Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər
Səhifə 4 / 4 · 75%
And içmişəm qısır qısrağa bindigim yoq.
Binübəni qazavata varduğım yoq.
Eviniz ardında sarvanlar
Sana baqar onlar,
Buldır-buldır gözlərinin yaşı aqar.
Sən anlarun yanına varğıl,
Muradını anlar verər, bəllü bilgil!
Səninlə mənim işim yoq!
Ərə varan qız qalqa,
Qol saluban oynaya,
Mən qopuz çalam, - dedi.
Qısırca yengə: “Buy, bu zavala gələcək dəlü bəni görmiş kibi söylər”, - dedi. Vardı, yerində oturdı.
Boğazca Fatma derlər, bir xatun vardı. “Qalq, sən oyna!” - dedilər. “Hey, şu dəli məğmun mənə də şayəd ancılayın olmaz sözlər söylər”, - dedi. Qızın qaftanını geydi: “Çal, mərə, dəlü ozan! Ərə varan qız mənəm, oynayayım”, - dedi. Dəlü ozan aydır:
And içəyim bu gəz boğaz qısrağa bindigim yoq
Binübəni qazavata varduğım yoq.
Eviniz ardı dərəcik degilmiydi?
İtüniz adı Bıraq degilmiydi?
Sənin adın Qırq oynaşlu Boğazca Fatma degilmiydi?
Dəxi eybin açaram, bəllü bilgil! - dedi.
Səninlə mənim oyunum yoq.
Var yerinə oturğıl!
Ərə varan yerindən dura,
bən qopuz çalam,
qol saluban oynaya, - dedi.
Böylə digəc Boğazca Fatma aydır: “Buy, dəli boğma çıqaracaq olanca eybimizi qaqdı. Dur, qız, oynarsan-oynamazsan, cəhənnəmdə oyna! Beyrəkdən sonra başına bu hal gələcəgin bilürdün”, -dedi.
Aydır:
-Aaf#l AV--
Burla xatun aydır: “Qız, qalq oyna, əlündən nə gəlür?” - dedi. Banıçiçək qırmızı qaftanın geydi. Əllərin yeninə çəkdi gözükməsün deyü; oyuna girdi, ayıtdı: “Mərə Dəlü ozan, çal, di!” Dəlü ozan çaldı aydır:
Mən bu yerdən gedəli dəlü olmışsan ’
Dəlim ağca qarlar yağmış, dizə yetmiş.
Xan qızının evində qul-xəlaiq dükənmiş...
Məşrəbə almış, suya varmış - Biləgindən on parmağını sovuq almış.
Qızıl altun gətirün,
Xan qızına dırnaq yonun.
Eyiblücə, xan qızı, ərə varmaq eyib olar, - dedi.
Bunı eşidcək Banıçiçək qaqıdı: “Mərə dəlü ozan, mən eyiblümiyəm kim, mana eyib qoşarsan?” - dedi. Gümüş kibi ağ biləgin açdı, əlin çıqardı. Beyrəgin keçürdügi yüzük görindi. Beyrək yüzügi tanıdı. Burada soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız?! Qarılatıb dört yanına baqdınmı, qız?!
Qarğu kibi qara saçın yoldınmı, qız?!
Qara gözdən acı yaş dökdünmi, qız?!
Güz alması kibi al yanağın yırtdınmı, qız?!
Sən ərə vararsan, altun yüzük mənimdir**’
ver mana, qız! - dedi.
Qız aydır:
Beyrək gedəli Bam-bam dəpə başına çıqdığım çoq, Qarğu kibi qara saçum yolduğum çoq.
Güz alması kibi al yanağım yırtdığım çoq.
Gələnlə gedəndən sorduğum çoq.
“Vardı, gəlməz bəg yigidim,
xan yigidim Beyrək” - deyü ağladığım çoq. Sevişdigim Bamsı Beyrək sən degilsən,
-« s§iä gÄf»®-
Olmışsan.
Mənimdir.
Altun yüzük sənin degildir.
Altun yüzükdə çoq nişan vardır.
Altun yüzügi istərsən, nişanın söylə! - dedi.
Beyrək aydır:
Alan sabah, xan qızı, yerimdən durmadımmı?
Boz ayğırın belinə binmədimmi?
Sənin evün üzərinə sığm-keyik yıqmadımmı?
Sən məni yanına qağırmadınmı?
Sənünlə meydanda at çapmadıqmı?
Sənin atunı mənim atım keçmədimi?
Ox atanda mən sənin oxunı yarmadımmı?
Gürəşdə mən səni basmadımmı?
Üç öpüb bir dişləyüb, altun yüzügi
barmağına keçürmədimmi? Sevişdigin Bamsı Beyrək mən degilmiyəm? -dedi.
Böylə digəc qız tanıdı-bildi kim, Beyrəkdir. Cübbəsiylə-çuxasıyla Beyrəgin ayağına düşdi. Beyrəgə dayələr qaftan
geyürüb donatdılar. Haman qız sıçradı, ata bindi. Beyrəgin atasına-anasına muştuluğa çapar getdi.
Qız aydır:
Arğab-arğab qara dağın yıxılmışdı, yucaldı, axır!
Qanlu-qanlu suların sovğulmışdı, çağladı, axır!
Qaba ağacın qurımışdı, yaşardı, axır!
Şahbaz atın qarımışdı, qulun verdi, axır!
Qızıl dəvələrin qarımışdı, köşək verdi, axır!
Ağ qoyunun qarımışdı, quzı verdi, axır!
On altı yıllıq həsrətin-oğulun Beyrək gəldi, axır!
Qayın ata, qayın ana, muştuluq mana nə verərsiz? - dedi. Beyrəgin atası-anası aydır:
Dilün içün öləyin, gəlincigüm!
Yoluna qurban olayın, gəlincigüm! Yalansa bu sözlərin, gerçək ola, gəlincigüm! Sağ-əsən çıqub gəlsə,
§ Sfeh-
Qarşu yatan qara dağlar sana yaylaq olsun!
Sovuq-sovuq suları sana içət olsun!
Qulum-xəlayığım sana qımaq olsun!
Şahbaz atlarım sana binət olsun!
Qatar-qatar dəvələrim sana yüklət olsun!
Ağayılda ağca qoyunum sana şülən olsun!
Altun-aqçam sana xərclıq olsun!
Dünlügi altun ban evim sana kölgə olsun!
Qara başım qurban olsun sana, gəlincigüm! -dedi.
Bu məhəldə bəglər Beyrəgi gətürdilər. Qazan bəg aydır: “Muştuluq, Baybörə bəg! Oğlun gəldi!” - dedi. Baybörə bəg aydır: “Oğlum idigin andan biləyim, sırça parmağını qanatsun, qanını dəstmala dürtsün, gözümə sürəyin, açılacaq olursa, oğlum Beyrəkdir!” - dedi. Zira ağlamaqdan gözləri görməz olmış idi. Dəstmalı gözinə silcək Allah Taalanın qüdrətiylə gözi açıldı. Atası-anası güldilər. Beyrəgin ayağına düşdilər. Aydır:
Oğul! Dünlügi altun ban evimin qəbzəsi oğul!
Qaza bənzər qızumun-gəlinimin çiçəgi oğul!
Görər gözüm aydını oğul!
Tutar belüm qüvvəti oğul!
Qalın Oğuz imrəncəsi, canım oğul!” -deyübən
çoq ağladı,
Allahına şükrlər eylədi.
Yalançı oğlı Yalancuq bunı eşitdi. Beyrəgin qorqusından qaçdı, özini Dana sazına saldı. Beyrək ardına düşdi, qovaqova saza düşürdi. Beyrək aydır: “Mərə, od gətürün!” Gətürdilər. Sazı oda urdılar.
Yalançıq gördi kim, yanar, sazdan çıqdı. Beyrəgin ayağına düşdi. Qılıcı altından keçdi. Beyrək dəxi suçmdan keçdi. Qazan bəg aydır: “Gəl muradına yetiş!” Beyrək aydır: “Yoldaşlarımı çıqarmaymca, hasarı almayınca murada irməzəm!” - dedi. Qazan bəg Oğuzuna: “Bəni sevən yetsün!” -dedi.
Qalın Oğuz bəgləri atlandılar. Bayburd hasarına çapar yetdilər. Kafirlər dəxi bunları qarşuladılar.
-Aaf#l AY--
Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar. Ağ alınların yerə qodılar. İki rükət namaz qıldılar. Adı görklü Məhəmmədi yad gətürdilər. Gumbur-gumbur naqaralar dögüldi. Bir qiyamət savaş oldı, meydan dolu baş oldı.
Şökli Məliki bögürdübəni Qazan bəg atdan yerə saldı. Qara Təküri Dəli Dondar qılıcladı, yerə saldı. Qara Arslan Məliki Qarabudaq yerə saldı. Dərələrdə kafirə qırğun girdi. Yedi kafir bəgi qılıcdan keçdi.
Beyrək, Yegnək, Qazan bəg, Qarabudaq, Dəli Dondar, Qazan oğlı Uruz bəg - bunlar hasara yürüş etdilər. Beyrək otuz doquz yigidinin üzərinə gəldi. Anları sağ və əsən gördi.
Allaha şükr eylədi. Kafirin kəlisasın yıqdılar, yerinə məscid yapdılar. Keşişlərdən öldürdilər. Ban banlatdılar. Əziz Tanrı adına qudbə oqıtdılar. Quşun ala qatmı, qumaşın arusını, qızın gögçəgini, doquzlama çırğab çuxa xanlar xanı Bayındıra pəncik çıqardılar.
Baybörə bəgin oğlancuğı Beyrək Baybican bəgin qızın aldı. Ağ-ban evinə, ağ otağına gerü döndi. Dügünə başladı. Bu qırq yigidin bir qaçma xan Qazan, bir qaçma Bayındır xan qızlar verdilər. Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi. Qırq yerdə otaq dikdi. Otuz doquz qız “talelü” “tale”inə birər ox atdı. Otuz doquz yigit oxmın ardınca getdi. Qırq gün-qırq gecə toy-dügün eylədilər. Beyrək yigitləriylə murad verdi, murad aldı.
Dədəm Qorqud gəldi, şadlıq çaldı. Boy boyladı, soy soyladı. Qazı ərənlər başına nə gəldügin söylədi. “Bu Oğuznamə Beyrəgin olsun!” -dedi. Yum verəyin, xanım:
Yerlü qara dağların yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəklü anan yeri behişt olsun!
Oğulla qarındaşdan ayırmasun!
Axır vaqtında arı imandan ayırmasun!
“Amin! Amin!” deyənlər didar görsün!
Yığışdırsun, durışdırsun günahınızı
Adı görklü Məhəmməd Mustafa yüzi suyma
bağışlasun, xanım, hey!..
Kitabxana.az · https://kitabxana.az/works/xalq-kitabi-dede-qorqud-boy-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
BƏKİL OĞLI ƏMRANIN BOYINI BƏYAN EDƏRQam Gan oğlı xan Baymdır yerindən durmışdı. Ağ ban evini qara yerin üzərinə dikdirmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipəg xalıcası döşətmişdi. İç Oğuz Daş Oğuz bəgləri yığnaq olmışdı.
Uşun Qoca oğlı Səgrək boyını bəyan edərUŞUN QOCA OĞLI SƏGRƏK BOYINI BƏYAN EDƏROğuz zamanında, Uşun qoca deyərlər, bir kişi vardı. Ömründə iki oğlı vardı. Ulu oğlının adı Əgrək idi. Bahadır, dəlü, yaxşı yigid idi. Bayındır xanın divanına qaçan istəsə varır-gəlürdi. Bəglərbəgi olan Qazan divanında buna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan önində oturardı. Kimsəyə iltifat eyləməzdi.
Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyı bəyan edərSALUR QAZAN TUTSAQ OLUB OĞLI URUZ ÇIQARDIĞI BOYI BƏYAN EDƏRMəgər xanım, Tırabuzan təküri bəglər bəgi olan xan Qazana bir şahin göndərmişdi. Bir gecə yeyüb oturarkən şahinçibaşma aydır: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binəlim!” - dedi.
İç oğuza daş oğuz asi olub Beyrək öldügi boyı bəyan edərİÇ OĞUZA DAŞ OĞUZ ASİ OLUB BEYRƏK ÖLDÜGİ BOYI BƏYAN EDƏRÜç Oq, Boz Oq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı.
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Açdı yüzidən bürqə’ ol şol ey mana qarşuAçdı yüzidən bürqə’ ol şol ey mana qarşu,Mehrab qaşı darüş-şəfa, gözləri sayru.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın