Ovçu olmaq çətin imiş
Əlimdən bir xata çıxdı,Əlimdə silah ağladı.Sabaha bir qəbir qazdım,Üstündə günah ağladı.
Axşam ötürdü köksünü,Açılan sabah ağladı.Ruhumda baş-başa verib,Nəfs ilə tamah ağladı.
Üstümə bir duman çökdü,İçimdə bir ah ağladı.Leysan yağış elə yağdı,Sandım ki, Allah ağladı.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ovcu-olmaq-cetin-imis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qərənfil
Qərənfiləm mən,Gözəl güləm mən;
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma
Seyr edin, gərdəni minaya baxınSeyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.