Azərbaycan ədəbiyyatına bir nəzər
Содержание
- Bir neçə söz
- Birinci hissə
- Müqəddimə
- Şifahi və yazılı ədəbiyyatımız
- İştə ədəbiyyatımızın getdiyi yol
- Şifahi ədəbiyyatımız
- Bayatı
- Ağı
- “vəsfi – hal”
- Sayaçı sözləri
- Düzgü
- Tapmaca
- Yazılı ədəbiyyatımız
- Nəsimi
- Xətayi
- Füzuli
- İkinci hissə
- Mirzə fətəli axundov
- Zakir
- Durnalara xıtab
- Kazım bəy
- Şirvanlı seyid əzim
- Sabir
- Yaralı quş
- Osmanlıda yetişmiş
- Azərbaycanlı müəlliflər
Страница 6 из 9 · 56%
Mirzə fətəli axundov
Avropa ədəbi şəkilləri birinci Mirzə Fətəli Axundov vasitəsilə Azərbaycan ədəbiyyatına daxil olur. Axundov birinci türk və bəlkə ilk İslam tyatronəvislərindəndir. Vaxtilə Krımda müntəşir “Tərcüman” qəzetəsi sərmühərriri Ismayıl bəy Qasprinski Axundov haqqında yazmışdı: “Vəzirovlar, Qənizadələr, Ayaz Ishaqovlar, istərsə Qazımuradovlar, Sami bəylər, Kamal bəylər belə sənət nəqteyi-nəzərindən Mirzə Fətəliyə nisbətlə aşağı qalırlar. Hətta ən müstəid, ən müqtədir Osmanlı ədibi Əbdülhəq Həmid bəyin əsərlərində belə Fətəlinin “Mərdixəsis” və “Müsyo Jordan”ında olan təbiilik və səmimiyyət yoxdur. “Mərdi-xəsis”, yaxud qəhrəmanının ismiylə “Hacı Qara” nə qədər, nə qədər dadlı bir komediyadır”.
Köçərli Firudin bəy haqlı olaraq Mirzə Fətəlini “milli ədiblərimizin atası” deyə adlandırır. Çünki milliyyət hissi birinci dəfə olaraq bu ədibdə oyanmışdır və Intibahın dəlili olan “Kritiçizm”də Mirzə Fətəlinin əsərlərilə başlayır. Şair Zakir Axundov ilə bərabər tənqid dövrünün nəsr və nəzmdə baniləri sayılırlar. Bu dövr gələcək üçün yollar təmizləmiş, milli inkişaf üçün böyük sahələr hazırlamışdır.
Zakir Mirzə Fətəliyə yazdığı məktubunda mühitini belə təsvir eyləyir:
Həddən aşıb büxlü həsəd, şərarət,
Yoldaş-yoldaşına eylər xəyanət.
Alimdə əməl yox, bəydə ədalət,
İşlərimiz olub saf kərdən-bucaq.
Üləmalər üz döndərib xudadən,
Usanmaz bir ləhzə cövrü cəfadən.
Başı əmmaməli seyyid, molladən,
Taətdə övladır o qatmaqurşaq.
Həq bilir ki, beli şallı hacılar,
Zəhrimar tək xəlqin ağzın acılar;
Düşəndə gözləməz ana, bacılar,
Bu əhldən: sinədağəm, sinədağ...
İIctimai həyatımızın qüsurlarını görüb, eynilə göstərən yazıçılarımızın ciddi və ən müqtədiri Mirzə Fətəli Axundovdur.
Mirzə Fətəli miladi-Isanın 1811-ci ilində Nuxa şəhərində dünyaya gəlib. Altıyeddi yaşında yetim qalan Fətəlini dayısı Hacı Ələsgər himayə edib, tərbiyə və təliminə çalışıb. Türk, fars və ərəb dillərini öyrənən Fətəlini dayısı ruhani sinfinə daxil etmək istəyirmiş. Lakin, təhsili zamanı Gəncə şəhərində filosof Mirzə Şəfi ilə görüşüb tanış olduqda Fətəli fikrini dəyişir: Avropa mədəniyyəti ilə aşina olmaq istəyir.
Bu məqsəd ilə Axundov Nuxaya gəlib yeni gəşad olunmuş Rus nahiyə məktəbinə girir.
1834-cü ildə Fətəli məmurluq həyatını başlayır: Tiflisdə Gürcüstan ümurunun baş hakimi Baron Rozenin yanında Şərq dilləri tərcümanı olur və bu qulluqda ömrünün axırına qədər qalır.
Xidmətindən asudə vaxtları Axundov rus kitablarının mütaliəsilə məşğul olarmış. Onu artıqlığınca maraqlandıran fəlsəfə, iqtisadi və siyasi elmlər idi. Ehtimal ki, Rus ədəbiyyatı təhti-təsirində Mirzə Fətəlinin tyatronəvisliyə olan meyli təyin etmişdir.
1863 tarixində Mirzə Fətəli Istambula səyahət edib və islam əlifbasının təğyiri haqqında yazdığı əsərini Sədrəzəm Fuad Paşaya təqdim etmiş.
Mirzə Fətəlinin vəfatı 1878-ci ildə şübatın 28-ci günündədir. Tiflisdə müsəlman qəbiristanında dəfn olunubdur.
Mirzə Fətəli altı komediya yazıbdır:
“Hekayəti-Molla Ibrahim Xəlil kimyagər”,
“Hekayəti-Müsyo Jordan”,
“Hekayəti-xırs quldurbasan”,
“Sərgüzəşti-vəziri-xani-Sərab”,
“Sərgüzəşti-mərdi-xəsis”,
“Mürafiə vəkillərinin hekayəti”.
Komediyalarından başqa, Axundovun “Aldanmış kəvakib” adında bir hekayəsi, türk və fars dillərində şeirləri var. Lakin Mirzə Fətəliyə şöhrət qazandıran onun gözəl komediyalarıdırlar ki, tam mənası ilə milli həyatın bir güzgüsüdür.
Vaxtilə Avropa mətbuatında bu əsərlər haqqında bəhs olunubdur. Axundovun komediyaları 1871 tarixində Mirzə Cəfər tərəfindən fars dilinə tərcümə edilibdir. Avropalılar, görünür, ilk dəfə Mirzə Fətəlinin əsərlərini farscada görmüşlər.
Onun üçün firəng və ingilis tərcümələrində “Fars komediyası” deyə adlandırırlar. Məsələn, Barbiyer de Munard 1886-cı tarixdə basılan tərcüməyə “Troiz comedie persanes” deyir. Lakin bəzi tərcümələrdə “Türk komediyası” deyənlər də var.
Mirzə Fətəlinin şeirlərindən nümunə olaraq Qasım bəy Zakirə yazdığını göstəririk. Bu şeri Qarabağlı Mehdiqulu xanın qızı Xurşid bəyim Natəvan haqqındadır.
Zakir
Qasım bəy Əli bəy oğlu Zakir Qarabağ əsilzadələrindən olub, ömrünün çoxunu irsi mülkləri olan “Xızırstan” kəndində keçiribdir.
Xalq arasında həmişə hörmətə malik Zakir bir də qocalıq vaxtı xilafi-qanun bir məsələdə müttəhim olunub, ailəsilə bərabər vətənindən sürülür. Tiflisdə namdar dostları vasitəsilə Zakir haqqın meydana çıxmasına çalışıb. Bakıda üç ay sürgün həyatı keçirdikdən sonra yenə vətəninə qayıdıbdır. Bu vaqiəni Qasım bəyin Mirzə Fətəli Axundova yazdığı bir məktubunda belə anladır:
Piranəsərlikdə çərxi-kəcrəftar
Eylədi vətəndən dərbədər məni.
Neyləmişəm, bilməm, dövri-zalimə,
İncidir düşəndə bu qədər məni.
Qarabağ mülkündə mən bəxti siyah,
Bir ağ gün görmədim, Allaha pənah.
Saldı bəlalara bicürmü künah
Bir neçə müfsidü təxmi-xər məni.
Sən bir piri-tənha, zülm bihesab,
Müşküldür gətirmək bu möhnətə tab.
Yaman deyə-deyə eylədi xərab
Hamıdan ziyadə üç nəfər məni.
Biri fasiq, façir, hədsiz zinagar,
Biri əyri-üyrü, xeyli nahəmvar,
Biri danışanda baş-ayaq atar,
Bir neçə it tutdu bixəbər məni.
Adəm idim, əbəs yerə zay oldum,
Vilayət içində rusivay oldum,
Oğrulara, quldurlara tay oldum,
Sanırdı xəlayiq peyğəmbər məni.
Bu məktubda ağsaqqal Zakirin nə qədər təhqir olunduğu səmimi bir dil ilə yazılıb. Zakir hicrətin 1271-ci ilində vəfat edibdir.
Əsərlərini üç qismə ayırmaq olar: həzliyə və həcvlər, “erotik” şeirlər və klassik” qismi ki, Iran təsiri altında yazılıbdır. Zakiri tam mənası ilə milliləşdirən, bizim ağacın meyvəsi edən şeirlər onun həzliyə və həcvləridirlər. Azərbaycan təbiətinə məxsus zərafət, kinayə, kəlayə və bəzən acı rişxənd və köhnələri bəyənməyib, yeni bir şey axtarmaq... Bu nöqtələrdə Zakir bizim ilə həmruh və həmdərddir.
Sürgün həyatını dostu Mirzəyə anladıb, şikayət edərkən, orada da zərafət və lətifədən vaz keçmir. Milli şairimiz üçün acılıqda da bir məzəlik var.
Zakir mənən ətrafdakılardan uca olduğu üçün, yüksəkdən onların bütün qüsur və cahilliklərini görürdü və sakit dura bilməzdi. Qasım bəy mühitini iki misra ilə təyin edir:
Var özgə vilayətdə də tək-tək köpəyoğlu,
Hədsizdir bu viranədə, bişəkk, köpəyoğlu.
Millətə nifaq salan mollanümalar, xalqı cəhlilə qırıb öldürən həkimlər, şərarəti özünə sənət edən xainlər, oğrular, əyrilər... iştə Zakiri həp məşğul edən ictimai yaralarımız!
Ah, bu müftəxorun dad əlindən, səd dad!
Ki, salıblar necə gör məmləkətə qovğani.
Hər əlifba oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruha çəkər suhani.
Alimü fazilü ustad, müridü mürşüd,
Nə qədər ki, görəsən dövrdə sərgərdani.
Məhərrəmlikdə Aşurə günü Şuşada düşən bir dava münasibətilə Cəfərqulu xan Nəva şəhər qazisini müttəhim eyləyir:
Matəmi böylə tutarmış məyər adəm, qazi?
Edə lənət ona bəhs sahibi-matəm, qazi!
Nəvanın bu şerinə Zakir cavab yazıbdır ki, daha da acı və rişxəndlidir:
Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi,
Xalq arasında olubdur belə mülzəm qazi.
Yaradıbdır onu ol xaliqi-əşya bieyb,
Dari-dünyada bu surət tapılır kəm qazi.
Şişənin simü zərin doldurasan xanəsinə,
Şişəvəş dişrəyə verməz yenə bir nəm qazi.
Onda mən gördüyümü görmüşəm, indən böylə,
Etməzəm taət ona gör ola qibləm qazi.
Haradan gəldi bular, eylədilər xəlqi xərab,
Biri der müctəhidəm, biri müsəlləm qazi.
Zakirin ictimai həcv və zarafatyana yazılmış əsərlərindən başqa, ciddi şeirləri də çoxdur. Bunların bir qismi xalq ədəbiyyatını andıran bir tərzdə yazılıb, digərləri isə Iran ədəbiyyatı təhti-təsirindədirlər:
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-azerbaycan-edebiyyatina-bir-nezer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.
Üsuli-cədidOnun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.
KamalOnun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.
Soyuq busəHə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.
Стихи других поэтов
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər