Ol Yaşə dedim ki, nuri-didəm,Kim, səndən alur bu nuri didəm.

Qıldin mənim ilə mərdümi sən.Çün çeşmim içində mərdümisən.Yerin ola təxti-didə daimKim, gözüm önündəsən mülayim.Mərdümlə həmişə aşinasən,Gözlərdə müdam rövşənasən.Bu saru yüzümni al edənsən,Öz cismini paymal edənsən.Bir dəxi mənimlə mərdümi qıl,Var yarə yenə yeni xəbər bil.Gör kim, bu ümid ta be keydir,Vəslilə xaçan bu mürdə heydir?Ta ki, dəmi-və’də olmaya fovt,“Əlmontəzirü əşəd minəl movt”.Bu şe’ri nigarə söyləgil sən,Mehr edici yarə söyləgil sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq