Aşıq Şəmşir, Dəlidağdan keçəndəKəklikli daşlardan xəbər al məni.Ceyran bulağından qızlar içəndəSaz tutub, söz qoşub, yada sal məni.

Hay vurub, qıy vurub, səs sal dağlara,Gözəllər oylağı göy yaylaqlara.Mənim bu dərdimi de oylaqlara -Sinəmdən oxladı bir maral məni.

O ceyran baxışlı baxdı uzaqdan,Canımı odlara yaxdı nahaqdan.Yüz il də dolanıb keçsə o vaxtdanUnutmaz aləmdə əhli-hal məni.

Gəlmişəm gəzməyə sizin dağları,Baxım yaylaqlara doyunca barı.Bu yerə şairin düşdü güzarı,Gözəl qarşıladı xoş iqbal məni.

Bəxt məni bu yerə qonaq göndərdi,Gedirəm, yamandır ayrılıq dərdi;Demə Səməd Vurğun gəldi-gedərdi,Unutmaz bu oba, bu mahal məni…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets