Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi
AZƏRBAYCAN NAĞILLARININ ƏHVALİ-RUHİYYƏSİ
Azərbaycanın Şuralar dövrü ədəbi tariximizin izahı üçün qiymətli bir sahə vücuda gətirdiyi inkar olunmaz. Bir neçə ilin müddətində o qədər materiallar meydana çıxdı ki, indi artıq ədəbiyyat tariximizin yazıla biləcəyinə əmin olmaq olar. Yalnız şifahi ədəbiyyatımız hələ lazımi surətdə təsvir olunmamışdır. Səbəbi aşkardır. Əvvəla şifahi parçalar toplanmalı və sonra nizama salınıb təhlil olunmalıdır.
Azərbaycan şifahi ədəbiyyatını öyrənmək üçün ölkəmizdə səltənət sürən nüfuzları, onların tarixini bilməlidir. Bir kərə Firdovsinin “Şahnamə”də təsvir etdiyi İran ilə Turan mübarizəsini nəzərə almalıdır. Tarix göstərir ki, bu mübarizə üçün Şimali Azərbaycan mərkəz təşkil etmiş və nəticədə türk dili qədimdən “Böyük Midiya” adlanan Qaf dağı ilə Həmədan arasında hökmran bir vəziyyət almışdır.
Lakin şimal axını Azərbaycanı türkləşdirmişdirsə də, orada rast gəldiyi qədim və yüksək mədəniyyəti tamamilə öldürməmiş, biləks onu mənimsəmiş, öz qəlib və şəklinə salmışdır. Bu şəklə bilaxirə ərəb ruhu da girmişdir... Nəticədə müəyyən mədəni məhsullar zəmanəmizə qədər gəlib çıxa bilmişdir.
Azərbaycan xalq ədəbiyyatı bu məhsulların ən qiymətlisi ədd oluna bilər...
Xalq ədəbiyyatımızın tədqiqi yalnız bizim üçün deyil, bütün insaniyyət tarixinə yeni bir səhifə əlavə edəcəyinə iman edənlərdənəm, çünki dünyanın ən qədim mədəniyyətlərindən birinin beşiyi Kür ilə Araz çaylarının arası olmuşdur. Bu mədəniyyətin əsrarını bilmək üçün xalq ədəbiyyatımız, bilxassə nağıllarımız qiymətli vasitə ola bilər. Nağıllarımızın hamısı əlan toplanmadığı üçün, mə’ruf və mətbu “Məlik Məmməd” nağılından istifadə edirəm.
Nağıl xalq ədəbiyyatının mühüm bir qismini təşkil eləyən hekayələrdir ki, çox vaxt zahirən xəyali göründüyü halda, dərin bir fəlsəfəyə
Türk və Iran mətbuatında münaqişəsi mövcib olan bu məsələlər haqqında mənim irəlidə çap
olunacaq “Azərbaycan tarixinə mədxəl” kitabıma baxmalı (müəllif).
Xalq nağılından yazdığım bu nağılı on beş il əvvəl Kiyev türk tələbələri basdırmışdı. İkinci təb
olaraq yaxında “Bakı işçisi” kooperativ nəşriyyatı tərəfindən basılacaq (müəllif).
istinad edir. Şifahi ədəbiyyatın ənvai kimi nağıl da nəsildən-nəslə keçir və müəllifi kim olduğu məlum deyil.
Nağıl xalq ədəbiyyatının qeyri-ənvaindən daha da qədim olmalıdır, çünki fikir, etiqad və fəlsəfə etibarilə Zərdüştün “Avesta” və hindi- qədimin “Veda”sına yavıqlaşır.
Bütün Azərbaycan nağılları içində “Məlik Məmməd” tipik sanıldığı üçün bunun təhlili qeyrilərini də izah edər, zənnindəyəm, çünki hər bir nağıldakı fikir haqqın nahaqqa qələbə çalmasından ibarətdir. Yalnız vəqə və məzmun başqa-başqadır.
“Məlik Məmməd”in fəlsəfəsi təbiətdəki ikiliyi təsvir eləyir. Bir tərəfdə Hürmüzd və onun xəlq etdiyi nur, əbədi həyat, haqq və ədalət, o biri tərəfdə də Əhrimən və güruhu: qaranlıq dünyanın məhsulu divlər, əjdahalar, büxl, həsəd, fəna fikirlər.
Bir-birilə əbədi çarpışmada olan bu iki qüvvə Hürmüzdün qələbəsilə nəticələnir. Əbədi həyat bəxş edən, almanı oğurlayan divlər, Zümrüdün balalarını öldürmək istəyən əjdəhalar, büxl və həsədə qapılan iki şahzadə məhv olub gedirlər. Zirək, quvvətli, təmiz ürəkli Məlik Məmməd isə qurtarır və işıqlı dünyanın bütün səadətinə nail olur.
Nağıllar haqqında fikrimizin doğru olduğunu isbat etmək üçün bir az da təfsilata ehtiyac var, bilxassə bəzi qaranlıq nöqtələrin izahı lazımdır.
Nağılda bəhs olunan alma ağacına bənzər, “Avesta”da bir Naara var... Kür ilə Araz çayları arasında yaşayan qədim irqin etiqadınca Naara ağacı Kürqəsb dənizində bitib, bütün nəbatata ruh verərmiş. Bəziləri Naaranı əbədi həyat bəxş edən ağaca bənzədirlər.
“Məlik Məmməd”dəki alma ağacı Naaraya çox bənzəyir: almanı yeyən cavanlaşır və əbədi həyata vasil olur.
“Məlik Məmməd”dəki mücadilə haqq və işığın hökmranlığı ilə nəticələnir. “Avesta”nın fəlsəfəsi də bundan ibarətdir. Sami irqindən zühur etmiş dinlərin (yəhudilik, xristianlıq və müsəlmanlıq) tövhidi zərdüştilikdə yoxdur. Vəhdət əvəzində kainatda ikilik var və mübarizə hər şeyə əsas olaraq vəz olunmuşdur. Bu mübarizə getdikcə inkişaf
Bu kitablar təqribən üç min il bundan əvvəl təlif olunmuşdur (müəllif).
Kürqəsb”in Bakı dənizi olduğuna dair ehtimallarımızı bir başqa məqalədə izah edəcəyəm (müəllif).
edib böyüyür və axırda qaranlığın, div və əjdəhaların, paxıl vücudların yox olub, yer üzündən qaib olması ilə qurtarır. Zərdüştilikdə dini məfkurə dünyada əbədi bir həyat, əbədi işıq, əbədi istirahət və səadət təmin etməkdir. Lakin buna mane olan qara qüvvələr var.
“Məlik Məmməd”də də məsələ bu şəkildədir: ecazkar alma ağacı padşaha daimi cavanlıq hazırlayır, lakin Əhrimənin xəlq etdiyi div buna mane olur. Mübarizə başlayır. Müvəffəqiyyət Məlik Məmmədin tərəfinə keçir, çünki o təmizqəlbli və zəki bir şəxsiyyətə malikdir. İki böyük qardaşı hüsni-niyyətdən məhrum olduqları üçün müvəffəqiyyət əldə edə bilmirlər.
Bütün nağıllarımızda olduğu kimi, “Məlik Məmməd”də də müəyyən rəqəmlərə təsadüf edirik. Bu rəqəmlər 3, 7 və 40-dan ibarətdir.
Hər bir irqin özünə məxsus bir rəqəmi var: türkün – 9; samilərin – 40, 7; qədim Misir və yunanın – 12.
Bu rəqəmlər haqqında təfsilatı başqa bir kitabda bəhs edəcəyimdən, burada yalnız üç rəqəmi haqqında danışacağam.
Qədim zamanın ən mötəbər sanılan kitabları – “Riqveda”, “Avesta”, “Əhdiətiq”, hətta qədim yunan müvərrix və coğrafiyyunları belə hadisə və vəqələri təsvir edərkən, nədənsə müəyyən irqi rəqəmlərə baç verirlər.
“Məlik Məmməd” hekayəsi də məlum rəqəmlərdən bəhs edir: Padşahın 3 oğlu var, qaranlıq dünyada 3 div və yanlarında 3 qız 3 otaqda yaşayırlar. Məlik Məmməd divlərlə 40 gün 40 gecə güləşir. Zümrüd quşu Məlik Məmmədi qanadının üzərinə alarkən 40 şaqqa ət, 40 tuluq su götürür. Axırda toy olur, 40 gün, 40 gecə çəkir.
Milli cəhətdən nağıllarda şayani-diqqət nöqtələr var. Zamanımızda belə şiddətini qaib etməmiş paxıllıq və intiqam hissi hökmfərmadır.
Həsəd üzündən qardaşları Məlik Məmmədin ipini kəsib, onu quyuya salırlar.
Buna görə kin qardaşlar arasına düşmənçilik salır və Məlik Məmməd kimi alicənab görünən şəxs qardaş qanına susayır.
Ümumiyyətlə nağılların fikri yüksəkdir. Bütün vəqələrdən sonra yenə haqq hər şeyə qələbə çalır və Hürmüzdün nuru təcəlli edir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-azerbaycan-nagillarinin-ehvali-ruhiyyesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.
Kiyevdə “Müsavat” şöbəsiKİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.
Zəruri məsələlərZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.
Ukrayna müsəlmanlarının nəzər diqqətinəUKRAYNA MÜSƏLMANLARININ NƏZƏR-DİQQƏTİNƏ*Necə ki, məlumdur, Ukrayna cümhuriyyətində Ukraynada sakin qeyrimillətlərin işlərini idarə etmək üçün generalnı sekretarlar təyin olunub. Polyak, yəhudi və velikorusların işlərinə baxmaq üçün belə sekretarlar var.
Стихи других поэтов
Yarəb, düşmənimincanını sağ elə,
DünyadıTa ki, mənə mədh eyləmə dünyanı,Ha bu dünya bir bekara dünyadı.
ÜstündədirBu dünya belə qurulmuş, dövlət-var üstündədir,Ərül-qərül mal qazanır, tarımar üstündədir.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.