دگر روز کاین ترک سلطان شکوهز دریای چین کوهه برزد به کوه

O sultan şövkətli şəfəq sökərkən,Dağa dalğa vurdu Çin dənizindən.

گراینده شد هر دو لشگر به خونعلم بر کشیدند چون بیستون

“Qan” deyə susadı hər iki əsgər,Bisütun dağıtək bayraq çəkdilər.

درآمد ز دریا به غریدن ابرز هر بیشه‌ای سر برون زد هژبر

Dənizdən kükrədi bir bulud peykər,Hər meşə içindən çıxdı bir əjdər,

نفیر نهنگان درآمد به اوجز هر گوشه می‌رفت خون موج موج

Nəhənglər nərəsi ucaldı dağa,Hər yandan axırdı qan dalğa-dalğa.

ز رومی یکی پیل کوپال‌گیربرآهخته شمشیر و بر بسته تیر

Filgövdə bir rumlu toppuz əlində,Qılıncı əlində, oxluq belində,

به جنگ‌آزمایی برون خواست مردبرون شد دلیری به خفتان زرد

Döyüşə çağırdı versin imtahan,Çıxdı sarı kaftan geymiş pəhləvan.

فرو هشت کوپال رومی ز دستسر و پای روسی به هم در شکست

Toppuzu başından vurunca birdənRusda nə baş qaldı, nə qol, nə bədən.

دگر خواست با او همان رفت نیزبجز مغز کوبی ندانست چیز

Başqası kükrədi, onu da yardı,Qarşıya çıxandan beyin qopardı.

الانی سواری فرنجه به نامهنرها نموده به شمشیر و جام

Qılıncda, qədəhdə, şöhrətli, şanlı,Fərincə adında, özü alanlı,

درآمد برآورده لَختی به دوشکه از دیدنش مغز را رفت هوش

Toppuzu çiynində atı oynatdı,İnsanın başından huşunu atdı.

هم این لخت خود را به کین برگشادهم آن نیز بر دوش لختی نهاد

Bu qapdı toppuzu dolaraq kinə,O da tez gürzünü atdı çiyninə.

دولختی دری شد به‌هم لخت‌شاندر آن دَر شد آویزش سختشان

Toppuzlar oynadı göydə yan-yana,Şiddətlə sarıldı düşman düşmana.

چو دانست الانی که در راه اوفرو ماند بی‌بخت بدخواه او

Alanlı döyüşə girdiyi zaman,Bildi ki, acizdir talesiz düşman.

برآورد لختی و زد بر سرشسرش را فرو ریخت بر پیکرش

Toppuzu başından elə endirdi,Baş, beyin dağıldı, qarnına girdi.

چو فرق سر خصم در خون کشیدازان سرکشی سر به گردون کشید

Düşmənin başını salınca yerə,Qürurla boynunu çəkdi göylərə.

ز گردان ارمن یکی تند سیربه کشتن قوی‌دل به مردی دلیر

Ərməndən acıqlı igid bir cavan,Vurub öldürməkdə cəsur pəhləvan.

ز شیران سبق برده شروه به نامبه هنگام جنگ‌آزمایی تمام

Adı Şərvə, özü döyüşdə kamil,Nə aslan tay idi ona, nə də fil.

نهنگی دو تیغی برافراختهبه تیغ از نهنگان سر انداخته

Hər əldə bir qılınc - nəhəngdən nişan,Çox nəhəng başını qoparmış aslan.

به رزم الانی روان کرد رخشبرافروخت از تیغ رخشان درخش

Alanlı üstünə at səyirdərəkParlayan qılıncdan oynatdı şimşək:

فرنجه چو دید آنچنان دست زورسپر بر کتف دوخت چون پر مور

Fərincə görüncə adlı igidi,Qalxanı qanadtək çiyninə tikdi.

چنان زد بر او شروه شمشیر تیزکه کرد از قفس مرغ جانش گریز

Şərvə bir qılıncla saldı nəfəsdən,Çırpındı, can quşu uçdu qəfəsdən.

از این سو کمر بسته گردنکشیبرون زد جنیبت چو تند آتشی

Eysudan bir məğrur susadı qana,Atını od kimi çapdı meydana.

بکوشید و مردانگی‌ها نمودبه شیری کجا کرد با شروه سود

Mərdliklə çalışdı, göstərdi hünər,Şərvəyə aslanlıq və fayda verər?

چو خصمی قوی دید گردن گشادبه یک ضربت او نیز گردن نهاد

Düşmənin heybəti qorxutdu onu,Bir ağır zərbəyə verdi boynunu.

جرم نامی از کوه‌ِ یکران چو کوهدرآمد کزو عالم آمد ستوه

Cərəm adlı bir dağ Ləzgi dağından,Əlindən zinhara gəlmiş bu cahan.

یکی ترگ روی آهنین بر سرشکه پیکار می‌ریخت از پیکرش

İgidin poladdan külahı vardı,Üzündən, gözündən döyüş yağardı.

قبایی زره بر تنش تابدارچو سیماب روشن‌، چو سیم آبدار

Əynində dəmirdən bir geyimi var,Saf gümüştək yanar, civətək parlar.

به شروه درآمد چو شیر دمانز دنیا ندادش زمانی امان

Şərvəyə yanaşdı o qızmış aslan,Gözünü açmağa vermədi aman.

چنان راند شمشیر بر شیر مردکزان شیر شرزه برآورد گرد

Bir qılınc endirdi aslan Şərvəyə,İgidin tozunu sovurdu göyə,

چو افتاد دشمن در آن پای لغزبه سم سمندش بسنبید مغز

Düşməni torpaqda görüncə belə,Beynini dağıtdı at təpiyiylə.

بسی گردنان را ز گردن‌کشانزد از سرد مهری به یخ بر نشان

Boynunu çəkən çox adlı pəhləvanOturdu buza o soyuqqanlıdan.

دوالی چو دید آنچنان گردنینه گردن همانا که گردن زنی

Dəvalı görüncə elə bir gərdən,Gərdən yox, meydanda gərdənlər yeyən.

بسیچید و پیرایهٔ جنگ خواستبسیچ شدن کرد بر جنگ راست

İlantək qıvrıldı, istədi yaraqDüşməni yıxmağa hazır olaraq.

به تارک درآورد روی آهنینیکی تَرک سفته ز پولاد چین

Başına dəbilqə qoyaraq o şir,Özü Çin poladı, üzü xas dəmir,

حمایل یکی تیغ زهر آبدارکمندی چو زلف بتان تابدار

Zəhərli qılıncı boynuna saldı,Saç kimi hörülmüş kəməndi aldı

فرس را برافکند برگستوانبه زین اندر آمد چو کوهی روان

Atını sardı bir dəmir örtüyə,Dağ kimi atıldı tez üzəngiyə.

سوی دشمن آمد چنان تازه‌رویکه طفل از دبستان درآید به کوی

Düşmənin üstünə çapdı gülərək,Məktəbdən evinə dönən çocuqtək.

جرم چون در آن فر زیبنده دیددل از جنگ شیران شکیبنده دید

Cərəm görən kimi o pəhləvanı,Qorxdu bu döyüşdən, titrədi canı.

ولیکن نبودش در بازگشتبناچار با مرگ دمساز گشت

Çətindi o yerdən geri qayıtmaq,Çarəsiz ölümə boyun qoyaraq,

به گرد دوالی درآمد دلیردوالک همی‌باخت با جنگ شیر

Dəvalı səmtinə çapdı sürətləAslanla döyüşdə başladı hiylə.

دوالی ز پیچیدن بدسگالبپیچید بر خویشتن چون دوال

Dəvalı düşmənin qıvrılmasından,Özünə örkəntək sarıldı yaman.

بسی حرف در بازی اندوختندز رحمت یکی حرف ناموختند

Ortada çox sözlər keçdi, müxtəsər,Xeyirçün bir söz də söyləmədilər.

دوالی کمر بسته چون شیر نرزدش ضربتی بر دوال کمر

Dəvalı coşunca kinin selindənQılıncı endirdi düşmən belindən.

گذارنده شد تیغ بی هیچ رنجدو نیمه شد آن کوه پولاد سنج

Şığıdı, zəhmətsiz ortadan keçdi,O ağır qayanı ikiyə biçdi.

برادر یکی داشت چون پیل مستبه کین برادر میان را ببست

Bir sərxoş fil kimi qardaşı vardı,Qanını almaqçın meydana vardı.

ز زخم دوالی دوالی چشیدبُنه سوی رخت برادر کشید

Aldı Dəvalıdan sağalmaz yara,Çəkildi qardaşı yatan çadıra.

بدین گونه آن کوه پولاد پشتبسی مرد لشگر شکن را بکشت

Güldü bəxt o polad arxalı dağa,Çox ordu qıranı sərdi torpağa,

یکی روس بُد نام‌ ِ او جودرهکه شیر نرش بود آهوبره

Codrə adlı bir rus oxudu meydan.Südəmər ceyrandı ona hər aslan,

درشت و تنومند و زور آزمایبه تنها عدو بند و لشگر گشای

Qocaman gövdəli, güclü, döyüşkən,Meydanda təklikdə bir ordu yenən.

ز گردن بسی خون درآویختهبسی خون گردنکشان ریخته

Boynundan asmış çox igid qanını,Çox boyun çəkənin almış canını,

گره بر دوال کمر سخت کردبه جنگ دوالی روان رخت کرد

Qurşaqda düyünü çox möhkəm vurdu,At sürüb Daəvalı önündə durdu.

گشادند بر یکدیگر تیغ تیزکه ره بسته شد پای را در گریز

Qılınclar oynadı kin ilə dolu,Bağlandı ayağın qaçacaq yolu.

بسی ضربشان رفت بر یکدیگرز کار آگهیشان نشد کارگر

Sınanmış igidlər çox döyüşdülər,Vurulan qılınclar etmədi əsər.

برآورد روسی گذارنده تیغبر آن کوه پولاد زد بی دریغ

Rus kəskin qılıncı qaldırdı sağa,Vurdu birdən-birə o polad dağa.

ز پولاد ترگ اندر آمد به فرقبه دریای خون شد تن خسته غرق

Yardı dəbilqəni, keçdi gözünə,Vücudu qərq oldu qan dənizinə.

از آن سستی اندام زخم آزمایعنان‌دزدی‌یی کرد و شد باز جای

Aldığı yaradan çox süst göründü,Cilovu qaparaq geriyə döndü.

به زیر آمد از اسب و سر باز‌بستدل شاه ازان سر شکستن شکست

Başını bağladı, boşaldı yəhər,O baş sınmasından sındı İskəndər.

به فرزانه فرمود تا هم ز راهکند نوش‌دارو بر‌آن زخم‌گاه

Həkimə əmr etdi çatsın haraya,Sağaldan bir dərman qoysun yaraya.

نوازش کند تا به آهستگیدوالی برآساید از خستگی

Çox şəfqət göstərsin köməyə gedən,Dəvalı sağalsın o xəstəlikdən.

چو شب در سر آورد کحلی پرندسر مه در آمد به مشگین کمند

Gecə öz başına örtük çəkəndəAy başından düşdü müşkin kəməndə.

دو رویه سپه پاس برداشتندمگس گرد خرگاه نگذاشتند

Hər iki tərəfdə durdu qarovul,Orduya milçək də tapmadı bir yol.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets