Содержание
  1. Bir neçə söz
  2. Birinci hissə
  3. Müqəddimə
  4. Şifahi və yazılı ədəbiyyatımız
  5. İştə ədəbiyyatımızın getdiyi yol
  6. Şifahi ədəbiyyatımız
  7. Bayatı
  8. Ağı
  9. “vəsfi – hal”
  10. Sayaçı sözləri
  11. Düzgü
  12. Tapmaca
  13. Yazılı ədəbiyyatımız
  14. Nəsimi
  15. Xətayi
  16. Füzuli
  17. İkinci hissə
  18. Mirzə fətəli axundov
  19. Zakir
  20. Durnalara xıtab
  21. Kazım bəy
  22. Şirvanlı seyid əzim
  23. Sabir
  24. Yaralı quş
  25. Osmanlıda yetişmiş
  26. Azərbaycanlı müəlliflər

Страница 8 из 9 · 78%

Sabir mücəddid olduğu üçün şairnümaları da rişxəndi ilə unutmadı:

Ey alnın ay, üzün günəş, ay qaşların kaman,
Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.
Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kipriklərin qamış, dodağın bal, tənin kətan.
Boynun surahi, boy-buxunun bir uca çinar,
Əndamın ağ gümüş, yanağın qırmızı ənar.
Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!.. qəribə gülməlisən xaniman xərab!

Vaqif ilə Sabir zamanları arasında yetişən müəlliflərdən Asi, Vəfa, Nəbati, Abbasqulu Ağa Qüdsi, Məxfi, Əli Yüzbaşı oğlu Həsən kimi dəyərli adlar var. Bunlardan Nəbati “Divan” sahibidir. Başqalarından bəzilərinin əsərləri Qarabağ şairlərinə məxsus təzkirələrdə göstərilir.

Sabir ilə müasir olan bir çox şairlərimiz də var: Abbas Ağa Nazir, Abbas Səhhət, Rəşid bəy Əfəndizadə, Şirvanlı Məhəmməd Hadi, Abbas Müznib, Dərbəndli Mirzə Səməndər, Məhəmməd Səid Ordubadi, Mirzə Abdulla Şaiq, Qarabağlı İbrahim Tahir, Gəncəli “Dabanı çatdaq xala” və başqaları.

“Rüstəm və Söhrab” tərcüməsilə şöhrətlənmiş Nazir xalqçıdır; Azərbaycan ləhcəsini başqa şivələrə tərcih edir.

Səhhət “Məğrib günəşləri” və “Sınıq saz” adlı əsərlərində Avropa ədəbi nümunələrini göstəribdir.

Məhəmməd Hadi ərəbləşmiş bir lisanda yazdığı üçün “Firdovsiilhamat” ı az oxucuların malı ola bildi.

Mirzə Səməndər gözəl təbini həcvguluğa və latayilə sərf etdi...
Son dövrdə şeir ilə bərabər nəsrdə qüvvətlənməyə başladı: hekayənəvislik ilk addımını atdı. Yeni romanlar və hekayələr məcmuələri meydana çıxdı.

Şeirdə də yenilik müşahidə olunur. Cavan şairlərimiz Hüseyn Cavid və Ə.Cavad başqa bir aləm açıldığını xəbər vermək istəyirlər.

Yaralı quş

Yaralıdır könlüm quşu, yaralı,
Yaralandı yazıq, aşiq olalı.
Bir dərinlikdə ki, hər düşən çıxmaz,
Qurtulmaq istəyir, qanad yaramaz.
Imdadına gələn ümidindən az...
Yaralıdır könlüm quşu, yaralı!
Dost ararkən avçı çıxdı yoluna,
Əzrayıl sağına, ölüm soluna...
Vurma, avçı, qanadına, qoluna!
Yaralandı yazıq şair olalı.
Aman avçı, bunun halını düşün,
Gözündə yaşı var, qoy onu töksün,
Sonra amadədir ölümə hər gün...
Yaralıdır könlüm quşu, yaralı!
Kədərli bir qəlbin yanıq fəğanı,
Yandırır ürəyi daşdan olanı,
Avçı, bu çırpınır, öldürmə bunu!
Yaralandı yazıq, aşiq olalı.
Yurdundan ayrılmış, yuvadan uzaq,
Əşinin gözindən, könüldən iraq.
Ümid sanadır, ey yaradan haq,
Yaralandı yazıq, aşiq olalı.


Bir gül əkdim, açılmamış dərdilər,
Zəhmətimdən bana bir tikan qaldı.
Əmək çəkdim, gün keçirdim, gül əkdim,
Əməyimdən solğun bir fidan qaldı!
Nə yazım-yaz; nə günüm gün oldu,
Könlümün çiçəyi açmadan soldu.
Qanadımı bir uğursuz əl yoldu.
Yerində bir damla quru qan qaldı.
Söylədiyim boş söz, tökdüyüm qan-yaş,
Həqqinə, kim isən, əl vurma, yavaş!
Yavaş ki, dərdimə ağlayan qardaş,
Yerinə arxamda bir düşman qaldı.
Yaralandım, sarmadılar yaramı,
Yas gününə döndərdilər bayramı,
Əlimdən aldılar son bir çaramı,
Əsəri ruhumda bir fəsan qaldı!

Osmanlıda yetişmiş

Azərbaycanlı müəlliflər

  1. Şirvanlı Seyid Yahya Cəlaləddin

“Xəlvəti” təriqətinə mənsub bu zatın vəfatı hicrətin 842 sənədədir. Qəbri Bakıdadır. Yazdığı verdsitar xəlvətiyyə şöbələrində oxunar. Dərvişlərə lazımlı əsərlərindən biri də “Əsrar ət-talibin”dir ki, 24 fəsl üzərə yazılıbdır. “Şəfaəl-əsrar” və “Əsrar əl-vəhi” adlarında daha iki təlifi olduğu mərvidir. Müğnisada Muradiyyə kitabxanasında yazma bir məcmuədə Seyid Yahyayə mənsub aşağıdakı risalələr də var: “Məratibi-əsrarül-qəlb”, “Əsrar əl-vüzu!”, “Rümuz əl-işarat”, “Məna- ziləlarifin”, “Şərhi-əsmayi-səmaniyyə”, “Şərhi-səvalati-Gülşəni-raz”, “Ətvarül-qəlb”, “Elmi-lədni”.Bu əsərlərin çoxu fars dilində yazılıbdı.

  1. Şirvanlı Fətulla

Riyaziyun fazillərindən olub, Ikinci Sultan Murad xan dövri riçalındandır. Təhsilini Səmərqənddə ikmal edib. Müəllimləri Seyid Şərif və Əli Quşçu olublar. Birinci elmi-şəriə, ikinci elmi-riyaziyyə təlim edərmiş.

Şirvanlı Fətullanın vəfatı 857-ci (m. 1454) tarixdədir. Qəstəmoni şəhərində dəfn olunub. Başlıca təlifləri bunlardır: “Haşiyeyi-təlvih”, “Haşiyeyi-müvaqif”, “Şərhi-əşkali-təsis”, “Haşiyeyi-şərhi-çiğmini” və sairə.

Fətullanın oğlu – Fətullazadə – “Şərhi-miftahül-ğeyb”, “Haşiyeyi- təlvih” kimi əsərlər vücuda gətiribdir.

Qurani-kərimə dair qırx iki bab üzərə mürəttib “Miftahün Nicat” müəllifi Məhəmməd bin Mahmud: fiqhdən “Miftah əs-Səadət”I azan Kəmaləddin də Şirvandan yetişən fazillərdəndir.

  1. Mahmud bin Məhəmməd Dilşad Şirvani.

Hicrətin səkkizinci əsrinə mənsub olan fazil və həkimlərdəndir. Türkcə yazdığı iki əsəri Müğnisada Muradiyyə kitabxanasındadır: biri “Müxtəsər tibb”dir; on dörd babdan ibarətdir. O birisi “Kamalnamə” dir ki, üç kitabdan mürəkkəbdir və 841 (1437) sənəsində təlif olunub. “Töhfeyi-Muradi fi əsnafül-Cəvahir” adlı əsəri Ikinci Sultan xan namına yazılıbdır (Istanbulda “Muzeyi – humayun kitabxanası”ndadır).

Dilşad Şirvaninin bir də tərcüməsi var: “Tarixi-ibn Kəsir”.

“Tarix”in bəzi hissələri Istanbulda, Şahzadə başındakı İbrahim paşa kitabxanasındadır.

  1. Yusif Ziyaəddin Məxdum

Şamaxı şəhərinin Qazi əl-Qüzati Mövlana Əli Fazilin oğludur. Ülumirəsmiyyəni Ərəbistanda və təsəvvüfə dair məlumatı da Şirvanlı Seyid Yahyadan öyrənmişdir. Vəfatı hicrətin 890 (1485)-ındadır. Qəbri Şamaxıdadır.

24 fəsildən ibarət “Adab ül-irşad” kitabı və elmi-ruhə dair “Silsileyil- ərvah” bu zatın təlifləridir.

  1. Baba Nemətulla Mahmud Naxçıvani

Nəqşibəndi ariflərindən olan bu zat Naxçıvanlıdır. Təhsilindən sonra vətənini tərk edərək Anadoluda Ağşəhrə köçüb. 902 (1496) tarixdə Ağşəhrdə vəfat edib və orada da dəfn olunubdur. “Fəvateh əlilahiyyə və əl-miftahil-ğeybiyyə” adlı təfsirişərifi məşhurdur.

“Gülşəni-raz”ə fars dilində yazılmış müfəssəl bir şərhi də var. Bir nüsxəsi İstanbul kitabxanalarının, bəziləri də Bursada, “Iynə bəyi” kitabxanasındadır.

Bunlardan başqa, Şeyx Əkbərin “Füsus əl-hökm”ini və “TəfsiriQazi” yi təhşiyə eyləmişdir.

Təsəvvüfə dair “Hidayətül-əxvan” ünvanilə əsəri, bir də “Risalətül-vücud” adlı risaləsi var (bu risalənin bir ədədi Istanbulda “NuriOsmaniyyə” kitabxanasındadır).

Təftiri-şərifin 901 (1495) tarixində müəllifin öz əliylə yazılmış nüsxəsi Istanbulda Üçüncü Sultan Əhməd kitabxanasındadır (Əndəruni- humayun).

  1. Mühiəddin Məhəmməd Qarabaği

Qanuni Sultan Süleyman dövri alimlərindəndir. İlk İstanbula gəldikdə Seyid Əlizadə müavin olubdur. Tədris ilə məşğul olurmuş. Bu məqsədlə Izniqə təyin ediblər və orada da 942 tarixində vəfat edibdir.

Əsərləri 23 məqalə üzrə mürəttib mühaziratə dair “Calib əssürur” ilə Kəşşaf, Beyzəvi, Təlvih, Hidayə təliqatı və Şərhi-vüqayəyə aiddir. Cəlal Dəvvaninin “İsbatül-vacib” risaləsinə haşiyə yazıb və “Adabiİzdiyyə” yi şərh eyləyibdir.

  1. Azəri İbrahim Çələbi

Məşhur şairlərdəndir. Həma qaziliyində ikən 993 (1585) tarixində vəfat edibdir. “Nəqşi-xəyal” ünvanlı mətbu bir mənzuməsi var. Divanı qeyri-mətbudur. “Nəqşixəyal” Nizaminin “Məxzənül-əsrar”ını təqlidən yazılıbdır. On iki min beytdən mürəkkəb bu mənzumə təmtal və hekayələr ilə təsviri-hal edilmiş gözəl bir əxlaq kitabıdır.

  1. Molla Əhməd Şəmsəddin Qarabaği

İstanbulda Qaziəsgər olmuş bir zatdır. 1009 (1600) tarixində vəfat edib, qəbri Vəfadədir.

Əsərləri “Haşiyeyi-Beyzəyi” ilə Təlvih, Hidayə, Müvaqif, Miftahə olan təliqatdan ibarətdir.

  1. Şirvanlı Əbdürrəhim

Alim bir zatdır ki, hicrətin 1024 (1615) tarixində vəfat edibdir.

Əsərləri bunlardır: “Risalə fil-məntiq”, “Haşiyeyi-Əli şəradab Məsudi”, “Haşiyə Əli şərhi-mətalei-əl-ənvar” və sairədir.

“Miftahüs-səadət” müəllifi Ömər bin Əli də Şirvan fazillərindəndir.

  1. Üşşaqi Şəmsəddin Şirvani

Sultan Murad rabe dövri həkimlərindəndir. “Təşrihi-Əbdan və tərcümaniqəbaleyi-filosofan” adında və bəzi rəsmlərini havi əsərini təqdim edərək, əvəzində “Şeyx əl-hərəm” olmuşdu (“Təşrihin” bir nüsxəsi Əyyubda Xosrov Paşa kitabxanasındadır).

  1. Məhəmməd Əmin bin Sədrəddin Şirvani

Bu fazilin təhsilinin ikmalı Istanbulda olubdur. 1036 (1626) tarixində vəfat edib və vəsiyyəti üzrə Üsküdarda dəfn olundu. Birinci Sultan Əhməd naminə əlli dörd fənndən bəhs edən “Fəvaidi-Xaqaniyyə” ni vücuda gətirdi. Bundan başqa da əsərləri var. Məsələn: “Təfsiri-Sureyi-Fəth”, “Haşiyeyi-şəri-Şəmsiyyə”, “Təaliqat əlatəfsiri-Beyzəvi”, “Şərhi Qəvaid-əl-əqail əl-Qəzali”, “Risalə fi təhqiq əl-məbda vəlməad” və sairə.

Şirvanlı Məhəmməd Əminin atası Sədrəddin də fazil bir zat olub “Əl-hikmətülmütəaliyyə” kimi əsərləri var.

  1. Sadiq Əfəndi Şirvani

Neçə dəfə İstanbulda Şeyxül-islam olan Məhəmməd Sadiq əfəndi məşhur alim Sədrəddin Şirvaninin oğludur. Təsəvvüfə mənsubdur.
1121 (1709/10) tarixində vəfat edib, Fındıqlı came-şərifi yanında dəfn olundu.

Bir çox qeyri-mətbu əsərləri var. Bəzilərini aşağıda qeyd edirik:

“Risaleyi-əqaid”, “Risalə fi bəyan ən-nəbəvat fəzl min əl-vilayət”, “Risalə fi bəyani-əqsamiz-zikr”, “Risaleyi-məcüzə fibəyan əlmüsafihə”, “Risaleyi-mərğubə fit-təsəvvüf”, “Risalə fit-təsliyə vət-tərziyə”, “Risalə fi bəyan fəzliyyət-üz-zikrəlxəfi əla-əl Cövhəri”, “Risalə fi isbat əs-sane”, “Risaleyi-müntəxəbə fi əaneyilləhfan fi məkayəd-əş şeytan”, “Risaleyi-inəfi əş-şirkə” və sairə.

  1. Yusif bin Ibrahim Şirvani

Bu zat Mədineyi-münəvvərdə ixtiyari-mücavirət edərdi. Vəfatı 1134 (1721) tarixindədir. Iki çild “Miltəqi” şərhilə “Hədiyət-əs-səbih fi şərhi-müşkat-əl məsabih” ismində “Məsabihi-şərif” şərhi vardır.

  1. Əbu-Bəkr bin Rüstəm Şirvani

Osmanlı dövlətinin dəftərdarlığı və sairə kimi xidmətində olmuşdur.
1139 (1726/27) sənəsində Istanbulda vəfat etdi və Süleymaniyyə camei-şərifi yanında dəfn olundu. Əsərləri: “Malayəd-əl-ədib”, “Şərhi-tarixi-Vəssaf”dır. “Vəfiyat-əl-əyan”ın bir qismini də tərcümə etmişdir.

  1. Həmzə Nigari Qarabaği

Bu zat Həəniyə seyidlərinə mənsub və Xalidiyə təriqətinin şeyxlərindən olubdur. Amasiyada dəfn olunmuş Şeyx İsmayıl Şirvani xülafasındadır. 1304 (1886) tarixində Xərbutda vəfat etdi və nəşi mühibləri tərəfindən Amasiyaya gətirildi.

“Nigarnamə”, “Saqinamə” ünyanlı təbb olunmamış əsərləri var. Türki və farsi divanları təb olunubdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Beş dəqiqə

IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.

10 мин
Üsuli-cədid

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.

4 мин
Kamal

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.

8 мин
Soyuq busə

Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.

11 мин

Стихи других поэтов