برون از جهان تکیه جایی طلب کن
برون از جهان تکیه جایی طلب کنورای خرد پیشوایی طلب کن
قلم برکش و بر دو گیتی رقم زنقدم درنه و رهنمایی طلب کن
جهان فرش توست آستینی برافشانفلک عرش توست استوایی طلب کن
همه درد چشم تو شد هستی توشو از نیستی توتیایی طلب کن
چو در گنبدی همصف مردگانیز گنبد برون شو بقایی طلب کن
خدایان رهزن بسی یابی اینجاجدا زین خدایان خدایی طلب کن
مر این پنج دروازهٔ چار حد رابه از هفت و نه پادشایی طلب کن
مگو شاه سلطان اگر مرد دردیز رندان وقت آشنایی طلب کن
کلید همه دار ملک سلاطینبه زیر گلیم گدایی طلب کن
به سیران مده نوشداروی معنیز تشنه دلان ناشتائی طلب کن
به باغ دل ار بلبل درد خواهیبه خاقانی آی و نوایی طلب کن
Cahandan kənarda özünə yer axtar!
Ağıl xariçində olan rəhbər axtar!
Qələm al, iki aləmin üstə xətt çək!
Ucalmaq üçün göylərə, şəhpər axtar!
Cahandır sənə fərş, ondan yapışma!
Fələkdir sənə ərş, get, göylər axtar!
Sənə gözdağı varlığındır, gərəksə,
Əgər tutiya yoxsa, get, cövhər axtar!
Ölənlər yanında yerin var cahanda,
Çıx ondan, həyat istəsən, can ver, axtar!
Deyər 'Allaham" burda çox yolkəsənlər,
Burax onları, xaliqi-əkbər axtar!
Bu beş darvaza, dörd həddi, o doqquz,
Və yeddi olan ölkəyə zivər axtar!
Şahı, sultanı anma, dərd əhlisənsə,
Çalış, rindləri dostluğa məzhər axtar!
Açar şahların mülkünə istəyirsən?
Gədanın kilim altmı yeksər axtar!
Gözü toxlara can dərmanı vermə,
Ciyərtəşnələr bezminə gövsər axtar!
Könül bağı, dərd bülbülü nəğməsini,
Dilərsənsə, Xaqanidən əzbər axtar!
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-274
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.
Gülşəni-raz, fəsil 42اگرچه خور به چرخ چارمین استشعاعش نور و تدبیر زمین است
GörəsənSallanıb çıxanda gül xiyabandan,Od tutub alışan narı görəsən.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.