Azərbaycan ədəbiyyatına bir nəzər
Содержание
- Bir neçə söz
- Birinci hissə
- Müqəddimə
- Şifahi və yazılı ədəbiyyatımız
- İştə ədəbiyyatımızın getdiyi yol
- Şifahi ədəbiyyatımız
- Bayatı
- Ağı
- “vəsfi – hal”
- Sayaçı sözləri
- Düzgü
- Tapmaca
- Yazılı ədəbiyyatımız
- Nəsimi
- Xətayi
- Füzuli
- İkinci hissə
- Mirzə fətəli axundov
- Zakir
- Durnalara xıtab
- Kazım bəy
- Şirvanlı seyid əzim
- Sabir
- Yaralı quş
- Osmanlıda yetişmiş
- Azərbaycanlı müəlliflər
Страница 3 из 9 · 22%
“vəsfi – hal”
Qışın son ayı bizim xalq həyatında maraqlı aylardan biridir. Atəşpərəst zamanımızdan qalma bir çox adətlər bu ayda icra olunur. Hər çərşənbə axşamı tonqal qalayıb, üzərindən “Ağırlığım, uğurluğum tökülsün” deyə hoppanırlar. “Cahar-şənbə deşərlər” – bir əldə bir tas su, o birində yeddi açar qapıda durub, küçədən keçənlərin ilk sözlərini dinlərlər və sonra təhlil ilə fal xeyir və ya şər ədd edərlər.
Fala baxmanın ən maraqlısı “Vəsfi – hal”dır. Bir badya su üzərinə yaylıq salınar. Falları açılmaq istəyənlər badyaya bir üzük, yaxud başqa “nişanələr” atarlar. Badyanın başında oturan xanım, badyadan çıxardığı hər bir nişanəyə bir bayatı söylər.
“Vəsfi-hal” bayatısı da məzmunca başqadır:
Göydə bir quzu gördüm,
Tükü qırmızı gördüm,
Açdılar cənnət qapısın,
Sevdiyim qızı gördüm.
Ağ at gəlir enişdən,
Sinəbəndi gümüşdən,
Bizə də nəsib olsun,
Heybədəki yemişdən.
Sayaçı sözləri
Tərəkəmə xalqı arasında heyvanat qisminə məxsusdur ki, toplanıb tədqiq olunmayıb. Firudin bəy Köçərlinin “Balalara hədiyyə” ünvanlı kitabından nümunə olaraq bir parça göstəririk:
Salam əleyk say bəylər,
Bir-birindən yey bəylər,
Saya gəldi gördünüz,
Salam verdi aldınız,
Alnı təpəl qoç quzu,
Sayaçıya verdiniz,
Siz sayadan qorxmusunuz,
Səfa yurda qonmusunuz,
Ac getsin avanınız,
Tox gəlsin çobanınız...
Düzgü
Şifahi ədəbiyyatın bu qismi çocuqlara məxsusdur ki, müəyyən və məntiqi bir məzmunda
xalidir:
Beşdi-beşdi, ha beşdi,
Ağacdan alma düşdi,
Almanın yanı zədə,
Zədəni yeməz gədə.
Çoban çöldə gəzirdi,
Dararların dizirdi.
Çoban qoyuna gedər,
Köpəyi adam didər,
Qabağında beş keçi,
Hanı bunun əgərçi.
Ərkəc qazanda qaynar
Qənbər bucaqda oynar,
Qənbər getdi oduna,
Qarğı batdı buduna...
Tapmaca
Tapmaca – bilimçələr də çocuqlara aiddir:
O yanı çəpər, bu yanı çəpər,
İçində atlı çapar. (Nehrə)
Qumu qazdım qum çıxdı,
Qumdan minarə çıxdı,
Axşam olan oğlan
Səhər bazara çıxdı. (Gecə və Gündüz)
Bir bölük atlar,
Çəməndə otlar,
Vədəsi gələndə,
Dimdiyi çatlar. (Pambıq)
Ağ çöl qara toxum,
Əlim ilə əkərəm,
Dilim ilə biçərəm. (Kağız və yazı).
Yazılı ədəbiyyatımız
Yazılı ədəbiyyatımızın təqribən altı əsrlik tarixi var. Azərbaycan ədəbiyyatının baniliyi, əvvəlcə söylədiyimiz vəchlə qüvvət və qüdrət qələmiyyəsiylə məşhur Nəsimiyə müyəssər olmuş. Nəsimi ədəbi bir dövrün başçısıdır. Ədəbiyyatımız tarixini imdilik səkkiz dövrə bölə bilirik.
Nəsimi
Seyyid İmadəddin Nəsiminin Bağdad civarından “Nəsimi” nahiyəsindən olduğunu bir çox təzkirələr söyləyirlər. Sultan Murad xan Əvvəl zamanında diyari- Rumə səyahət etdiyini nəzəri-etibara aldıqda, Nəsimi hicrətin səkkizinci əsri ortalarında yaşadığı meydana çıxır. Deməli, Azərbaycanda və İraqi-ərəbdə Elxaniyan hökmranlığı zamanına təsadüf edir.
Milliyyət etibarilə Nəsiminin türki olduğunu rus müstəşriqlərindən Smirnov söyləyir.
Etiqadatına gəlincə, Nəsimi “hürufi” təriqətinə mənsub idi. Bu təriqətin banisi Fəzlullah Hürufidir ki, nəzəriyyələrini “Cavidannamə” ünvanlı kitabçasında nəşr eyləyir.
Nəsimi səmimi bir surətdə Fəzlullaha iradət yetirmişdi və onu “Sahibi-zaman” ədd eyləyir. Onun üçün Nəsiminin fəlsəfəsi Fəzlullahın fəlsəfəsi deməkdir. Istər türk, istər farsi divanlarında Nəsimi bu fikirlərdən ayrılmır:
...Səni-şahə qılur sücud əşya,
Sənin ilə budur vücud əşya,
Məcmueyi-kainat sənsən,
Sər-dəftəri-mümkünat sənsən.
Özgədir iki cahanə sərvər,
Sənsən otuz iki nöqtə mədhər.
Can mülkünün ərməğanı sənsən,
Təndir bu cahan, canı sənsən.
Demədimi sənin üçün ol pak,
“Lövlak ləmma, xüliqət il-əflak”.
Nəsiminin şeirlərini ətraflı anlamaq üçün “Cavidannamə”yə müraciət etməlidir. Bu kitabın fəlsəfəsini başlıca bəyan edən bu fikirlərdir:
“Padşahi-ləl-yəzəl və la-yəzalın kəlmeyi-qədimi olduğu cəhətə məcmui – əşyada zahirdir”.
“Cəmi əşya kəlmeyi-”kün”dən mövcuddur və ismi-eyni-müsəmmadır. Bu vəchlə insan eyni “hər kişi ki, kəndi xilqətinə yol bulur və nəfsini bilsə rəbbin bilir; Rəbbin bilsə məqsudi hasil olur”.
“Hər kim aşiq olsa və eşqini gizləsə və pəhrizgar olsa, eşq içində ölsə, şəhid olur...”
Nəsimi diyari-Rumə səyahəti əsnasında hürufiliyi açıqcasına nəşr eyləyirdi. Hələb şəhərində bulunarkən cəzbi-allahiyə məğlub olur:
Eşq puşidə cənd başəm cənd,
Aşiqəm, aşiqəm bebanki-bülənd.
Deyə əhli-zahirdən gizlənməsi vacib sirləri söylədiyi üçün şəriət alimləri qətlinə fitva verdilər. Haləti cəzbidə demişdir:
Dəryayi-mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi,
Sirri-əzəl oldu aşikara,
Aşiq necə eyləsin müdara.
Nəsimi ən böyük şairlərimizdən biridir. Əsərləriylə ədəbi məktəb təşkil eyləyir. Sonra gələn şairlərimizin çoxları Nəsiminin təhti-təsirində olmuşlar. Xətayi də bu cümlədəndir. Nümunə olaraq bir neçə parçalarını göstəririk.
Könlümün viranəsində gənci-pünhan bulmuşam,
Olmuşam şol mahə qurban, canü canan bulmuşam.
Küfrüm ol mahin qara zülfidir, imanın üzü,
Ey bilən imanü-küfrü, küfrə iman bulmuşam.
Xızr əgər Zülmatə vardı, istədi abi-həyat,
Mən dodağın çeşməsində abi-heyvan bulmuşam.
Dişlərin əksi, nigara, nəqş olalı, könlümə
Közlərim bəhrində hər dəm dürrü mərcan bulmuşam.
Küfr əgər iman deyilsə bəs niçün düşmüş ki, mən
Küfri-zülfin həlqəsində nuri-iman bulmuşam.
Eşq dərdindən xaçan könlüm usanə, çünki mən,
Dilbərin dərdində hər dəm bunca dərman bulmuşam.
Rövzeyi-rizvanə dəvət qılma, ey zahid məni,
Çün mən ol dargahdan səhni-gülüstan bulmuşam.
Ey Nəsimi, canımı şol qaşə qurban eylədim,
Gör nə göyçək şol hilali yayə qurban bulmuşam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-azerbaycan-edebiyyatina-bir-nezer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.
Üsuli-cədidOnun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.
KamalOnun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.
Soyuq busəHə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.
Стихи других поэтов
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər