KİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ

Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.

Belə olduqda bu təşkilata hər kəs olur-olsun, ancaq müsəlmanlıq sifətilə daxil olurdu. Bu hal hürriyyətdən qabaq aylaradək davam etdi. Sonra ümumi müsəlman təşkilatından bir dəstə türk aralanıb, bir ictimaiyun federasion firqəsi əmələ gətirdi. Bü firqə üzvləri inqilab başlar-başlamaz dağılıb Azərbaycana təbliğata getdilər. Deməli, bu firqənin siması dürüst məlum olmayaraq, yox oldu. Ortada yenə köhnəb “zemlyaçestva” qaldı. Təbiidir ki, siyasi bir məslək təqib eyləməyən “zemlyaçestva” zəmanəmizin ehtiyacını rəf edə bilməzdi. Odur ki, cavanlarımızın gözündən bilmərrə düşdü. Dəfələrlə yığıncaqlar qurmaq istənildisə də, nəticə hasil olmadı. Tələbələrimizin ümumi işə soyuqluq ilə baxmalarını yox etməyə çarə tapıldı. Kiyevdə “Müsavat” şöbəsi açıldı. Doğrudan da firqə həyatı cavanlarımıza yeni bir ruh bəxş etdi. Həmişə laqeyd görünən student şövq ilə çalışmağa başladı. İndiyədək firqənin bir neçə iclası olub, nəticələr çox gözəldir. Ən sevinməli hallardan biri budur ki, iclaslarda türk dili işlənir və kağızlar da milli dildə yazılır. Ədəbi dilə malik olmayanlar özlərinə xırda lüğət dəftərçəsi qayırırlar..

Firqənin ümdə fikri budur ki, federasion əsası ilə aşina bilikli və təcrübəli adamlar vücuda gətirsin ki, gələcəkdə millətə lazım olsunlar.
Onun üçün qət olundu.

  1. Ana dilində danışılsın. Bilməyənlər öyrənsinlər. İclaslarda rus dili bilmərrə qadağan olsun.

  2. Kitabxana binası qoyuldu. Kitab meydanında nə qədər milli məsələlərə və fedarasion fikrinə dair əsərlər var, qət olundu toplansın.
    Hal-hazırda Kiyev də olan məzkur məsələyə dair risalələr alındı.

  3. Bir statistika heyəti seçildi ki, ali məktəblər kitabxanasında olan və Azərbaycana dair nə qədər rəqəmlər var isə ələ gətirsin. Bu saat heyət işə məşğuldur. Məlumat hazır odan kimi qəzetə və ya risalə vasitəsilə nəşr olunacaq.

Bundan başqa, Qafqaz şəhərlərindən də məlumat istəniləcək. Məqsəd budur ki, Azərbaycan türklərinin sayı, sakin olduqları yerlərdə qeyri-millətlərə nisbətlə miqdarları məlum olsun. Ümid var ki, müvəffəq olaq.

Kiyev şöbəsi camaatımıza bilik vermək qəsdilə qərar qoydu ki, risalələr nəşr etsin. Hələlik min manat pul ilə işə başlanacaq. Əvvəlinci risalə “Ümumi və milli məclisi-məbusanlar” ünvanlı olub, millətlər şurasında bu sətirləri yazan tərəfindən oxunmuş bir məruzədir.

“Müsavat” şöbəsi əmələ gəlmədən qabaq proqram dairəsində danışıq oldu. Əldə olan proqramın bəzi maddələri ilə həmfikir olmaq istəmədilər. Ələlxüsus torpaq məsələsi uzun-uzadı bəhslərə səbəb oldu. Sonra məsələnin əsl əsasını nəzərə alaraq razılıq hasil eylədilər və aşağıda yazılan qərarları çıxartdılar:

  1. Türk ədəmi-mərkəziyyət fikrinin tərəfdarı olub türklərin müttəhed olmalarını nəzərə alaraq “Müsavat” firqəsinə ilhaq oluruq.

  2. “Müsavat”ın əldəki məramnaməsinin fəsilləri ilə həmfikir deyilsək də, güman edirik ki, gələcək qurultaylarda ümumi səy ilə bu fəsillər islah olunar.

  3. Azərbaycan muxtariyyəti üçün Ümumrusiya məclisi-müəssisan məclisini gözləməli, məhəlli məçlis çağırıb camaatın gələcək idarə üçün öz rəyini bilməli.

  4. Azərbaycan sərhədini türk dili işlənən dairələrdə görməli. Bu dairə təqriba Dərbənddən tutmuş Xəzər dənizinin cənubunadəkdir.

  5. Səy eyləməli ki, ədəmi-mərkəziyyət fikri Iran Azərbaycanında, Türküstanda, Başqırdıstanda, Qırğızıstanda və qeyri türklər içində də nəşr olunsun.

  6. Azərbaycanda yaşayan erməni, gürcü, yəhudi, rus və qeyri millətlər ilə hüquqda müsavi olmalıdırlar.

  7. Azərbaycanın ortasında qədimdən yaşayan kürd, türk və qeyriləri köçürmək və ya tələf eləmək ilə süni surətdə meydan açıb məhəlli muxtariyyət hazırlayan millətə qarşı şiddətli etiraz olunur.

  8. Azərbaycanın nicatı, milli muxtariyyət qoşun altındadır. Bu qoşunu düzəltməli.

Qoşun düzəlincə Kazandakı müsəlman hərbi şurasının izni ilə Qafqaza lazımi miqdarda tatar alayları köçürməli.

Deməli, Kiyev federalistləri bu qərarlar ilə bəzi rəylərini bildirib, ikinci müsavat qurultayında lazımi surətdə iştirak edəcəklər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Borclu

Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.

4 мин
Qeyd

Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...

1 мин
Üç gecə

Mir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»

6 мин
Bir qəpik

Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.

3 мин

Стихи других поэтов