فهرست‌کش نشاط این باغبر ران سخن چنین کشد داغ

Bağın calalını yaradan ustaBöylə nəql edirdi dastan xüsusda:

کان‌روز که مه به باغ می‌رفتچون ماهِ دو‌هفته کرده هر هفت

O gün ki, o bağa girdi aypara,Yaydı şəfəqini asimanlara.

گل بر سر سرو دسته بستهبازار گلاب و گل شکسته

Gül sərvin başında dəstə bağladı,Gülün və gülabın alçaldı adı.

زلفین مسلسلش گره‌گیرپیچیده چو حلقه‌های زنجیر

Zəncir halqası tək biri-birinəKeçmişdi Leylinin saçları yenə.

در ره ز بنی‌اسد جوانیدیدش چو شکفته گلستانی

Yolda Bəni-Əsəd qəbiləsindənBir nəfər, Leyliyə rast gəldi birdən.

شخصی هنری به‌سنگ و سایهدر چشم عرب بلند پایه

Böyükdü ondakı vüqar və hünər,Ehtiram saxlardı ona ərəblər.

بسیار قبیله و قراباتکارش همه خدمت و مراعات

Çoxdu qəbiləsi və qohumları,Hörmətlə keçərdi bütün ruzgarı.

گوش همه خلق بر سلامشبخت ابن‌سلام کرده نامش

Xalq da baş əyərdi o gəncə müdam,Ona ad vermişdi bəxt-İbn-Səlam.

هم سیم خدا و هم قوی‌پشتخلقی سوی او کشیده انگشت

Gümüşlə, arxaydı ondakı hünər,Onu barmaq ilə göstərərdilər.

از دیدن آن چراغ تاباندر چاره چو باد شد شتابان

O parlaq çırağı-Leylini görcək,Bir çarə tapmağa əsdi külək tək.

آگه نه که گرچه گنج بازدبا باد چراغ در نسازد

Lakin o baxmadı heç də gərdişəKi, çıraq küləklə gəlməz sazişə.

چون سوی وطن‌گه آمد از راهبودش طمع وصال آن ماه

Vətənə qayıdıb, cumdu xəyala,Qəlbi can atırdı onun visala.

مه را نگرفت کس در آغوشاین نکته مگر شدش فراموش

Ayı qucaqlaya bilməmiş heç kəs,Bəlkə xəbərsizdi bu işdən o şəxs.

چاره طلبید و کس فرستاددر جستن عقد آن پری‌زاد

Başında gəzirdi visalın dərdi,O pəri qızına elçi göndərdi.

تا لیلی را به خواستاریدر موکب خود کشد عماری

İstəyi buydu ki, getsin elçilər,Versin öz könlünü ona bu dilbər.

نیرنگ نمود و خواهش انگیختخاکی شد و زر چو خاک می‌ریخت

Hiylələr düzəldib düşdü ayağa,Qızılı gül kimi tökdü torpağa.

پذرفت هزار گنج شاهیوز رَم گله بیش از آنکه خواهی

Min xəzinə yığıb göstərdi elə,Sürüsü, ilxısı səs saldı çölə.

چون رفت میانجی سخنگویدر جستن آن نگار دلجوی

Könül ovçusuydu o gözəl mələk,Onun arxasınca elçi gedərək,

خواهش‌گری‌ای به دست‌بوسیمی‌کرد ز بهر آن عروسی

Ələ gətirməkçin haman gəlini,Ata, anasının öpdü əlini.

هم مادر و هم پدر نشستندوامید در آن حدیث بستند

Ata da, ana da cüt əyləşdilər,Onlara xoş gəldi bu xeyir xəbər.

گفتند سخن به جای خویش استلیکن قدری درنگ پیش است

Dedilər: "Başqa bir məsləhət olmaz,Ancaq ki, gözləmək lazımdır bir az.

کاین تازه بهار بوستانیدارد عَرَضی ز ناتوانی

Çünki pərişandır bizim novbahar,Leylinin azacıq xəstəliyi var.

چون ما ز بهیش باز خندیمشکرانه دهیم و عقد بندیم

Qoyun yaxşılaşsın, şadlanaq biz də,Kəbin kəsərsiniz o zaman siz də.

این عقد نشان سود باشدانشاءالله که زود باشد

Bu kəbin, qəlbaçan bu xeyir xəbərAllahın iznilə tez başa gələr.

اما نه هنوز روزکی چندمی‌باید شد به وعده خرسند

Hələlik dayanıb bir az səbr edin.Hələlik vədəylə şadlanıb gedin.

تا غنچهٔ گل شکفته گرددخار از در باغ رفته گردد

Taki gül qonçası açsın bu taqda,Tikanlar çürüsün bu gözəl bağda.

گردنش به طوق زر درآریمبا طوق زرش به تو سپاریم

Qızıl boyunbağı taxıb boynuna,Verərik, sizinki olar bu sona".

چون ابن‌سلام از آن نیازیشد نامزد شکیب سازی

Bunu İbn-Səlam eşidən zamanBilmədi neyləsin o şadlığından.

مرکب به دیار خویشتن راندبنشست و غبار خویش بنشاند

Çapdı öz yurduna atını o dəm,Silindi könlündən qüssə ilə qəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring