Страница 2 из 2 · 50%

Mən sənə dedim get İranı bir gəz, öz həmməzhəblərinlə bir neçə gün dur-otur, könlün açılsın və qəm-qüssədən bir az ifaqə tap; demədim ki, get, bizim dinimizi və məzhəbimizi bərhəm vur.

Külli-dünyadə hər taifə bir din, bir məzhəb tutubdur. Əgər başqalarının dini və məzhəbi həqdir, bizimki niyə həqq olmasın? Əgər nahəqdir, dahı nə eləyək, el ilə gələn qara gün bayramdır. Necə ki, ərəb deyir:

Həqq-təala özü o əzəmət və cəbərutu ilə hər beş gündə Tur dağına gəlib, ağacın dalısına girib, həzrəti-Musa ilə danışmağa ərinmədi, elə bizim peyğəmbərimizin yanına Cəbrailini göndərməyə gərək ərineydi?

Özgələri ölənləri təzədan dirilən [və göyə uçan] e’tiqad edirlər. Aya, biz bir dirini ölməyən və qaib olan e’tiqad etsək, göy kişnəyib, yer zəlzələ edəcək?

İran şahzadələrinin səyaqi-rəftarını zəmm edib, onların üyubunu mənə xatir-nişan eləyirsən. Əqdəm bizim İran torpağında səlatin sil-siləsində bu səyaq rəftar hərgiz mə’ruf və mə’mul deyildi. Bu səyaq rəftarı və bu gunə rəsmi İran torpağında səlatini-Moğol mücra və mə’- mul etdi. Yə’ni əvvəl Çingizilər və sonra sənin babaların Teymurilər.

Əgər bu səyaq rəftar fəzilətdir, sənin babalarından bizə yetişibdir. Əgər qəbahətdir, bunun nisbətini bizə niyə verirsən? Mərhəba sənə, ey Kəmalüddövlə, əgər vaqeən sən belə filosof idin və öz əqidəncə mətalibi-aliyeyi-politikadan belə xəbərdar idin və bilirdin ki, despotluq pisdir, padişah gərək fəramuşxanələr açsın və məcmə’lər yapsın və millət ilə ittifaq etsin və millət ilə yekdil və yekcəhət olsun və özünü millətə məhbub eləsin və milləti özünə mürid və cannisar qılsın, konstitusyon qayırsın, parlamentlər tərtib etsin, qəvanin qoysun, tainki mülkü zəval tapmasın, pəs niyə dədən Zib-Övrəngə bu və’zlərdən vermədin ki, dediklərinə əməl edəydi, ingilis gəlib ölkəsini əlindən almayaydı və səni və qardaşlarını qapılara salmayaydı və millətinizi xar və zəlil etməyəydi?

Bizim padişahımız despot isə də, Allaha şükür, genə özümüzdəndir, Allaha şükür ki, biz sizin kimi biganə millətin əlində giriftar olmamışıq. Külli-cahaniyana mə’lumdur ki, ingilis Hindistan əhalisi ilə nə qism rəftar edir? Məgər sivilizasyon tapan ingilis və qəvanin sahibi ingilis, Hindistan əhli ilə despotdan yaxşı müamilə eləyir? Olara nisbət min mərtəbə genə despota rəhmət.

Allahı sevərsən, Kəmalüddövlə, İranda çox durma, qayıt çıx gəl; qorxuram səndən ziyadə fəsad törəyə! [O fransızların atası gorbəgor olsun ki, sən iki-üç gün olarnan oturub-durdun və olardan bir para cəfəngiyat öyrəndin]. Sənin əqlinə bişübhə rəxnə yetişibdir.

Bundan sonra mən səni Kəmalüddövlə xitab etmiyəcəyəm, bəlkə Nöqsanüddövlə xitab edəcəyəm. Allahı sevərsən, var, çıx gəl işinə, öz qəmini çək, öz dərdini çək, cızığından çıxma!

Göndərdiyin tənbəki bəstəsi yetişdi. İstədiyin durbini alıb Hacı Abdullah mirvarifüruşi-Bəğdadinin adına Rəştə göndərdim. Xudahafiz.

Cəlalüddövlə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mürafiə vəkillərinin hekayəti

Представление об удивительном происшествии.которое излагается и завершается

1 мин
Əvvəlimci məclis

Происходит б городе Тебризе, на улице Баги-Меше, в доме Хаджи-Гафура, Его сестра Секина-ханум стоит у окна.Секина-ханум. Гюльсеба! Эй, Гюльсеба!..

17 мин
İkimci məclis

Происходит в доме Ага-Мардана Халвачи-оглы.Ага-Мардан (один). Что это Ага-Керим так опаздывает? Может, он задержался из-за дела Ага-Салмана. Если все пойдет, как я задумал, то слава моя в Тебризе вознесется до небес, не говоря уже о том, сколько я заработаю _на этом деле. Профессия адвоката — неисчерпаемый источник доходов, если, конечно, постигнуть все ее тонкости. Ну в этом отношении, слава аллаху, я кое-что умею.

20 мин
Üçümcü məclis

. Происходит в помещении суда. На председательском месте сидит казий. Справа от него А г а-Р а х и м и А г а-Д ж а б б а р, слева .А г а-Б а ш и р и А г а-С а т т а р — постоянные судебные заседатели. Пониже сидит Ага-Мардан, защитник вдовы Хадж и-Г а ф у р а.Ага-Башир (обращается к казию). Слава вашей прозорливости и мудрости, ага! Вы знаете, что сделала та вчерашняя женщина, приходившая с жалобой? Оказывается, она сама вытащила у мужа из кармана три тумана, избила его, поцарапала себе лицо, вырвала волосы и пришла жаловаться на мужа.

45 мин

Стихи других поэтов