Salam, Xoca Əhmədim,salam, Yəsəvi babam!Bu gün Yəsəviləşdikönlümün evi, babam!Təriqətin imamı,həqiqətin tamamı,Ey ruhumun məbədi,Səni bütün nəsillərsevdikcə sevir, babam!Qəbrinə, məzarına,Haqqa doğru yol gedənəbədi güzarınabizdən salamlar olsun!Dərsinə, məktəbinə,Ən uca mətləbinə,Nuruna, ilhamına,işığına, təbinə,bizdən salamlar olsun!Bir xurma toxumundanboy göstərən Günəşə,Aslan baba adıyla,Sənə öz əlləriyləbuğda verən həbəşə,Peyğəmbər əmanətiəllərinə çatanda,Ruhunda, varlığındaalovlanan atəşə,bizdən salamlar olsun!Mürşidi kamillərinucalardan ucası,Yunusun, Mövlananın,Hacı Bəktaş Vəlininmüəllimi, xocası,Sirr dolu, hikmət doluqoca Şərqin qocası –Sirli ucalığa da,Dolu xocalığa da,Müdrik qocalığa dabizdən salamlar olsun!Diri-diri torpağınaltına girən kişi,Torpağın altına da,Torpağın üstü kimiyaraşıq verən kişi.Sənin ruhunla bağlı,Dastanlara sığmayan,Neçə-neçə dastana,Türk-Oğuz ellərinə,Yəsiyə, Türküstanabizdən salamlar olsun!Milyonlar salam veribuyuduğun torpağa,Məzarını bürüyənhər gülə, hər yarpağa,Bu gün verilən salam,Ruh və can salamıdır!Ürəyinin başında,Azərbaycan gəzdirən,Zəlimxan salamıdır!!!

Türküstan, 2009, iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri