Works
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Biz bir ilə yaxın idi ki, evlənmişdik. Mən yol texnikumunu qurtaran kimi də toyumuz olmuşdu. Baş yollar idarəsində mühəndis olan ərim Adil hər gün səhər saat doqquz tamama on dəqiqə qalmış işinə gedər, mən də bazardan ayın-oyun alıb gətirər, biş-düş edərdim. Dörd ay bundan qabaq bizə üçotaqlı təzə mənzil vermişdilər. O zaman mən otaqları gəzərək:– Ay Adil, – deyə zarafat eləmişdim, – biz bu boyda evlərə nə qoyacayıq?
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Ölüm-dirimMin doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədin otuz dörd illik ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd universitetin dissertantı olub, tarix elmləri namizədlik dissertasiyasını tamamladığı bir vaxtda gözlənilmədən hər şeyi atıb, Qonaqlıdakı Əmirli mülkünə qayıtdığı günə qədər baş verən hadisələr içində, Əmirli nəslinin sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz salmışdı.Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli rayonda ən məşhur – bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general Məhərrəmov ağ, par-par “Volqa”sında gəlib onu – Səmədi zorla maşına basıb aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun müddət yoxa çıxmışdı.
Təbriz şəhərinin havası və təmizliyiYay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.
Məsalik əl-Mühsinin, üçüncü hissəنزول ملک شموئیل به کمبیز دوم شاه ایران - ملکهٔ ایران خود را مسموم کرده وفات میکند - سیفون وزیر اول زن خود را میکشد - حفر خزانه و الواح دیوجانی - ویران شدن درهٔ بایقو - صیادی و تفصیلات او - جعفرآقای کرد میخواهد مهاجرت نماید - جواد بک کد خدا - ورود شهر سمندر و حاکم او.در دو فرسخی سنور درهٔ عمیقی است که از میانش رودخانهٔ «بایقو» میگذرد. شاهراه بزرگ است، روزی هزار نفر آدم و دواب از آنجا عبور میکند. به رفتا گفتم پیش روی ما حالا درهٔ بایقو است. اخبار قلعهٔ قلهٔ کوه اورا که در السنه سایر۱ است شنیدهاید؟ مصطفی و محمد گفتند شنیدهایم، معروف است. حسین گفت تاریخ قلعهٔ بایقو را در کتاب «التکوین» و تألیف «ابوالمعارف لامکانی»، که با خط خود مؤلف در کتابخانهٔ «توهمات سیمرغی» محفوظ است، خواندهام. ماحصل تفصیلات زیادش این است که «کمبیز دوم» پادشاه ایران شبی در خواب دید ملکی بر او نازل شد، گفت چه خوابیدهای؟ برخیز برو به درهٔ بایقو، بالای دره سر کوه قلعهٔ مخروبهای هست. دویست قدم دور از دروازهٔ قلعه زمین را بفرما بکاوند. در آنجا خزانهٔ بزرگی مدفون است در بیاور، مذهب آتشپرستی را ترویج بکن. هشت لوح طلای محکوک با خط «یوجانی» در میان آنها است. آنها را با دست خود بردار که الواح مقدسه میباشند. مضمون الواح را جز «سیفون» وزیر و «پارزم» سردار دیگران ندانند. اگر خلاف این امر را بکنی مغضوب میشوی. کمبیز پرسید تو رسولی یا خود آمری؟ از کجایی؟ اسم تو چیست؟ و آن خزینهٔ مدفون مال کیست؟ گفت من از طرف زردشت روحالله مأمور به تبلیغ این رسالت هستم و یکی از ملایک خدام او میباشم. نام من «شموئیل» است. گفتم خود روحالله در کجا است؟ گفت در آسمان چهارم. گفتم من خط «دیوجانی» را آشنا نیستم. گفت تا آن الواح را دیدی غشاوهٔ۲ چشمهای تو رفع شود. همه را میخوانی و اسرار خلقت را میدانی. هر کس آنها را ببیند میتواند بخواند. اینست سپردم که آنها را جز «سیفون» و «پارزم» کسی دیگر نباید ببیند وگرنه فسادی در زمین پیدا شود که روحالله به زحمت افتد و ترا سخت غضب نماید. کمبیز میگوید پرسیدم که اساس شریعت آتشپرستی چیست؟ اور چگونه ترویج نمایم؟ گفت اساس همهٔ مذاهب خدا پرستی، و حرارت و نور اثر تجلیات وجود واحد و مربی کاینات است. شریعت روحالله معرفت شرف نفس، حفظ وجود، محبت نوع، مساوات تمامی خلقت.
Bir misranın yuxusu(Yaxud yas yerindən reportaj)*1**
Danabaş kəndinin əhvalatlarıNağıl edibdi Lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil.*Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər.
Güzgü göl əfsanəsiQədim zamanlarda Kəpəz dağının aşağı sinəsində, Göy gölün yuxarı yaxasında, yamyaşıl meşənin içində, ağ qayaların əhatəsində bir Güzgü göl qaynayırdı. Bu gölün o biri tərəfində mağarada bir maral, bir də bir Qəcələ olurdu. Qəcələ mağaranın içərisinə uzanan vələsin qanadına qonub gecələyir, Maral isə bir tərəfdə daş döşəmənin üstündə yatırdı. Maral sübh tezdən durunca yatdığı yeri qabaq ayaqları ilə eşib-eşib gül kimi təmizləyirdi, üstünə bir toz qonmağa qoymurdu. Kəpəz dağından başlayıb gələn, Göy göl diyarını tez-tez tutan bu yerlərin ağ-ağ yağışlarında Maral yuyunur, yuyunduqca da gözəlləşirdi. Payızdan başlayıb yağan qar isə ağacların qol-budaqlarından Maralın üstünə səpələnir, onun saç-saçağını darayırdı. Dünyanın gözəl guşəsində yaşayan, Göy göldən gözəllik götürən, özü də Göy gölə gözəllik verən Maral düyməçəli-düyməçəli maralotulardan yeyir, doyunca dönüb özünü Güzgü gölə yetirir, bu gölün pul-pul olub dairələnən gümüş suyundan içə-içə öz surətinə tamaşa edir, öz-özünə tamaşa etməkdən hədsiz-hesabsız dərəcədə zövq alırdı. Bir gün deyil, beş gün deyil, bir də il də deyildi, belə idi. Maralın ümdə işi-peşəsi, hey gümüşlənə-gümüşlənə qaynayan Güzgü gölün qarşısında durmaq, öz-özünü süzmək idi. Bu Maralın qəşəngdən-qəşəng qara gözləri özünə o qədər xoş gəlirdi ki, başını Güzgü gölə əyib, gümüş sudan içə-içə birdən də öz gözlərindən öpüş götürməyə çalışırdı. Maral geriyə çəkilib gərdənini baxa-baxa öz duruşuna tamaşa edir, “Maral, ay Maral” deyə oxunan havaya qulaq asır, Kəpəz dağından qayıdan əks-sədanın fasiləsiz gəldiyini güman edirdi. Ancaq Maralı yaxın dostu Qəcələnin anlaşılmaz hərəkəti odsuz-közsüz yandırırdı. Axı heç zaman Qəcələ Güzgü gölü gərəyincə qiymətləndirmir, hey Zəli göl, ya Qara göl tərəflərə uçur, baxanda bu gün bu gölün, sabah o biri gölün, zığ-zımırığında eşələnir, qarnını doldurub, yenə də axşamına həmin daş dama dönür, vələsin çöldən içəriyə uzanan qanadına qonurdu. Maralla Qəcələ nə qədər üzdə dostluq edib bir mağarada gecələsələr də, yenə də onların söz-söhbəti tutmur, tez-tez ixtilaf baş verir, deyişmələr davam edirdi:– Nə qədər Güzgü gölə baxmaq olar, ay Maral?
Fəsli-əvvəl: Şəhadəti-Hürr və bəzi şühədaÇün müttəfiqi-əleyhi-ərbabi-’üqul və mö’təqidi-əshabi-qəbul oldur ki, ədlümuri-mütəvəssiti-mütəsaviut-tərəfeyndən ibarətdür və cövr ifratü təfritdən bir
AygünIAygün hələ soyunmamış toy paltarını,
Birinci kitab, birinci hissə1**Bir-iki dəqiqə keçmədən qapı bir az aralandı.
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
Dördüncü fəsil1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:
Məsalik əl-Mühsinin, dördüncü hissəورود قصبهٔ چوبه - ملاقات میرزامحمود - دیدن مسلمانهای جدید - رسیدن کاغذجات - شرح عید صد سالهٔ انتشار انجیل - آمدن میرکریم و میرعظیم - پند نامهٔ پدر میرزامحمود - سرچشمهٔ علی - ملاقات اللهیارخان پسر دار مبارک - آمدن قوانچیان - ملاقات مسیو ژرژ فرانسه.امروز منزل ما قصبهٔ چوبه است. دو روز اینجا به یکی از رفقای مدرسهٔ من، میرزا محمود، که چندین سال است ملاقات نکردهایم، مهمانیم. به هرجا نوشتهایم کاغذجات ما را به اسم او به اینجا بفرستند. محبت همدرسی و رفاقت طفولیت، اشتیاق ملاقات و مذاکرهٔ ایام شباب و لذت یادآوری وقایع ماضیه هرگز از امتداد زمان و هجرت طولانی فراموش نگردد، و انوار مهربانی و مودت اولی خاموش نشود. زیرا متعلقین مدارس چون نقطهٔ توجهشان علم و معلومات است آمر دارالطباعهٔ قلوبشان ملکوتی و روحانی است، از این جهت روابط مهربانی و مودت ایشان صمیمی و وجدانی میشود، و همه وقت بیتغییر و تنزیل میماند. رفتیم رسیدیم. میرزا محمود در خانه نبود؛ در این نزدیکی آسیای طرح جدید احداث نموده، خودش مخانیک۱ خوب است، املاک غلهخیز زیاد دارد، کار بسیار با بهره و منفعت درست کرده، تا آسیا یک فرسخ تلفون کشیده. رفتم دم تلفون صدا کردم، روی همدیگر را قولاً بوسیدیم. گفت بعد از نیم ساعت فعلاً روی شمارا میبوسم. به خانه دستورالعمل پذیرایی داد. نیم ساعت نکشید آمد. همدیگر را بوسیدیم، مکرر بوسیدیم. مشغول گرم صحبت شدیم. رفقا چون منتظر کاغذجات خود بودند پرسیدند، معلوم شد چند مکتوب به اسم همهٔ ما هست، عذر خواست آورد، داد. اول چشمم به خط برادرزادهٔ خودم حمید افتاد که مدتی از او خبر نداشتم. زیاد مشعوف شدم. مکتوب دیگر از برادرم بود. پاکت سوم یکی از رفقای من، که جزئی رنجشی در میان بود، از تبریز نوشته. اول کاغذ حمید را خواندم. نوشته بود:
Doqquzuncu bab. Həzrəti İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigin bəyan edərHəqqa ki, hirqəti-hekayəti-pürşikayəti-vaqieyi-Kərbəla bir atəşicigərsuzdurki, əgər bir şö’ləsinin şərhin kilki-xurşidlə mühərririkargahi- qəza səfheyi-ruyizəminə
İkinci kitab, dördüncü hissə1**Kiyev Rüstəmbəyin nəzərində olduqca dəyişilmişdi: əsgər libaslı adamların sayı bir qat daha artmışdı. Yorğun və düşgün soldatlarla bərabər, qadın bölükləri də gözə çarpırdı. Kerenski hökuməti ordunun ruhunu yüksəltmək üçün könüllü qadınları da əsgərliyə cəlb etmişdi.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Birinci kitab, ikinci hissə1**Rüstəmbəy bəhai Əbülfərəcə məktub yazırdı. Yazdı və oxumağa başladı: “Möhtərəm əfəndi, ikinci məktubunuzda əvvəlki məsləhətinizi təkrar edirsiniz, məni bəhai dininə dəvət etməkdən çəkinmirsiniz; təzə din deyə bəhailiyi mədh edirsiniz, bəhailik zəmanəyə müvafiq bir dindir və i. a. Bu sözləri çox bəhailərdən eşitmişəm, lakin bircə iş var: din bir o qədər də zəruri şeydirmi? Onun yolunda bu qədər çalışmağa dəyərmi? Zənnimizcə, dindən uca, ondan zəruri bir ayrı şey var. Onun adına həyat və yaşayış deyirlər. Biz həyatı sevsək, onu yüngülləşdirsək, ən həqiqi mömünlüyə çatarıq... Bu fikirləri keçən məktublarımda cənabınıza məlum eləmişdim. Artıq təkrara lüzum yoxdur.
Səkkizinci fəsil1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
Üçüncü hissə1**Allahqulu Kazımın daxmasına girdikdə Kazımı körpə uşaqları ilə bərabər kürsüdə gördü. Kürsü gödək qılçalı bir masa idi, bunu otağın ortasındakı ocağın üstə qoyar, ətrafına mütəkkə yığar və üstünə yorğansalardılar. Kazım mütəkkələrə söykənib yorğanı döşünə çəkmişdi;yalnız başı görünürdü. Telli və Gülnaz kənarda oturub yun darayır, Kazımın arvadı Ballı isə cəhrə əyirirdi. Alçaq pəncərəni qar basmışdı.
İkinci kitab, birinci hissə1**Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
Həyatımın 20 iliHƏYATIMIN 20 İLİ*Qarabağda talan var,