Cəlaləddin Mirzəyə
1871-ci ilin sentyabr ayında həzrət-əşrəf şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti
Həzrət-əşrəf və əmcəd-vala, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm:
Birinci, 29 iyul tarixində keçən mübarək məktubunuzun cavabını əziz dostum Manukci Sahibin məktubunun cavabı ilə birlikdə sizə göndərmişəm. Məktubların gec çatmasının səbəbini bilmirəm.
İkinci, əziz vücudlardan olan Mirzə Tağı Təbibin vasitəsilə mənim başımı yüksəltmək üçün göndərdiyiniz məktubu oxuyaraq, nəvvabimüstətabın səlamətliyi və göz ağrısının keçməsi münasibətilə qat-qat sevincim artdı. Mirzə Tağının söylədiyinə görə, sizə Məkkəyə getmək icazəsi verilmişdir. Bu xəbəri eşidərkən sizi görmək arzularımın atəşi qəlbimdə alovlandı.
Hazırda sizə ətraflı məktub yazmaq üçün bir dəqiqə də vaxtım və macalım yoxdur. Qismət olarsa, bir az sonra ölkənin vəziyyəti və öz fikirlərimizin və işlərimizin gedişi haqqında, habelə Ruhül-qüdsün nə vəziyyətdə olması və İstanbulda onun əlifbasına qarşı çıxanların necə böyük həngamə törətməsinə dair müfəssəl məktub yazıb göndərəcəyəm.
Bu kiçik məktubumda ancaq şahzadə həzrətlərinə Mirzə Tağını mənə nişan verdiyi üçün öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən onu öz fikrimə və təbiətimə çox uyğun bir adam kimi tanıdım. Özümə həmfikir hesab edib, düşündüklərimi ona söylədim və son dərəcə şadam ki, nəhayət, bu xaraba qalmış şəhərdə elə bir adama rast gəldim ki, bir neçə saatlığa da olsun, onunla sərbəst söhbət edə bildim. Mirzə Tağı hüzurunuza gələrkən təfsilatı sizə söyləyəcəkdir. Onun vasitəsilə və onun xətti ilə yazılmış bəzi əlavələri xidmətinizə göndərirəm və xahiş edirəm ki, onları qoyduğum işarələrə əsasən, məlum nüsxənin lazımi yerlərinə əlavə edəsiniz ki, sizdəki nüsxə təkmilləşmiş olsun. Bu əlavələr olmadan, sizdəki nüsxə naqis hesab olunur.
Əziz dostum Manukci Sahibə mənim salamımı yetirməyinizi xahiş edirəm. Ona deyiniz ki, yenə də öz “Səyahətnamə”sini mənə göndərmişdir. O bu kitabı keçmişdə də mənə göndərmişdi. İndi xahiş edirəm ki, “Əncümən araye-huşəng” kitabını mərhum atamız lələbaşı Rzaqulu xan Hidayətin yazdığı qədim fars lüğəti ilə bərabər, mənə göndərsin. Bu kitabları göndərməyi o, özü mənə vəd etmişdir. Bundan başqa ona deyiniz ki, Mirzə Tağının gətirdiyi əlavələri o da öz əlində olan nüsxəyə əlavə etsin! Eyni zamanda, bu əsəri çap etdirmək haqqında öz fikrini və mənim keçən məktubumun cavabını tezliklə yazsın! Əgər məktubum ona çatmamışdırsa, mənə bildirsin ki, surətilə yazım göndərim. Hər halda cavab gözləyirəm. Manukci Sahib bu dəfə də öz “Səyahətnamə”sini məktubsuz göndərmişdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-celaleddin-mirzeye-5
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dövləti-əliyyeyi-İranın birinci şəxsi Müstövfiyul-Məmalikə yazılmış məktubun surəti**Dövləti-əliyyeyi-İranın birinci şəxsi cəlal sahibi Müstövfiyül- Məmalik cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!
İran konsuluna məktubDövləti-əliyyeyi-İranın konsuluna yazılmış ərizənin surəti dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu, cəlal sahibi ikinci sərtib Əli xan cənablarına onun səadəti daimi olsun!**Nəvvabi-müstətabi-alinəsəb, impera- torzadə Qafqaz canişinin xidmətində Şərq dilləri mütərcimi olan mayor*
Mirzə Hüseyn xana məktubMirzə Hüseyn xana yazılmış məktubun surəti**Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!
Həsənəli xana məktubHəsənəli xana yazılmış məktubun surəti**Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun!
Стихи других поэтов
می دهد خاموشی من سرمه غماز مرا
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
BilənlərəEy dil, baxırmısan gölü dərya bilənlərə,Zaği-siyahı bülbüli-şeyda bilənlərə.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu