Bir bəhanə əldə ünvan etməli bundan soraBüsbütün məxluqə elan etməli bundan sora!

Nov üsulun şərə bərəks olduğun izah edib,Köhnəni tətbiqi-quran etməli bundan sora!

Xasə bu jurnal, qəzet əmrində bir fitva tapıb,Sədd rahi-nəşri-irfan etməli bundan sora!

Boylə iş, bunca qəzet, bunca mazet olmaz, canim!Bunları məhkumi-bütlan etməli bundan sora!

Din gedir, məzhəb gedir, qədri itir mollaların,Çareyi-əmri-müsəlman etməli bundan sora!

Hər yetən kəndin mühərrir ədd edib min söz yazır,Bunları mətrudi-övtan etməli bundan sora!

Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,Sərbəsər avareyi-nan etməli bundan sora!

Cırmalı dəftərlərin, sındirmalı çernil qabın,Fikri tərvici-qələmdan etməli bundan sora!

Mümkün olsa lap kökündən qaldırıb bir zənn iləCümlə mətbuatı viran etməli bundan sora!

Siyyəma, şairləri hökmən və hötmən zor iləXaric-əz-islamü iman etməli bundan sora!

Müxtəsər, hər kim ki, gördün fəhmi var, bir söz qanır, --Küfr ilə məşhuri-dövran etməli bundan sora!

Arqadaşlar, ələman, gəl tez verib də əl-ələ,Həm bu yolda əhdü-peyman etməli bundan sora!

Aid olmur indi bunlardan bizə bir mənfəət,Pul verərlərsə, müsəlman etməli bundan sora!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets