Xoş dəm ki, bu cismü canqavışdı,Canan ilə həm cahan qavışdı.

Bu gündürür ol ki, xəstə Yə’qubYusifdən azub rəvan qavışdı.

Bu gecədir ol ki, təşnə XızraHeyvan suyu nagəhan qavışdı.

Bu dün odurur ki, fəxri-aləmBa həzrəti-laməkan qavışdı.

Adəmlə bu gün buluşdu Həvva,Yüz cəhd ilə dər cahan qavışdı.

Oldur bu gecə ki, əhli-imanUçmağ ilə cavidan qavışdı.

Fərxəndə zəman ki, dilbərinəÖlmüş tən ilə bu can qavışdı.

Şükr eylə Xətayi, kim səninləOl şahidi-mehriban qavışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq