Elchin
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Aysu birinci sinifdə oxuyur. Dünən də birinci sinifdə oxuyurdu, bu gün də birinci sinifdə oxuyur, eh... hələ sabah da birinci sinifdə oxuyacaq...Nə qədər birinci sinifdə oxumaq olar?..
Aysu və balaca balıqlarAysu yenə deyir ki, nağıl danış.– Nə qədər nağıl olar, ay Aysu?
Qar yağıb, yağmayıb?– QAR!.. QAR!..Vay... QAR yağıb? Yazda bəyəm QAR yağar?
Qumru quşlarıO qumru quşlarına bax, nə hirslə QURULDAYIR... Qumru quşu QUR-QUR QURULDAYIR. Elə bil deyir ki, mənə yuva QUR. QURMARAM, ay tənbəl qumru quşu, özün QUR. Sən QURA bilməsən, yaxşı mən QURARAM.QURULDAMA QUR-QUR, uç özün QUR.
«Süz» və «süz»– Bir tapmaca deyim sənə?– Hə!
Bu «saz» hansı «saz»dı?– Qardaşım SAZ çalır.– SAZ SAZdı?
Kim uçundu, nə uçdu, nə uçmadı?Birdən külək əsdi.Birdən də pırıldayıb bir qaranquş UÇDU.
Necə oldu ki, yağış yağdı və dana hirsləndi?Yağış yağdı.DANA qaçdı DAMA.
Gülüşün bacısı Gülər gülə gülür...GÜLÜŞ gümüş GÜLDANA GÜL yığdı.Birdən GÜLÜN biri əlindən yerə düşdü.
AbşerondaGetdim meynədən qara ÜZÜM ÜZÜM.ÜZÜMÜ ÜZDÜM, yedim.
Nənəm yaman hirsləndi...Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA. DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar, yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd...Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA!
DüzdəMaşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...
Babamla ot çalmağa getmişdik...Mənim saçım qapqaradı, babamın saçı ÇAL.Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL.
Dünyaya insanlar gələcək...(Mehdi Hüseyni xatırlayarkən)Biz Masallı ilə Lənkəranın arasındakı kiçik Sara adasında idik. O balıq tuturdu, mən də onunla balıq ovuna getmişdim.
Qumru quşlarıAxır vaxtlar işdə tez-tez darıxıram, ürəyim sıxılır, hərdən lap beş dəqiqəlik də imkan tapanda aşağı düşürəm və Yazıçılar İttifaqının qabağındakı bağda var-gəl edirəm.Təxminən bir ay bundan qabaq bağda, ağacların dibində iki quş gördüm və onları çöl göyərçinləri bildim, amma bir az göyərçindən kiçik idilər və dimdikləri də, deyəsən, bir balaca uzun idi.
«Sçastye»İndi dərs kitabındakı uzun bir şeri qabağına qoyub əzbərləyən Günaya baxıram və birdən-birə kiçik bir əhvalat yadıma düşür.1980-ci ilin noyabr ayı idi.
QaratoyuqlarHəyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü.Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım.
Qırt toyuqQırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi.Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı və anaları da qırt yatdığı günlərdə qartlaşmış səsiylə qırt-qırt salıb o tərəf-bu tərəfə dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı, hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi.
Üçüncü sərçəBəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir.Misal üçün, mən, ədəbiyyatda müstəqim surətdə əxlaq dərsi verməyin, mənası tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam.
«Aləm olduqca...»Qara Qarayev vəfat edib...Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq.
Alma əhvalatıVəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara aparır...Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim şerində olduğu kimi, həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri sərtliklə bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət almağı bacaran adam idi.
Bədbəxt şirİnsan təbiətdən nə qədər uzaq düşüb...Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:
Yandırır bu ölüm...Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Ağabəyim AğaAxır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Əkrəm Əylislinin anasıParis hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara?O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən?
Üç xatirəI fəsilAxşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf baxdıq. İndi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı.
I hissə(Gümüşü Furqon)– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən
II hissəBu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat