Çün yetdi Səba o yar qatına,Ol türki-vəfagüzar qatına,Söyləşdi, cəvabın aldı, gəldi,Hər sözdə səvabın aldı, gəldi,Başdan diləmiş ki, dür gətürsün,Bir damən anınla pür gətürsün.

Həm bilə əqiqi-pür bəhalər,Yüzdən dəxi dürlü kəhrübalər.Qılsın yenə neçə nəzmi-əbyat,Fikr etsin ana hezar kərrat.Bu qəsd ilə kim, qavuşdu həsrət,Dəf’ oldu ğəmü bəlavü möhnət.Bir vəchilə nəzmin eyləsin der,Dürtək qulağımda eyləsin yer.Bu sözləri çün eşitdi guşim,Qalmadı qərarü səbrü huşim.Daldım gözüm içrə həmçü qəvvas,Aldım düri-pakü gövhəri xas.Yaşımdan alub əqiqi-gülgun,Yüzüm təbəqin pür etdim əz xun.Nəzm etdim o dəmdə neçə əbyat,Fikr etdim ana hezar kərrat.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri