Jalil Mammadguluzadeh · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Təzə il daxil oldu. İnsanlar şad oldular, yedilər, içdilər, çaldılar və oynadılar.Şad olanların çox hissəsi xaçpərəstlər idi; amma bunların içində müsəlman da, erməni, yəhudi də və xülasə, hər millətdən var idi.
LəkəLəkə pis şeydir. Bunun pisliyi iki babətdəndir:Biri budur ki, ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var, – o yer çirkin görsənir. İkinci pisliyi də budur ki, ləkə bir yerə düşəndə, çirkin ləkədən savayı, o yeri yavaş-yavaş deşib yırta da bilər. Onunçün ağıllı və səliqəli insanlar bir yerə ləkə düşən kimi, ciddi-cəhd eləyirlər ki, o ləkəni tezliklə rədd eləsinlər.
Allah-taalanın sifətləri1) Allah-taala alimdir.Bu var ki, məlum deyil elmi kimdən təhsil edibdir.
TicarətTicarətdən məqsəd məhz pul qazanmaqdır. Daxi qazancdan savay ticarətin sair bir məqsədi ola bilməz.Azərbaycan Dövlət Kinosu da bir ticarətxanadır. Burada da məqsəd məhz çoxluca pul qazanmaqdır.
VI şuralar qurultayıAltıncı şuralar qurultayında qəza nümayəndələri məzəli gileygüzar edirdilər; adam qulaq asanda elə bilirdi ki, bu danışan zarafat eləyir.Amma bunlar hamısı doğrudur. Ağdam nümayəndəsi söyləyirdi ki, Şuşa şəhərinin fazili Ağa Əbdürrəhim ağa köçüb gəlmişdi ki, Ağdam məscidini döşəsin, səliqəyə salsın və oranı özü üçün mənzil qərar versin, həm də orada moizə eləsin, Allah baisin evini yıxsın: bu nadinc komsomollar bir gün dəstə tutub çıxdılar minarənin üstə və başladılar muzika çalmağa. Haman gün Ağa Əbdürrəhim ağa şələ-şüləsini yığıb məsciddən çıxdı qaçdı və ağanın pişmiş aşına su qatdılar.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Din və millətAxır zamanlarda “millətçilik” sözləri tez-tez qəzet sütunlarında danışılmaqdadır.Amma bircə şey mənim nəzərimdə xeyli təəccüb görsənir; o da budur ki, “din” və “dinçilik” söhbətlərinə çox az-az rast gəlirik. Halbuki “millət” və “millətçilik” məsələsi “din” və “dinçilik” və dindarlığa çox yapışıqlıdır, çox əlaqədardır (ərəblər demişkən).
“Fırıldaq baş tutmadı”“Xaçpərəst voskresenyesi və müsəlman cüməsi”Yer üzündə dinlərin ən əlası babilikdir. Ancaq heyif ola ki, şura əsrində yaşayanlar bu gözəl dinin qədrini bilmədilər.
Xeyir-duaİran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst-başı cırıq, çirkli, küt nəzərlərində-qorxu ifadəsi. Onlar ürkmüş surü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular.Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım-cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız. Bir yerdə ki adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, – belə yerdə yaşamağa dəyməz.
OxucularımızaMəcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi -şəxsi münasibətlə vuruşma meydanı edək.Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tullayaq Kaspi dəryasına.
İdarədənMəcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.
ZəngO vaxtdan ki, biz “Qeyrət” mətbəəsində başlamışıq divar təqvimi çap eləməyə, bizə Bakı, Nuxa və Tiflis müəllimlərindən yüzdən artıq şikayət məktubu gəlib ki, nə səbəbə xaçpərəst bayramlarını biz qırmızı vərəq üstündə çap eləmirik.Müəllimlərin də giley eləməyə haqları var, çünki bu yazıqlar gecə və gündüz intizardadılar ki, kəlisa bayramları yetişsin və müsəlman uşaqlarını ötürüb, özləri də gəzib rahat olsunlar. Əlbəttə, əgər bu cür bayramlar qırmızı vərəq üstündə çap olunsalar, müəllimlər haman saat görərlər ki, bu gün bayramdır və uşaqları ötürərlər.
QoqolBu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.
OxucularımızaKeçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin.Bəs hanı o şairimiz?
İdarədənMəktub sahibinə ərz olsun ki, həmin şəkli bizə çəkdirən şəxs Təbriz əhli idi ki, Tiflisdə bir gecə qalıb, Bakı təriqi ilə yollandı Məşhədi-müqəddəsə. Adını soruşduqda cavab verdi ki, əsil adımın sizə lüzumu yoxdur, amma təxəllüsüm Rza Xorasanidir. Həqiqət biz özümüz şəkkə düşdük və şəkli bu surətdə qəbul eləmək istəmədik, amma müşarileyh belə cavab elədi: getdiyim ağaya and içirəm ki, bu şəkil demokrat firqəsinə toxunmur.Bununla bərabər idarəmiz əhd edir ki, bundan sonra vəkilimiz və dostlarımız tərəfindən təsdiq olunmamış mətləbləri jurnalımızda dərc etməyək.
XəbərdarlıqBu günlərdə bizə məlum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər hacı və hacızadə cənabları öz məxsusi duruşqasına bir şapkalı madamasını əyləşdirib özü ilə bərabər aparıb Aramyans teatrına və orada xanımın şərəfinə bir ziyafət təhiyə edib və bu ziyafətə camaatın nəzərində bir qədər qızıl lirələr məsrəf edib.Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzaqının vəkilidir və şəxsin məhrəmani övsaf və əmalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır; və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq.
MaarifKomissarlarımızdan doktor Soltanməcid Əfəndiyevin maarif barəsində qəzetlərdə dərc etdiyi məqaləni biz nəzərdən sala bilmədik və buna da iki səbəb var.Birincisi:
İdarədənBu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız?
Ovuc yazısıOvuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.Ovuc yazısı nə deməkdir?
Əliqulu Nəcəfov“Molla Nəsrəddin”– tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur.
İdarədənNaxçıvan ictimai şura cümhuriyyəti xalq ədliyyə komissarı yoldaşın cavabını burada dərc və öz tərəfimizdən təsdiq edirik ki, cavabın “məhkəmələrdə süründurmə” və “ali təhsil görməyən hakimlər” məsələləri barəsində irad etdiyi qismləri sübutludur və bu barədə idarəmiz də komissar yoldaşa şərikdir.Və lakin “üzük” məsələsi o surətdə həll oluna bilməz, necə ki, komissar yoldaşın cavabında rəvayət olunur.
Mirzə Fətəli Axundov dinlər haqqındaMən külli ədyanı puç və əfsanə hesab edirəm.*M. F. Axundov*
Şura mətbuatıŞura mətbuatı haman mətbuatdır ki, Şura daxilində zühura gəlir.Şura mətbuatı bir neçə qismdir: 1) firqə mətbuatı, 2) işçi mətbuatı, 3) kəndli mətbuatı, 4) dərs kitabları, 5) allahsızlar mətbuatı və qeyriləri.
Yazıçılar bayramıHəmin ilin indiki iyun ayına “yazıçılar bayramı” ad qoymaq olar; çünki həmin ayın müddətində Gürcüstan, Ermənistan və Azərbaycan yazıçıları əl-ələ verib “birlik” əmələ gətirdilər. Həmin birlikdən məqsəd bir-birindən xəbərdar olmaq, yazıların mövzusunu bir-birinə yavuqlaşdırmaq və ümumiyyətlə qələmlə çalışmağın amal və niyyətini birlikdə aydınlaşdırmaqdır.Ancaq qorxuram bu ittifaqda bizim türk yazıçılarımızın işi bir qədər axsıya; yəni sözün açığı–qorxuram biz qonşularımızla tuşbatuş gedə bilməyək. Bunun ümdə səbəbi budur ki, biz müsəlmanların içində qədim vaxtlardan indiyə kimi yazıçılıq bihudə bir peşə hesab olunubdur. Və onunçün də yazıçıların heç bir yanda qədr-qiyməti olmayıbdır, savayı münəccim Hacı Nəcmüddövlənin təqvimbazlığından və müctəhidlərin xabnamələrindən və dindar şairlərimizin növhə və qəsidələrindən.
Bəradərim Məşədi QurbanəliFi 25 aprel (1895–1897-ci illər arası).*Nehrəm*
Pirverdinin xoruzuQasım əminin övrəti Həlimə xala çörək yapırdı.Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Şərq fakültəsi1920-ci ilin sentyabr ayının on ikisində darülfünunun Şərq fakültəsində imtahanlar tamam oldu və sabahı günü, yəni sentyabrın on üçündə cavan tələbə Əbdülhəsənzadə Xəlil darülfünuna gəlib gördü ki, yubanıbdır; çünki imtahan tutan tutub, tutmayan qayıdıb gedib. Əbdülhəsənzadə bir az təşvişə düşdü və darülfünunun böyük və uzun dalanında ağ rənglə ağarılmış divarlara vurulan cürbəcür elanlara göz gəzdirdi, bəlkə Şərq fakültəsinə daxil olanların siyahisini görə. Amma haman siyahi hələ divarda ola bilməzdi; o səbəbə ki, professorlar şurası ancaq o gün axşam baş tutacaqdı və qəbul olunanlar və olmayanlar məhz haman şurada bəlli olacaqdı.Əbdülhəsənzadə Xəlil heç bir yandan özünə təsəlli tapa bilməyib, üz qoydu professorlar kabinəsinə tərəf. Bunun qabağına oradan tibb şöbəsinin professoru məşhur təbib İvanov çıxdı. Məlum ki, Xəlilin bununla işi yoxdu; ona ancaq Şərq fakültəsi professoru lazım idi ki, ibarət ola, məsələn, professor Süleymanbəydən, ya qeyri birindən. Onun üçün də Xəlil məcbur oldu gedib kabinədən bunları soruşsun. Bu heyndə Xəlilin baxtına Süleymanbəy və genə Şərq fakültəsinin müdərrisi Əhməd Zəki əfəndi (çox yaxşı adamdır) çıxdılar dalana və cavanın dərdindən xəbərdar oldular. Professor Süleymanbəy qəti cavab verdi ki, daha iş işdən keçib. Xəlil başladı şiddətlə yalvarmağa və müdərris Əhməd Zəki əfəndi, deyəsən insafa gəlmək istədi və professor Süleymanbəyə yavıqlaşıb ona yavaşca nə isə dedi. Bu iki pedaqoq bir neçə dəqiqə bir-birinə pıçıldaşandan sonra Əbdülhəsənzadə Xəlili çağırdılar və müdərris Zəki əfəndi ona belə dedi:
Taxıl həkimiİki il bundan qabaq Pirsaqqız kəndinə, Həsənbəygilə qonaq getmişdim. Yazın axır ayı idi. Havalar gözəl keçirdi, tez-tez yağış yağırdı və göy ot dizdən yuxarı qalxmışdı. Taxıllar da çox yaxşı idi. Və hamısından da xoşbəxtlik bu idi ki, Pirsaqqız kəndinin ətrafında çəyirtkə görsənmirdi.Amma, – necə ki məlumdur, – əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkin-tikininə bir yandan bir afət və bir bəla toxunmaya.
YuxuHacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).
Şəhər və kəndBir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçmüşəm.Bu bir ayın müddətində bizim evə qonşuluqda olan övrətlərdən bir neçəsi ayaq açıb, övrətimlə üns tutublar və dostlaşıblar.