Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər
Səhifə 3 / 4 · 50%
Çobanlar aydır: “Mərə, sən səni bilürsən, bizim halımızdan xəbərin yoq”, -dedilər. “Mərə, nə halınuz vardır?” Çobanlar aydır: “Bəgümizin bir oğlı vardı, on altı yıldır kim, ölüsi-dirisi xəbərin kimsə bilməz. Yalançı oğlı Yalancuq derlər, ölüsi xəbərin gətürdi. Adaxlusm ana verər oldılar. Gəlür bundan keçər. Uralım anı, ana varmasun, təkinə-tuşma varsun”, - dedilər. Beyrək aydır: “Mərə, yüzünüz ağ olsun! Ağanuzun ətməgi sizə halal olsun!” - dedi. Andan babasının ordusma gəldi. Məgər evləri önində bir böyük ağac vardı. Dibində bir yaxşı binar vardı. Beyrək baqdı gördi kim, kiçi qız qanndaşı binardan su almağa gəlür, “qardaş Beyrək! deyü ağlar-bozlar. “Toyun-dügünün qara oldı” deyü ağlar.
Beyrəgə qatı fəraq gəldi, qatlanmadı, buldır-buldır gözünün yaşı rəvan oldı. Çağırubanı burada soylar, görəlim, xanım, nə soylar:
Beyrək aydır:
Mərə qız, nə ağlarsan, nə bozlarsan, “ağa” deyü?!
Yandı bağrım, göynədi içim.
Məgər sənin ağan yoq olubdur?
Yürəginə qaynar yağlar qoyulubdur?
Qara bağrın sarsılubdur?
“Ağa” deyü nə ağlarsm, nə bozlarsan?
Yandı bağrım, göynədi içim.
Qarşu yatan qara tağı sorar olsam,
yaylaq kimün?
Sovuq sularını sorar olsam,
içət kimün?
Tavla-tavla şahbaz atları sorar olsam,
binət kimün?
Qatar-qatar dəvələrini sorar olsam,
yüklət kimün?
Ağ ayılda ağca qoyun sorar olsam,
şülən kimün?
Qaralu-göglü otağı sorar olsam,
kölgə kimün?
Ağız-dildən, qız kişi, xəbər mana!
Qara başım qurban olsun bu gün sana! - dedi.
UY--
Q ız aydır:
Çalma, ozan, ayıtma, ozan!
Qaraluca mən qızın nəsinə gərək, ozan?! Qarşu yatan qara dağı sorar olsan,
Ağam Beyrəgin yaylasıydı;
Ağam Beyrək gedəli yaylarım yoq.
Sovuq-sovuq suları sorar olsan,
Ağam Beyrəgin içədiydi;
Ağam Beyrək gedəli içərim yoq. Tavla-tavla şahbaz atlarını sorar olsan, Ağam Beyrəgin binədiydi;
Ağam Beyrək gedəli binərim yoq. Qatar-qatar dəvələri sorar olsan,
Ağam Beyrəgin yüklədiydi;
Ağam Beyrək gedəli yüklədim yoq.
Ağ ayılda ağca qoyum sorar olsan,
Ağam Beyrəgin şüləniydi;
Ağam Beyrək gedəli şülənim yoq. Qaralu-göglü otağı sorar olsan,
Ağam Beyrəgindir;
Ağam Beyrək gedəli köçərim yoq.
Yenə qız aydır:
Mərə ozan! Qarşu yatan qara dağdan Aşub gəldigində-keçdigində Beyrək adlu bir yigidə bulışmadınmı? Daşqun-daşqun suları Aşub gəldigində-keçdigində Beyrək adlu bir yigidə bulışdınmı? Ağır-adlu şəhərlərdən gəldügində Beyrək adlu bir yigidə bulışmadınmı? Mərə ozan, gördünsə, degil mana!
Qara başım qurban olsun, ozan, sana! - dedi.
Qız genə aydır:
Qarşu yatan qara dağım yıqılubdur,
Ozan, sənin xəbərin yoq.
•Aaf#l AA '
Kölgəlicə qaba ağacım kəsilübdür,
Ozan, sənin xəbərin yoq.
Dünyəlikdə bir qardaşım alınubdur,
Ozan, sənin xəbərin yoq.
Çalma, ozan, ayıtma, ozan,
Qaraluca mən qızın nəsinə gərək, ozan? İləyündə dügün var,
Dügünə varub ötgil! - dedi.
Beyrək bundan keçdi. Ulu qız qarmdaşları yanma gəldi. Baqdı gördi qız qardaşları qaralu-göglü oturarlar. Çağırıb Beyrək soylar, görəlim, xanım, nə soylar. Aydır:
Alan sabah yerindən duran qızlar!
Ağ otağı qoyuban qara otağa girən qızlar!
Ağ çıqarıb qara geyən qızlar!
Bağır kibi ögnəndə yoğurtdan nə var?
Qara saqac altında göməcdən nə var?
Kəndirikdə ətməkdən nə var?
Üç gündür, yoldan gəldim, doyurun məni
Üç günə varmasun, Allah sevindirsün sizi! - dedi.
Qızlar vardılar, yemək gətürdilər. Beyrəgin qamın doyurdılar. Beyrək aydır: “Ağanızın başı və gözi sədəqəsi, köhnə qaftanınuz var isə, geyəyin, dügünə varaym. Dügündə əlümə qaftan verür, gerü qaftanınuz verəyim”, - dedi.
Vardılar, Beyrəgin qaftanı varmış, buna verdilər. Aldı, geydi. Boyı boyma, beli belinə, qolı qolma yaqışdı. Ulu qız qardaşı bunı Beyrəgə bənzətdi. Qara qıyma gözləri qan-yaş doldı. Soylamış, görəlim, xanım, nə soylamış:
Qara qıyma gözlərin çöngəlməsəydi,
“Ağam Beyrək” deyəydim, ozan, sana!
Yüzini qara saç örtməsəydi,
“Ağam Beyrək” deyəydim, ozan, sana!
Qunt-qunt biləklərin solmasaydı,
“Ağam Beyrək” deyəydim, ozan, sana!
Apul-apul yürüşündən,
SşfSl '
Aslan kibi duruşundan,
Qanrıluban baqışından,
Ağam Beyrəgə bənzədürəm, ozan, səni!
Sevindirdin, yerindirmə, ozan, məni! - dedi.
Qız bir dəxi soylamış, aydır:
Çalma ozan, bir zaman ayıtma, ozan!
Ağam Beyrək gedəli bizə ozan gəldügi yoq, Əgnimüzdən qaftanımuz alduğı yoq,
Başımızdan gecəligümiz alduğı yoq,
Buynuzı burma qoçlarımız alduğı yoq, - dedi.
Beyrək aydır: “Gördünmi, qızlar bu qaftanla məni tanıdılar. Qalın Oğuz bəgləri dəxi tanırlar”, - dedi. “Görəyim, Oğuzda mənim dostum, düşmənim kimdir?” - dedi. Qaftanı sıyırdı, götürdi, qızların üstinə atı verdi: “Nə siz olun, nə Beyrək qalsun! Bir əski qaftan verdinüz bənim başım-beynim aldınuz”, - deyüb vardı. Bir əski dəvə çuvalı buldı, dəldi, boynına keçürdi. Kəndüyi dəlüligə bıraqdı, sürdi dügünə gəldi. Gördi dügündə göygü ox atar. Qaragünə oğlı Budaq, Qazan bəg oğlı Uruz, Bəglər başı Yegnək, Qəflət qoca oğlı Şir Şəmsəddin, qızın qardaşı Dəli Qarcar bilə ox atarlardı. Qaçan kim Budağ atsa, Beyrək “Əlün var olsun!” dedi. Uruz atsa, “Əlün var olsun!” derdi. Yegnək atsa, “Əlün var olsun!” derdi. Şir Şəmsəddin atsa, “Əlün var olsun!” derdi. Göygü atsa, “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz, - derdi, -göygülərə qurban ol!” - derdi.
Yalançı oğlı Yalancuğın acığı tutdı, aydır: “Mərə, qavat oğlı dəli qavat, sana düşərmi mana bunun kibi söz söyləmək? Gəl, mərə qavat, mənim yayımı çək, yoxsa şimdi boynun ururam!” - dedi.
Böylə digəc Beyrək yayı aldı, çəkdi. Qəbzəsindən yay iki para oldı. Götüri öninə bıraqdı: “Daz yerdə turğay atmağa yaxşı!” - dedi.
Yalançı oğlı Yalancıq yay ufanduğma qatı qaqıdı. Aydır: “Mərə, Beyrəgin yayı vardır, gətürün!” - dedi. Vardılar, gətürdilər. Beyrək yayı gördigində yoldaşların andı, ağladı.
§ S eh -
Tol-tolara girdigim,
Tolar əri, doxarlıyı qodığım.
Yağı yordı əlümdə qıl kişlim, ayğır malı.
Ayğır verüb alduğım, ağ tozlu qatı yayım.
Buğa verüb alduğum boğma kirişim.
Bunlu yerdə qodım-gəldim
Otuz doquz yoldaşım, iki arğışım! -dedi.
Andan Beyrək aydır: “Bəglər, sizün eşqinizə çəkəyim yayı, atayım oxı” - dedi. Məgər göyginin yüziginə nişan atarlardı. Beyrək oqla yüzügi urdı, paraladı. Oğuz bəgləri bunı göricək əl ələ çaldılar, gülüşdilər.
Qazan bəg baqub tamaşa edərdi. Adam göndərdi, Beyrəgi qağırdı.
Dəlü ozan gəldi; baş endirdi, bağır basdı, salam verdi. Beyrək aydır:
Alar sabah sapa yerdə dikiləndə ağ-ban evli, Atlasla yapılanda gög sayvanlu,
Tavla-tavla çəkiləndə şahbaz atlu,
Çağıruban dad verəndə yol çavuşlu,
Yayqanduğında yağ dökülən bol nemətlü!
Qalmış yigit arxası! Bizə miskin umudı!
Bayındır xanın göygüsi!
Tülü quşun yavrısı!
Türkistanın dirəgi!
Amit soyının aslanı, Qaraçuğun qaplanı!
Qonur atın ayası,
Xan Uruzun babası,
Xanım Qazan, ünüm anla, sözüm dinlə:
Alan sabah durmışsan, ağ ormana girmişsən.
Ağ qovağın budağından yırğayuban keçmişsən.
Can bacuğm əgmişsən,
Oq cığırın qurmışsan,
Adın gərdək qomışsan.
Aydır:
-«***§# § §« » -
Sağda oturan sağ bəglər!
Sol qolda oturan sol bəglər!
Eşikdəki inaqlar!
Dibdə oturan xas bəglər!
Qutlu olsun dövlətinüz! -dedi.
Böylə digəc Qazan bəg aydır: “Mərə dəlü ozan! Məndən nə dilərsən? Çətirli otaqmı dilərsən? Qul-qaravaşmı dilərsən? Altun-aqçamı dilərsən, verəyim!” - dedi. Beyrək aydır: “Sultanım, məni qosan da şülən yeməgin yanına varsam. Qarnım acdur, doyursan”, - dedi.
Qazan aydır: “Dəlü ozan, dövlətin dəpdi. Bəglər, bugünki bəgligim bunun olsun. Qon nerəyə gedərsə-getsün, neylərsə eyləsün”, - dedi.
Beyrək şülən yeməginin üzərinə gəldi. Qamın doyurduqdan sonra qazanları dəpdi-dökdi, çevirdi. Yaxnmın kimini sağma, kimini solma atar. Sağdan gedəni sağ alur, soldan gedəni sol alur. Haqluya haqqı dəgə, haqsuza yüzi qaraluğı dəgə.
Qazan bəgə xəbər oldı: “Sultanım, dəlü ozan həp yeməgi dökdi, -dedilər, - şimdi qızlar yanma varmaq istər”. Qazan aydır: “Mərə qon-a, qızlar yanma da varsun!” - dedi.
Beyrək qalqdı, qızlar yanma vardı. Sumaçıları qovdı, naqaraçuları qovdı. Kimini dögdi, kiminin başın yardı. Qızlar oturan otağa gəldi; eşigin aldı, oturdı.
Bunı gördi Qazan bəgin xatunı Boyı uzun Burla qaqıdı, aydır: “Mərə, qavat oğlı dəlü qavat, sana düşərmi bitəkəllüf bənim üzərimə gələsən?” - dedi. Beyrək aydır: “Xanım, Qazan bəgdən mana buyruq oldı. Mana kimsə dolaşmaz”, - dedi. Burla xatun aydır: “Çünkim Qazan bəgdən buyruq olubdur, qon, otursun!” - dedi. Yenə döndi, Beyrəgə aydır: “Mərə dəlü ozan, ya məqsudun nədir?” Aydır: “Xanım, məqsudım oldur ki, ərə varan qız qalqa oynaya, mən qopuz çalam”, - dedi. Qısırca yengə derlər, bir xatun vardı, ana ayıtdılar: “Mərə Qısırca yengə, dur sən oyna, nə bilür dəli
ozan”, - dedilər. Qısırca yengə durdı, aydır: “Mərə dəli ozan, ərə varan qız mənəm!” - dedi. Oynamağa başladı. Beyrək qopuz çaldı, soyladı, görəlim, xanım, nə soyladı.
Kitabxana.az · https://kitabxana.az/works/xalq-kitabi-dede-qorqud-boy-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
BƏKİL OĞLI ƏMRANIN BOYINI BƏYAN EDƏRQam Gan oğlı xan Baymdır yerindən durmışdı. Ağ ban evini qara yerin üzərinə dikdirmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipəg xalıcası döşətmişdi. İç Oğuz Daş Oğuz bəgləri yığnaq olmışdı.
Uşun Qoca oğlı Səgrək boyını bəyan edərUŞUN QOCA OĞLI SƏGRƏK BOYINI BƏYAN EDƏROğuz zamanında, Uşun qoca deyərlər, bir kişi vardı. Ömründə iki oğlı vardı. Ulu oğlının adı Əgrək idi. Bahadır, dəlü, yaxşı yigid idi. Bayındır xanın divanına qaçan istəsə varır-gəlürdi. Bəglərbəgi olan Qazan divanında buna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan önində oturardı. Kimsəyə iltifat eyləməzdi.
Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyı bəyan edərSALUR QAZAN TUTSAQ OLUB OĞLI URUZ ÇIQARDIĞI BOYI BƏYAN EDƏRMəgər xanım, Tırabuzan təküri bəglər bəgi olan xan Qazana bir şahin göndərmişdi. Bir gecə yeyüb oturarkən şahinçibaşma aydır: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binəlim!” - dedi.
İç oğuza daş oğuz asi olub Beyrək öldügi boyı bəyan edərİÇ OĞUZA DAŞ OĞUZ ASİ OLUB BEYRƏK ÖLDÜGİ BOYI BƏYAN EDƏRÜç Oq, Boz Oq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı.
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Açdı yüzidən bürqə’ ol şol ey mana qarşuAçdı yüzidən bürqə’ ol şol ey mana qarşu,Mehrab qaşı darüş-şəfa, gözləri sayru.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın