مسجدی‌یی بسته آفات شدمعتکف کوی خرابات شد

Tutularaq bəlaya bir zahid darda qaldı,Meyxanələr küncündə özünə məskən saldı.

می به دهن برد و چو می می‌گریستکای من بیچاره مرا چاره چیست

Şərab içən zamanlar ağlardı şərab kimi,Deyərdi ki: „Dərdimin kim olacaq həkimi?

مرغ هوا (هوی) در دلم آرام کرددانه تسبیح مرا دام کرد

Hava quşu könlümü özünə yuva etdi,Təsbeh danələrimdən özünə tor düzəltdi.

کعبه مرا رهزن اوقات بودخانه اصلی‌م خرابات بود

Qəza məni Kə’bədən uzaq elədi, heyhat,Nəhayət yurdum, yuvam, evim oldu xərabat.

طالع بد بود و بد اختر شدمنامزد کوی قلندر شدم

Mən nəhs ulduzlu doğdum, ömrüm, günüm keçdi bəd,Dərvişlərin evinə oldum axır namizəd.

چشم ادب زیر نقاب از من استکوی خرابات خراب از من است

Ədəb məndən utanıb üzünə çəkdi niqab,Xərabat məhəlləsi oldu mənimlə xarab.

ننگ جهان بر منِ مهجور بادگَرد من از دامن من دور باد

İbadətdən ayrıldım dünya mənə dar olsun,Ətəyimdən varlığın tozu qoy kənar olsun.

گر نه قضا بود من و لات کی؟مسجدی و کوی خرابات کی؟

Əgər qəza deyilsə mən hara, bu „lat“ hara,Bu məscid əhli hara, bəs bu xərabat hara?“

همّت از آنجا که نظر کرده بودگفت جوابی که در آن پرده بود

Bu hikməti dərk edən açıqgözlü bir cavanZahidə cavab verib bu sirri etdi bəyan:

کاین روش از راه قضا دور دارچون تو قضا را بجوی صد هزار

„Çəkin, səni qəzanın gedişi almaz saya,Çoxlarını sənin tək almaz o bir arpaya.

بر در عذر آی و گنه را بشویآنگه ازین شیوه حدیثی بگوی

Dərgaha saf qəlblə, gəl, günahı yu, təmizlə,Ondan sonra söz açıb bu barədə gəl dilə.

چون تو روی‌، عذر پذیرت برندورنه خود آیند و اسیرت برند

Əgər getsən hər üzrün keçər qəbula bir-bir,Yoxsa gəlib özləri səni edərlər əsir.

سبزه چریدن ز سر خاک بسنیشکر سبز تو افلاک بس

Yetər ot otlamağın torpaqda bir bu qədər,Yetər şəkər qamışı olsa sənə fələklər.

تا نبرد خوابت ازو گوشه کناندکی از بهر عدم توشه کن

Ondan çəkil kənarə yuxu tutmasın səni,Yoxluq səfəri üçün hazırla azuqəni.

خوش نبود دیده به خوناب درزنده و مرده به یکی خواب در

Yaxşı deyildir axsa gözlərinin qan yaşı,Ölü ilə dirinin yuxlaması yanaşı“.

دین که ترا دید چنین مست خوابچهره نهان کرد به زیر نقاب

Din şirin bir yuxuda bağlı görüb gözünü,Dərhal niqab altında gizlətdi öz üzünü.

خیز نظامی که ملک بر نشستهمسر (؟نیم‌شب) اینجا چه شوی پای بست؟

Dur, ey Nizami, qalx ki, ölüm gəlib yetişdi,Bu dünyadan köçməyin növbəsi sənə düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern