız qalam?
Harda qaldı bəs məhəbbət? Bəs hanı ilqar?
Çörəyi də, paltarı da başıma vurma,
Mənim dərdim bu dərdlərdəm daha böyükdür.
Eşqimizin sarayını yıxıb uçurma,
Hər minnətin, hər sözün də boynumda yükdür.
Yalnız sənin xatirinə evdə oturdum,
Tay-tuşumun hər birisi bir sənətkardır;
Sənin bu dord divarına keşikçi oldum,
Nə üzümə, nə vətənə bir xeyrim vardır... -
Niyə susub dinməyirsən, “əhli-kef” oğlan?
Xəncər olub qəlbinəmi batır o sözlər?
Lal deyildir bu dünyada hər qadın olan,
Vüqarından yaşarmişdır o şəhla gözlər...
Görürsənmi? O qarşında bir çinar kimi
Dayanmışdır, saf alnında bir aydın vüqar.
Ucalıqda qanad çalar arzular kimi
Ürəyi də, vicdanı da təmiz olanlar...
Sözün düzü, Əmirxanın ürəyinə də
Məhəbbətin, nəzakətin şöləsi düşür.
Sönüb getmiş xatirinə onun yenə də
İlk günlərin, ilk ayların nəşəsi düşür.
O ayılır öz fikrində əyləncələrdən,
Öz evinin istisilə qızınır bu an.
Ancaq gəlin ayrılmayır düşüncələrdən,
Taqsırını öz boynuna alır Əmirxan. - Yaxşı, yaxşı, qəzəblənmə, günahkar mənəm,
Bir də evə gecikmərəm, lap arxayın ol!
Daha səndən bir addım da uzaq gəlmərəm,
Doğrudan da xatalıdır düşdüyüm bu yol...
Qucaqlayır o gəlinin boynunu bu dəm,
Gah üzündən öpür onun, gah da əlindən;
Aygününsə gözlərindən uçub gedir qəm,
Sözə gəlib barışmaq da xoş olur bəzən.
Aygün susur, danışmayir, üzündə, ancaq
Görünməyir o bayaqkı qəzəbi, kini.
Üzün-gözün təsvirləri yaşamayacaq,
Şerə düzək o gözəlin qəlbindəkini.
O xoşbəxtdir... Ürəyində açılır səhər.
Görürsənmi, yanaqları nura boyanır?
Pəncərədən süzüldükcə əlvan şəfəqlər
Çağacıq da yuxusundan qalxıb oyanır.
Aygün baxır bir uşağa, bir də ərinə,
Şikayətçi deyil artıq öz taleyindən.
İnanmışdır Əmirxanm vədələrinə,
Gözlərində bir təbəssüm dil açır birdən: - Taqsırını öz boynuna aldın mərdana,
Mən də sənn günahını bağışlayıram!
(Sağ ol, bacım! Sağ ol sən, ey qəhrəman ana!
Mən də sənin bu qəlbini alqışlayıram.)
XVII
Neçə ayın səadəti qonaq gələrək,
İlk baharın nəsimi tək əsdi o evə...
Gəlinciyin sinəsində sevindı ürək,
Öz ərini, uşağını bərk sevə-sevə.
Yaz açılır, ev-eşiyi düzəldim deyə,
Öz əliylə təmizlədi pəncərələri...
Şadlığından sığışmadı yer ilə göyə,
Bahar dostu, şeir dostu o gözəl pəri.
Üzə güldü otaqların hər səliqəsi,
Gül-çiçəklə o bəzədi yaşıl eyvanı.
Hansı şeyə toxundusa onun nəfəsi,
Elə bil ki, ətir saçdı bir dağ reyhanı.
Səməni do qoydu gəlin bayramqabağı:
Pal-paltarı, qab-qacağı çəkdikcə suya
Gülə döndü özünün də əli, ayağı,
Nəfəs aldı ilk baharı o duya-duya.
Körpəsinə paltar tikdi ana əlləri,
Gah üzündən, gah gözündən öpdü sevincək.
Uzandıqca uşaqcığın sarı telləri,
Öz ətrini yaydı evə gül qönçəsi tək.
Arabir də pianoda nəğmələr çalıb,
Musiqilə layla dedi öz körpəsinə.
O, yarımçıq hünərindən ilhamlar alıb,
Dönə-dönə qulaq asdı üz nəğməsinə.
XVIII
Aygün Əmirxanla bir axşam yenə
Oxumaq üstündə bərk sözə gəldi.
Hər biri haqq verdi öz dediyinə,
Onlar qılınc kimi üz-üzə gəldi: - Axı mən insanam, məqsədlərim var,
Əl götür, Əmirxan, bu tərsliyindən.
Məni məngənə tək sıxır dörd divar,
Qul yaranmamışam bir kişiyə mən...
Niyə tay-tuşumla ayaqlaşmayım?
De, kimdən əskikdir mənim hünərim?
Yenəmi ayları, illəri sayım,
Nə var ki, qısqancdır, qorxaqdır ərim?.. - Aygün! Bu inaddan sən əl götür, gəl!
Tutaq ki, doğrudan çox hünərin var;
Axı, sən anasan, hər şeydən əvvəl,
Gül kimi uşağın, bir də ərin var...
Olmaz ki, meylini evə salasan?
Öz ilhamını da bizdən alasan? - Necə? Sevməyirəm mən sizi məgər?
- Tutaq ki, sevirsən dünyalar qədər,
Axırı nə olsun? Gündə bir səhnə,
Gündə bir qastrol, bir müsamirə...
Bəs soyutmayacaq səni evindən? - Xeyr, öz eşqimə and içmişəm mən:
Ucalıb göylərə dəysə de başım,
Bir sən olacaqsan ömür yoldaşım,
İndi nə deyirsən? - Onda qulaq as,
Örtülü bazarın dostluğu olmaz.
Mənim nə rütbəm var, nə böyük adım,
Nə də ki, sən deyən bir istedadım.
Bir də bilirəm ki, nə qədər sağam,
Elə bu boyda da mən qalacağam...
İndi fərz edək ki, doğrudan da sən
Bir bəstəkar olub yüksələcəksən,
O vaxt nəzərində, keçdikcə illər,
Mən kiçiləcəyəm bir nöqtə qədər...
Əlbəttə, sən məndən soyuyacaqsan,
Gülmə! Çiy süd əmib deyirlər insan;
Belədir... Sən bunu indidən düşün,
Məni sevirsənsə doğrudan, Aygün,
Böyüklük fikrini ürəyindən at,
Məşhur olmağı da başından çıxart.
Getsən, birdəfəlik gedəsən gərək...
Mənim bu qərarım dəyişməyəcək! Yenə də getmədi gəlin evindən,
Ancaq xəstəlındi o gündən bəri.
Onu ürəyindən oxladı, bilsən,
Öz qısqanc ərinin acı sözləri.
"Getsən, birdəfılik gedəsən gərək..."
O necə dilinə gətirdi bunu?
Mın indi, mən indi ayıldım, gerçək,
Bildim Əmirxanın kim olduğunu...
O məni sevsəydi ürəkdən əgər,
Bu sözlər dilinə gələrdimi heç?
Uğursuz bir eşqin (keçsə də illər)
Sönüb kül olacaq odları tez-gec...
Bir ay gece-gündüz o gözəl nigar
İztirab içində yandı şam kimi.
Müqəddəs qəlbində yanan arzular
Söndü təhqir olmuş bir ilhaın kimi.
Şəhla gözlərindən qəm yağa-yağa
Döşləri quruyub kəsildi süddən.
Gecələr ac qalıb ağladı çağa,
Ana balasını duymadı bəzən...
Düşdü Əmirxanın canı qorxuya,
Bəzən soyuqladı alnındakı tər...
Elə bil gəmisi qərq oldu suya,
Başında sıxlaşdı ağır fikirlər.
Söydü, dönə-dönə özünü söydü,
Dar oldu kainat gözlərinə, dar;
Hərdon də hirslənib başına döydü...
Sonradan ayılır qısqanc olanlar.
Bəzən əlindəki gözəl neməti
İtirəndən sonra ayılır insan...
Əmirxan! Duydunmu sən bu dəhşəti
Yenəmi aləmdə kor qalacaqsan?
(Oxucum, faciə gözləmə bu dəm,
Gəlin də, çağa da sağ qalasıdır.
Mən matəm şairi ola bilmərlm,
O ana ürəyi dağ qalasıdır!
Uçura bilərmi onu hər külək?
Yenə gün doğacaq onun üzünə.
Sənin də gözlərin gülümsəyərək,
Salam göndərəcək o el qızına.
Ürək də sinəmdə dil açıb deyir:
Qəhrəman ölərsə, şair sevinməz.
Yalnız səadətlə ucalar şeir...
Nə var bu aləmdə həyata əvəz?!
Odur, bax... seyr elə o xəstəni sən,
Bir qızartı gəlir yanaqlarına;
Elə bil üstündən boranlar keçən
Xəstə bir ağacın budaqlarına
Yaşıl yarpaqların nəfəsi gəlir,
Buzları ərimiş kiçik bir suyun
Yenə də ətrafa xoş səsi gəlir;
Siz də bu aləmi yaxından duyun!..)
Aygün xəstəlikdən qalxır ayağa,
Qaynayır gözündə yenə də həyat.
"İnqə-inqə" deyib, sevinirçağa,
Bir ana qəlbində gülür kainat.
Gül, ey səadətin, eşqin səhəri!
Aləmə nur yağsın gülüşünüzdən.
Bir qələm sahibi olandan bəri
Mən ilham almışam daima sizdən.
Ayrı düşməmişəm sizdən bir an da,
Biz səadət üçün yarandıq deyə.
Cəbhədə can verən hər qəhrəman da
Yol açdı bəxtiyar bir gələcəyə...
Bəzən üfüqləri çatıq görəndə
Oynamaq istərəm bir şimşək kimi.
Yerləri, göyləri səsləyib mən də
Dinirəm bir canda min ürək kimi.
Bahar günəşinin hərarəti tək
Xəyalım dünyanı salama gəlir...
Mənim nəfəsimlə nəfəsləşərək
Dağlar da, daşlar da ilhama gəlir.
Ürək də sinəmdə dil açıb deyir:
Qəhrəman ölərsə, şair sevnməz.
Yalnız səadətlə ucalar şeir...
Nə var bu aləmdə həyata əvəz!
XIX
Aygün axşamüstü çıxdı eyvana,
Gördü ki, həyatla qaynayır şəhər.
Baxıb göz gəzdirdi o dörd bir yana,
Nə qədər xoşbəxtdir, gəlib-gedənlər!..
Axşam havasına çıxmış insanlar,
Gəzin, nəfəs alın, uğurlar ola!
İnsan nəfəsilə sevinir bahar.
İnsan günəş ilə gəzir qol-qola.
Oğlanlar, qızlar da qoşa-qoşadır,
Küçələr al-əlvan rəngə boyanır.
Şəhər başdan-başa bir tamaşadır,
Göyün ulduzları yerdəmi yanır?..
Deyib-gülənlərin bəxtiyar səsi
Aygünün qəlbində dinir tar kimi.
Yaşamaq, yaratmaq, gülmək həvəsi
Qəlbində gül açır bir bahar kimi.
Onun sinəsinə sığmayır bu an
Ümidlər, arzular, gözəl duyğular.
Şəfəqlər tökülür qaşqabağından,
Qəlbində hazırdır sonuncu qərar.
Son dəfə boylanıb ilk ocağına
Yatacaq yerinə baxdı həsrətlə.
Alıb çağasını öz qucağına,
Qapıdan çıxmamış hələ sürətlə
Elə bil canına birdən yel əsdi,
Baxdı öz evinin səliqəsinə.
O ayaq saxlayıb, qulaq da asdı
Döyünən qəlbinin "getmə" səsinə.
Boylandı son dəfə daşa, divara,
Bir də çox sevdiyi güllü eyvana;
Elə bil varlığı çəkildi dara,
Ancaq qərarını pozmadı ana.
O getdi sürətli bir ildırım tək,
Ürək sinəsində qalxdı ayağa...
Ana qucağında vəhmələnərək
Özü də bilmədon qışqırdı çağa
Gəlin məna verdi tiflin səsinə:
"- Ay ana, getsək də qayıdaq yenə..."
XX
Bəs hanı Əmirxan, indi hardadır?
Üzünü xeyli var görməyirik biz.
Deyin, genişlikdə, yoxsa dardadır?
Sualı şair yox, siz verirsiniz.
O indi evdədir, qanı da qara,
Baxır, nə Aygün var, nə çağa vardır.
Ev də qərq olmuşdur qaranlıqlara,
Xırdaca bir məktub son yadigardır:
"Bir vaxt gülə-gülə gəldim bu evə,
İndisə ağlayıb gedirəm mən, ah!..
Yalnız öz nəfsini son sevə-sevə
Məni düşünmədin... Səndədir günah...
Sinəmdə dil açan böyük arzular
Gözəl bir sabaha çağırdı məni.
Səninsə buz kimi bir ürəyin var –
Nə şeri sevirsən, nə də nəğməni.
"Getsən, birdəfəlik gedesən gərək",
Deyib öz əhdini sən unutdun, sən!
Bilmirəm, yenəmi hərcayilər tək
Qayəsiz, məqsədsiz keçinəcəksən.
Yazıqsan, Əmirxan, öz qədrini bil.
Neçə yol demişəm sənə bu haqda.
(Səssiz yuxu kimi keçdi bu üç il).
Biz artıq bir yerdə yaşamasaq da,
Çalış, öz balanın üzünə bir gün
Sən də bir hünərlə, bir işlə görün..."
Əmirxan oxuyub məktubu, bir an
Çatıb qaşlarını əsnədi bərk-bərk;
Şaxtalı bir soyuq keçdi canından,
Əsdi varlığına tozlu bir külək.
Dağ boyda gövdəsi döndü yumağa,
Bəs necə? Kişidir!.. Qeyrəti vardır.
Arvad yox olmuşdur, üstəlik, çağa, -
Qeyrəti olana bu böyük ardır...
- Qadındır, nə qədər qəzəblənsə de,
Acığı beş gündə soyuyub gedər.
Qadındır, özünə Allah desə də,
İradə hardadır axıra qədər?!
XXI
Bu gün kimin qarşısında dayanmış gəlin?
Deyin, kimdir o ağsaçlı müqəddəs insan?
O canlı bir övladıdır qərinələrin,
Yaşayacaq nəsil-nəsil o hər bir zaman.
O fəxridir, şöhrətidir bizim sənətin,
Azərbaycan torpağında ilk bəstəkardır.
Çiçəkləri saralmayan bir şeriyyətin
Onun şanlı rübabında mənası vardır.
Sevir, sevir o müqəddəs bir məhəbbətlə
Yeri, göyü, xəyalatı, insan səsini.
Sevir bizi, sevir bizi səmimiyyətlə,
Duyur daşın, torpağın da öz nəfəsini...
(Duyur, dedim, nə xoşbəxtdir duyan sənətkar.
Hansı qəlbi o yandırar, alovlanmasa?
Sicim-sicim söz yığını yazanlar da var,
Mən bunları heç deməzdim ürək yanmasa.)
Deyin, kimin qarşısında dayanmış gəlin?
Deyin, kimdir o ağsaçlı müqəddəs insan?
O sıx qaşlar altnıdakı qartal gözlərin
Baxışında zəfər çalır ölümə insan...
O sənətkar rübabının zərif telləri
Min zəfərə, min hünərə çağırdı bizi.
Hər pərdədə titrədikcə onun əlləri
Gah ağlatdı, galı güldürdü ürəyimizi.
O inandı, o inandı öz vətəninin
İdrakına, sevdasına, istedadına.
Ey sənətkar! Bu eşq üçün vətən də sənin
Hər ürəkdə heykəl qoydu böyük adına.
O inandı kommunizmin al bayrağına,
Salamladı insanlığın bu dünyasını.
Yazdı könül dəftərinin hər varağına
Qəhrəmanlar dünyasının simfoniyasını.
O bir çoban tütəyinin sadə səsində
Duydu vətən torpağının ilk sevdasını...
Gözəl çaldı rübabının hər nəğməsində
Ana yurdun öz eşqini, öz mənasını.
Avropanın kölgəsində o dincəlmədi,
Tör-töküntü yığanlardan sənətkar olmaz!
Öz yurduna səyyah kimi qonaq gəlmədi,
Yamaqlardan tikilməmiş bütöv bir libas...
O bəzən də dəniz kimi düşdü lərzəyə,
Çalxalandı göz işləməz bir ümman kimi.
Sənətkarın ilk şöhrəti hünərdir deyə,
Gəlib getdi bu aləmə qəhrəman kimi...
O, şeri də şair qədər sevərdi, dostlar!
O, dostuydu səadətin, bir da baharın.
Ürəyində neçə sözü qaldı yadigar
Nəğmə dostu, şeir dostu o bəstəkarın...
O gedəndə dünyamızdan mən də ağladım,
Elə bil ki, ürəyimdə bir dağ uçdu, ah!..
Ancaq bizim gəncliyə də ümid bağladım,
O öz böyük nəğməsini deyəcək sabah...
Deyin, kimin qarşısında dayanmış gəlin?
Hansı böyük bir bəstəkar ona dərs deyir?
O, canlı bir övladıdır qərinələrin...
Aman dostlar, doğrudanmı öldü Üzeyir?..
XXII
Nə var? Yerlə gedir qaşın-qabağın!
Yoxsa qərq olmuşdur sularda gəmin?..
Yoxmudur dünyada ömür həmdəmin?
De, niyə soyuqdur yataq otağın?
Din görek, necəsən indi, Əmirxan?
Sənmisən gecələr yanıb qovrulan?
Hanı otaqların xoş səliqəsi?
Hanı o çiçəkli, o güllü eyvan?
Keçdi ər olduğun o xoşbəxt zaman...
Keçdi o günlər ki, bir uşaq səsi
Bu evdə gah gülər, gah ağlayardı;
Daşın, divarın da istisi vardı...
Bir evdən kəsilsə qadın ayağı,
Yetimlər qəlbinə qaranlıq çökər,
Soyuyar havası, sönər ocağı,
Divarlar ağlayıb, göz yaşı tökər...
Qadın əllərilə hər ev, hər ocaq
Ətirlər qoxuyub, gül-çiçək açar.
Həyatın nəfəsi qadındır, ancaq,
Bağlı qapıları o əllər açar.
De, kefin necədir, "əhli-kef “ oğlan?
Neçin yatmayırsan sabaha qədər?
Didirmi gövdəni taxtabitilər?
Xörəyin də boyat, üç gündən qalan...
Nə oldu, bəs hanı sənin o şəstin?
Buydumu məqsədin, buydumu qəsdin?
Badə dostların da başından bir-bir
Sürüşüb, rədd olub hara getmişdir?..
(Həyat dəniz kimi temizlik sevər,
Sahilə çıxarar zir-zibilləri,
Keçdikcə zamanın, ömrün illəri
Səadət carçısı hər yeni səhər
Aləmi isti bir şəfəqlə yuyur,
İnsan öz hüsnünü bir az da duyur.)
XXIII
Aygünü görmədim o vaxtdan beş il,
Bilmədim başından daha nə keçdi?
Eşqin bulağından yenəmi içdi?
Bəlkə də bir daha o sevən deyil-
O indi hardadır? Nədir sənəti?
Deyirəm bir yurdu, yuvası varmı?
Dünyada ilk eşqi, ilk məhəbbəti
Uçanlar yenə də xoşbəxt olarmı?
Deyirəm güldümü o bir qönçə tek?
Ürək yaralan çıxdımı sağa?
Ana qucağında həyat sürərək,
Böyüyüb boy-başa yetdimi çağa?
Deyirəm ev sevən, ailə sevən
O qadın dözdümü ev həsrətinə?
Bir də öz ərini düşünüb, bəzən
Yenə qərq oldumu can möhnətinə?
Bəlkə də ay keçib, il dolandıqca
Başqa birisini sevmiş ürəyi.
Yeni bir eşq ilə qəlbi yandıqca
Açılmiş üzündə dağlar çiçəyi?
Bəlkə də insandan, həyatdan uzaq,
Artıq inanmayır o heç bir kəsə.
Kim ona qəlb açıb sevirəm desə,
Dilinə "yox!" sözü gətirir, ancaq...
Yox, yox, həyat üçün o doğulmuşdur,
Səadət yaraşır, ona səadət!
O, insan eşqilə insan olmuşdur,
O, nə vəfasizdir, nə də ki, afət!
Sevirik aləmdə yaxşıları biz,
Şərikik onların hər qəminə də,
Bir yerdə yol açır əməllərimiz
Eşqin, səadətin aləminə də...
Bir yaxşı dünyadan vaxtsız gedəndə
Min sızıltı qopur ürəyimizdən,
Elə bil, yanğılar qopur bədəndə,
Bir alov parçası ayrılır bizdən...
Bizim qəhrəman da yaxşılardandır,
Yaxşılıq insana bir adət olsun!
Deyirəm qəlbimdə xeyli zamandır,
Gəlinin nəsibi səadət olsun!
XXIV
Orkestro dilə gəlir neçə nəfəslə,
Qaşlarını çatır, bərk-bərk hamı susaraq.
Ürəklərdən ürəklərə keçən min səslə
Məşəl kimi alovlanır hər gözdə maraq.
Gah ucalıb, gah endikcə o pərdə-pərdə
Bu iqlimdən o iqlimə yol açıb keçir.
Elə bil ki, qartal süzür mavi göylərdə,
Qoca Qafqaz dağlarını dolaşıb keçir,
Bu iqlimdən o iqlimə yol açıb keçir..
Alim kimi qaşlarını çatır o bəzən,
Cumub gedir fikirlərə, düşüncələrə,
Söhbət açır o, gələcək qərinələrdən.
Kommunizmin gülşənindən gül dərə-dərə
Cumub gedir fikirlərə, düşüncələrə.
Qəhrəmanlar hünərindən o, ilham alıb
Şövqə gəlmiş dünyamıza sözü var kimi.
Mətləbciyi qurtaranda, boğaza salıb
Qışqırmayır o mənasız adamlar kimi...
Şövqə gəlmiş dünyamıza sözü var kimi.
Hər pərdədə söhbət açır insan ürəyi,
Vəcdə gətir min əməlin şeriyyəti də...
Oxşadıqca duyğuları bahar küləyi
İnsan oğlu xoşbəxt görür təbiəti də,
Vəcdə gəlir min əməyin şeriyyəti də.
Bəzən olur dəniz kimi o, dalğa-dalğa,
Fırtınalar, təlatümlər andırır bizə.
Ahıl dağlar qəlbimizdə qalxır ayağa,
Kor təbiət salam verir iradəmizə,
Fırlınalar, təlatümlər baş əyir bizə.
Boz səhralar çiçək açır, sular durulur,
Dağlar üstə dağlar qoyur insan hünəri.
Hər addımda səadətə bir ev qurulur,
Bütün dünya alqışlayır bizimkiləri,
Dağlar üstə dağlar qoyur insan hünəri.
Arabir də asta-asta, lap ehtiyatla
Elə bil ki, qulaqlara söz pıçıldayır.
Şerim kimi nəfəs alır o da həyatla,
Ürəklərə neçə zəfər müjdəsi yayır.
Elə bil ki, qulaqlara söz pıçıldayır.
(Gül ey dünya, nəsibindir səadət sənin,
Yalnız zəfər yaraşmışdır insan şəninə,
Dalğalarda qərq olmasın hünər yelkənin,
Qoy başımız ucaldıqca ucalsın yenə,
Yalnız zəfər yaraşmışdır insan şəninə.
Etiladan doymamışdır, doyarmı ürək,
Əql evinin nə divarı, nə hasarı var...
İnsan ömrü daha xoşbəxt günlər görəcək,
Bir dünyada hər ürəyin min baharı var,
Əql evinin nə divarı, nə hasarı var...
Ey fəxrimiz, şöhrətimiz, böyük Nizami!
Dedin: "Şüur kainatı gəzib seyr edər,
Ucalsa da insan fikri, insan kəlamı,
Qanad çalar bir müəyyən nöqtəyə qədər..."
Bəs bu gözəl simfonyanı dinlədikcə mən,
Niyə fikrim bir nöqtədə kilidlənməyir?
Bir dünya yox, neçə dünya keçir qəlbimdən,
Günəşin də mövqeyinə idrak enməyir?
Niyə fikrim bir nöqtədə kilidlənməyir?
Yaradanı bir qadındır bu xoş sənətin,
Orkestri dolandırır öz əllərilə.
O, hüdudsuz bir idrakın, bir şeriyyətin
Dünyasından söhbət açır əməllərilə,
Orkestri dolandırır öz əllərilə).
XXV
Əmirxanın başı dəydi əhlət daşına,
O ayıldı: məclislərin gec yuxusundan...
Böyük fikir gəlmədisə yenə başına,
Çox soyudu ehtirasdan, pul arzusundan.
Vaxt oldu ki, qonaq getdi həmyaşlarına,
Neçə evdə bir tükənməz səadət gördü.
Qibtəylə də baxdı bəzən yoldaşlarına,
Ürək açan təzə-təzə yüz adət gördü...
Atasıyla, anasıyla sevinənləri
Gördüyü vaxt bağrı başı dönüb qan oldu;
Yada saldı öz balası körpə Ülkəri,
Ata qəlbi neçə dəfə nigaran oldu...
Ərlə arvad ünvanına qoşa sağlıqlar
Deyildikcə fikrə getdi qəm yeyə-yeyə;
Bərk yapışdı boğazından namus ilə ar,
Öz evini öz əlinlə uçurdun, deyə...
Məclislərdə göründüsə arabir yenə,
Dincəlmədi, oturmadı axıra qədər.
Kef vaxtında pərişanlıq çökdü qəlbinə,
Başındasa yuva saldi lal düşüncələr. - Ev dağıldı, uşaq getdi, yalqızam daha,
Yaddan çıxıb gedir tamam öz sənətim də.
Bir gümanım qalmamışdır artıq sabaha,
Ağırlaşır ildən-ilə təbiətim də...
Bu qayğılar pəncəsində darıxdıqca tək,
Öz ahında dönə-dönə yanıb əridi.
Arabir də ürəyinə toxtaq verərək,
Ayaq üstə can çəksə də, yenə yeridi...
İllər keçdi, o tanınmış bir şəxs olmadı,
Adicə bir həyat oldu fikri, diləyi;
Düzdür, əli bir gün belə işsiz qalmadı,
Ancaq yenə düşünmədi o, gələcəyi...
Aygündənsə ümidini kəsdi büsbütün,
Təsadüfən gördü onu ildə bir kərə.
Hər il qızın yarandığı, doğulduğu gün
Atasından hədiyyələr getdi Ülkərə.
Hər bir insan öz yerini tutdu həyatda.
Şöhrət tapdı öz sənəti, öz hünərilə.
(Hər kürənin bir yeri var bu kainatda.
Öz yerində dövrə vurar öz mehvərilə...)
Mühəndis də, müəllim də, təbib də hər an
Oz işilə, peşəsilə məqsədə çatdı.
Çoxlarına həyan oldu zamanla məkan,
Hər ağac da bir müəyyən yerdə boy atdı.
Əmirxansa öz yerini itirdiyindən
Neçə səmtə əsib getdi gilavar kimi.
Utandı da tamaşaya biletsiz gələn,
Ayaq üstə yersiz duran adamlar kimi...
İdrak onu çox danladı: öz sənətin var,
Məqsədsizmi keçirirsən, de, ömrünü sən?
Taylarındır ildə neçə orden alanlar,
Sənsə hələ orda-burda can çürüdürsən.
Gec deyildir... Qayit yenə öz sənətinə,
Yerdən yapış, yer qaldırar bir gün səni də!
(Şərik oldum mən idrakın nəsihətinə.
Yer qaldırar hər şeri də, hər nəğməni də...)
Açdı bəzən gözlərini o, gələcəyə,
Ümidinin şölələri tez söndü yenə.
Daha gecdir, daha gecdir baş tutmaz deyə,
İnanmadı, İnanmadı öz qüdrətinə...
Ancaq zaman dolandıqca, keçdikcə illər,
O zövq aldı insanların hünər səsindən.
İldən-ilə ucaldiqca bizim nəsillər,
Əmirxan da "adi həyat" fəlsəfəsindən
Qurtarmağa cəhd elədi bir xeyli müddət,
Neyləyək ki, gec dəyişir hökmünü adət.
XXVI
Deyirsən bu illər ərzində Aygün
Yada gətirdimi heç Əmirxam?
Yoxsa ürəyindən çıxarıb bütün
Başqa birinəmi qaynadı qanı?
Yox, sevə bilmədi o heç bir kəsi,
(Sevgi oyun deyil, ürək oyuncaq.)
Başına düşmədi sevda həvəsi,
Bir də şad olmadı qəlbi doyunca... - Ana, atam hanı, - dedikcə Ülkər,
Aygün Əmırxanı gətirdi yada;
Canlandı qəlbində ilk xatıralər,
O keçən günlərə qayıtmasa da...
Ancaq öz ərinə yandı da hərdən,
O müqəddəs qadın, müqəddəs ana.
Ülkəri gözü tək istədiyindən
Düşmən kəsılmədi o, Əmirxana...
Niyə qayıtmadı bəs öz evinə,
İnadmı qəlbini çürüdüb yedi?
Yox, yox, Əmirxandan o qorxdu yenə,
Təhsilim yarımçıq qalmasın, - dedi.
Düzü də beləydi... Əmirxan hələ
Əl götürməmişdi öz inadından.
Yaşayıb əvvəlki əqidəsilə,
Qorxurdu Aygünün istedadından. Gəlin sənət ilə yaşadı yalnız,
Ona sirdaş oldu hər bir əsəri
Dinib danışdıqca qələmlə kağız
Aygünün dağınıq düşüncələri.
Yığışıb bir yerə, bir dastan oldu,
Sevindi qəlbində xoşbəxt bir aləm...
O, həyat aşiqi bir insan oldu,
Nə hicran yurd saldı qəlbində, nə qəm.
Sonsuz bir eşq ilə sevdi varlığı,
Sevdi təbiəti, axar suları,
Sevdi hər zəfəri, bəxtiyarlığı,
Yüksək əməlləri, saf arzuları.
Dörd divar içində yalqız durmadı,
O, duydu hər qışı, hər baharı da.
Xəyal dünyasında tək oturmadı,
Gəzdi zavodları, tarlaları da.
Bəzən eşitdiyi hər yeni səsdən
Gözəl rübabında bir nəğmə çaldı.
Hər canlı hünərdən, hər xoş nəfəsdən,
Hər yeni nəğmədən bir ilham aldı.
Aylarla qalxmadı bəzən iş üstdən,
O, yüz düşüncədən birini seçdi,
Elə bil qovladı, o, vaxtı qəsdən,
İllər bir-birindən tez gəlib keçdi.
Ülkərin boyundan oxudu, bəzən
Aygün bu sürətlə keçən illəri.
Kiçik bir zeh açdı saçlarına dən,
Başda çiçək açar insan hünəri...
XXVII
Bu axşam Aygünün evində gülən
Bu şənlik, bu büsat, bu cəlal nədir?
Ürəkdən-ürəyə axıb süzülən
Söyləyin, şeirdir, yoxsa nəğmədir?
Gör bizim bəstəkar nə qədər şaddır,
Yanır yanaqları dağ laləsi tək.
Bu gün hər qayğıdan, qəmdən azaddır,
Gülür çəmən kimi o, çiçək-çiçək.
Başdan-ayağadək geyib qırmızı,
Məclisə gün kimi şölələr yayır.
Gələn qonaqlara bu eller qızı
Üstü zəfəranlı plov paylayır.
Yayılmış nanənin, reyhanın ətri,
Süfrədə rəngbərəng şərablar da var.
Otağa sığmayıb gül dəstələri,
Sağ olsun səmimi, mehriban dostlar.
Ülkər də seyr edib öz anasını,
Ortada quş kimi qol-qanad açır.
Duyub sağlıqların saf mənasını
Gözündən ətrafa şəfəqlər saçır.
(Sevin, ey yurdumun əziz körpəsi,
Nə qəm gör aləmdə, nə də qüssə çək!
Bir an da ağlasa bir uşaq səsi
Qəlbimə sancılar o səs nizə tək.)
Aygünün qəlbində gün tək alışan
Bir dünya duyuram göylərdən dərin.
Yanır sağ döşündə qızıl bir nişan,
Üstündə əksi var bizim rəhbərin...
Təbrik nitqləri, odlu alqışlar
Bir an kəsilməyir axşamdan bəri;
Əl çalıb oynayır dostlar, tanışlar.
Külək də titrədir pəncərələri.
(Beşinci badədən sonrasa Elyar
Mənim tək qızışıb qalxır ayağa).
Bizim qarabağlı, o gənc nəğməkar
Oxuyur, yayılır səsi uzağa:
"Ay işığı, bulaq başı, göy çəmən,
Bir dünyamız, bir sən özün, bir də mən,
Pərdə-pərdə gah ağlayan, gah gülən
Nəfəsinlə oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin...
Karvan-karvan göydən ulduzlar köçür,
Öz bəxtinə hər kəs bir ülkər seçir.
Qocalırıq... Ömür keçir, gün keçir,
Oxu, gözəl! Oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin...
Can evimə sığışmayan arzular
Bir dünyada neçə dünya arzular,
Məhəbbətin nə ilki, nə sonu var,
Oxu gözəl, Oxu gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin..."
Elyar oxuduqca incəlir səsi,
Məclis sükut edir ona hörmətlə;
Canlara yayılır onun nəfəsi –
Oxuyan ürəkdir bir məhəbbətlə...
Elyar "Oxu, gözəl" dedikcə hər an,
Nə üçün Aygünün üzünə baxır?
Nə məna süzülür baxışlarından,
Odlu gözlərində şimşəkmi çaxır?
Aygün də hiss edir o baxışları,
Rəng alıb, rəng verir gəlinin üzü;
Sözsüz də anlayır, duyur Elyarı.
(Duymaqla keçirək öz ömrumüzü.)
Qızlar fürsət tapıb pıçıldaşırlar:
- Deyəsən yamanca vurulub Elyar.
- Mən də bu rütbəyə çatsaydım əgər,
Məni də, məni də bəyənərdilər... - Görünür bəxti var... Rənginə bir bax!
- Elə bil dağ gülü çiçək açacaq.
- Nə olsun? Duldur ki... Uşağı da var...
- Eh... Dula baxmayır aşiq olanlar...
Yamanca ucaldı kişinin qızı! - Yaxşı, danlamayaq Öz baxtımızı,
Bizə nə olub ki... Tək imiş Elyar? - Kül olsun başıma! Otuz yaşım var,
Hələ bir elçi də gəlməyib bizə... - Özgə suyunasa qoy daş atmayaq...
(Bizsə bu qeybəti çox uzatmayaq,
Qayıdaq yenə də mətləbimizə).
Üç dəfə çalındı qapının zəngi...
Kimdir qonaqlığa bu vaxtsız gələn?
Ağardı qar kimi Aygünün rəngi...
Yonulmuş daş kimi anq bir bədən
Dayandı gəlinin qarşısında lal.
O heç danışmadı, dinmədi bir an,
Aygünə bir dəstə gül verib, dərhal,
Gözləri yaşarmış çıxdı qapıdan...
Bu dəm pəncərədə dayandı külək,
Sükuta qərq oldu məclisdəkilər.
Gedənin dalınca tez yüyürərok, - Ata, ata! - deyib qışqırdı Ülkər.
Bozardı Aygünün rəngi kül kimi,
Soyudu gct-gedə məclisin odu;
Ülkər saraldıqca qızılgül kimi,
Atalar, analar pərişan oldu.
İnsanlar ağladi bu qəlb yasına,
Gah açıq dedilər, gah xisın-xısırı: - Heç kəsin balası öz atasına,
Ya öz anasına həsrət qalmasın...
Gecədən çox keçdi, qonaq gələnlər
Qalxıb dağılışdı bir-bir, iki-bir;
Qonaq da köçəri bir quşa bənzər,
Yalnız ev sahibi uçan deyildir.
Aygünü bir dərin fikir apardı,
Gecəni yatmadı sabaha qədər;
Üz-üzə çarpışan nəşələr, qəmlər
Bir insan qəlbində tufan qopardı.
Bir əsər yaranır hər düşüncədən,
Hər qəlb vurğusunun öz mənası var.
Sonu acı keçən o xoş gecədən
Mənalı bir romans qaldı yadigar:
"Üfüqlər qızarır al güllər kimi,
Günəş boy göstərir, açılır səhər.
Yığışın qəlbinə bülbüllər kimi,
Ey ilk xatirələr, ilk xatirələr!
Mən onu sevınişdim bir saf ürəklə,
O mənim eşqimi duysaydı egər...
Girin pencərəmdən əsən küləklı,
Ey ilk xatirələr, ilk xatirələr!
İndi mın piyada, siz atlısınız.
Qaldımı eşqimdən kiçik bir əsər?
Nədəndir gah acı, gah dadlısınız,
Ey ilk xatirələr, ilk xatirələr!"
Aygünün başında bu düşüncələr,
Uzanıb qızının yanında yatdı;
Elə bil göylərdə Ay ilə Ülkər
Günəş yayıldıqca buluda batdı...
XXVII
Elyar da yatmadı bütün gecəni,
Düşündü, daşındı mənzilində tək.
"Aygün sevəcəkmi, sevərmi məni?" –
Dedikcə çırpındı köksündə ürək.
"Bəlkə de ürəyi soyumamış heç
Uğursuz dediyi ilk məhəbbətdən?
Bəlkə qovuşacaq ərinə tez-gec,
Kaş ki, düşməyəydim bu sevdaya mən.
Yox! Bu ola bilməz!.. Aygün bir daha
Sözünü çeynəyib qayıtmaz geri...
Ümidlə, ümidlə baxım sabaha,
Mənim ürəyimdir onun son yeri...
Mənimdir o meyxoş, o dolğun çiçək,
Sevəcək, sevəcək o dilbər məni.
Mənimlə bir yerdə dövran sürəcək,
Ayırmaq olarmı səsdən nəğməni?..
Bir də ki, Əmirxan... O artıq hanı?
Həyatdan nə qədər geri qalmışdır.
Bir də sevə bilməz o, Əmirxanı,
Aygün yaxşı bilir, çox ucalmışdır.
Qaydadır aləmdə: ucalan enməz...
Yox, yox, xatırlamaz keçən günləri...
Yaydan ayrılan ox geriyə dönməz;
İrəli baş alar, yalnız irəli".
Dünənki məclisi yad etdi Elyar,
Gözündə canlandı o kiçik səhnə;
O baxış, o romans, o pıçıltılar
Elyarı inada çağırdı yenə.
Madam ki, eşqini sezdirdin açıq,
Sözündə bərk dayan, dönmə geriyə;
Meydana müsəlləh əsgər kimi çıx,
Sabahın zəfəri mənimdir deyə!
Səadət gül açdı onun üzündə
Süsənli, sünbüllü bir bahar kimi.
Ümid şölələri yandı gözündə
Cənub göylərində ulduzlar kimi.
Hardasan, Əmirxan, hardasan indi?
Yoxsa ağır yatıb yuxu görürsən?
Bir oyan qəflətdən, meydan sənindir,
Oyan ki, Aygünü əldən verirsən.
Hardasan, a başı bəlalı cahal?
Tez-tez qızınınsa gözünə görün!
Olub keçənləri ondan xəbər at,
Bəlkə də insafa gələcək Aygün...
XXIX
Əmirxan o axşam getdi məclisdən,
Gecəni yatmadı sabaha qədər.
Qəlbinə zor verdi qəm qəmin üstdən,
Sıxdı məngənə tək onu fikirlər.
Eh, nahaq göründüm... Nə deyəcəklər,
O böyük bir adam, mən adi bir şəxs...
Daima yüksələn böyük bir hünər
Özündən aşağı əyilə bilməz...
Qəflət yuxusunda neçə il qabaq
Heç bir hünərinə inanmadığım,
Bir do duymadığım. o qanmadığım
Aygünün indiki cəlalına bax!
Qəribə dövrandır. Adi bir insan
Nə böyük sürətlə gedir irəli.
Atını dördnala çapdıqca zaman
Tanımaq olmayır keçən günləri.
Mənsə dala qaldım, hamıdan dala...
Qeyrətim olmadı bir qadın qədər.
Ölüm də yoxdur ki, canımı ala;
Mənim də adıma kişi deyirlər...
Bir də mən Aygünə görünsəm əgər,
O, mənim üzümə baxaraq tərs-tərs:
İndi şöhrətimi sevirsən deyər,
Üzümə xoş sifət, xoş üz göstərməz.
Yox, yox, o doğrudan çox ucalmışdır.,.
Mənsə sürünürəm, o yerə enməz:
Taleyim nə yaman günə qalmışdır,
Məni bu günümdə heç kəs bəyənməz.
Bəlkə boyun əymək... Bəlkə yalvarmaq.
Eh, ölsəm yaxşıdır bundan bir dəfə.
Başıma uçsa da qayalı bir dağ
Bir də üz qoymaram Aygün tərəfə!
XXX
Dolandı həftələr, dolandı aylar,
Sənətlə bir yerdə ucaldı Aygün.
Qəlbində insanlar, ulduzlar, aylar
Bəstəkar yaşadı, yaratdı hər gün.
Məktəbə apardı hər gün Ülkəri,
Daima göz qoydu qızın dərsinə.
Qız da səkkiz yaşa çatandan bəri
Hamı valeh oldu onun səsinə.
Ülkər anasının nəğmələrini
Bəzən oxuduqca bir xoş nəfəslə,
Elə bil bir şair ilk əsərini
Oxudu bir səsdə min bir həvəslə.
Böyüdü yüz dəfə ana ürəyi,
Yerlərə sığmadı bəxtiyarlığı.
(Qız olur ananın yaxın köməyi,
Qıza çox bağlıdır ana varlığı.)
Fəqət, qız bilmədi, bilmədi niyə
Alası kənarda gəzir onlardan.
Uşağın ürəyi sınmasın deyə,
Aygün olanları açmadı bir an.
Qoy sevsin, deyərək, atasını qız,
Bəzən Əmirxanı təriflədi də.
Açıb ağartmadı o, sirri vaxtsız,
Atanı küsdürən mənəm, dedi də. Bəs neçin Ülkərin qara qaşları
Yay kimi çatılmış bu axşam, neçin?
Nədir üzündəki o göz yaşları?
De, nədən ağlayır o için-için?
Hətta anasının üzünə belə,
Başını qaldırıb baxmayır bir an.
Anası tutduqca onu xoş dilə
Az qala partlasın qız acığından.
- Qızım, ağrın alım, nə oldu sana?
Niyə dinməyirsən, bir danış, qızım?
Bəs sənin hörmətin budur anana?
Mənim əziz balam, körpəcə quzum,
Mən ki, dəyməmişəm sənin xətrinə...
Ülkər inad qızdır, dinməyir yenə.
Aygün dönə-dönə yalvarır ona,
Dolayır qolunu qızın boynuna.
Sonra mehribanca üzündən öpür,
Silib göz yaşını gözündən öpür.
Yumşalır get-gedə uşağın qəlbi,
Dinir kəlmə-kəlmə bir tuti kimi: - Bayaq... dərsdən sonra... keçirdim bağdan,
Atamı... atamı gördüm uzaqdan...
O da məni gördü... - Görüşmədiniz?
Niyə, qucaqlaşıb öpüşdük də biz...
Bilmədim o vaxtdan keçdi neçə gün,
O məni bağrının başına basdı,
Bütün sozlərimə qulaq da asdı.
Qayıq seyrinə də apardı məni,
Sənin "Xatirələr" adlı nəğməni
Üç dəfə oxutdu... O, qəmgin oldu,
Hə, hə, uşaq kimi gözü də doldu...
Dedim ki: - Ay ata, nə üçün bizdən
Ayrı yaşayırsan... Atamsan ki, sən?
O mənə dedi ki... dedi ki: - Anan
Böyük adam olub, bəyənmir məni.
Aygün xəyalına gətirdi bir an
Bu kiçik söhbəti, kiçik səhnəni.
Keçdi düşüncələr başından bir-bir:
"O tənə vurmağı tərgitməmişdir...
Yaxşı ki, qızını sevir ürəkdən,
Yaxşı ki, zövq alır bala deməkdən.
Yaxşı ki, Ülkər də çox sevir onu,
Bilmir müqəssirin kim olduğunu...
Bilməsin... bilməsin qoy hələ Ülkər.
Zaman dolandıqca, keçdikcə illər
Boya-başa çatar kamala dolar,
İşin tarixindən qız agah olar,
Hələlik "müqəssir" mənəm deyərək,
Qızı dərdlənməyə qoymayam gərək".
Ana öz bağrına basıb qızını,
Oxşadı ömrünün dan ulduzunu.
Qara saçlarına lent də bağladı,
(O, sirri yenə də gizli saxladı.)
Üzdəsə Ülkərin üzünə güldü,
Ağzından inci tək sözlər töküldü: -
Qızım, ağrın alım, çox inadam mən,
Acığım getməyib hələ qəlbindən.
Atanı çox istə, get görüş yenə,
Vaxt olar qayıdıb gələr evinə.
Bir də dərd eləmə özünə bunu,
Tapar su gələndə ciz yolumunu...
Di dur, yaxşı balam, dərslərinə bax! –
Ülkər şadlığından qanad açaraq,
Uçdu anasının üstə quş kimi,
Qəmlər qəfəsindən qurtulmuş kimi...
XXXI
Gecə yorğanını çəkmiş başına,
Aygün də uzanmış öz yatağına.
Ancaq o möhtacdır can sirdaşına,
Soyuq bir yel əsir qəlb otağına.
Otuza az qalır Aygünün yaşı,
Yenə od kimidir al yanaqları.
Bir aypara kimi əyilmiş qaşı;
Onun xoş ətirli gül dodaqları
Neçə il bir öpüş görməmiş, inan!
Gah sola çevrilir, o gah da sağa,
Arabir yataqdan qalxıb ayağa,
Ayrılmaq istəyir xəyallarından...
Nədir düşündüyü? Mehriban bir səs,
Alovlu bir ürək, isti bir nəfəs.
Müqəddəs bir sevgi, təmiz bir əməl,
Saçını oxşayan lütfkar bir əl,
Bir əl ki, bağrına bassın gəlini,
Bu saf gözəlliyin saf heykəlini;
Bir açıq qaşqabaq, bir xoş, gülər üz,
Mehriban bir baxış, mehriban bir söz,
Evdə kişi səsi, qadir bir hünər,
Eşqin keşiyində dayanan bir ər!..
Duyub düşündükcə Aygün bunları,
Gözünün yuxusu çəkilir dəm-dəm.
Yel əsir, qar yağır, gecəsə yarı,
Üşüyür qəlbində bütün bir aləm.
Sonra başındakı bu düşüncələr
Bir-bir ulduz kimi batır heçliyə.
Gecə uzanırsa açılır səhər,
Bütün insanlara "oyanın!" deyə.
Səhərin eşqilə Aygün oyandı,
Geydi saxladığı toy paltarını...
Yenə yanaqları od kimi yandı,
Andırdı gəncliyin ilk baharını.
Əyləşdi piano qarşısında tək,
Onun sinəsində dil açdı ürək:
"Mən indi bildim ki, ürəyim acdır...
Elə bil çörəyə, suya möhtacdır.
Məhəbbət əbədi bir ehtiyacdır,
Mənim də dünyada sevənim varmı?
Doğrudur, insanlar mənə əl çalır,
Ancaq səadətim yarımçıq qalır...
Dağlar da eşq ilə qalxıb ucalır,
Eşqsiz bir bahar, deyin, baharmı?
Hanı saçlarımı oxşayan bir əl,
Bir mehriban nəfəs, bir isti əməl?
Gəl, ey məhəbbətin müjdəsi, tez gəl!
Məni düşündürən bu arzularmı?"
O yenə düşündü, yenə də çaldı...
Basıldı üç dəfə qapının zəngi.
Aygün səhər-səhər bir məktub aldı,
Dəyişdi otağın bütün ahəngi.
"Bəlkə də yazdığım bu məktubla mən
Xəbər verməyirəm ürəyinizdən...
Odur ki, əvvəlcə üzr istəyirəm
Ki, sizə "sevgilim Aygün" deyirəm.
Bəli, mən sevirəm... Haqqım var buna,
Məhəbbət şərəfdir insan oğluna.
Yalnız məhəbbətlə insan ucalar,
Eşqsiz bir ürək vaxtstz qocalar.
Fəqət sevməmişdim mən indiyədək
Hər qızda bir cürə ayıb görərək.
İndisə xoşbəxtəm... Sevirəm sizi,
Sizin şairanə xilqətinizi.
Elə ki, simanız qarşımda durur,
Ürəyim döyünüb şiddətlə vurur...
Bəzən yuxum belə qaçır gozümdən.
(Açıq btr fikirlə deyirəm bunu)
Dünyada bir sizi sevməliyəm mən
Bildim məhəbbətin nə olduğunu...
Nə qədər şirindir bu ləziz nemət!
Şərbət tək içilir bu yolda qəm də.
İnsana yaraşır yalnız məhəbbət,
Deyə bir səs ötür hər vaxt sinəmdə...
Eşidin qəlbimdən qopan bu səsi,
Baxmayın üzümə biganələr tək.
İçimdə yandıqca eşqin nəfəsi.
Ürəyim odlanır pərvanələr tək.
Mən bir nəğməkaram, sizsə bəstəkar,
Sənət rübabının qoşa simiyik,
Bizim bir yolumuz, bir qayəmiz var,
Bir canda biz iki ürək kimiyik.
Var olsun birləşən ürəklərimiz,
Solmasın əbədi bir bahar kimi.
Sənət dünyasının göylərində biz,
Gəlin qoşa süzək qartallar kimi".
Aygün oxuduqca nəzər saldı ki,
İnci tək düzülmüş sözlər yanaşı.
O qədər xəyala, fikrə daldı ki,
Köksünün üstünə əyildi başı...
O bir də məktuba hörmətlə baxdı,
"Müqəddüs duyğular, arzular" deyə;
Qəlbi iftixarla buluda qalxdı,
Məni də dünyada sevən var deyə.
Bir anlıq gözündə rəqs etdi aləm,
Bir cüt ulduz kimi gözləri yandı.
Fəqət xəyalının önündə bu dəm
Əmirxan kölgə tək gəlib dayandı...
Bir də ilk eşqinin ilk nübarını
Andı dan yerinin ulduzu kimi.
Ülkər yerə döydü ayaqlarını
Bordaqda saxlanmış bir quzu kimi...
Nəyimo gərəkdir hər günün adı?
Bir onu bildim ki, dostumuz
Aygün Məktubu Ülkərdən gizli saxladı...
Düşünüb fikrində bəzən Elyarı,
Açdı arzuları çiçəklər kimi.
Ancaq başındakı bu arzuları,
Qovdu öz diilə, milçəklər kimi.
Bir də danışmadı heç yerdə bunu;
Söz düşməsin, dedi, boş ağızlara...
Dərk edib özünün kim olduğunu,
Bir kağız göndərdi Aygün Elyara:
"Sizin yazdığınız məktubu aldım.
Təmizdir qəlbiniz, safdır eşqiniz.
Oxuyub, bir müddət heyran da qaldım,
Eşqə, səadətə layiqsiniz siz.
Mənimsə ürəyim sınıqdır hələ,
Qəlbimin yarası sağalmamışdır...
Bəlkə də sevgiyə heç indən belə
Könlümün evində yer qalmamışdır.
Yalnız sənətimlə yaşayıram mən,
Bir də ki, gözümün işiğı Ülkər..-
Niyə gizlədim ki, bəzən qəlbimdən
İsti bir nəfəs də keçir, müxtəsər.
Fəqət sevməyirəm mən heç bir kəsi,
Xəyalım bir yerdə qərar tutmayır.
Üzümə dəydikcə övlad nəfəsi
Ürəyim ilk eşqi heç unutmayır...
Geri dönməsə də o keçən günlər,
Ayaq basmasam da o boş saraya,
Doğma atasını çox sevir Ülkər,
Qaynayıb qarışmaz ögey ataya...
Məndən inciməyin... Düzü belədir,
Sizə ağlayıram, baxıb gülmürəm.
Yalan danışmağın mənası nədir,
Mən hələ heç kəsi sevə bilmirəm..."
XXXII
Bir yeni sürətlə keçdikcə günlər
Yayıldı şəhərə yeni bir xəber –
O axşamkı məclis, o pıçıltılar,
O baxış, o romans, o sükut, o səs;
Dedilər Aygünə vurulmuş Elyar,
O bir də ərinin üstünə getməz.
Dedilər gecələr ay işığında
Onlar qoşa gəzir bağçada, bağda.
Dedilər yatmayır qılınclar qında...
Onlar qoşa yatır hətta otaqda...
Dedilər dəyişir səmti ruzgarın,
Bu gün-sabahlıqdır iş-işdən keçib.
Dedilər, o gecə Aygün Elyarın
Hələ sağlığına şərab da içib...
Kişilər canbirdir... Lap arvad, lap ər...
Onları ayırmaq olmaz bir daha.
(Ah, ey şayiələr, ey şayiələr!
Salamat çıxmayın bir də sabaha!..)- Yalandır, yalandır, - dedi Əmirxan,
Yaxşı tanıyıram mən ki, Aygünü;
O, hissə qapılmaz, hər yerdə, hər an
Namusla keçirmiş bütün Ömrünü.
Yox! Qayda-qanunla getməmiş ərə,
Öpməyə də qoymaz Aygün əlini.
De, səni kim saldı şayiələrə,
Ey atam gəlini, anam gəlini!
XXXIII
O getdi. Bu dəfə namusla getdi;
Yenə də Aygünlə üz-üzə durdu.
Aygünün danxmış vaxtına yetdi,
Ərk ilə bir sorğu-sual da qurdu: - De, səni doğrudan sevirmi Elyar?
Ancaq düzünü de... Mən bir qonağam... - Bunn soruşmaqdan nə məqsədin var?
- Məqsəd, mən nə qədər dünyada sağam,
Sənin namusunu göz bəbəyim tək
Bütün böhtanlardan qoruyam gərək.
Çünki anasısan mənim qızımın,
Oxu daşa dəymiş ilk baxtımızın... - Bu təlaş artıqdır. Hamıdan çox sən
Mənim əxlaqımı yaxşı bilirsən...
Ayrı nə sözün var? - Sənin sağlığın... Ancaq o
Elyarı tap mənə ver bir,
Ona göstərim ki, ev yıxmaq nədir?! - De, kimin evini yıxır ki, Elyar,
Sənin evinmi var, ailənmi var?
Bu evi sən yıxdın öz əllərinlə,
Sərxoş arzuların, əməllərinlə. - Məlumdur... Görünür sevirsən onu,
Ayığam, demə ki, yenə sərxoşam... - Eşqin, məhəbbətin nə olduğunu
Səndən ayrılalı mən unutmuşam.
O vaxtdan heç kəsi sevə bilmirəm...
Diddi Əmirxanın ürəyini qəm. Nə desın?
Doğrudur bu acı töhmət;
Üzdən qımışdısa içdən gülmədi.
Aygünün üzünə bir xeyli müddət
Başını qaldırıb baxa bilmədi. - Bəli, öz evimi öz əlim yıxdı, -
Deyib, danışmağa dili varmadı.
Səssizcə qalxaraq qapıdan çıxdı,
Bir ümid işığı o aparmadı,..
Getdi yol uzunu hey düşünərək:
"Onun baxışları nə yaman sərtdir!
Görünür yapışmaz sınan bir ürək,
Eh, qadın xilqəti gizli xilqətdir...
Bəlkə də söz verib, sevir Elyarı,
Üzümə üzdənsə gülmədi mənim.
Söndü ümidimin son ulduzları,
Çürümüş ət kimi tökül, bədənim!". - **
Aygün də özünü danladı bir az: - Deyəsən yazığın qəlbinə dəydim;
Yenə Əmirxanı sevə biləydim,
Nə deyim... Baş tutar, bu yoxsa tutmaz?..
Bir insan olsaydı vaxtında ərim
Bütün ailəni salmazdı dərdə,
Birə yüz artardı mənim hunərim.
Bu çirkin, bu qara şayiələr de
Heç uydurulmazdı ərsizəm deyə,
İndisə, döşünə bərk döyə-döyə
Qeyrətdən danışır, deyir kişiyəm,
Deyir ki, mən namus keşikçisiyəm.
Eh, bir də illərcə yaşadı evsiz,
Bəlkə də qəlbində yurd saldı iblis...
Kişidir... yəqin ki, neçə üz gordü,
Qapılar tanıdı evlərə girdi...
XXXIV
Aygün, əziz bacım, bilirsən ki, mən
Dünyaca sevirəm səni ürəkdən.
Sevirəm səndəki gözəl sənəti,
O saf qəlbindəki saf şeriyyəti.
Sevirəm mən sənin vüqarını da,
Andını, əhdini, ilqarını da.
Hələ bu sifətlər qalsın bir yana,
Doğrudan, anasan, gözəl bir ana!
Axı, çox güzəştə gedir analar,
Ata dərdi çəkən ayparan da var.
Qoy sənin qəlbini yıxmasın inad,
Vaxtdır, xeyrə doğru, gəl addımlar at.
Artıq, Əmirxan da sən görən deyil,
Çox ağır olsa da, o doyişir bil...
Əmirxan keflərə, əyləncələrə
Gedir, ya getməyir ayda bir kərə.
İçsə də şad deyil, pərişan olur,
Səni xatırlayıb gözləri dolur.
Ancaq açılmayır, o qorxur ki sən
Onu birdəfəlik rədd eləyəsən.
Dəyişir, dəyişir o, ürəyini...
İndi halal yeyir öz çörəyini...
Paxıl da deyildir o, yana-yana
Baxıb küsənməyir heç bir insana.
Bu yaxşı sifətdir, çox gözəl işdir,
Əmirxan doğrudan çox dəyişmişdir...
Böyük bir nöqsanı var ancaq onun,
O geridə qalmış həyat oğlunun:
"Gündəlik dolanma, gündəlik çörək"
Fikri, fəlsəfəsi başında qalır...
Odur ki, adi bir ömür sürərək,
Nə bir ad çıxarır, nə də ucalır.
Bir də öz gücünə o inanmayır,
Böyük bir ilhamla qəlbi yanmayır;
Bir para insanlar kimi dünyada
Burnundan irəli baxmayır o da...
De görək neyləyək? Baxıb güləkmi?
Yoxsa yıxılanı tuta bilərmi?
Gəl onu axtaraq, baş çəkək yenə,
Qaranlıq qəlbində məşəl yandıraq.
O inanmasa da, öz qüdrətinə
Çalışaq, birtəhər biz inandıraq.
Danışdıq Aygünlə bu xüsusda biz.
Nə qədər şad oldu ürəklərimiz!
Açıldı gül kimi Ülkərin qəlbi.
Ancaq qabaqladı bizi bir xəbər,
Biz onu axtarıb tapana kimi –
Əmirxan Bakıdan çıxmış - dedilər...
XXXV
Aygünə dedim ki, sən qalma işdən,
Gedim mən axtarım, görüm hardadır.
Onu söz gücünə tez taparam mən,
Qorxub-eləmə ki, uzaqlardadır.
Düşdüm sorağına mən Əmirxanın,
Dağlar ayaqlayıb, dərələr keçdim.
Gəzdim hər yanını Milin, Muğanın,
Yandıqca arxların suyundan içdim.
"Muğan" dastanımda əks olunmadı
O yerdə gördüyüm gözəl bir səhnə;
Sonralar bildin ki, "ilğımdır" adı
Düşsün şerimizin söz xəznəsinə;
Muğanda yay günü, görürsən bəzən
Torpağın bürküsü axır su kimi.
Əvvəl gəl-gol deyib, sonra gizlənən
Bir qızın sevilmək arzusu kimi.
Biz yaxınlaşdıqca, o qaçır bizdən
Şirin bir yuxunun nemətləri tək.
Uzağa getdikcə gözlərimizdən
Elə bil, biryolluq gözdən itəcək.
Bizim Əmirxan da ilğımlar kimi
Gah gözə görünür, gah qaçır gözdən;
Ancaq inadlı bir sənətkar kimi,
Onu axtaracaq, tapacağam mən!..
Axır sorağını mən Əmirxanın
"Lenin" sovxozundan axtarıb aldım.
Axtarış borcudur şair olanın,
Bir axşam mən ona qonaq da qaldım.
Söhbət şirin keçdi, yazmıram, ancaq
Hələ görmədiyim iş hünərini.
Üstünə heç bir şey artırmayaraq
Yazıram özünün dediklərini: - Mən aqronom idim neçə il qabaq,
Özümün gül kimi sənətim vardı.
Ağacdan-ağaca calaq vuraraq,
Əllərim sevinib xoşbəxt olardı.
Böyük söz olmasın, bəzən insanlar
Kor olub, göz yumur səadətinə.
Qəlbində yurd salır qara bir azar,
Qudurub xor baxır öz sənətinə.
Mənim də qəlbimə girdi bir iblis,
Məni də azdırdı acgöz ehtiras.
Dedim bu sənətdən bir xeyir çıxmaz,
Gedim pul qazanım... Güləcəksiniz...
(Mən onun sözünü kəsərək bir an
Dedim: - Səndə deyil yalnız bu azar.
Pul eşqi getməmiş bir çoxlarından,
Bu dərdə tutulmuş alimlər də var.
Onlar zaman-zaman verib səs-səsə
Nə xəyala gedir, nə fikrə bir gün,
Elmə can yandırmaq əvəzindəsə
İdarələr gəzir çoxlu pul üçün.
Onlar oynadıqca istedadıyla
Əql evi boş olur, sözü kəsərsiz;
Döşünə döysə də alim adıyla
Yaşayır əsərsiz, ölür əsərsiz...) - Bəli... Pul iştahı, pul acgözlüyü
Gözəl sənətimdən ayırdı məni.
Bəzən yalan dedim, dandım düzlüyü.
Danışsam başımdan gəlib keçəni
Sizə zəhmət olar... Keflər, məclislər,
Başsız ehtiraslar, cilovsuz hisslər
Soyutdu get-gedə məni evimdən...
İnsan öz evini bu cürə yıxır.
Aygünü, Ülkəri andıqca, bəzən
Başımdan tüstülər, dumanlar qalxır.
Bu vaxt Əmirxanın rəngi saraldı,
Köksünü ötürüb, bir nəfəs aldı... - İndisə... Mənzilim düşdü bu yana,
Bu qara torpaqdan çıxır çörəyim.
Əsil sənətimlə gəldim Muğana,
Gələli xoşbəxtdir, dincdir ürəyim.
Yoxsa da sən deyən bir istedadım...
Elmim yarımçıqsa, ömrüm də yarı,
Deyirəm burda bir bağça yaradım,
Bir kənd yerindəsə tanınım barı. Keçirdik gecəni, açıldı səhər,
O mənə göstərdi saldığı bağı.
Xırdaca yarpaqlı körpə şitillər
Üzümə güldükcə tifil sayağı,
Dedim: 'Tez böyüyüb qol-budaq atın!
Mənim oğlum kimi boy-başa çatın!"
Sonra Əmirxanla vidalaşaraq,
Gəlib nəql elədim Aygünə bunu.
Dedim: "Yaşadacaq o qara torpaq
Yerə arxalanmış o yer oğlunu".
XXXVI
Muğan düzündəki səssiz gecələr,
Sıxdı Əmirxani bir qəfəs kimi.
Şəhər, meydançalar, dolu küçələr
Gəldi qulağına bəzən səs kimi.
Sakit təbiətə tez alışmadı,
O keflər aşiqi, məclislər əri...
Darıxdı bir müddət, çox çalışmadı,
Ağac kölgəsində keçdi günləri.
Fikrini dağıtmaq məqsədilə tək
O, Araz üstünü gəzdi piyada.
Sonra xam at kimi haldan düşərək
Axırda yorulub dincəldi o da.
Çoxaldı get-gedə dostlar, tanışlar,
O da bəyənildi, o da bəyəndi...
Keçdiksə baharlar, keçdikcə qışlar
O ev-ev tanıdı bir neçə kəndi.
Nə xeyirdən qaldı, nə də ki, şərdən,
Onun yanına da gələn çox oldu.
Ayrıldi pərişan düşüncələrdən,
Yalqızlıq qayğısı uçub yox oldu.
Gecələr demə ki, o yalqız qaldı,
Çalışdı çox zaman kitabxanada.
Meylini sənətə, biliyə saldı,
Miçurin dərs verdi Əmirxana da.
Sevdi, o bərk sevdi qəhrəmanları,
Çox şey də öyrəndi bu az müddətdə.
İşdə saç ağartmış mərd insanları
Hörmətlə dinlədi sözdə, söhbətdə.
Bilmədiklərini soruşdu hər an,
Yuxarı tutmadı başını daha...
Gah əvvəl, gah sonra çıxdı yarışdan,
Gündə bir arzuyla baxdı sabaha...
O indi bildi ki, əlbirlik nədir,
Dalğanın qüvvəti dənizdə coşar...
Elsiz igidlik də bir əfsanədir,
Hər ürək bir bədən içində yaşar...
Hər bir ağaca da saldı mehrini,
Hər solan yarpağın, cılız şitilin
Axtardı sirrini, tapdı sehrini.
Hər günün, gecənin, hər ayın, ilin
Udduqca ciyəri saf havasını
Duydu əsil Ömrün xoş mənasını...
Baxıb Əmirxanın gördüyü işə
Nə qədər şad oldu Nemət ürəkdən.
Yanında söz açdı onun həmişə
Uğurlu, məqsədli bir gələcəkdən...
Onu öz evində saxladı Nemət,
Sınğındır, yalqızlıq çəkməsin deyə.
(Bəzən yıxılanı, sadə bir hörmət
Qolundan yapışıb qaldırır göyə).
Əmirxan Aygünü, Ülkəri anıb,
Dolmuş ürəyini boşaldan zaman,
Onunla bir yerdə Nemət də yanıb,
Gözləri dolardı həyəcanından...
Bəzən Əmirxanın iş hünərindən
Danışıb özü də ləzzət alardı.
Bəzən də söz açıb səhvlərindən
Şirin bir dil ilə başa salardı.
Bəzən də ordenli qəhrəmanları
Göstərib deyərdi: "Beşcə il qabaq,
Sən bəyənmədiyin bu insanları
Bu boyda rütbəyə qaldırdı torpaq".
Əmirxan onlara baxdıqca hərdən,
Bir qüvvə duyardı öz biləyində.
Ayrılıb hərcayi düşüncələrdən
Arzular bəslərdi öz ürəyində...
(Adətlər övladı yaranmışıq biz,
Təmiz duyğulara, ürəklərə də.
Gah isti, gah soyuq küləklərə də
Ömürlük bağlanır hisslərimiz.
Meylini saldığın sadə bir daş da,
Bəzən ömrün boyu yadında qalır.
Ülfətin oğludur dost da, sirdaş da
İnsana isnişib insan ucalır).
İndi o hərcayi Əmirxana bax!
Gör necə bağlanmış ana torpağa;
Hər səhər quşlardan tez oyanaraq,
Tələsik baş çəkir saldığı bağa.
Yel soyuq əsdimi, şaxta keçdimi,
Çiçək tökmədi ki, ağaclar gecə?
Torpaq öz suyunu yaxşı jçdimi?
Ümidlər, arzular çıxmasın heçə!
Əsir yarpaq kimi hər yarpaq üstdə,
Ürəkdir titrəyən əməllərilə.
Görüncə bir kiçik budağı xəstə
Kəsir cərrah kimi öz əllərilə.
Bəzən də bir ağac boysuz olanda
Onun gövdəsinə dərmanlar vurur.
O ağac böyüyüb yaşa dolanda
Sərin kölgəsində məclis də qurur.
O hələ zövq alır pul xərcləməkdən,
Çox açıq əllidir dosta, yoldaşa.
Bütün gəlirini xərcləyib bəzən
Güc ilə çatdırır ayı baş-başa.
Qoy olsun, dəyməyək daha xətrinə,
Ağız ləzzətilə yeyir çörəyi.
Biz ona sərxoş da deməyək yenə,
Qoy içsin, istəsə hərdən ürəyi...
Keçdi o zamandan üç qış, üç bahar.
Zaman çox məqsədi başa yetirdi.
O sovxoz bağında bitən ağaclar
Üç cürə, beş cürə meyvə yetirdi.
Bəzən bir ağacın üstündə gerçək,
Alma da, armud da, heyva da doydi;
Əriklər, gilaslar sayrışdı rəng-rəng,
Ağır şaftalılar yerə baş əydi.
(Muğanda gördüyün çöllər, yamaclar
Bütün torpaqlardan bərəkətlidir.
Qışda yaşıl qalır orda ağaclar,
Zəmilər, yoncalar xoş sifətlidir.
Arazın suyundan bol-bol içərək,
Daş kimi çiyələk yetirir aran.
Sağalmış yaranın qaysaqları tək
Qopub parça-parça tökülür şoran.
Araz dünya gəzir bir insan kimi,
Min yerin şirəsi hopur canına:
Şüşəyə tutulmuş bir saf qan kimi
İşləyir Muğanın damarlarına.
Muğanda yetişən ilk nübarları
Yemək də olmayır şirinliyindən.
Gəncənin üzümü, Göyçayın narı
Baxıb həsəd çəkir onlara bilsən).
Bağın nemətləri olduqca dən-dən
Əmirxan onları vaxtında dərdi.
Canla bəslədiyi o meyvələrdən
Ülkərə hər fəsil pay da göndərdi.Təsvir etdiyim bu gözəl bağa
İnsanlar ad verdi "Əmirxan bağı".
Şairin ürəyi döndü bir dağa,
Sevindi dastanın hər bir varağı.
Kən-kənd, şəhər-şəhər bu bağın adı,
Şöhrəti yayildı bizim ellərə.
Yoldaş Əmirxanın bu istedadı
Düşdü nağıl kimi bütün dillərə.
(Bəzən görürsən ki, yaxşı bir hünər
Gizlənir insanin öz varlığında.
Döyüşsüz, cəbhəsiz keçəndə illər
Qılınc da paslanır yaldığı qında...)
Həyatın əzəldən bir qanunu var:
İşsiz hünər yoxdur, hünərsiz də iş.
Dəmir də, polad da, iş üstə parlar,
Ən böyük ilhamdır zəhmətə vərdiş.Elə mən özüm də bir həftə, bir ay
Yazmasam, şeirdən çox soyuyuram
Buludlar yığışır üstümə lay-lay,
İçimdə bir boşluq, heçlik duyuram.
Əsər yazmadığım işsiz zamanlar
Şair olmağımı danıram özüm;
Çox geniş olsa da göy asimanlar
Mənasız boylanır aləmə gözüm.
Elə ki, sətirlər durur yan-yana,
Yarpaqlar yığışır yarpaqlar üstə.
Elə bil dünyalar verılir mana,
Dağlar qoymasam da, mən dağlar üstə.
Böyüdü get-gedə Əmirxan bağı,
Hər ili ardınca bir il apardı...
O bağdan Muğanın hər bir bucağı
Qocalmış bağlara şitil apardı.
Əmirxan özü də gözləmədən heç,
Bir də inanmadan öz qüdrətinə,
Ellər dünyasında tanındı tez-gec,
Taleyi tuş gəldi el hörmətinə.
Dostlar, bəllidir ki, qoca dünyada
Yerin nəfəsilə yaşayırıq biz.
Heç kəsin zəhməti getməyir bada.
Yaratmaq əsridir bizim əsrimiz.
XXXVII
Günlərin birində Muğan düzündə
Əmirxan Bakıdan bir məktub aidı.
Bir şadlıq oynadı onun üzündə,
Fəqət bir neçə gün o, fikrə daldı.
Ona nazirlikdən yazmışdılar ki:
"Məsul vəzifəyə gələrsinizmi?
Ancaq, bu xüsusda danışıq var ki,
Siz bağdan ayrıla bilərsinizmi?"
Nə yazım? Nə deyim? Nə cavab verim?
Deyərək düşündü Əmirxan xeyli;
Başına düşmədi vəzifə meyli.
"Gözəldir sənətim, rahatdır yerim,
Ayrıldım eşqimdən, məhəbbətimdən,
Barı ayrılmayım öz sənətimdən...
Taleyim bundadır, belədir", - deyə
Bir cavab göndərdi o, nazirliyə:
"Səmimi ürəklə yazıram sizə,
Lütfünüzə qarşı çox minnətdaram.
Sözüm toxunmasm ürəyinizə,
Nə qədər mən sağam, nə qədər varam
Ayrıla bilmərəm bu ilk bağımdan.
Qızğın iş üstündə keçdikcə illər
Mən hər ağacımdan, hər yarpağımdan
Baxıb zövq alıram dünyalar qədər...
Ağaclar bir mənə alışıb yalnız,
Mənsiz nə yem yeyər, nə də su içər.
Çoxdur iş bacaran insanlarımız,
Zənnimcə, nazirlik mənsiz də keçər"
Bir gün Aygünə də çatdı bu xəbər,
Nə qədər şad olub buna sevindi.
Dil açdı qəlbində onun hissləri
"Əmirxan başqadır, başqadır indi..."
XXXVIII
"Qızım, ağrın alım, ağır xəstəyəm,
Bəlkə də bir uzaq səfər üstəyəm...
Dayanma, can bala, gəl görüşək bir,
Anan bilirəm ki, gəlməyəcəkdir...
Ona gəl deməyə üzüm də yoxdur,
Yanında taqsırım, günahım çoxdur...
Yıxıl dizlərinə lap üzün üstə,
Mənim tərəfimdən sən üzür istə,
De, keçsin son dəfə günahlarımdan,
Mən özüm ayrıldım öz baharımdan..."
Məktubu gizlədi Ülkərdən Aygün.
Duyub düşündükcə bir ana qəlbi
Səhərdən axşama sızladı o gün,
Simləri qırılmış bir rübab kimi...
Axşam Ülkəri də alıb yanına,
Birinci qatarla o düşdü yola...
Analıq eşqinin bu dastanına
Yeni bir fəsil açaq, uğurlar ola!
XXXIX
"Lenin" sovxozuna bir gecə yarı,
Gəldi, qoşa gəldi Ay ilə Ülkər,
Piyada getdikcə asfalt yolları,
Bu ki lap şəhərdir, şəhər, - dedilər.
İkimərtəbəli aynabəndlər də
Hörmətlə onların güldü üzünə,
Sovxoz yanındakı yeni kəndlər də
Yaraşıq verirdi Muğan düzünə. –
Yoldaş! Xəstəxana burda bardadır? –
Odur, bax, “Əmirxan bağı”ndan sağda,
Onillik məktəbdən bir az uzaqda,
Böyük darvazalı bir hasardadır.
"Əmirxan bağı"ndan... Ülkər eşitcək,
Elə bil üzündə şəfəq söküldü,
Ürəkdə Aygün də sevinib güldü;
O ayaq saxladı bağa yetişcək,
Bir ağac dibində nəfəs də aldı.
Gördü ki, sərvlər qatar-qatardır,
Bu xoş səliqəyə o heyran qaldı.
Səliqə sevən də bir sənətkardır.
- Ay ana, gəl gedək, gedək, tez ol bir,
İndi bağ seyrinin vaxtı deyildir, - Deyib, anasını tərpətdi Ülkər,
"Əmirxan bağı"nı ötüb keçdilər. Bir ağ çarpayının üstə Əmirxan
Neçə gündən bəri ağır xəstədir.
Nə həyat görünür üzündə, nə qan,
Elə bil doğrudan ölüm üstədir.
Başının üstündə Ülkərmi durmuş?
O körpə xilqətə yaraşmayır qəm.
Ayaq tərəfində Aymı oturmuş?
Onu rəssam kimi çəkə bilmirəm.
Xəstənin gözləri kölgələndikcə
Aygünün ürəyi yandı şam kimi.
Qabarıq sinəsi qalxıb-endikcə
Qaraldı sifəti bir axşam kimi.
Xəstə bərk yatdısa, ciyər azan
Onun ürəyinə girə bilmədi.
Ancaq açılmadı göz qapaqları,
Gələn qonaqları görə bilmədi...
Qalxa bilmədisə o öz yerindən
Eşitdi Aygünün "can, can!" səsini.
Üzündə, gözündə hiss etdi, bəzən
Doğma balasının xoş nəfəsini...
(Mehriban, lüttkar, doğma bir səs də
Bəzən ordu kimi yol açır bizə...
Ən ağır vaxtlarda bir xoş nəfəs də
Dağ boyda güc verir ürəyimizə.)
Aygünə teleqram gəldi Bakıdan:
"Yığışıb qayıdın, tez gəlin ki, siz
Sabah Moskvaya gedəcəksiniz".
Onunsa qəlbində iki həyəcan -
Baxdı Əmirxana, baxdi həsrətlə,
Yeni bir səadət keçdi gözündən,
Sonra da dirilmiş bir məhəbbətlə
Öpdü Əmirxanın solğun üzündən.
O getdi. Yenə də keçdi o bağdan...
Duydu, torpağı da, daşı da duydu;
Əlilə yapışıb neçə budaqdan
Yaşıl yarpaqlara üzünü qoydu...
Ülkər atasının yanında qaldi;
Şəfqət bacıları qızın bir zaman
Doğma ana kimi qeydinə qaldı.
Bir səhər gözünü açan Əmirxan
Başının üstündə gorüb Ülkəri,
Zəif qollarilə bağrına basdı.
Onu görməmişdi üç ildən bəri,
Döyünən qəlbinə qulaq da asdı...
XL
Moskva... Bir sərin payız gecəsi,
İttifaq Evinin böyük salonu.
Ötür orkestrin qəlb açan səsi,
Sükutla dinləyir min insan onu.
Çilçıraqlar üstə yanır ağ şamlar,
Möhtəşəm sütunlar nura boyanır.
Burda gündüz kimi keçir axşamlar,
Elə bil üfüqdə səhər oyanır...
Zal ağzına kimi tamam dolmuşdur,
Nə qədər dostu var şerin, sənətin!
Hamı bir nəfər tək sakit olmuşdur,
Bu da timsalıdır mədəniyyətin.
Çalır orkestro. Oxuyur Elyar
Aygünün yazdığı bir xoş nəğməni.
Zövq ilə danışır salondakılar
"Mənim səsim" adlı birtəranəni:
"Mən səadət aşiqiyəm əzəl gündən,
Yaranmışam ilk baharın gülüşündən.
Eşit məni, ana torpaq, ana vətən!
Mən yenə də səadətə səs verirəm.
Tel-tel olsun qərənfillər, yasəmənlər,
Yaşıl geysin göy dənizlər, göy çəmənlər.
Bülbül desin bu nəğməmi səhər-səhər:
Mən insana, ədalətə səs verirəm.
Azad qələm, azad rübab əlimdədir,
Arzularım ulusumda, əlimdədir,
Qardaşlığın ilk nəğməsi dilimdədir;
Eşqi azad yüz millətə səs verirəm.
Nə xoşdur ki, bu dövranda yarandım mən,
Nankor olmaz bu dünyada qədir bilən.
Bütün eldir məclisimdə deyib-gülən,
Bu məclisə, bu söhbətə səs verirəm".
Salona səs saldı odlu alqışlar,
Böyük rus qəlbinin məhəbbətilə.
Səhnəyə güllərlə gəldi ilk bahar,
Gəldi insanların səadətilə...
Hamıya hörmətlə Elyar baş əydi,
Oxudu nəğməkar bir də, iki də...
Aygünün başısa buluda dəydi,
Sevindi özü də, qəlbindəki də...
O xoşbəxt gecənin o xoşbəxt səsi
Axıb dalğa-dalğa yayıldı göyə.
Şeirlə nəğmənin əziz nəfəsi
Dil açdı yaşayaq, yaradaq deyə!
O gecə Kiyev də, Leninqrad da
Böyük bir eşq ilə dinlədi bizi...
Yaxın Tbilisi də, uzaq Bağdad da
Duydu rübab tutan əllərimizi.
Xurma kölgəsində ərəb qızları
Ah, azadlıq! Deyib xəyala daldı.
Misrin, Fələstinin qumsal düzləri,
Şimala hərətlə baxıb saraldı...
Sanki Hindistan da,Vyetnam da,
Çin də Bizim o axşamkı bayrama gəldi.
Koreya torpağı odlar içində
Moskva! - deyərək İlhama gəldi.Çoxdan "danışmayır" Aygünlə Elyar,
Dostlar neçə vaxtdır ehtiyatlıdır.
Keçən hadisədən dərs almış onlar
Ki, yaman xəbərlər quş qanadlıdır.
Aygünsə Elyarın hər baxışından
Oxuyur daima canlı bir sual...
Arabir səssiz də danışır insan,
Arabir sözsüz də keçir həsbi-hal.
Fəqət seyrə çıxmış onlar bu səhər
Moskva çayının sahil yanını.
Aygünün üzündə gülür şəfəqlər,
Onun ürək adlı xanimanını
Özü də görməmiş heç bu qədər şad,
Yanır yanaqları yenə lalə tək;
Şəhla gözləri də qüssədon azad,
Parlayır aynalı bir şəlalə tək.
Nədir sevindirən onu bu qədər?
Bir yeni sevginin cəlalımıdır?
Nədir başındakı o düşüncələr?
Yeni simfoniyalar xəyalımıdır?
Bəlkə də eşitmiş təzə bir xəbər?
(Artıq sual verib cavab da alma.)
Ona bir teleqram göndərmiş Ülkər:
Atam sağalmışdır, nigaran qalma!
Elyar dilə gəldi: - Aygün, bilirəm,
Duyuram, doğrudan duyuram ki, siz
Məni bir damcı da sevməyirsiniz...
Nahaq mən eşqimlə vəcdə gəlirəm.
Doğrumu deyirəm?..- Doğrudur, bəli.
Layiq olsanız da siz məhəbbətə,
Hər bir ehtirama, hər bir hörmətə,
Şirindir taleyin, eşqin əzəli...
Mənsə ayrılığa düşəndən bəri
Başqa bir insanı sevə bilmədim.
Otuza çatdısa ömrün illəri
Heç kəslə sevişib, deyib gülmədim.
Elyar təəccüblə: - Çox qəribədir,
Qədim vaxtlardakı rahibələr tək .
Bir ömrü eşqsiz, qəlbsiz keçirmək...
Doğrusu, bilmirəm nə fəlsəfədir?..
- Yox, Elyar, mən yenə, yenə sevirəm,
Əmirxan başqadır, başqadır indi.
Elə bil Aygünü eşidib bu dəm
Ata da, bala da birdən sevindi.
Elyar ümidini bilmərrə kəsdi,
Aygünün üzünə daha baxmadı.
Onun can evinə yellərmi əsdi?
Ancaq gözlərində şimşək çaxmadı...
Aygünsə xeyirxah, uca bir səslə
Dedi: - Qəmlənməyin, qardaşım Elyar,
Yaşayın, yaradın yenə həvəslə,
Sizi də, sizi de sevən tapılar.
Sevməyi bacaran qadir bir ürək
Bir sevilməzsə də, bir seviləcək...
Elyar üz döndərib Aygün tərəfə,
Baxıb o gözlərə, baxdı son dəfə...
(Oxucum, Elyarı gəl qınama sən,
Ağırdır ayrılmaq hər məhəbbətdən.
Elə ki, məhəbbət cavabsız qalır,
Ürək bulud kimi dolub, boşalır.)
Elyarın gözündə ucamı bu an,
Aygünün saf qəlbi, təmiz siması.
Gəlinin mənalı baxışlarından
Keçdi bulud-bulud eşqin mənası...
Gizli saxlamıram bu sirri də mən:
Elyar öz eşqinə əlvida deyə,
Aygünün əlindən öpmək istərkən
Əlini çəkmədi Aygün geriyə...
Ancaq o mehriban busənin odu
Əlin dərisindən keçmədi qana...
Elyar bu hörmətə minnətdar oldu
Ah, müqəddəs qadın, müqəddəs ana!
Sən öz varlığını bir daha düşün:
Nə qədər güclüsən, əzəmətlisən!
Lütfün, mərhəmətin, hər nəvazişin
Kor ehtirasları söndürür, bilsən...
Bəzən heyran qalır xoş xilqətinə,
Hirsli bir pələng də dönür quzuya.
Sənin varlığını can duya-duya,
Qayıdır insanlıq təbiətinə... - Bəs Əmirxan hanı? İndi hardadır?
Deyərək Aygündən soruşdu Elyar. - İndi Muğandadır, uzaqlardadır...
İndi hünəri də, sənəti də var.
Ancaq elə bilir sevirəm səni...
Elyar xatırladı o şayiəni...
Dərin fikrə gedib düşündü bir az.
Onun düşündüyü xeyirsiz olmaz...
XLI
Hicran yerlərini dolaşdıq, yetər,
Vüsal yollarını izləyək daha.
Nə var bu dünyada, de, qəmdən betər,
Şadlıq arzulayaq hər bir sabaha.
Xəstəmiz sağaldı, qalxdı ayağa...
Bakıya, məktəbə qayıtdı Ülkər.
Əmirxan özünü yetirdi bağa,
Gördü ki, onsuz da mehriban əllər,
Bağın qayğısına yaxşı qalmışdır.
Ağaclar gümrahdır, meyvələr sulu,
Nə yarpaq, nə də bir ot saralmışdır;
Hər bahar nəfəsli, bahar duyğulu
Bağın, bağçanın da şairiyəm mən,
Yaz ətri gəlirmi şeirlərimdən? Əmirxan Aygünü yad edib bəzən,
İş vaxtı, boş vaxtı xəyala getdi.
- Özü qurtarmamış məni ölümdən
Niyə tez qayıtdı, niyə tez getdi?..
Bəlkə də eldərdi gəlmişdir Aygün,
Ülkərin qəibinə dəyməmək üçün...
Bəlkə də yazığı gəlmişdir mənə,
Sonradan peşiman olmuşdur yenə;
Bəlkə də o məni xəstə görərək,
Qəlbində demiş ki, dirilməyəcək...
Bəlkə də o sevir, sevir Elyarı,
Sənət ayırmayır sənətkarları...
Keçdi Əmirxanın başından nələr!
(Ah, siz ey bəlkələr, siz ey bəlkələr,
Görüm yuvanızı sellər aparsın,
Bütün varlığımz heçliyə varsın!)
XLII
Bir axşam qayıdıb işdən Əmirxan,
Kitab oxuyurdu eyvanında tək.
O yaşıl eyvana elə bu zaman
Elyar ayaq basdı, salam verərək,
Soyuq qarşıladı Əmirxan onu,
"Əyləşin" söyləyib, yer verdi naçar...
Ancaq Əmirxanın tərs olduğunu
Aygündən eşidib bilmişdi Elyar. - Qonağı gülərüz qarşılayarlar,
Mənsə yol gəlmişəm, həm də qonağam.
Sizlə görüşməyə ehtiyacım var,
Bir böyük iş haqda danışacağam... - Buyurun, mən qulaq asıram sizə,
Başqa şey gəlməsin ürəyinizə... - Əvvəl tanış olaq, əl verin görək, -
Deyə Əmirxana gülümsəyərək,
Elyar əl uzatdı. Əl verdi o da,
(Rəqiblər dost olur bizim dünyada). - Sizə, qardaş kimi gəlmişəm bu gün,
Gəlmişəm deyəm ki, zövcəniz Aygün
Uzun illər sürən bu ayrılıqdan
Dərd çəkir...Qaşını çatdı Əmirxan... - Nə üçün dərd çəkir? Bəs deyirlər siz
Leyli-Məcnun kimi sevişirsiniz...
İndi bu söhbətin mənası nədir? - Xeyr, deyilənlər bir şayiədir!
Doğrudur, Aygünü sevirdim mən də,
Deyirdim eşqini yeri gələndə,
Sizdən nə gizlədim, beləydi... Ancaq
O məni sevmədi, sevmədi bir an.
Dedi ki, bu sevda baş tutmayacaq,
Qəlbimdən çıxmayır çünki Əmirxan...
Zənnimcə, dediyim bu sözlər bəsdir.
Mənə göndərdiyi məktubu alın,
Siz ona idrakla bir nəzər salın,
Bilin ki, hələ də o müqəddəsdir...
Əmirxan oxudu məktubu bütün,
Bir də şadlığından gözü yaşardı...
Gözündə gün kimi parladı Aygün,
Sonra Elyar haqda xəyala vardı: - Qonağım dünənki rəqib olsa da,
Nə gözəl insanlar varmış dünyada! Yenidən əl verib öpüşdü onlar
Çoxdan ayrı düşmüş qardaşlar kimi,
Ağzı möhkəm olan sirdaşlar kimi.
Dönüb Əmirxandan soruşdu Elyar:
- Deyirtər tərifli bir bağınız var,
Onu "yad qonağa" göstərmək olar?
Əmirxan quş kimi qalxdı ayağa,
Dostlar deyə-gülə getdilər bağa.
Doğrudan hər ağac, hər yaşıl yarpaq
Təzə gəlin kimi üzə gülürdü...
Baxıb çalarına sevinir torpaq,
Göyün də üzündən nur tökülürdü.
Elə bu vaxtdaca Aygünlə
Ülkər Bir ağac dalında gizlənmişdilər...
Çəkib Əmirxanın qolundan Elyar,
Apardı onların üstünə sarı.
Aranı kəsmişdi alma şaxları.
(Səhnəsiz də olur bəzən oyunlar.)
Onların səsini Ülkər eşitcək,
Bir qəhqəhə çəkdi dağ kəkliyi tək...
Sonra qanad çalıb qalxdı komadan,
Göydə qucaqladı qızı Əmirxan.
Ülkərin dalınca Aygün də qalxdı,
Əmirxan bu dəfə Elyara baxdı... - Gördüyüm yuxudur, nədir? - deyərək,
Dönüb qucaqladı Aygünü bərk-bərk,
Onlar sevindilər, sevinək biz də,
Sevinsin hər yeni əsərimiz də...
1950-1951
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-aygun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var,Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.
Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti varAləmin seyrinə gəl, gör nə gözəl fitrəti var,Hər gülün, hər çiçəyin öz adı var, surəti var.
Meysiz, məzəsiz can ilə canan ola bilməzMeysiz, məzəsiz can ilə canan ola bilməz!Sevda dediyin hər kəsə meydan ola bilməz!
Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsunƏgər səndən dönər isəm, nəsibim ahu-zar olsun!Baharım qar tökən qışlar, açılmaz bir diyar olsun!
Başqa şairlərin şeirləri
Qələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
O gözələXatırlarmısan ki, orda bir zamanSəninlə diləyə erdim, gözəlim...
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!