ای گهر‌ِ تاج‌ِ فرستادگانتاج‌ده‌ِ گوهر ِ آزادگان

Sən, ey peyğəmbərlərin tacına bəzək, gövhər,Gövhəri səndən aldı tacına azadələr.

هر چه ز بیگانه و خیل تواندجمله در این خانه طفیل تواند

Bu dünyadakı yadlar, sənə mənsub olanlar,Bu evdəkilər sənə möhtacdır, hər kim ki var.

اول بیت ار چه به نام تو بستنام تو چون قافیه آخر نشست

Adınla bağlandısa hər beytin başı, gerçək,Adın beytin sonunda oturdu qafiyə tək.

این ده ویران چو اشارت رسیداز تو و آدم به عمارت رسید

İşarə yetişəndə sənə böyük tanrıdanSəndən, bir də aləmdən abad oldu bu cahan.

آنچه بدو خانه نو آیین بوَدخشت پسین دای نخستین بود

Yeni tikilmiş evdə qeydə layiq bir cəhətBirinci və sonuncu kərpicdədir nəhayət.

آدم و نوحی نه‌ به از هر دویمرسلهٔ یک‌گره از هر دوی

Adəmin də, Nuhun da düyünləri bir zamanQüdrətinlə açıldı, buna şahiddir cahan.

آدم از آن دانه که شد هیضه‌دارتوبه شدش گل‌شکر‌ِ خوشگوار

Adəm üçün bir buğda böyük bir xətər oldu.Öz tövbəsi özünə dadlı gülşəkər oldu.

توبهٔ دل در چمنش بوی توستگلشکر‌ش خاک سر کوی توست

Adəmin tövbə hissi ətrindən almışdı can,Nəcabəti doğmuşdu qapının torpağından.

دل ز تو چون گلشکر توبه خوَردگلشکر از گلشکری توبه کرد

Tövbə gülşəkərini yeyincə səndən ürək,Tövbə etdi, gülşəkər gülşəkərlikdən, demək.

گوی قبولی ز ازل ساختنددر صف میدان دل انداختند

Bəndəliyin topunu əzəldə yaratdılar,Könüllər sırasının meydanına atdılar.

آدم‌ ِ نو‌زخمه درآمد به پیشتا برَد آن گوی به چوگان خویش

Əli çokanlı Adəm yeridi irəliyə,Əlindəki çokanla topu götürsün deyə,

بارگی‌اش چون عقبِ خوشه رفتگوی فرو ماند و فرا گوشه رفت

Sünbül saçaqlarına tərəf atı yol aldı.Özü bir güncə düşdü top ortalıqda qaldı.

نوح که لب‌تشنه به حیوان رسیدچشمه غلط کرد و به طوفان رسید

Nuh susayıb yetərkən birdən həyat suyuna,Bulaq yolundan azıb düşdü yaman tufana.

مهد براهیم چو رای اوفتادنیم ره آمد دو سه جای اوفتاد

İbrahim beşiyinə növbə çatdığı zaman,Düz üç dəfə yıxıldı yolu yarı olmadan.

چون دل داود نفس تنگ داشتدر خورِ این زیر‌، بم‌ آهنگ داشت

Davudla olduğundan bir tənknəfəslik həmdəmBu zilin qarşısında onun səsi çıxdı bəm.

داشت سلیمان ادب خود نگاهمملکت آلوده نَجُست این کلاه

Süleyman, ədəbini ad aldı saxlamaqla,O, tutmaq istəmədi dünyanı bu papaqla.

یوسف از آن چاه عیانی ندیدجز رسن و دلو نشانی ندید

O quyudan Yusifə heç nə olmadı əyan,İpdən və doldan başqa görmədi özgə nişan.

خضر عنان زین سفر خشک تافتدامن خود تر شدهٔ چشمه یافت

Xızır quru səfəri sevmədi əl götürdü,Suda öz ətəyini islanmış sezdi, gördü.

موسی از این جام تهی دید دستشیشه به کُهپایه «ارنی» شکست

Musa da öz əlini bomboş gördüyü çağda,Şüşəsini sındırdı, „Ərni“ dediyi dağda.

عزم مسیحا نه به این دانه بودکاو ز درون تهمتیِ خانه بود

İsanınsa bu danə deyildi heç məqsədiEldə töhmət, məzəmmət oldu onun qisməti.

هم تو «فلک طرح» درانداختیسایه بر این کار برانداختی

Sən fələkləri keçdin aşaraq fələkləri,Hamı bilir, hamını bu işdə qoydun geri.

مهر شد این نامه به عنوان توختم شد این خطبه به دوران تو

Sənin böyük adınla möhürləndi bu fərman,Xütbəni tamamladı yaratdığın bu dövran.

خیز و به از چرخ مداری بکناو نکند کار تو کاری بکن

Qalx, bu fələkdən daha yaxşı dövrana başla,O, buna qadir deyil, sən işlə canla-başla.

خط فلک خطه میدان توستگوی زمین در خم چوگان توست

Fələkin xətti sənin ən geniş meydanındır,Yer topuna gəlincə, əsiri-çovkanındır.

تا ز عدم گرد فنا برنخاستمی‌تک و می‌تاز که میدان تراست

Nə qədər ki qalxmayıb fəna tozu yoxluqdan,Vaxt itirmə, yüyür, çap, səninkidir bu meydan —

کیست فنا که‌آب ز جامت برد‌؟یا عدم سفله که نامت برد‌؟

Fəna nəcidir sənin camından suyu alsın,Alçaq, yoxluq nəcidir, adını yada salsın?

پای عدم در عدم آواره کندست‌ِ فنا را به فنا پاره کن

Yoxluğun ayağını qoyub yoxluqda kam al,Faniliyin əlini fanilikdə bəndə sal.

ای نفست نطق‌ِ زبان‌بستگانمرهم سودا‌ی جگر خستگان

Sən, ey dili tutulmuş kəslərə həmdəm olan,Ciyəri xəstələrin dərdinə məlhəm olan!

عقل به شرع تو ز دریای خونکشتی جان برد به ساحل درون

Açıq şəriətinlə bu qanlar dəryasındanAlıb çəkdi sahilə can gəmisini, inan,

قبلهٔ نُه چرخ به کویت در استعبهر شش روزه به مویت در است

Qapın doqquz fələkin qibləsidir əzəldən,Bu altı günlük əbhər asılıdır könüldən.

ملک چو مویت همه درهم شودگر سر مویی ز سرت کم شود

Bir tük əskik olarsa başından bu dünyada,Dağılar saçın kimi, məhv olar bu dünya da.

بی قلم از پوست برون خوان توییبی سخن از مغز درون دان تویی

Qələmsiz dəridəki yazını oxuyursan,Danışıqsız məğzdən batini sən duyursan.

ز‌آن بزد انگشت تو بر حرف پایتا نشود حرف تو انگشت سای

Bununçün də barmağın hərfə qoymadı ayaqKi, sözünə bir kimsə sürtməsin əsla barmaq.

حرف همه خلق شد انگشت رسحرف تویی زحمت انگشت کس

İradla qarşılandı xalqın yazısı, sözü.Sözlərinə basmadı ayaq barmağın özü.

پِست شکر گشت غبار درتپسته و عناب شده شکرت

Sənin qapının tozu oldu şəkər çörəyi,Dodaqların, dişlərin xurma və püstə təki.

یک کف پِست تو به صحرای عشقبرگ چهل روزه تماشای عشق

Sənin şəkər çörəyin məhəbbət səhrasındaQırx günlük ruzi oldu sevənlər arasında.

تازه‌ترین صبح نجاتی مراخاک توام کآب حیاتی مرا

Sən ki, mənim ən təzə nicat sübhümsən, inan,Sənin torpağın olum, mənim həyat suyumsan.

خاک تو خود روضهٔ جان من استروضهٔ تو جان و جهان من است

Ruhumunsa bağıdır sənin gözəl torpağın,Həyatım varlığındır, bütün dünyamdır bağın.

خاک تو در چشم نظامی کشمغاشیه بر دوش غلامی کشم

Pak can olan qəbrinin üstündə yuva qurram,Gülək kimi qalxaram torpaq kimi oturram.

بر سر آن روضهٔ چون جان پاکخیزم چون باد و نشینم چو خاک

Nizaminin gözünə torpağını çəkərəm,Xidmətində, inan ki, əmrə hazır nökərəm,

تا چو سران غالیهٔ تر کنندخاک مرا غالیهٔ سر کنند

Böyük adamlar ətir ararkən saçlarınaQoy mənim torpağımı töksünlər başlarına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets