Страница 3 из 3 · 67%

Qəzalardan gəlmiş müdavimlər az-çox yaşaya biləcək bir mənzil bulmadılar.

Səhnəmizin böyük nöqsanlarından biri də aktyorlarımızın danışıq dili, düzgün bir natiqəsi (diksiyası) olmamasıdır. Bu cəhət məktəbdə ilk planda qoyulmalı ikən, bu vaxtadək bir diksiya müəllimi tapılmamışdır.

Teatrda çalışacaq məktəb müdavimlərinə pyesləri təhlil etmək lazım ikən, bu vaxtadək teatr məktəbində bu əsərlər xüsusunda bir söz söyləyən, bir məruzə dinləyən olmamış və ehtimal ki, bu günədək teatr məktəbi müdavimləri arasında bu əsərlərin nə olduğunu, qəhrəmanlarının kim olduğunu lazımınca düşünən və (xarakterin) nə olduğunu bilən yoxdur.

Sözlərimizin xülasəsini deyərsək, bu gün Xalq Maarif Komissarlığı iki mühüm iş görmüşsə, biri teatr məktəbini açmasıdır. Bu gün məktəb lazımi yüksəkliyində deyilsə, onu sabah yüksək bir dərəcəyə qaldırmağa çalışmalıdır. Bu gün çox zəif gedən məktəbin sabah parlaq nəticə verəcəyi və bizim teatrlarımızı, klublarımızı və qəzalarımızı hazırlıqlı aktyor qüvvələri ilə təchiz edəcəyi şübhəsizdir.

Təkliflərimiz:

  1. Bütün dərslər üçün proqram tərtib edilməli və ümumiyyətlə, məktəb olduqca müəyyən bir hədəfə doğru yönəldilməlidir.

  2. Dərslərin tərcümə işləri müntəzəm yoluna salınmalıdır.

  3. Keçilmiş dərsləri türkcə hazırlamaq imkanı verəcək dərs kitablarını hazırlatdırmağa çalışılmalıdır.

  4. Deklamasiya dərsləri üçün, bu cəhətcə az-çox bacarıqlı adamlardan bir heyət düzəltməli, rus və başqa dillər üçün olan kitablardan istifadə elədiyimizə uyğun bir üsul yaradılması həmin heyətə tapşırılmalıdır.

  5. Məktəb üçün dərs aparmaq imkanı verəcək bir mənzil tapılmalıdır. Bundan başqa məktəbdə dərslər praktik bir əsas üzrə qurulmalı, hər 10-15 gündə keçdiyi dərsləri açıq səhnələrdə nümayiş etdirməlidir.

Buna görə məktəb üçün mükəmməl təchiz edilmiş xırda bir səhnə ayrılmalıdır. Məktəbə bugünkü Tənqid-Təbliğ Teatrı səhnəsindən istifadə imkanı verilərsə, çox gözəl olar.

  1. Mümkün qədər bütün qəzalardan yeni müdavimlər cəlbinə və gələnlər üçün az-çox yaşaya biləcək bir mənzil tapılmasına və ümumiyyətlə, məişətlərinin mümkün qədər yaxşılaşmasına çalışmalıdır.

  2. Müəllimlər heyəti gözdən keçirilməli, qurulacaq məramnamə üzrə artıq dərslər çıxarılmalı, çatışmayan dərslər üçün lazımi tədris qüvvələri cəlb edilməlidir.

  3. Məktəb ilə Dövlət Darülmusiqi arasında bir kontakt düzəltməyə çalışmalıdır. Xüsusilə, opera şöbəsinin səhnə texnikası cəhətini məktəb, musiqi cəhətini isə Darülmusiqi təmin edə bilər.

Son vaxtlar A.F.K. İdarəsi yanında açılan kinostudiyanı teatr ilə mümkün qədər sıx bir surətdə mərbut etməlidir. Yeni studiyada da nəzəri dərslərə ehtiyac olduğundan, mümkün olursa, həmin studiya teatr məktəbi yanında açılmalıdır ki, beləliklə, nəzəri və əməli dərslər müttəhid keçildiyindən, maddi cəhətcə daha çox qazanıldığı kimi, bu məktəbin də ciddiləşməsinə və həvəslə çalışmasına səbəb olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов