Vagif Bayatly Oder
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
... həm də İlahi yol aldatmaqdan yox, aldanmaqdan keçir. Həqiqətə aldada-aldada yox, aldana-aldana gedilir. Bununçün insan ən azı insan olmalıdır. Ən azı insan! Heç vaxt aldatmayan, hər an aldanmağa hazır insan!Allaha doğma?
Azərbaycan – qoxlamağa ataqılınc, ağlamağa anaküncMin illərdi dünyaya öldürməkçün yox, yaşatmaqçün döyüşməyi öyrədə bilmirsən, Ataqılıncım.*Azərbaycan – göyüzündə
Vətən –Vətən – Tanrı sözü? Tanrı özü?Bütün kainat, bütün göyüzü, yerüzü?
Sən hamıdan zalım, balaca çiçəkSən də zalım çıxdın, dəli qardaşım külək,apara bilmədin başımdakı dumanı,
Nəfəs ala-ala olmaz oraya, sevginin gücündən nəfəs çırpınar, çırpınıb, çırpınıb nəfəs gizlənərHər biri özü öz dəminin üstdəadamlar dolaşır dəstəbədəstə
Balaca buynuzlu, balaca qanadlı xanımların göyüzü və ya, Tanrım, nə balaca yaratmısan göyüzünü, bir eşq şerinə də çatmadı eni, uzunuSevgiləri sevgilərdən,ayrılıqları ayrılıqlardan,
Ən uzaq ulduza sıçrayan yaralı ceyranHər şair elə bilirdünyanın son şerini
Balaca, körpə, şən dualarÜrəyimin ən qanadlı göyündənmin illərdi dünyaya
Gəl, bir də sevim səni yupyumru bir eşqiləSevir kimsə kimsənibir kimsənin üstünə,
Dünyanın son göyüzündən sevginin son göyüzünəBir an da dayanmadan, durmadanözünü göyüzünün görünməz qayasından atan
Sevməkdən çox sevilmək istəyir hamıSevməkdən çox,sevilmək istəyir hamı,
Səni unutdum, "məni unutma" deyən göz yaşını düşünürəm min ildiBiz bir-birimizi bağışlaya bilərik, ancaq o böyük eşqi məhv etdiyimizçün Allah bizim heç birimizi bağışlamayacaq*«Məni unut!» – dedin,
Xanım, xanım necə ağladın onlarıMuncuqların qırıldı, oy,yarı zümrüd, yarı mirvari,
Başsız duraq, işıqlıdıXanım! Xanım!Canıma canlar qarışıb,
Min il sonra bu dünyadan yadımda var gücüylə çiçək açan bir ağac qalıb ancaqMin il sonra bu dünyadan yadımdahələ də sevincindən civildəyən
Heç kim ölməmiş, İlahi, bütün ölülər dipdiriBu nə andı verdin, Tanrım,hamını göyüzünün
Gül düzəldirəm adamlardanGül kimi qoxlamaq istəyirəm adamları,odu ki, gül düzəldirəm adamlardan,
Göyün titrəyir, göyünü tut, İlahiHəm yordu öz-özünü,həm də yordu dünyanı
Əl çalır şeytan sürüsü, ən baş şeytan başa çıxırKeçdiyim hər min ilinHəm əvvəli, həm də sonu
Səni kimə tapşırım gedim, Vətən, səni kimə tapşırım gedim, İlahiSəninçün neçə yol yerüzünə,neçə yol göyüzünə yıxıldım,
Xocalı – Tanrının balasıTanrının və fırtınaların Çingiz Mustafayevinin «Hamınız arvadsınız!» – dediyi, bizim özümüzü eşitməzliyə vurduğumuz ana*Xocalı heç kəsin görə bilmədiyi sürətli insan fırtınalarının Tanrının əliylə yavaşıdılmış, görünən şəklidir. Allah sürətlə gedən zamanı birdən-birə saxlayıb bizə hər şeyi göstərdi.
Dünyanın ən iri gözü, ən iri çayı, dəniziTanrım, əsirlikdə başları kəsilən şəhidlərimizin son baxışlarıyla göyüzünün hərəkətini onların son anda gözlərini zillədikləri yerdəcə durdurdun, beləcə, zamanı da dayandırdın. Bu dünyada daha heç kəs qocalmır. Şəhid anaları da elə həmin andakı şəkillərindəcə qalıblar, saçlarında bircəcə dən də artmayıb, çünki şəhidlərimiz gözlərini göyüzünə zilləyib göyüzünün hərəkətini, həm də zamanı dayandırmaqla anaların saçlarını ağarmaqdan, üzlərini qırışmaqdan qorudular. Yoxsa anlar axıb getdikcə, analar da axıb gedəcəkdi, saçları ağlarda, üzləri qırışlarda itəcəkdi və mənim başım da hər an yenidən kəsiləcəkdi, elə kəsilən kimi də boynum dünyanın ən iri gözünə, o gözdən axan çay isə dünyanın ən iri çayına, dənizinə çevriləcəkdi.– Canımın harasındasa,
Vətən, odundan doymadımDünyanın ən usta tərcüməçilərindən Natiq Səfərovu yanğından xilas edərkən yanmış Natiq Səfərovun xatirəsinə*Bir yol da demədin «Vətən»,
Oktyabr inqilabının 60 illiyinə*Mən yıxılmış bir ölkənin uçuğu,sevinci, hətta qəmi də alınmış
Arağın ayağının altıHərdən araq adamdan güclü olur,hərdən də adam araqdan,
Ölümün ləzzətli vaxtıXeyri yox, ha küs, ha inci,daha səni adam saymır
Yanmayan iri gözlü şamBu burulğanlı gecənin dibiyləburula-burula gedirəm mən də,
Sıçrayar dura torpağımQəmi eşqə çevirməyəməni bütöv yola saldın,
Son dostuma – dünyanın ən qoca göz yaşınaBir bu göz yaşı qalmışdıaxır ki, qaçıb, qaçıb
Eşq hər şeyi üstələdiYenə qəlbim tüstülədi,eşq hər şeyi üstələdi,