Dövlət Duması buraxılacaqmı, yoxmu?

Əlan, bir-birinə zidd olan iki şayiə bizi gah məyus və gah məmnun etməkdədir. Bir şayiəyə görə hökumət, yəni baş vəzir Stolıpin və onun kabinəsi Dövlət dumasını buraxmaq fikrindədir. Digər şayiəyə görə bu xəbər əsilsiz olub, Dövlət dumasının bəqası ümid edilməkdədir.Bu şayiələrdən hansı biri doğrudur, bilmək çətindir. Çünki çox ola bilsin ki, baş vəzir Stolıpin dumada “sol firqə”lərin əksəriyyəti təşkil etmələrini gələcək hökumət üçün bir fali-bəd hesab edib, indidən dumanı dağıtmağı səlah görür. Amma o biri tərəfindən dəxi məlumdur ki, dumanın “sol”ları hələ heç bir şiddətli və ifratlı tələblərdə bulunmayıbdırlar ki, bu da onların qovulmasına bəhanə olsun.

Uzeyir Hajibeyov3 min
“Tərcüman”

Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.

Jalil Mammadguluzadeh2 min
Töhfeyi-Sami, bölmə 78

از بزرگ زاده های کرمان و کریمان زمانست این مطلع از اوست :آن شوخ جفا جو که ز گل پیرهنستش

Sam Mirza1 min
Qafqazda müsəlman kəndlisinin halı

1S i ç a n. Atakişi əmi, taxılın cücərmədi?

Uzeyir Hajibeyov2 min
Təzə kitab

“Avropada üç aylıq səyahətim”Yazan Ədilxan Ziyadxan

Jalil Mammadguluzadeh1 min
Töhfeyi-Sami, bölmə 81

از ولایت استر آبادست شعری که گفته بیشتر هجواست این دو مطلع از اوست :قضا ز مشک خطی تا بروی یار نوشت

Sam Mirza1 min
Məclisi-məbusanimizdə nə olur

“Parlamentarizm” üsulunu Rusiyada işlətmək, görünür ki, çox çətin imiş. Birinci dumanın tez bir zamanda dağılması və bu ikincinin də bu yaxınlarda, şübhəsiz dağılacağı və dumanın varlığında, yoxluğunda Rusiyada şiddətlə davam edən ayrı-ayrı və külliyyətli iğtişaşlar və şurişlər və rus hürriyyətpərvərlərinin minlərcə partiyalara bölünməsi və nəhayət “rus milləti ittifaqı” adamlarının bu axırlarda kəsbi-qüvvət edib, Rusiya azadlıq hərəkatına böyük bir sədd təşkil etməsi belə bir fikir təlqin edir ki, Rusiyada dövləti, sair dövlətlər kimi, parlamentarizm üsuluna, guya, qabil deyilmiş. Bütün hadisələrin hamısı bu silsiləyi-biintiha kimi görünür. Heç ağlına gəlmir ki, bu qatillərin, qarətlərin, hücumların, vuruşma və toqquşmaların bir axırı olsun və Rusiyanın məşrutiyyəti-tamə əsası üzrə kəmali-sükunət və fəraqətlə mədəni bir ömr sürəcək zəmani elə bəid və uzaq görünür ki, onun hüsul və vüsuli haman xəyali-xamə bənzəyir...Rusiyadan artıq istibdad və üsuli-keyfi-mayəşayə uğramış olan İranda parlamentarizm üsuli nə qədər qeyri-mükəmməldirsə də, yenə də əlan isbati-vücud etməklə bərabər, böyük bir ümid dəxi təlqin edir ki, bu gün sabah İran mükəmməl və müntəzəm bir hökuməti-məşrutə olub da Asiyada Yaponiyanı tək qoymayacaqdır. Barı heç olmasa İranda hökumətin də, məclisin də əməl və rəftarından sızılan və hiss edilən budur ki, bunların məqsədləri doğrudan da məmləkəti əhya etmək və diriltməyə tuşdur.

Uzeyir Hajibeyov3 min
İdarədən

Axır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir.

Jalil Mammadguluzadeh1 min
Töhfeyi-Sami, bölmə 87

او نیز از کهنه شاعران آنجاست این مطلع از اوست :چو غنچه مدتی بودم بمستوری و تنهائی

Sam Mirza1 min
Müştərilərə

1. İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri – imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba vaxtımız azdır.2. Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya fars dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur.

Jalil Mammadguluzadeh1 min
Töhfeyi-Sami, bölmə 91

پسر امیر عبدالصمد مذکور است و بشعر شناسی مسلم اهل کاشانست . این مطلع از اوست :پریشان ساز کاکل را و جمعی را پریشان کن

Sam Mirza1 min
Əkinçilik aləmindən

Üzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.

Jalil Mammadguluzadeh1 min
Töhfeyi-Sami, bölmə 107

از سادات ری است و بغایت سیدی فقیر این مطلع از اوست :خوش آنکه بحالم نظری داشته باشی

Sam Mirza1 min
Heykəl açılışı

Bu noyabrın 17-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açılı oldu.Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.

Jalil Mammadguluzadeh1 min
Töhfeyi-Sami, bölmə 108

از سادات شروان بود در انشاء خوب و خطش مرغوب شعر هم میگفت و تخلص فیضی داشت . این مطلع از اوست و خوب گفته :گفتی توان بآن مه نامهربان رسید

Sam Mirza1 min
Nöqtələr

Müsəlman yazısının bu nöqtələri yazıq yazı yazanın başına bir bəladır.Elə söz var ki, ərəb hərfləri ilə o sözü yazanda gərək qırx dörd nöqtə qoyaq: yarısını üstdən, yarısını altdan.

Jalil Mammadguluzadeh1 min
Töhfeyi-Sami, bölmə 113

از سادات بدخشان بود و سیدی آدمی صفت است این مطلع در منقبت از اوست :هر گه رسم بخاک در مرتضی علی

Sam Mirza1 min
İdarədən

Bu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız?

Jalil Mammadguluzadeh1 min
Töhfeyi-Sami, bölmə 116

از سادات حسینی شهر قزوین است سید متقی و پرهیزکار است و در مسجد جامع شهر مذکور امامت میکند تخلصش سایلی است این دو مطلع از اوست :مشکل که شود کام من از لعل تو حاصل

Sam Mirza1 min
Bəyan

Məcmuəmizin 35-ci nömrəsində birinci səhifədə biz belə şəkil çəkmişdik: Xalq Maarif Komissarlığından bir neçə teatr və qeyri tamaşagah müdirləri dallarında pul yükü aparırlar, aşağıda kasıb kəndli oturub baxır və deyir:– Maarif Komissarlığının yuxarıda göstərilən idarələrinə bu qədər pul daşınanda, əlbəttə, kənd məktəbləri pulsuz qalacaqdır.

Jalil Mammadguluzadeh1 min
Töhfeyi-Sami, bölmə 128

از سادات خراطی استر آباد بود امیر عماد نام داشت . این اشعار از اوست :نه جوهر ست به تیغ تو پیچ و تاب زده

Sam Mirza1 min
İdarədən

Naxçıvan ictimai şura cümhuriyyəti xalq ədliyyə komissarı yoldaşın cavabını burada dərc və öz tərəfimizdən təsdiq edirik ki, cavabın “məhkəmələrdə süründurmə” və “ali təhsil görməyən hakimlər” məsələləri barəsində irad etdiyi qismləri sübutludur və bu barədə idarəmiz də komissar yoldaşa şərikdir.Və lakin “üzük” məsələsi o surətdə həll oluna bilməz, necə ki, komissar yoldaşın cavabında rəvayət olunur.

Jalil Mammadguluzadeh2 min
Töhfeyi-Sami, bölmə 129

از سادات شیراز است و در صحافی و لاجورد شوئی وقوفی دارد و میگویند که در ساز هم دستی میزند این مطلع از اوست :ز عقل بیهده پیمای خود مقید دینم

Sam Mirza1 min
Cib dəftərindən

Tema şəkildən ötrü: Təbrizdə məşədilər bir yazıq müsəlman mühacirini əhatə eləyib soruşur: “satdıq qızılın var?”Təbrizdə “Ölülər”də, lojada bir İran sahibmənsəbi oyun vaxtı süfrəni açıb küftə yeyirdi.

Jalil Mammadguluzadeh3 min
Töhfeyi-Sami, bölmə 130

طالب علم نیکو اخلاق است و در اشعار تخیلات نیک دارد این مطلع از اوست :پریروئی چرا از دیده مردم نهان باشد

Sam Mirza1 min
Təzə xəbər

Tükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?

Jalil Mammadguluzadeh2 min
Töhfeyi-Sami, bölmə 131

برادر زاده ی سید محمد ثانی است جوانی زیبا و خوش مشربست و خوش طبع و دل آور . در خدمت حضرت صاحبقرانی است این مطلع از اوست :آدم از همدمی مردم عالم نشدیم

Sam Mirza1 min
Təsbeh barəsində bir neçə söz

Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. Nişanə göndərmək o vədələr lazım olub və olur ki, sifariş eləyən, ya sifariş alan savadsız ola. Birisi öz evinə adam göndərib bir şey istəyəndə bıçağını göndərir və qeyri birisi bir yerə sifariş edə, açar göndərir.Nəzərəli xan İkramüddövlə belə bir qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı – dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb “yox” deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz.

Jalil Mammadguluzadeh4 min
Töhfeyi-Sami, bölmə 136

مرد طالب علم متقی است و در علم موسیقی وقوف تمام دارد این مطلع از اشعار آن نادره گفتار است .بس که سیل غمت از دیده دمادم گذرد

Sam Mirza1 min
Qəssab

Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib və qızını daha ona vermir.Üç-dörd gün bundan qabaq qəssab Şamil gəldi bizə. Bununla bizim bir yüngülvarı qohumluğumuz da varmış (yəni: özünün rəvayətinə görə). Məlum oldu ki, qızı nəhayət xoşlayıb, amma Məşədi Məmmədəli genə nədənsə, qızını vermək istəmir. Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam. Qəbul etdim. Dedim:

Jalil Mammadguluzadeh5 min