Səhifə 2 / 4 · 25%

Bin də quyruqsız-qulaqsuz köpək dilədi. Bin dəxi xaracaqaraca bürələr dilədi. Bu nəsnələri gətürəcək olursanız, qız qarındaşımı verərəm. Gətürməyəcək olursan, gözümə görünməyəsən, yoxsa səni öldürərəm!” - dedi.
Baybörə bəg aydır: “Dədə, mən üçini buluramsa, ikisini sən bulurmısan?” - dedi. Dədə Qorqud “Bəli, xanım, bulasıyam” -dedi. Baybörə bəg ayıtdı: “İmdi, dədə, köpəklə bürəyi sən bul”, - dedi. Dəxi kəndüsi tavla-tavla atlarına vardı. Bin ayğır seçdi. Dəvələrinə vardı, bin buğra-nər seçdi. Qoyunlarına vardı, bin qoç seçdi.
Dədə Qorqud dəxi bin quyruqsız-qulaqsız köpəklə bin dəxi bürə buldı. Alub bunları Dəlü Qarçara getdi. Dəli Qarçar eşitdi, qarşu gəldi. “Görəyim, dedigimi gətürdilərmi?” -dedi. Ayğırları göricək bəgəndi. Dəvələri gördigində bəgəndi. Qoçları bəgəndi. Köpəkləri göricək qas-qas güldi, aydır: “Dədə, ya qanı mənim bürələrim?” Dədə Qorqud: “Hey, oğul Qarçar, adama uş bögələk kibi bunludar. Ol bir yavuz canvərdir. Həb bir yerdə dərib dururam. Gəl gedəlim, simüzin al, aruğın qo”, - dedi.
Aldı Dəli Qarçarı bir birəli yerə gətürdi. Dəli Qarçarı yalınçaq eylədi, ağıla qoydı. Birələr Dəli Qarçara üşdilər. Gördi bacarı bilməz, aydır: “Mədəd, Dədə! Kərəm eylə, Allah eşqinə! Qapuyı aç, çıqayın!” - dedi. Dədə Qorqud: “Oğul, Qarçar, nə qarğaşa edərsən? Götür, bu ısmarladuğın nəsnədir. Noldun, böylə bunaldın? Simüzin al, aruğın qo!” - dedi.
Dəli Qarçar aydır: “Hay Dədə Sultan, Tanrı bunun simüzin də alsun, aruğın da alsun! Haman bəni qapudan tışarı eylə, mədəd!” - dedi. Dədə qapuyı açdı. Dəlü Qarçar çıqdı. Dədə gördi kim, Dəlünin canına keçmiş başı qopusı olmuş, gövdəsi birədən görünməz. Yüzi-gözi bəlürməz.
Dədənin ayağına düşdi: “Allah eşqinə, bəni qurtar!” - dedi. Dədə Qorqut “Var, oğul, kəndüni suya ur!” - dedi. Dəlü Qarçar səgirdərək vardı, suya düşdi. Bürədir, suya aqdı, getdi. Gəldi geyəsisin geydi, evinə getdi. Ağır dügün yarağın gördi.
Oğuz zamanında bir yigit ki evlənsə, ox atardı. Oxı nə yerdə düşsə, anda gərdək dikərdi. Beyrək xan dəxi oxın atdı, dibinə gərdəgin dikdi. Adağlusmdan ərgənlik bir qırmızı
•Vaf#l SİS**-
qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi. Səxt oldılar. Beyrək aydır: “Niyə səxt oldunuz?” - dedi. Ayıtdılar: “Necə səxt olmayalum? Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz!” - dedilər. Beyrək aydır: “Bu qədər nəsnədən ötri niyə səxt olursız? Bu gün bən geydim, yarın naibim geysün. Qırq günə dəkin sıravardı geyəgüz.
Andan sonra bir dərvişə verəlim!” - dedi. Qırq yigid ilən ye-
yüb-içüb otururlardı.
Yarımasun-yarçımasun, kafirin casusı bunları casusladı. Varıb Bayburd hasarı bəginə xəbər verdi. Aydır: “Nə oturarsan, sultanım, Baybican bəg ol sana verəcəgi qızı Beyrəgə verdi. Bu gecə gərdəgə girür”, - dedi.
Yarımasun-yarçımasun, ol məlun yedi yüz kafirlə yılğadı. Beyrək ap-alaca gərdəgi içində yeyüb-içüb bixəbər otururdı. Dün uyxusında kafir otağa qoyuldı. Naibi qılıcın sıyırdı, əlinə aldı. “Mənim başım Beyrəgin başına qurban olsun!” -dedi. Naib paralandı, şəhid oldı.
Dərin olsa, batırdır, qalabalıq qorxudır. At işlər, ər öginür. Yayan ərin umurı olmaz. Otuz doquz yigidlən Beyrək dutsaq getdi.
Dan ötdi, gün doğdı. Beyrəgin atası-anası baqdı-gördi kim, gərdək görünməz olmış. Ah etdilər, ağılları başlarından getdi. Gördilər kim, uçarda quzğun qalmış, tazı dolaşmış yurtda qalmış. Gərdək paralanmış, naib şəhid olmış. Beyrəgin babası qaba sarıq götürüb yerə çaldı. Dartdı, yaqasın yırtdı. “Oğul! Oğul!” deyübən bögürdi, zarlıq qıldı. Ağ bircəklü anası buldır-buldır ağladı, gözinin yaşın dökdi, acı dırnaq ağ yüzinə aldı-çaldı. Al yanağın dartdı, qarğu kibi qara saçını yoldı. Ağlayıbanı-sıqlayıbanı evinə gəldi.
Baybörə bəgin dünlügi altun ban evinə şivən girdi. Qızı-gəlini qas-qas gülməz oldı. Qızıl qına ağ əlinə yaqmaz oldı. Yedi qız qardaşı ağ çıqardılar, qara donlar geydilər.
“Vay, bəgim qardaş! Muradına-məqsuduna irməyən yalnuz qardaş!” - deyib ağlaşdılar-bögürişdilər.
Beyrəgin yavuqlusına xəbər oldı. Banıçiçək qaralar geydi, ağ qaftanını çıqardı. Güz alması kibi al yanağını dartdı, yırtdı. “Vay, al duvağım iyəsi! Vay, alnum-başım umurı!
Vay, şah yigidim, vay, şahbaz yigidim! Doyunca yüzinə haqmadığım, xanım yigit! Qanda getdin, bəni yanluz qoyub, canım yigit?! Göz açuban gördigim, könül ilə sevdigim, bir yasduqda baş qoduğım! Yolunda öldügim! Qurban olduğım! Vay, Qazan bəgin inağı! Vay, Qalın Oğuzun imrəncəsi Beyrək!” - deyüb zarı-zarı ağladı. Bunı eşidüb Qıyan Selcük oğlı Dəlü Dondar ağ çıqardıb, qara geydi. Beyrəgin yarü yoldaşları ağı çıqarıb, qaralar geydilər. Qalın Oğuz bəgləri Beyrək içün əzim yas tutdılar. Umud üzdilər.
Bunun üzərinə on altı yıl keçdi. Beyrəgin ölüsin-dirisin bilmədilər. Bir gün qızın qardaşı Dəli Qarçar Bayındır xanın divanına gəldi. Dizin çökdi, aydır: “Dövlətlü xanın ömri uzun olsun! Beyrək diri olsa, on altı yıldan bərü gəlürdi. Bir yigit olsa, dirisi xəbərin gətürsə, çırğab çuxa, altun-aqça verərdim. Ölüsi xəbərin gətürənə qız qardaşım verərdim”, - dedi.
Böylə digəc, yarımasun-yarçımasun, Yalançı oğlı Yırtacuq aydır: “Sultanım, bən varayın, ölüsi-dirisi xəbərin gətürəyin!” - dedi.
Məgər Beyrək buna bir kömlək bağışlamışdı; geyməz idi, saqlardı. Vardı, könləgi qana-quna baturdı, Bayındır xanın öninə gətürüb bıraqdı.
Bayındır xan aydır: “Mərə, bu nə kömləkdir?..” “Beyrəgi Qara Dərvənddə öldürmişlər, uş da nişanı, sultanım!” - dedi.
Kömləgi göricək bəglər ökür-ökür ağlaşdılar, zarlıqlara girdilər.
Bayındır xan aydır: “Mərə, niyə ağlarsız? Biz bunı tanımazız. Adaqlusuna aparın, görsün. Ol yaxşı bilür. Zira ol dikübdür, yenə ol tanır”, - dedi.
Vardılar kömləgi Banıçiçəgə ilətdilər. Gördi, tanıdı: “Oldur!” - dedi.
Dartdı, yaqas;n yırtdı. Acı dırnaq ağ yüzinə aldı-çaldı. Güz alması kibi al yanağını yırtdı:
Vay, göz açub gördigim!
Könül verib sevdigim!
Vay, al duvağum iyəsi!
Vay, alnum-başım umudı, xan Beyrək! - deyü ağladı.
Babasına-anasına xəbər oldı. Ap-alaca ordusına şivən girdi. Ağ çıqardılar, qara geydilər. Qalın Oğuz bəgləri Beyrəkdən umud üzdilər. Yalançı oğlı Yalancuq kiçi dügünin eylədi. Ulu dügüninə vədə qodı.
Beyrəgin babası Baybörə bəg dəxi bazirganları qağırdı, yanına gətürdi, aydır: “Mərə, bazirganlar varın iqlim-iqlim aran, Beyrəgin ölüsi-dirisi xəbərin gətürib deniz, ölümidir?”
Bazirganlar yaraq gördilər. Gecə-gündüz deməyüb yüridilər. Nagah Parasarın Bayburd hasarına gəldilər.
Məgər ol gün kafirlərin ağır günləriydi: hər biri yeməkdə-içməkdəydi. Beyrəgi dəxi gətürüb, qopuz çaldırırlardı. Beyrək yuca çardağdan baqdı, bazirganları gördi. Bunları gördigində xəbərləşdi. Görəlim, xanım, nə xəbərləşdi.
Aydır:
Alan-alçaq hava yerdən gələn arğış!
Bəg babamın, qadın anamın sovqatı arğış!
Ayağı uzun şahbaz ata binən arğış!
Ünüm anla, sözüm dinlə, arğış!
Qalın Oğuz içində Ulaş oğlı Salur Qazanı sorar olsam, sağmı, arğış?
Qıyan Selcük oğlı Dəlü Dondar sorar olsam, sağmı, arğış?
Qaragünə oğlı Qarabudağı sorar olsam, sağmı, arğış?
Ağ saqallu babamı, ağ bürçəklü anamı sorar olsam, sağmı, arğış?
Bənüm yedi qız qarındaşım sorar olsam, sağmı, arğış?
Göz açuban gördügim, könüllə sevdigim Baybican qızı Banıçiçək evdəmi, arğış, yoxsa gordamı, arğış?
Degil mana, Qara başım qurban olsun, arğış, sana! - dedi.
Sağmısan-əsənmisən, canım Bamsı!
On altı yilin həsrəti, xanım Bamsı!
Qalın Oğuz içində Qazan bəgi sorar olsan, sağdır, Bamsı!
Qıyan Selcük oğlı Dəli Dondan sorarsan, sağdır, Bamsı!
Qaragünə oğlı Budağı sorar olsan, sağdır, Bamsı!
Ol bəglər ağ çıqardı, qara geydi səninçün, Bamsı!
Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı!
Ağ çıqarıb qara geydilər səninçün, Bamsı!
Yedi qız qardaşın yedi yol ayırdında ağlar gördüm, Bamsı!
Güz alması kibi al yanaqların yırtar gördüm, Bamsı!
“Vardı, gəlməz qardaş!” - deyü.
Zarılıq edər gördüm, Bamsı!
Göz açuban gördigin,
Könül verib sevdigin Baybican qızı Banıçiçək Kiçik dügünin eylədi, ulu dügüninə vədə qodı; Yalançı oğlı Yırtıcuğa varır gördüm, xan Beyrək!
Parasarun Bayburd hasarından uça görgil!
Ap-alaca gərdəgünə gələ görgil!
Gəlməz olsan, Baybican qızı Banıçiçəgi aldırdın, bəllü bilgil” - dedi.
Beyrək qalqdı, ağlayu-ağlayu qırq yigidin yanına gəldi. Qaba sarıq götürdi, yerə çaldı. Aydır: “Hey, mənim qırq yoldaşım! Bilürmisiz, nələr oldı? Yalançı oğlı Yalancuq mənim ölüm xəbərin ilətmiş, dünlügi altun ban evinə babamın şivən girmiş. Qaza bənzər qızı-gəlini ağ çıqarmış qara geymiş.
Bazirganlar aydır:
Göz açuban gördigim, könül verüb sevdigim Banıçiçək Yalançı oğlı Yalancuğa varar olmış”. Böylə digəc, qırq yigidi qaba sarıqların götürdilər, yerə çaldılar, bögürü-bögürü ağlaşdılar, zarılıq qıldılar.
Məgər kafir bəginin bir bikr qızı vardı. Hər gün Beyrəgi görməgə gəlürdi. Ol gün genə görməgə gəldi. Baqdı gördi, Beyrək səxt olmış. Qız aydır: “Neçün səxtsən, xanım yigit? Gəldigimcə səni şən görərdim. Gülərdin, oynardın. Şimdi noldun?” - dedi.
Beyrək aydır: “Necə səxt olmayayım? On altı yıldır kim, babanın tutsaqıyam. Ataya-anaya, qavuma-qardaşa həsrətəm; və həm bir qara gözlü yavuqlum vardı. Yalançı oğlı Yalancuq derlər, bir kişi vardı; varmış, yalan söyləmiş, bəni öldi demiş; ana varar olmış”, - dedi.
Böylə digəc, qız - Beyrəgi aşıqlamışdı - aydır: “Əgər səni hasardan aşağa orğanla salındıracaq olursam, babana-anana sağlıqla varacaq olursan, bəni bunda gəlüb halallığa alurmısan?” - dedi. Beyrək and içdi: “Qılıcıma doğranayın! Oxıma sancılayın! Yer kibi kərtiləyin, topraq kibi savrılayın! Sağlıqla varcaq olursam, Oğuza gəlüb, səni halallığa almaz isəm!” - dedi. Qız dəxi orğan gətürüb Beyrəgi hasardan aşağı salındırdı. Beyrək aşağa baqdı. Kəndözin yer yüzində gördi. Allaha şükr eylədi. Yola düşdi. Gedərək kafirin ilqısına gəldi. “Bir at bularsam, tutayım binəyim!” - dedi. Baqdı gördi kəndünin dəniz qulum Boz ayğır bunda otlanub durar.
Boz ayğır dəxi Beyrəgi görüb tanıdı, iki ayağının üzərinə durdı, kişnədi. Beyrək dəxi bunı ögmiş, görəlim, xanım, necə ögmiş.
Aydır:
Açuq-açuq meydana bənzər sənin alıncuğın,
İki şəbçırağa bənzər sənin gözcigəzin,
Əbrişimə bənzər sənin yəlicigin,
İki qoşa qardaşa bənzər sənin qulacığın,
Əri muradına yetürər sənin arxacığın.
At deməzəm sana, qardaş deyərəm, qardaşımdan yeg!
Başıma iş gəldi, yoldaş derəm, yoldaşımdan yeg! - dedi.
At başını yuqarı tutdı, bir qulağın qaldırdı, Beyrəgə qarşu gəldi. Beyrək at köksin qucaqladı. İki gözin öpdi. Sıçradı, bindi. Hasarın qapusına gəldi. Otuz doquz yoldaşın ısmarladı, görəlim, xanım, necə ısmarladı.
Beyrək aydır:
Mərə sası dinlü kafir!
Mənim ağzuma sögüb durarsan, duyamadım.
Qara donuz ətindən yaxnı yedirdin doyamadım.
Tanrı mana yol verdi, gedər oldum, mərə kafir!
Otuz doquz yigidim əmanəti, mərə kafir!
Birin əksik bulsam yerinə on öldürəyim,
Onun əksik bulsam, yerinə yüzin öldürəyim, mərə kafir!
Otuz doquz yigidim əmanəti, mərə kafir! -
dedi, dəxi aldı yürüyü verdi.
Qırq nəfər kafirlər atlandılar, ardına düşdilər. Qova getdilər, yetmədilər. Döndilər.
Beyrək Oğuza gəldi. Baqdı gördi bir ozan gedər, aydır: “Mərə ozan, nerəyə gedərsən?” Ozan aydır: “Bəg yigit, dügünə gedərəm”. Beyrək aydır: “Dügün kimün?” “Yalançı oğlı Yalancuğun”, - dedi. “Mərə, kimün nəsin alur?” - dedi. Ozan aydır: “Xan Beyrəgin adaxlusın alur”, - dedi. Beyrək aydır: “Mərə ozan, qopuzun mana vergil, atumı sana verəyim. Saqla gələm, bəhasm gətürəm, alam”, - dedi. Ozan aydır: “Avazım gödəlmədin, ünüm boğulmadın bir atdır, əlümə girdi, ilətəyim saqlayayım”, - dedi. Ozan qopuzı Beyrəgə verdi.
Beyrək qopuzı aldı, babasının ordusma yaqın gəldi. Baqdı gördi bir qaç çobanlar yolun qıyısın almışlar, ağlarlar; həm durmayıb, daş yığarlar. Beyrək aydır: “Mərə çobanlar, bir kişi yolda daş bulsa, yabana atar. Siz bu yolda bu daşı neçün yığarsız?”
•Aaf#l fşm**-

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri