Yaman yerdə qoyub getdin,Qaldım yaxıla-yaxıla.Bu hicranın əzablarıSığmaz ağıla, ağıla,

Həsrətinlə ayaq tutdum,Hara gəldi getdim, getdim.Yaşa doldum, boya yetdim,Qaldım yıxıla-yıxıla.

Məhəbbətdə oldum naşı,Ürəyimin yandı başı.Gözlərimin dondu yaşı,Qaldım boğula-boğula.

Sənsiz günüm talan oldu,Yandım, Kərəm yalan oldu.Kərpic-kərpic viran olduÖmrüm dağıla-dağıla.

Mən ki səni əzizlərdim,Gül becərdim, tikan dərdim.Həsrətindən sonsuz dərdimDöndü nağıla-nağıla.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке