1871-ci il mayın 20-də İran dövlətinin İstanbuldakı səlahiyyətli səfiri Həsənəli xanın vasitəsilə cənab Ruhül-qüdsə göndərdiyim məktubda bu məsələlər yazılmışdır

Birincisi, əzəmətli ağa Həsənəli xanın da əlifbanı dəyişdirmək məsələsinə zidd olması haqqında mənə Tehrandan yazmışdılarsa da, lakin onunla görüşdükdən sonra məlum oldu ki, bu xəbərin qətiyyən əsli yoxdur və bütünlüklə iftiradır.

İkincisi, cənab Ruhül-qüds! Vəzir və Şeyxin əlifbanı dəyişdirmək haqqındakı sual-cavabını oxuduqdan sonra mən yeni əlifbanın xaçpərəstlərin əlifbası kimi soldan-sağa yazılmasının lazım və vacib olduğu qərarına gəlmişəm və özümün bu xüsusdakı dəlillərimi yazaraq, keçən məktublarımda sizə göndərmişəm.

Üçüncüsü, məlumunuz olsun ki, Tehrana göndərdiyim məktublarda mən aşağıdakı sözləri də yazmışam: “Dəmir yolu vacibdir; amma əlifbanı dəyişdirmək ondan çox vacibdir. Teleqraf vacibdir, amma əlifbanı dəyişdirmək ondan çox vacibdir. Dövlət qanunlarını tətbiq etmək vacibdir, amma əlifbanı dəyişdirmək ondan daha çox vacibdir”.

Bu sözlərdən aydın olur ki, mən dövlət qanunlarının tətbiq olunmasına heç də müxalif deyiləm. Ancaq əlifbanı dəyişdirməyi ondan daha vacib hesab edirəm. Ona görə ki, xalqı tərbiyə etmədən, qanunların heç bir faydası ola bilməz.

Bu gün Mirzə Nəbi xanın oğlu Tehranda əlifbanı dəyişməyin lüzumuna məhəl qoymadan, qanunların tətbiqinə başlamışdır. Mən sizi xəbərdar etmək istəyirəm ki, bu iş baş tutmayacaqdır.

Dördüncüsü, sizdən xahiş edirəm ki, ürəkdən sevdiyim əziz qardaşım cənab Münif əfəndinin mənim məktublarıma nəyə görə cavab verməməsinin səbəbini mənə bildirəsiniz.

Beşinci, Qafqazın Şeyxülislam cənabları sizə çoxlu salam yetirir və xahiş edir ki, onun İstanbul Şeyxülislamı kimi tərəqqinin düşməni olduğunu zənn etməyəsiniz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Beşinci məclis

ДЕЙСТВИЕ ПЯТОЕ(Сцена происходит спустя дней 12-ть после ареста Гаджи-Кара в кочевье. Гейдар-Бек сидит в кибитке вместе с своею женою, на другой день после свадебного вечера. На дворе играет зурна; поются поздравительныя песни, молодые люди пляшут).

17 мин
“Kəmalüddövlə məktubları”nın üzünü köçürən şəxsin islam xalqlarının şəriət xadimlərindən birinə göndərdiyi məktubun surəti

(h. 1280-ci ildə)Bilik və mə’rifət sahiblərinə aydın və aşkardır ki, heç bir əsrdə və heç bir zaman dünya dinsiz və zındıq adamlardan xali olmamış və olmayacaqdır. Bu adamlara acıqlanıb qəzəblənmək heç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, həm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öhdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-hesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların hansının öhdəsindən gələ bilərik?

5 мин
Kəmalüddövlənin əvvəlinci məktubu

Rəməzan ayında, sənə 1280-də Təbrizdən*Ey mənim əziz dostum Cəlalüddövlə, axır sənin sözünə baxdım, ingilis və firəng və Yengi Dünya səfərindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam; kaş gəlmiyəydim, kaş bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər, görmiyəydim və oların əhvalından xəbərdar olmuyaydım. Ciyərim kabab oldu. Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güştasib və Nuşirəvan və Xosrov-Pərviz ə’sarında var idi?..

35 мин
İkinci məktub

Genə Təbrizdən, rəməzan ayında, sənə 1280-də*Ey ruhi-əzizim Cəlalüddövlə, bu məktubumda axund Molla Sadığın və’z məclisini sənə vəsf edirəm. Heyrət et, tüklərin biz-biz dursun. Amma çihasil, mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil, əhli-İran qalibən bisavaddırlar. Bəlkə despotun ədəmitəvəccöh və ehtimamından və üləmanın biinsaflığından və bərbəriyyət zamanının hürufunun qüsurundan onların mindən birisi oxumağa qadir deyil. Bərfərz beş-on nəfər mənim mətalibimi oxudu, anladı, aya bununla murad hasil olurmu?

1 ч 15 мин

Стихи других поэтов