Litva tatarlarının tarixi
Содержание
- I. litvanyada birinci tatar mühacirləri
- Iı. knyaz vitovt zamanı
- Iıı. lıtvanyada tatar axınının
- Sonrakı davamı
- Iv. litvanya tatarlarının üçüncü sıqızmund
- Ulusundan əvvəlki halları
- V. üçüncü sıqızmund zamanı sıxıntıları
- Vı. yeni poloniya qanunları və tatar
- Vıı. rus qanunları
- Vııı. lıtvanya tatarlarının sayı
- Xıx əsrin ortalarındakı xəbərlər
- Ix. litvanya tatarlarının
- Məişətinə dair
- X. xülasə
Страница 2 из 5 · 20%
Şübhəsiz ki, xanın göndərdiyi əsgərin miqdarını alman müvərrixləri bir parça fazlalaşdırmışlar. Çünki Qıpçaq geniş dövlət də olsaydı əvvəlinci xanlar zamanında belə yüz mindən ziyadə əsgər çıxarmazdı. Sonra məmləkətin dairəsi daraldı, əsgərin də sayı yarıya düşdü.
Tevtunlar qəsdən Poloniya-Litva ordusunu tarixlərində böyük göstərmişlər ki, onların rəşadəti kiçik və kəndi qüsurları da az görünsün – müharibədə iştirak edən Litvanya tatarı on mindən ziyadə olmali idi.
Cəlaləddin əsgəri kəndisini düşmən torpağinda hiss edərək və əski adətlərinə tabe olaraq Poloniyaya yağma üçün hücumlarda bulundu. Bir çox haqsızlıqlar törətdilər. Əsirlər aldılar. Qırdılar və çocuqlara belə rəhm etmədilər. Bu vaqiəni görərək, atalar və ixtiyarlar ağlar gözlər ilə krala müraciət etdilər. Vitovt ətrafındakıların rəvayətinə tabe olaraq tatarları yardıqları qəbahət əvəzində cəzalandırdı. Qrunvold müharibəsindən sonra Cəlaləddin bir kaç vəqt Litvanyada yaşadı. 1411 sənəsində Vitovt ilə bərabər Kiyev şəhərində idi. Bir sənə keçmiş Vitovt Cəlaləddini qıpçaq taxtına oturtdu və sonrakı zamanlarda övladlarını himayəsində saxladı.
Beləliklə, tatarlar Litvaya da yavuqlaşdılar və sadiq bir müttəfiq oldular.
Tatarın bir hissəsi Dnestr nəhrinin arxasında köçəri bir həyat sürürdü. Bunlar Litvanya hökmdarına tabe idilər və kralın müsaidəsi müacibində Dnestr və Dnepr qurtaracağında otlaq torpaqlara malik idilər. Tatarın digər bir kütləsi, noğay və qıpçaq ilə qonşu Don çöllərində sakin idilər. Bunlar da Litva səltənətini tanıyırdılar və Hacı Gəray tərəfindən fəth olunmuşdular. Poloniya müvərrixlərinin rəvayətinə görə Hacı Gəray Teresdə doğmuş və Litvanyada tərbiyə almış Kral Kazimir Nacı Gərayı Petequb taxtına oturtdu.
Litvanyanın o zamanlar cənub hüdudu Qara dəniz idi. Şimdiki Odessa yerində Nacı bəyin əskiləsi var idi. Bu əskilərdən Yaqaylo Pudol buğdasını Istanbula göndərərmiş (1415). Litvanya Dnepr boyunda tatar müstəhkim binələrinə malik idi. Məsələn: Qaramencuq, Nsiq, Misurin, Qəbrəbədyif, Buynuztavan, Barqun, Yayaqun Varof, Vavçaqrov. Bu binələr Don arxasında köçəri və müstəqil ordular axınını saxlayırdı.
İşdə yuxarıda zikr olunan siyasi müamiləyə Kral Vitovt ilə tatarlar arasında zühur edən dostluq sayəsində Litvanyada müsəlmanların get-gedə artmasına meydan verilirdi.
Iıı. lıtvanyada tatar axınının
Sonrakı davamı
Litvanya hökmdarı Vitovtun vəfatından sonra yeni bir tatar dövləti meydana çıxır və zühurilə Litvanya məmləkətinə hücuma başlayır. Krım tatarları tarix səhifəsinə atılırlar. Əvvəlcə bunların arasında qovğa bunları qonşu dövlətə hücum etməkdən saxlayırdı. Lakin bu da çox sürmədi. Idil xanlarından Seyid Əhməd Poloniya kralı Kazimir Yaqoyloviçə qoşulduqda Krım xanı Mənikli Gəray şübhəyə düşdü və ittifaqa mane olmaq qəsdilə həmən Poloniyaya hücum etdi və bu vaqeədən sonra Krım-Poloniya əlaqəsi fənalaşdı. Poloniya müvərrixlərinin rəvayətinə görə, Seyid Əhməd Mənikli Gəray tərəfindən basıldıqdan sonra Kiyevə varıb müttəfiqinə qısıldı və himayə əvəzində zindana atıldı və Qrovna şəhərinə gömüldü. Ətrafdakılar Litvanyadakı dindaşlarını bulub, torpaqlara malik oldular.
Seyid Əhmədin Litvanyada vəfati məsələsi səhih xəbər deyildi. Rusiya səfərində müvəffəqiyyət qazanmadığından sonra Seyid Əhməd geri döndü. Litvanya tatarlarının yardım vermədiyinin intiqamını on iki Litvanya şəhərindən aldı – çaldı, çapdı.
Krım müvərrixi Məhəmməd Rzanın xəbərinə görə, Noğay Məhəmməd Gəray gecədən istifadə edərək Seyid Əhməd ordusuna hücum etmişdir. Noğaylar cəsur tatarlar zərbəsinə davam gətirməyərək qaçmışlar. Bu zaman Mənikli Gəray böyük bir qüvvə ilə oğluna yardıma gəlmiş və Seyid Əhmədin əsgərlərini tamam məhv etmişdir. Bu müharibədə Seyid Əhməd bütün əhbablarıyla əcəl şərbətini içdi.
Vəfatından sonra bütün əmlakı Mənikli Gəray ordusuna keçdi.
1503 sənəsində Mənikli Gəray ordusu Podalyayı yağma edib, Litvanyaya keçdi və Qıpçaq şəhərini aldı. Daşı daş üstündə qoymadı. Şəhərin xalqı ormanlara qaçmağa məcbur oldular. Üç sənə sonar Yezequb ordusu Qıpçağa yaxınlaşdı. Lakin knyaz Mixail Ramanski orduyu toplarla qarşıladı və üç saatlıq bir zamanda otuz minlik əsgərə qələbə çaldı. Tatarların bir hissəsi yalnız qaçıb qurtara bildi. Əsirləri isə Qılçıq, Minsk və qonşu torpaqlarda məskun etdirdilər. Qılçıq şəhərində “Tatarskaya Sloboda” denilən soqaqda şimdi tatarlar yaşamaqdadırlar. Minskdə də “Tatarski qoneç” ünvanlı soqaq var.
1508 sənəsi, Birinci Siqizmund dövründə Krım tatarları daimi surətdə Voluna hücum edirdilər.
Bu hücuma qarşı Litvanya tatarları tarixi bir sənəd şəhadətilə dindaşlarına belə cavabda bulunmuşlar:
“Nə Allah, nə Peyğəmbər sizə çalıb-çapmaq və bizə qeyri-sadiq olmağı əmr etmiyor. Sizi yırtıcı sanaraq qılıncımız ilə qırarız. Qardaş deyə öldürməyiriz. Idil arxasında yaşayınız. Yeni qüvvəyə təsadüf’ edincəyə kadar. Biz Vaqi (Vilna yanında) ətrafında litvalılar üçün qan tökəcəyik. Çünki onlar bizi kəndilərinə qardaş taniyorlar”.
Knyaz Konstantin Avstriyski Vistovsçi altında tatar qüvvələrini pozdu və əsirlərə Vulinda Ostruq şəhərində yer verdi. Şimdi Ostruqda “Tatarskaya ulitsa” deyilən məhəllə var. Knyaz Ostrojski zamanı tatarlar Podelesis, Loq nəhrinin sol kənarında, indiki Poloniyada sakin idilər. Bu yerlərdə indi də tatarlar var. Ostro ski Vulin və Ukraynada tatarları oturtmuşdu. Lakin bunlardan hal-hazırda bir əsər görünməyir. 1659 sənəsi Qanuni-əsası Vulin və Ukrayna tatarlarını yad edir: “Kral Kazimir onların əvvəlki haqlarını tanıdı. Sonra Ukrayna və Vulen tatarları dilləri ilə dinlərini də qeyd etdilər, qaldı yalnız Litvanya və Poloniya tatarları. Iştə Litvanya tatarları, yuxarıda söylənildiyi kibi, əvvəla müttəfiq tatar əsgərlərindən və maaş ilə xidmətdə bulunanlardan; ikinci, əsirlərdən və Kral Vitovt dəvət etdigi uluslardan; üçüncü, tatar ölkələrindən, daxili qarışıqlıqlardan bezmiş mühacirlərdən vücuda gəldilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-litva-tatarlarinin-tarixi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Yeddinci şəkilBəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*
Birinci hissə“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*
İkinci hissə1**Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...