Teymurun vəsiyyəti
Burda gərək deyil sözü uzatmaq,Qərar verilmişdi, fikir qətiydi.Müəllimin ayağı altında yatmaq,Teymurun müqəddəs vəsiyyətiydi.
“Mənim məzarımı öz ustadımınAyağı altında qazdırın”, – deyib.“Ondan yuxarıya çəkməyin məni,Ondan aşağıda basdırın”, – deyib.
Qızıla tutublar dediklərini,Müəllim başdadı, Teymur ayaqda.Ulu sərkərdənin ağlı, hikməti,Həm qəbrə şöhrətdi, həm uca taxta.
Mərmər lövhələrdən bizə göz vurur,Daşlar üzərində zamanın yaşı.Tarixin ən böyük ibrət dərsidir,Müəllimin ayağı, Teymurun başı.
Dünyanın ən böyük bir cahangiri,Dünyanı mat qoyub bir niyyətiylə.Ölkələr fəth edən dünya fatehi,Könüllər fəth edib vəsiyyətiylə.
Səmərqənd, 2009, iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-teymurun-vesiyyeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən kiməm ki, söyləyim: eşqim mənə mehman olub.Dəm vurum ki, içmişik and, əhd olub, peyman olub.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
OynatmasınƏrəsət günüdür, qoç igidlərim,Düşmənlər əlində daş oynatmasın.