Görənlər nərgisi-məstin, nigarım, öylə məst olmuş,Çəkib səf dövri-çeşmində müjən tək paybəst olmuş.

O gündən ki, qaşın taqi olub taətgəhi-mərdüm,Pozulmuş taqi-məscid, rövnəqi-minbər şikəst olmuş.

Nə xoş ülfət tutub zülfi-siyəh rüxsari-al ilə,Təəccüb eylərəm əfi gedib atəşpərəst olmuş.

Olubdur xanəyek əbrulər ilə mərdümi-çeşmin,Nə mərdümlik, dəxi əyrilə ol kim, həmnişəst olmuş.

Səba şərh eyləmiş guya bu gün hüsnü qədi vəsfinKi, gül pəjmürdələnmiş, qaməti-şümşad pəst olmuş.

Saqınma ki, çıxa sövdayi-eşqin ta əbəd sərdən,Dilü can valchü heyran sənə ruzi-ələst olmuş.

Nisari məqdəminçün can kimi nəqdi-rəvacım var,İnanma gər desə əğyar Zakir təngdəst olmuş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq