Page 2 of 3 · 33%

– Şaraq, şaraq! Şarraraq!..

– Tap, tararap, tap, tap!

– Məsmə arvad, oğlunu təslim ver.

– Tumanın altında gizlətdiyin bəsdir!

– Dul arvadın oğlu, çıx çölə!

– Tüfəngi at bayıra!

– Təslim ol, yoxsa beynin göyə sovrulacaq!

– Ə, Bəndalı, silahı at çölə, təslim ol, günahın yarısından qayıtmaq da bir mərdlikdir!

– Qana bais olma, tək canınla od olsan bu mühasirədən çıxmayacaqsan.

– Hökumət qoşunu tökülüb bura!..

Heç yatanın dalınca ayıq olmasın - deyiblər. Çuğul Bəndalının kəndə, evə gəldiyini pristavlığa xəbər vermişdi. Pristavlıqdan Kəblə İsrafilə yeddi nəfər atlı verib təcili surətdə Məsmənin evinə göndərmişdilər. Kəblə İsrafil "hərifin" evdə olduğunu biləndən, yəqin edəndən sonra qəsdən "axota"nı gecəyə, bəlkə də lap səhərə yaxın vaxta salmışdı.

Bəndalı gecədən xeyli keçmiş, anasının yoxlamasından sonra həyətə çıxıb gəzinəndə Mələknisə çəpərin dalında, divarların bir küncünə sıxılıb nəfəsini oğurlamışdı. Doğrudur, Bəndalını, boylu-buxunlu cavanı görəndə Mələknisənin zəhri yarıldı. Bütün bədənindən bir gizilti keçdi. Boyun-boğazını soyuq tər basdı. Bəndalı üzü bəri gələndə Mələknisə ayaq üstə öldü. İxtiyarsız dizləri büküldü, vurulmuş kimi yerə çökdü. Bəndalı iki addım da irəli gəlsə, yəqin, arvadın ürəyi qopacaqdı. Oğlan qayıdıb evə gedəndə Mələknisə əjdaha nəfəsindən qurtulmuş siçan kimi, cəld sürüşüb özünü Kəblə İsrafil düşən evin taxtapüşüna saldı. Gündüzdən ona demişdilər ki, bu evə heç kəsin gəl-gedi olmayacaq!

Heç yatmışın dalınca oyaq olmasın - deyiblər. Bəndalı taxt üstündə, tüfəng yanında, Məsmə də oğlu ilə yanaşı, yerdə əprimiş yataqlı bir palaz üstündə uzanıb yatmışdılar.

"Yatmışdılar" demək düz olmaz. Çünki Məsmə yatmamışdı. Ya ta da bilməzdi. Qarovul çəkmək üçünmü yatmamışdı? Yox! Ona görə yatmamışdı ki, yuxusu gəlmirdi. Sevincdən, intizardan, nigarançılıqdan, fikirdənmi-nədənsə "yuxusu ərşə çəkilmişdi."

Elə vaxtlar da olurdu ki, Bəndalı, ya da Əntiqə analarının bütün gecəni narahat olduğunu, dəqiqəbaşı öskürüb ah çəkdiyini görüb soruşurdu:

– Ana, yoxsa canm-başm ağrıyır?

– Yox, bala, heç yerim ağrımır.

– Bəs niyə yatmırsan, işinin adı nədir?

– Aranı dağa daşıyıram, dağı arana daşıyıram, işim budur!

– Nə fikir-xəyaldı, boşla getsin! Ana! - Təkcə bir sual, təkcə bu söz anaya böyük dayaq, təsəlli idi.

İndi isə belə bir söz soruşan yox idi.

Bəndalı həsrətini çəkdiyi evdə ananın yoğurub-yapdığı əppəyi yeyib, ananın açdığı yatağa girib rahat yatmış, "div yuxusuna" getmişdi. Anasının, bəlkə də ayıqlığına arxayın olub belə şirin yatmışdı. Əvvəl anasına bəzi şeylər tapşırmaq istəmişdi. Qadını daha da təlaşa, həyəcana salmamaq üçün bundan vaz keçmişdi. Ancaq dilucu, guya saymazyana bunu demişdi:

– Ana, gəlib-gedən olsa, məni oyatmamış qapını açma!

İllər, aylar müsafiri, yorğun oğlunun şirin yuxusuna keşik çəkmək, Məsməyə hər cür yuxu və istirahətdən şirin idi.

Deyəsən, qaranlıqda, uzandığı yerdə, xəyalən danışdıqlarını eşidirlərmiş. Deyəsən, məhz bu dualara cavab olaraq, sağdan və soldan açılan güllələr alçaq damın üstündə bir-birini kəsib üfüqləri ölçdü.

– Şaraq, şaraq! Şararaq!..

– Tap, tararap, tap, tap!..

Məsmə diksinib iki əlilə dizinə çırpanda oğlunu əli silahlı, pəncərə qabağında üzüüstə yatan gördü.

O, pıçıltılı, cəld bir səslə dedi:

– Ana, yük yerinə keç! Oranı güllə tutmaz! Sən özünü qoru, məndə işin olmasın! Qatarı yaxın qoy!

Qaranlıqda çəpər dalından gələn səslərə Bəndalı heç nə cavab vermir, havayı da güllə atmırdı.

Məsmə saçını yolub, sinəsini parçalayırdı: "Oda düşən balam, vay! Padşahlarnan vuruşan igid oğlum!.."

"İlahi! İlahi, darda qalmışam! Amanda qalmışam, ya həzrət Abbas..."

– Ay arvad, səsini kəs! Mən qanımı almamış ölən deyiləm, arxayın ol!

Div ürəkli oğlunun səsi və vuruşu Məsməyə bir təsəlli oldu:

– Ay bala! Hünərinə qurban, oğul!

– Ana, hər yaranmışın bir ölümü haqdır. Amma nahaq ölüm yamandır. Günahsız ömrümün intiqamını alacağam, ana! can sənin, can uşaq əmanəti!

Kəblə İsrafil iki atlını evin dalında qoymuşdu ki, Bəndalı damı söküb arxadan qaçmasın. Qalan adamları ilə də həyəti mühasirəyə almışdı.

Əvvəl özü təklif etdi ki:

– Bəndalı, silahı at çölə, təslim ol, günahm yarısından qayıtmaq da bir mərdlikdir!

Onun dalınca yasovullar haray-qışqırıq salıb Bəndalmı qorxutmaq istədilər:

– Təslim ol, yoxsa beynin göyə sovrulacaq!

Nə hədə-qorxu, nə atılan güllələr Bəndalmı təbdən çıxara bildi. Yasovullardan biri, kəndli üstünə gedəndə canavara dönən Çer Naib vəhşi bir qışqırıqla Bəndalmı təslim olmağa çağırdı. Cavab gəlməyəndə söyüş söydü:

– Dul arvadın oğlu, nə girmisən çarşab altına!

Yenə cavab gəlməyəndə Naib əldə beşaçılan çəpərdən çıxıb ataata irəliyə, ev qapısına tərəf yollandı:

İçəridən səs gəldi:

– Gəlmə, yazıqsan!

– Tülkünün başından yekə danışmağına bir bax!

– Vurularsan, Naib, rədd ol!

– Sənin gülləndən qorxan yoxdur, çıx çölə!

Naib bunu dedi, yanakı baxa-baxa, divar dibi ilə yeriyərkən özünü qapıya salmaq, hünər göstərmək istədi. Bəndalının gülləsi Naibi ve rə sərdi. Bunu görən yasovullar qapı-pəncərəni şıdırğı gülləyə basdılar. Kəblə İsrafilin qəzəbli səsi eşidildi:

– Quldur köpəkoğlunu öldürün!

– Padşahın düşməninə aman yoxdu!

Güllələr atılır, hədələr edilir, amma yaxın gəlməyə cürət edən bir adam görünmürdü. İçəridən də səs gəlmirdi. Bəziləri güman edirdi ki, Bəndalı vuruldu. Ancaq anası içəridə idi. Onun nalə-fəryadı ucalmamış olmazdı. Bəs ana niyə dillənmir? Bəlkə qadına da güllə dəyib?

– Ay İsrafil bəy, tək bir igidin üstünə qoşun tökmək mərdlik deyil. Aman verin, oğlan çıxsın!

Qadının səsini eşidən yasovullar təkrar güllə yağdırmağa, qapıpəncərəni dağıtmağa başladılar. Kəblə İsrafil qışqırdı:

– Atmayın, çıxmaq istəyir.

Adamların gözü qapıya, içəriyə enən birpilləli astanaya dikildi. Güman edirdilər ki, "qaçaq" koldan çıxan yaralı aslan kimi, qanı axaaxa qapıda görünəcək, tüfəngi şaqqıltı ilə yerə atıb, əllərini göyə qaldıracaqdır...

Bu gözləmə bir an çəkdi, qapıda heç nə görünmədi. Bəndalı buradan salamat çıxmayacağını yəqin etmiş, axırıncı gülləni özünə saxlamışdı. Ancaq anasına, bu dəhşətli mənzərəyə şahid olmasın deyə, neçə dəfə təklif etdi ki, çıxıb getsin. Məsmə razı olmadı, nəinki razı olmadı, ilk dəqiqələrdə Məsmədə olan vahimə uçub getmişdi. İndi o, özü də hiss etmədən oğlunun mərd və cəsur köməkçisinə çevrilmişdi. Pəncərə qabağına sandıq itələyir, qatardan patron verir, oğlunun boğazdan sel kimi axan tərini silir, su verirdi. "Sənsiz mən yaşamamışam, yaşamaram!". "Əvvəl mənə bir güllə vur, sonra nə olar-olar!.." Əlinin üstünü yalayıb keçən güllədən sonra qan görünməsin deyə sol qolunu qoynunda gizlətmişdi. Bəndalı isə düşməndən aman istəyib ananı həyətə buraxmaq, xilas etmək fikrində idi. Bir də ürəyinə gəlirdi ki, bunlar, Nikolay məmurları, namərd cəlladdırlar. Kim bilir, aldadıb anamı da, əliyalın qadın xaylağım da vurarlar. Çəpərlər dalında isə kənd camaatından adam çoxalmışdı. Burada Bəndalının igidliyinə sevinənlər də, ona mümkün kömək üçün çarə arayanlar, "qaçağı tutmaqda" pristava tərəf olub özünü gözə soxmaq istəyənlər də, sadəcə tamaşa ilə maraqla nanlar da var idi. Yasovullar acıqlanıb camaatı qovmaq istəsələr də, intizar və həyəcan hamını bürümüşdü. Kənddən, şəhərdən xəbər tutan axıb gəlirdi. Atışmanın şirin yerində çəpərlərdə hərəkət oldu, adamlar aralandı. Tahirzadənin səsi eşidildi:

– Ay bimürvətlər, qadın xaylağmın günahı nədir? Hansı dində, hansı tarixdə, hansı millətdə görünüb ki, bala üçün ananı da gülləyə tutasan. Bəs namus harda qaldı?

– Dayanın! Əl saxla!

Kəblə İsrafil əmr verdi:

– Aman verin, qadın çıxsın!

Tahirzadə əlində bir ağ dəsmalı göydə yellədərək, barışıq və sakitlik tələb edərək, özünü həyətin ortasına atdı.

– Vurun, vurun məni də, yaxam qurtarsın, bu dəhşəti, vəhşəti gözüm görməsin!..

Hər iki tərəfdən güllə səsi kəsildi.

Adamlar bilmədi nə etsin. Tüfənglilər pristavın əmrinə müntəzir oldular. Kimsə bilmirdi ki, belə vəziyyətdə nə etmək, necə etmək olar.

Tahirzadə həyətdə bir an sakit dayandı. Ətrafa göz gəzdirdi. Sanki nə isə deyəcəkdi. Əvvəlcə Naibin meyitini ortadan götürmək üçün bir nəfər kömək çağırdı: "Bunu aralıqda qoymaq niyə, axı müsəlmandır! Arvad-uşaq görməsin, yapış götürək!" Meyiti hasara qədər aparıb başqalarına verdi, özü qayıdıb Məsmənin evinə daxil oldu. Məsmənin qolundan tutub çıxanda təkrar qışqırdı:

– Yasovullar, atmayın, Qurandan, şəriətdən utanın, barı arvad xavlağına aman verin keçsin.

Naməhrəm görməsin deyə, qara çadra ilə möhkəm örtünmüş qadını qoruyaraq ehtiyatla, ağır addımlarla həyətdən çıxarandan sonra atışma təkrar başlandı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Turşuqeyrət

Başqa idarə işlərinin redaksiya işlərindən fərqi çoxdur, hətta ziddiyyəti də var. Başqa idarələrə camaat özü gəlir. Amma redaksiya işçiləri inşaat m eydançalarına, zavodlara, kolxoz tarlalarına, məktəblərə gedir, harada yazıya gələn əhvalat, öyrənməli mətləb var, oradan redaksiyaların diqqəti əskik olmur. Başqa idarələrdə işin ən ağır vaxtı səhərdir. Amma redaksiyada səhər bir iş olmur. Çapa layiq yazılar oxunur, gözdən keçirilir. Axşama doğru isə qəzet çapa gedir, təşviş başlanır. Bütün diqqətlər toplanır. Sabah oxucuya verilməli olan hər səhifə, sütun, cümlə, söz təzədən oxunur, yoxlanır, imzalanır.Redaksiyada səhər-səhər arxayınlıq olur. Şikayətçi az gəlir.

19645 min
İmzasız hekayə

Keçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.

19645 min
Mən deyən

Adamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.

19647 min
Mən necə həkimlik öyrəndim

Qəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.

19647 min

Poems by other poets