Uzeyir Hajibeyov · Drama
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Rüstəm bəyin həyəti ilə küçədə vaqe olur. Rüstəm bəyin həyəti hasar ilə məhsurdur. Pərdə qalxdıqda həyətdə S ə r v ə r ilə G ü l n a z görünür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pərdə qalxır.*S ə r v ə r.
Üçüncü məclisS o l t a n b ə y i n evində vaqe olur. G ü l ç ö h r ə təkcə oturub oxuyur. Musiqi çalınır.Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda.
İkinci məclisMusiqi müqəddiməsi çalınır, sonra pərdə qadxır. Soltan bəyin evinin qabağıdır. Gülçöhrə, Asya və Telli oturub, biri tikiş tikir, digəri corab hörür.G ü l ç ö h r ə (tikiş tikə-tikə oxuyur)
Harun və LeylaBeş pərdəli opera*İştirak edirlər
İkinci pərdəVaqe olur həmin otaqda. Pərdədən qabaq musiqi çalınır; sonra pərdə qalxır. Səfi tək.*(Musiqi)*
Dördüncü məclisƏ s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı geyinibdir.Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).
Birinci pərdəVaqe olur Mərcan bəyin otağında; otaq Avropa qaydasında düzəlmişdir. Musiqi çalınır. Mərcan bəy tək; pərdə qalxır.*Mərcan bəy**.
Arşın mal alanƏfradi-əhli-məclisƏsgər* — dövlətli bir tacir oğlandır.
Beşinci pərdəB i r i n c i c a r ç ı--Ya əyuhənnas! Ya əyuhənnas!
Birinci məclisR ü s t ə m b ə y i n evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar.*M u s i q i
Üçüncü məclisBir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.*M u s i q i
MoizəAxund**. Ay camaat, indi ittifaq və ittihad vaxtıdır. Bundan sonra biz gərək hər bir işimizdə ittihad və ittifaqı əldən buraxmayaq. Amma onu da bilin ki, ittihad və ittifaqın əmələ gəlməsi üçün bir neçə şərtlər vardır ki, o şərtləri gözləməsən, ittifaq və ittihad əmələ gəlməz. Ay camaat, haman şərtlərdən biri budur ki, siz gərək ən əvvəl adam öldürməyi və qətl işlərini mövquf eləyib, bir-birinizlə mehriban olasınız.Camaatdan biri**. Axund, bağışla sözüvü kəsirəm, yerdə qalan şərtlərin hamısını qəbul eləyirəm, amma əvvəlki şərtə, sözün doğrusu, mən qol qoya bilməyəcəyəm. Ona görə gedirəm, ancaq daldakı şərtlərdən arxayın olun! (Gedir.)
İran işləriŞah** (öz-özünə). Nə tövr eləyim? Doğrudan məclisi bir də açımmı, açmayımmı? Məşrutəni verimmi, verməyimmi? Vallah qəribə işə düşmüşəm, heç baş açmaq olmur.Əmir Bahadır** (daxil olur). Sənə qurban olum! Buyur bu kağıza qol çək, bu qələm, bu da mürəkkəb.
Ata və oğulAta** (*təkcə*). Kordur yurdum! Kor, kor! O günə daş düşeydi ki, mən evləndim; o günə ildırım düşeydi ki, mən belə nəslə rast gəldim! Kaş heç əvvəldən məni evləndirməyəydilər.Arvad** (*daxil olur*). A kişi, yenə nə var öz-özünə söylənirsən?
Ordan-burdanŞah söz verdi ki, altı günlük sülh olsun. Amma yalançı çıxdı...Rus konsulu.
Əsli və Kərəm4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR
Birinci pərdəXor--Bu gözəl təbiət, bu şən mənzərə
Dördüncü pərdəX a n ə n d ə q ı z--Saqi, benure-bade bərəfruz came-ma (2 dəfə)
Leyli və Məcnun4 PƏRDƏ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR
Rüstəm və Söhrab(Firdovsidən)*Dörd məclisli opera sayağında yazılmış bir dramdır*
Üçüncü məclis(Vaqe olur Keykavusun bargahında; təxtə əyləşmiş, vəzirlər yanında, musiqi çalınıb bazəndələr oynayırlar. Bir qədərdən sonra xor daxil olub təzim edir.)*Keykavus**
Ər və arvadÜç pərdəli operetta*İştirak edirlər
Üçüncü pərdəHəmin otaqda. Bu dəfə otaq bəzənib. Çox qonaqlar vardır. Bir tərəfdə tarzən və xanəndə oturub, musiqi çalınır. Pərdə qalxdıqda Mərcan bəy fəxir libas geyinmiş daxil olur. Onu görcək oxuyurlar.*(Musiqi)*
KələkbazlarMirzə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.Bədnamülməmalik**. Adə İvan, bu nə işdi ki, bizim başımıza gəldi?
Dumanın halıBu yaxınlarda dumadan bəzi qəvanin və tənzimata dair bir islahat gözləmək hələ çətindir; çünki duma qanunsuz bir müəssisə mövqeyini hələ işğal eləməyibdir.Söz yoxdur ki, üzvlər məhəllərdən seçilib Peterburqa tərəf getdikləri zaman, birinci dəfə yığılıb da qanunsaz bir heyət təşkil edəcəklərinə əmin idilər; onlar özlərini həmin seçildikləri gündən qanun və tənzimat yapacaq bir işçi bilib, bu niyyət ilə də seçilmişdilər; lakin, baş vəzir Stolıpin kabinəsinin dumaya qarşı ittixaz etdiyi rəftar və göstərdiyi münasibət bunu aşkar etdi ki, duma özünə nə tövr baxacaqsa baxsın, amma hökumət isə onun qanunsuz bir müəssisə olduğuna hələ bu tezlik ilə inanmaq istəməyir.
Dövlətlər gəzirlərİkinci məclisFransa**. Məncə, bu gün durub Türkiyə ilə pislik başlamağın heç bir mənfəəti yoxdur. Bu gün bu kişi heç birimiz ilə düşmən olmaq fikrində dəyil, mən bunu yəqin bilirəm.
Üçüncü pərdəX o r--Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm.
Birinci pərdəƏmirin bağçası: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır. Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq yerdə fərş salınıb, vəzir əlində kitablar əyləşib, qabağında düzülmüş olan qızlara dərs verir və nəsihətlər edir. Əmirin qızı Leyla dəxi bunların içindədir; lakin bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə, Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izah edir. Bilaxirə üzünü əli ilə tutub ağlayan kimi görünür.*Vəzir**
İttifaq və ittihad məsələsiBakı**. Bax budur, mən sizə açıq-açığına deyirəm: hərgah bizim aramızda “ittihad və ittifaq” olmasa, – onda, sözün doğrusu, işlərimizin axırı xarab olacaqdır. Bax, bu bir sözdür ki, mən sizə dedim və öz borcumdan çıxdım, indi özünüz bilin!..Gəncə**. Əvvəla, Allah sənin atana rəhmət etsin. Və saniyən, sənin dediyin sözlər bir belə həqiqətdir ki, hərgah bir kəs durub, onun əksinə danışsa – nə deyim, onda gərək sözsüz, hekətsiz namərdliyi boynuna götürə. Mən də bunu deyirəm.
Yuxuda(Komediya)*Əvvəlinci məclis