Dust bipərva, fələk birəhm, dövran bisükun,Dərd çox, həmdərd yox, düşmən qəvi, tale' zəbun.

Sayeyi-ümmid zail, afitabi-şövq gərm,Rütbeyi-idbar ali, payeyi-tədbir dun.

Əql dun-himmət, sədayi-tənə yer-yerdən bülənd,Bəxt kəmşəfqət, bəlayei-eşq gün-gündən füzun.

Mən qəribi-mükü rahi-vəsl pürtəşvişü məkr,Mən hərifi-sadəlövhü dəhr pürnəqşü füsun.

Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla,Hər hilaləbru qaşı, bir sərxəti-məşqi-cünun.

Yeldə bərgi-lalə tək təmkini-daniş bisəbat,Suda əksi-sərv tək təsiri-dövlət vajigun.

Sərhədi-mətlubə purmöhnət təriqi-imtəhan,Mənzili-məqsudə purasib rahi-azimun.

Şahidi-məqsəd nəvayi-çəng tək pərdənişin,Sağəri-işrət hübabi-safi-səhba tək nigun.

Təfriqə hasil, təriqi-mülki-cəmiyyət məxuf,Ah bilmən neyləyim, yox bir müvafiq rəhnümun.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al,Gör ona nə rənglər çəkmiş sipehri-niligun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate