Содержание
  1. Bir neçə söz
  2. Birinci hissə
  3. Müqəddimə
  4. Şifahi və yazılı ədəbiyyatımız
  5. İştə ədəbiyyatımızın getdiyi yol
  6. Şifahi ədəbiyyatımız
  7. Bayatı
  8. Ağı
  9. “vəsfi – hal”
  10. Sayaçı sözləri
  11. Düzgü
  12. Tapmaca
  13. Yazılı ədəbiyyatımız
  14. Nəsimi
  15. Xətayi
  16. Füzuli
  17. İkinci hissə
  18. Mirzə fətəli axundov
  19. Zakir
  20. Durnalara xıtab
  21. Kazım bəy
  22. Şirvanlı seyid əzim
  23. Sabir
  24. Yaralı quş
  25. Osmanlıda yetişmiş
  26. Azərbaycanlı müəlliflər

Страница 2 из 9 · 11%

Şifahi və yazılı ədəbiyyatımız

Hər bir millətin ədəbiyyatı, məsələn, bizim dəxi ədəbiyyatımız iki qismə ayrılır: şifahi və yazılı. Azərbaycan şifahi ədəbiyyatı türk xalqının qüvveyi-fikriyyə və zehniyyəsi məhsuludur. Yazılı əsərlər isə son zamana qədər fars təsiri altında olmuş.

Şifahi ədəbiyyatımız türk milləti qədər qədimdir. Yazılı ədəbiyyatımız başqa bir yolla inkişaf edib.

Ədəbiyyat getdikcə saraylardan; əşraf və əyan məclislərindən xalqa doğru enməyə başlayıb. Və uzun müddət fars bürokratizmi ilə türk demokratizmi mübarizə etmiş və axırda türk xəlqçiliyi qələbə çalmışdır.

İştə ədəbiyyatımızın getdiyi yol

Bu yolları tədqiq etmək üçün Azərbaycana dair yazılanlara müraciət etməliyik.

Osmanlı coğrafiyunu Katib Çələbi Azərbaycanı təsvir edərkən riçallarına dair yazır: “Bu iqlimə mənsub olan müşahirdən xaqani-kəbir Mənuçöhrə mənsub şair məşhur olub, beş yüz səksən ikidə vəfat etmişdir. “Fələki” şair; və Mövlana Kəmaləddin Məsud ki, kəlam və məntiq və həkimatdə fəridi-əsr idi, doqquz yüz beşdə vəfat etmişdir; Mövlana Nasirəddin ki, oğlu Ruma gəlmişdir; və Mövlana Rüknəddin ki, tibbdə yəd-tuli sahibi idi. Və Əbülüla Gənci, Şirvanda şairiməşhurdur. Və fiqhayi-şafiyədən təbəqat sahiba Tiflisidir; və “Qanuniədəb” sahibi dəxi ol bələdəyə nisbət olunur”.

Fələki, Əbülüla və sairə Azərbaycana mənsub edirlərsə də, bunlara dair lazım dərəcədə məlumatımız yoxdur. Məhəmməd Mömin Fələki Xaqani ilə müasirdir. Ikisi də Gəncəli Əbülülanın şagirdi olublar və eyni zamanda Şirvan şahı Mənuçöhrün məddah şairlərindəndirlər.

Osmanlı səyyahı Övliya Çələbi on birinci əsr hicrinin ortasında Təbrizi gəzmiş və orada 78 ədəd divan sahibi “fəsih-ül-lisan”, bədüül-bəyan, əmləhüş-şüəra ərbabi-maarifi olduğunu xəbər verir. Zavri, Şabi, Saibi, Ədhəmi Cakəri, Cabi, Razi, divan Sahibi Seydi və Əhdi... kimi adlar sadalayır.

Övliya Çələbinin rəvayətləri mübaliğəli olsa belə, Azərbaycan paytaxtı Orta Şərqin yeganə türk mərkəzi olaraq, şair və ərbabi-elm adamları özünə cəlb edə bilirdi. Bu hal təbiidir. Lakin imdilik Övliya Çələbinin xəbərlərini təhqiq etməyə əlimizdə kafi məlumatımız yoxdur. Gələcəkdə Şərq və qərbin kitabxana və muzeyləri tədqiq olunarsa, zənn edirik ki, bir çox məsələlər aydınlaşar.

Hacı Kamal “Cameün-Nəzair”ndə iki yüz altmış altı “kamil” şairlərin əsərlərinin nümunələrini toplayıb, ləhcə etibarilə bu şairlərin bir çoxları Azərbaycana mənsubdurlar. Lakin bir çoxlarının tərcümeyihallarına dair əlimizdə heç bir vəsiqə yoxdur.

Gilanlı Sadiqinin təzkirəsi bir az bizə izahat verir: Qarapa oğlu Şahqulu bəy, Təbrizli həkim Bədik, Pirqulu bəy, Tənhayi bəy, Mövlana Kəlbəli Təbrizi kimi bir çox şairlərin qısa tərcümeyi-hallarını və şeirlərinin nümunələrini göstərir.

Şifahi ədəbiyyatımız

Azərbaycan türkləri zəngin bir xalq ədəbiyyatına malikdirlər. Əvvəldən bəri, nəsildən-nəslə keçib gələn bu ədəbiyyat hal-hazırda bu parçalara ayrıla bilir: Nağıl; Atalar sözləri (məsəl); Bayatı; Ağı; Vəsfi hal; Sayaçı sözləri; Düzgü; Tapmaca (bilməcə) və sairə.

Xalq ədəbiyyatı çoxdan bəri mühərrirlərimizi maraqlandırır. Rus pedaqoqlarını təqlidən, məktəb kitablarında şifahi ədəbiyyat parçalarından həmişə istifadə olunub. Bütün mühərrirlərimiz yazmağa başlamadan əvvəl xalq ədəbiyyatını toplayıb, öyrənirlər. Heyfa ki, ciddi bir məcmuə vücuda gətirilməyib və toplananlar da təb olunmayıb. Halbuki, şifahi ədəbiyyatımızda şayani-tədqiq bir çox nöqtələr var. Məsələn, bir nağıl ilə xalqın bütün fəlsəfeyi-fikriyyəsi ifadə olunur. Hər nağıl həqqin nahəqqə qələbə çalmasının parlaq bir dastanıdır. Millətin əhvaliruhiyyəsinə vaqif olmaq üçün bir nağılın fəlsəfəsiylə aşina olmalıdır.

Həkaza, “Atalar sözləri” – millətin uzun təcrübələrinin məhsulu, qüvveyifikriyyəsinin münəkisi, babaların övladlara nəsihətidir.

Qələm yazanı qılınc poza bilməz.
Halva, halva deməklə ağız şirin olmaz.
Özgə atına minən tez düşər.
Ayı meşədən küsüb, meşənin xəbəri yox.
Yaman arvad, yaman qonşu, yaman at,
Birini boşla, birindən köç, birin sat.
İt hürər, karvan keçər.
Bəy verən atın dişinə baxmazlar.

Bayatı

Bayatı dörd misradan ibarət xalq şeridir ki, əksərən ilk iki surətizahirdə məzmunca son misra ilə qeyri-mərbut kimi görünür:

Ay doğdu qəlbiləndi,
Doğduqca qəlbiləndi,
Quran gətir and içim,
Bu qəlb o qəlb iləndi.
Bağça məndə, bar məndə,
Heyva məndə, nar məndə,
Sinə əttar dükanı,
Hər nə desən, var məndə.

Ağı

Azərbaycanda vəfat vücudunda arvadlar vəfatın yeddisinə qədər hər gün və bədə qırxa qədər həftədə bir dəfə pəncşənbə günləri toplanıb ağlarlar. Böylə məclisləri “Ağıçı”lar idarə edərlər. Ağıçılar ağlatmaq mütəxəssisi olaraq ağılariylə qonaqları ağladarlar.

Ağı əsasən bayatı şəklindədir. Lakin məzmunu kədəramizdir:

Bu dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.

Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar,
Belə oğlu ölən ana,
Sərgərdan gəzər ağlar.

Vəfat edən cavan oğlan olursa, ağının müqəddiməsi bu surətlə başlanır.

“Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban. Ay kimi doğdun, gün kimi batdın, minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın, saydığına salam verdin, saymadığına yan verdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun.

Altıyın bədöv atına, çiyniyin süzən tüfənginə, türkiyin dolu xurcununa, ağzıyın kəsərli sözünə anan qurban”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Beş dəqiqə

IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.

10 мин
Üsuli-cədid

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.

4 мин
Kamal

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.

8 мин
Soyuq busə

Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.

11 мин

Стихи других поэтов