Узеир Гаджибеков: Сатира
Uyma dünyaya ey dili-qafil Nə olur bu əcuzədən hasil!*Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.
İkinci DumaBu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır.Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahasilə ələ gətirilmiş olan birinci (duma)nı dağıtdıqdan sonra, ikinci dumanı “ağzıboş” və “ifratçılıqdan” bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi.
Ordan-burdan 82Bizim yerlərdə qumar oynamaq elm oxuyub adam olmaq kimi çətin bir şey deyildir.Bir çox atalar elə ki, görürlər oğlanları oxuya bilməyirlər həmin saat məktəbdən çıxardıb qumarbazlığa qoyurlar.
Təəssüflər olsunLənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulanı mürurilə bizim içmizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi!Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq!
Ordan-burdan 83Dünən bir neçə nəfər “ürəyi yuxa” adamlar məni görüb hər biri mənə bu sözü dedi:“Proqress” qəzetinin üçüncü nömrəsində Zəngəzur acları barəsində Qarabəyov yanıqlı bir məqalə yazmışdı, oxuyandan sonra az qaldı ki, ağlayam.
Dumada müsəlman fraksiyasıƏgər bir əcnəbi Peterburqa gəlib “duma” üzvlərinə tamaşa etmək xahiş edərsə, söz yoxdur ki, ruslardan savayı sair millətlərin nümayəndələrinə dəxi xüsusi bir nəzərlə baxmağı əhəmiyyətsiz görməz və o cümlədən biz Rusiya müsəlman mabuslarını görüb, zənnimcə, xəyalından təqribən bu fikri keçirər:“İştə, bunlardır ki, iyirmi-otuz milyonluq bir camaatın paymal olmuş hüququnu müdafiə etmək vəzifəsini öhdələrinə alıb, ifasını özləri üçün iqtidarları dairəsində bilibdirlər”.
Ordan-burdan 84Rəfiqimdən məktubPeşiman olub bir Allah bəndəsi ilə rəfiq olmuşam. Hər dəfə, görürsən, mənə bir kağız yazıb bir qulluq buyurur.
Ordan-burdan 85Bu keçənlərdə İrəvandan bir kağız almışdım, məzmunu belə idi: ay Filankəs, ayıb deyilmi ki, bizim camaatı yoldan çıxarırsan! Mən də cavabında yazıb soruşdum ki, balam, nə qayırıram?Cavabında kağız gəldi ki, bəs, hə, “İrşad”ın bilmirəm hansı nömrəsində yazmışdır ki, ey müsəlmanlar, olmaya-olmaya erməniyə, urusa qatışıb, dumaya filan adamı göndərəsiniz. Bizim adamlarımız, uşaqdan tutmuş böyüyə kimi, sənin bu sözlərini oxuyan təki seçki kağızlarını cırıb getdilər hamama. Balam, allah sənə insaf versin!
Hürriyyəti-mətbuatMəlumdur ki, Rusiyada sair tayfaların mətbuatı bir hökumət senzuru tərəfindən təzyiq edildiyi halda, biz müsəlmanların mətbuatı iki senzur əmrlərinə tabe olmağa məcburdur ki, onlardan biri hökumət və digəri camaat senzurudur və sairələri yalnız bir hökumətin yaxasından tutub, hürriyyəti-mətbuat zühur etdiyi zaman, biz gərək bir əlimiz ilə hökumətin və o biri əlimiz ilə də camaatın yaxasından yapışıb azadi-kəlam istəyək.Lakin həqiqətdə hürriyyəti-mətbuat və azadi-kəlam nədir və nədən ibarətdir?
Ordan-burdan 86Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyə, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan.Həmin bu beş hürriyyətlərin üstündə bir çox qanlar töküldü. Canlar güdaza getdi. Camaat dedi: “Alacağam”. Hökumət dedi: “Verməyəcəyəm”. Camaat dedi: “Öləsən də alacağam”. Hökumət dedi: “Öləsən də verməyəcəyəm”. Xülasə, indi də elə bunların üstündə camaat ilə hökumətin arası düzəlməyibdir.
Dövlət şurası və Rusiya müsəlmanlarıBiz unutmamalıyız ki, Rusiyada bizim şadlığımıza səbəb olan dövlət duması ilə bərabər, qəm və ələmimizə bais olacaq bir Dövlət şurası dəxi mövcuddur.Dövlət şurası Dövlət dumasından qabaq dəxi ərzi-vücud etməkdə idi; ol vaxtlarda Dövlət şurası ministirlərdən və padşah tərəfindən təyin edilən üzvlərdən, təşkil edib, qanun vəzlərində ministirlər ilə müşavirədə bulunmaq vəzifəsini ifa etməkdə idi. Zatən bu məclis bürokratların zübdələrindən əmələ gəldiyinə görə camaat mənafeyinə dair heç bir təşəbbüsdə bulunmayıb, ancaq ministirlər heyəti tərəfindən vəz olunan qanun və nizamları bilamübahisə və müzakirə təsdiq etməyə məşğul idi. O səbəb görə də əvvəllərdə Dövlət şurasının vücudiədəm – nə bərabər olub, heç bir əhəmiyyətə layiq deyil idi. Lakin Rusiyada azadlıq hərəkatı başlanıb vəkaləti-maliyyə təşkili lüzum görüldüyü vaxt Dövlət şurasının əhəmiyyəti artdı. 1906-cı sənəsi fevralın iyirmisində sadir olan manifestə görə Dövlət şurasına vəziqəvanində iştirak etmək ixtiyarı verilib, heyəti dəxi bir dərəcəyə qədər təğyirə möhtac oldu.
Ordan-burdan 87Tazə xəbərlərBakıda – işlər elə haman təhərdə qalıbdır. Gecələr səhərə kimi partapart, günüzlər də get qazamatda yat.
Ordan-burdan 88Dövlət dumasına dairBir neçə vaxt bundan irəli teleqraf xəbər gətirdi ki, Dövlət dumasının otağının polu (fərşi) özbaşına yanıbdır... Dünən yenə teleqraf xəbər verdi ki, indi də Dövlət dumasının səqfi uçub tökülübdür. Sabah da teleqram xəbər verəcəkdir ki, Dövlət dumasının bir divarı yıxılıbdır. Ondan sonra eşidərsən ki, Dövlət duması yerli-dibli uçubdur. Lap axırda da xəbər gəlir ki, Dövlət dumasını qovdular.
Dərin quyularRusiya məmləkəti müxtəlif millətlər tərəfindən iskan edilibdir və indiki Rusiya padşahlığını təşkil edən dəxi bu millətlərdir. Bunlardan ən böyük, əvvəl rus milləti olub, sonra müsəlman millətidir. Sair millətlər isə nüfuzca bu ikisindən azdır. Lakin bunlar bu azlıq ilə bərabər yenə də müsəlman və rus millətlərindən xoşbəxt ədd oluna bilərlər. Çünki bunların hər biri öz-özlüklərində ayrı-ayrı cəmiyyətlərdən ibarət olub, zahirdə müttəhid və müttəfiq göründükləri kimi, batində, yəni, öz üzvləri aralarında dəxi müttəfiq və müttəhiddirlər. Odur ki, hər bir tədafe və təərrüz məqamında ümumi, milli bir ittifaq təşkilinə məcburdurlar.Bunların bu zahiri və batini ittifaq və ittihadi-millilərinə səbəb odur ki, bu qədər zaman hökmfərma olan mütləqiyyət nə qədər səy və kuşişdə bulundusa, yenə də bu millətlərin hər birinin içində, yəni öz üzvləri arasında onları bir-birindən ayırmaq məqsədilə dərin-dərin quyular qazımaq üçün heç bir müsaid yer tapa bilmədi. O, yəni mütləqiyyət quyuları əvəzinə, yalnız əyri-müyrü və kala-koturluqlar törədə bildi. Amma yenə də bunların hamı millət mücahidlərinin birinci təşəbbüsati-həmiyyətməndanələri sayəsində bir tez zamanda təsviyə olunub və hamarlanıb yox oldu. Və bundan naşidir ki, bu millətlərin üzvləri bir-birinə əl uzadıb ümumi, milli bir ittifaq təşkil etmək üçün öz aralarında buna mane olacaq bir fəsl, bir məmaniət görməyirlər və bu səbəbə hər bir ümumi işlərdə bu millətlərin üzvləri müxtəlif əqidəli və müxtəlif nəzərli görünürlərsə də, yenə ittifaq və ittihadı əldən buraxa bilməyirlər və “biri hamısının və hamısı birinin ardınca” iş görürlər.
Ordan-burdan 89Daha görün nə var!Dünən Zəngəzurdan, Sisiyan mahalından gəlmiş bir məktubu oxudum və yenə dünən Dağıstan tərəflərindən bir əhvalat eşitdim. Nə kağızın məzmununu və nə də əhvalatın nə olduğunu burada söyləməyəcəyəm və deməyəcəyəm ki, haman kağızın axırında on nəfər adamın qolu var idi və Dağıstan əhvalatını söyləyən adam da çox mötəbər şəxs idi. Heç burasını söyləməyəcəyəm ki, kağızı yazıb qol qoyanlar Sisiyan mahalında bəzi “Molla” adlı, amma, iblis sifətli adamlardan şikayət ediblər (belə rəvayət eləyirlər ki, iblis həmişə insanları bir-birinə yaği eləyir) və heç ağız açmayacağam ki, Dağıstan ətrafında qara-qara adamlar qara-qara xəbərlər salıb, qara-qara ağılları, qara-qara işlərə və qara-qara ürəkləri, qara-qara təmələrə həris etmək üçün qırmızı adamlardan qırmızı pullar alıb, qırmızı işlər görmək istəyirlər. Bunu dəxi ürəyimdə saxlayıb, heç kəsə deməyəcəyəm ki, haman “Molla” adlı və [...] sifətli adamlar mərifətsizlik zülmətinin içində ola-ola öz adlarını “alim” qoyub, nadan və qanmazların pislərindən də pis hərəkət çıxardırlar və həmin qara ürəkli adamlar da öz əcdadlarına ən alçaq bir nökərçilik edib, axırda öz qardaşlarının cəlladları olmaq divanəliyinə mübtəladırlar...
Dövlət Duması buraxılacaqmı, yoxmu?Əlan, bir-birinə zidd olan iki şayiə bizi gah məyus və gah məmnun etməkdədir. Bir şayiəyə görə hökumət, yəni baş vəzir Stolıpin və onun kabinəsi Dövlət dumasını buraxmaq fikrindədir. Digər şayiəyə görə bu xəbər əsilsiz olub, Dövlət dumasının bəqası ümid edilməkdədir.Bu şayiələrdən hansı biri doğrudur, bilmək çətindir. Çünki çox ola bilsin ki, baş vəzir Stolıpin dumada “sol firqə”lərin əksəriyyəti təşkil etmələrini gələcək hökumət üçün bir fali-bəd hesab edib, indidən dumanı dağıtmağı səlah görür. Amma o biri tərəfindən dəxi məlumdur ki, dumanın “sol”ları hələ heç bir şiddətli və ifratlı tələblərdə bulunmayıbdırlar ki, bu da onların qovulmasına bəhanə olsun.
Ordan-burdan 90Belə rəvayət eləyirlər ki, stolıpinlər və sair ministirlər birinci dumanı dağıtdıqlarına görə çox böyük peşiman olub, əllərini dizlərinə çırpırlar və hərdən deyirlər: vay, fələk, evin yıxılsın, bu nə pis iş idi ki, bizim başımıza gətirdin! Fələk də deyir ki, balam, mən nə qayırım, əvvəlinci dumanı dağıdan da siz oldunuz, ikinci dumanı yığan da. Ministirlər də başlarını aşağı salıb, qəm və kədər ilə deyirlər: axı, biz nə bilirdik ki, ikinci duma belə yaman olacaq. Fələk də cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz...Da fələyin o biri sözlərini hələ eşitmək mümkün deyil; çünki burada “hürriyyəti-mətbuat”ın axır-uxurudur.
Hökumət və millətBəşəriyyətin tarixinə, tarixi-tərəqqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək, bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür.Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kəmalə malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə münazzəm və qəvi bir şəklə girdi.
Hökumət bəyannaməsi və Dumaİndiyə qədər hamı buna müntəzir idi ki, görsünlər, hökumət dumanın, yəni millət məbuslarının çağırılmasına razı olub da nə məramnamə hazırlayıbdır? Parlamenti, yəni məclisi-məbusanı olan dövlətlərdə qaydadır ki, məclis güşad edildikdən sonra hökumət idareyiməmləkət haqqında öz məramnaməsini açıb məbuslara bəyan edir. Məbuslar dəxi həman məramnaməni öz xüsusi məramnamələrinə vuruşdurub, müvafiq olmasa onu tənqid edər və bununla bərabər hökumətə ki, vüzəra heyətindən ibarətdir, ədəmi-etimadını göstərir. O surətdə vüzəra heyəti istefa verib əvəzində digər bir heyət təşkil olunar.Bizim hökumət yəni vüzəra heyəti dəxi öz məramnaməsini hazırlayıb duma əhlinə elan etməyə amadə idi. Bu məramnamə bir çox əhəmiyyəti haiz olduğuna görə, kəmali-intizar ilə gözlənir idi.
Ordan-burdan 91Hamıya məlumdur ki, müsəlmanların içində bu cürə bir qayda vardır.Məsələn, birisi durub, bir söz deyəndə ki, filan iş belədir, o birisi cavab verər ki, yalançının özünə lənət! Əgər əvvəlinci desə ki, olsun, bil ki, yalançı deyil, yox deməsə və acığı tutsa, bil ki, yalançıdır.
Ordan-burdan 92Müsəlmanlarda bir məsəl var, deyirlər ki: “Ağac bar gətirdikcə başını aşağı dutar”. Amma, bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların “ağacları” bar gətirdikcə başlarını yuxarı dutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı duturlar ki, qapaz vurana “rahət” olsun.Yenə müsəlmanlarda bir məsəl var ki: “Yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər”, amma bainhəmə müsəlmanlarda bir qayda da vardır, yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.
Ordan-burdan 93Suallar və suallara da cavablarS. – Dünyada hamıdan çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir?
Ordan-burdan 94– Qırırlar. – Tərifləyirlər.– Kimi? – Kimi?
MüalicəBir pərdəli komediyaƏ h l i - m ə c l i s:
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.